Month: December 2020

  • Azərbaycan və Türkiyə prezidentləri Heydər Əliyevin məzarını ziyarət etdilər

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 10-da Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.

    AZƏRTAC xəbər verir ki, dövlət başçıları Ulu Öndərin məzarı önünə əklillər qoyublar.

  • Байден представил кандидата на пост главы Пентагона

    Претендентом на пост главы Пентагона после прихода новой администрации будет генерал Ллойд Остин.

    Как передает Median.Az со ссылкой на РИА Новости, об этом заявил в среду будущий президент США Джо Байден.

    Остину 67 лет, он имеет ранг четырехзвездного генерала. В случае утверждения он станет первым афроамериканцем, который возглавит оборонное ведомство. Служил в Германии и многих точках США, работал в Объединенном комитете начальников штабов, командовал дивизией и к 2006 году дослужился до генерал-лейтенанта.

    В 2010 году Остин стал командующим сил США в Ираке и отвечал за постепенный вывод войск из этой страны. В декабре 2011 года был назначен заместителем командующего штаба сухопутных сил, а в 2013-2016 годах руководил Центральным командованием ВС США. В этом качестве Остин играл ключевую роль в разработке стратегии США в борьбе с “Исламским государством”.

    После отставки в 2016 году занял пост в совете директоров крупнейшего производителя оружия Raytheon.

  • Pentaqona ilk dəfə afroamerikalı rəhbərlik edə bilər

    ABŞ-da yeni administrasiyanın gəlişindən sonra Müdafiə Nazirliyinin (Pentaqon) rəhbəri vəzifəsinə keçmiş Mərkəzi Qüvvələr komandiri, istefada olan general Lloyd Ostin namizəd olacaq.

    Median.Az xəbər verir ki, bunu ABŞ prezidentliyinə namizəd Co Bayden bildirib.

    67 yaşlı Ostinin namizədliyi təsdiqlənsə, o Amerika Ordusuna rəhbərlik edən ilk afroamerikalı olacaq.

    O, Almaniya və ABŞ-da daxil olmaqla bir çox yerlərdə xidmət edib, Baş Qərargah Rəislərində çalışıb, 2006-cı ilə qədər general-leytenant rütbəsinə yüksəlib.

  • Sonunu düşünməyən qəhrəman – Şəhid Nahid Mikayılov

    Kürdəmir rayonunun daha bir sakini 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalıb.

    “Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, Nahid Mikayılov Sovqat oğlu 1982-ci ildə Kürdəmir rayonunun Şilyan kəndində dünyaya göz açıb. Orta məktəbi elə doğulduğu kənddə başa vuran N. Mikayılov həqiqi hərbi xidmətə yollanıb.

    Xidmət müddəti bitdikdən sonra gizirlik kursunu uğurla başa vuraraq yenidən ordu sıralarına qayıdıb və elə o gündən də Silahlı Qüvvələrimizin nəzdində fəaliyyət göstərməyə başlayıb. Sentyabrın 27-si Vətən Müharibəsi başlayanda o da ön xətdə düşmənlə üz-üzə döyüşən igidlərimizdən biri olub.

    Bir neçə rayonumuzun düşməndən azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. Lakin, hərbçilərimizin yanına düşən minaatan mərmi gizir Nahid Mikayılovu da hədəf alıb və o ağır qəlpə yaralarından şəhid olub. Şəhidimizin nəşi doğulduğu Kürdəmir rayonuna gətirilib və Şəhidlər Xiyabanında dəfn edilib.

    Şəhidimizdən geriyə qalan üç oğul övladı qalıb. Gələcəyin üç əsgəri. Qəhrəman atalarının yolunu gedəcək üç qəhrəman oğul. Torpaqlarımızın işğldan azad edilməsi uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirik!

  • Xəritə dəyişir: Zəngəzur Azərbaycana qaytarılır? – VİDEO

    Median.Az redaktor.az-a istinadən xəbər verir ki, proqramın aparıcı Ermənistanın Azərbaycana verməli olduğu 50 milyard dollar təzminatın əvəzinə Zəngəzuru qaytaracağını iddia edib.

    Ətraflı məlumatı videodan izləyə bilərsiniz:

  • Şuşada düşmən zabitləri bir anda məhv edilib – ŞOK DETALLAR

    Şuşa döyüşləri ilə bağlı yeni detallar məlum olub.

    Ordumuz Şuşaya haradan və necə daxil olub?

    Döyüşlərdə erməni zabitlərinin necə məhv edilməsinin detalları üzə çıxıb.

  • Азербайджан передал Армении первых пленных

    Баку при посредничестве России передал Еревану трех пленных.

    Об этом в Facebook сообщает действующий при правительстве Армении единый информационный центр.

    “Из офиса вице-премьера Тиграна Авиняна сообщают, что при посредничестве российской стороны армянской стороне переданы трое армянских пленных”, — говорится в информации.

  • Bakının hansı hissələrində paradı canlı izləmək mümkün olacaq? – AÇIQLAMA

    “Azneft meydanına qədər hər kəs paradı izləyə biləcək”.

    Bunu sabahkı Zəfər paradının ssenari müəllifi və aparıcısı, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani Modern.az-a müsahibəsi zamanı bildirib.

    O qeyd edib ki, rəsmi qonaqlar, diplomatik korpusların nümayəndələri meydanın mərkəzindəki sektorlarda olacaqlar:

    “Bu baxımdan hər cəhətdən ehtiyatlı olmaq lazımdır. Biz erməni kimi virusa qalib gəlmişiksə, koronavirusa da birlikdə qalib gələcəyik. Amma “Azneft” meydanına qədər hər kəs paradı izləyə biləcək. Doğrudur, bu sevinci hamı yaşamaq istəyir, amma yaxşı olar ki, pandemiya ilə əlaqədar vətəndaşlarımız paradı televiziyadan izləsinlər. Sabah çox möhtəşəm gün olacaq”

  • В Сомали происходит перестрелка рядом с президентским дворцом

    Ожесточенная перестрелка происходит в столице Сомали Могадишо, взрывы и звуки стрельбы слышны в районах, расположенных рядом с дворцом президента Сомали Мохамеда Фармаджо, сообщает издание Somali Guardian.

    Подробности инцидента пока не уточняются.

  • “YouTube” ABŞ-dakı seçkilərlə bağlı bəzi videoları silir

    “YouTube” özündə 3 noyabr ABŞ-da keçirilən prezident seçkilərində bülletenlərin sayılmasında saxtakarlıq və səhvlərə dair iddiaları ehtiva edən videoları silməyə başlayır.

    “Report” xəbər verir ki, bu barədə rəsmi “YouTube” blogunda yerləşdirilən məlumatda deyilir.

    “Məsələn, prezidentliyə namizədin kompyuter proqramlarında və ya bülletenlərin sayılmasındakı səhvlərə görə seçkilərdə qalib gəldiyini iddia edən videoları siləcəyik. Bu gündən bu siyasəti həyata keçirməyə başlayırıq və yaxın həftələrdə müvafiq tədbirləri daha da gücləndirəcəyik”-deyə, məlumatda qeyd olunub.

    CNN qeyd edib ki, bu qərar ilk növbədə prezident seçkilərində Co Baydenin qalib gəlməsini şübhə altına alan televiziya kanallarına və şəxslərə yönələcək.