Month: December 2020

  • XİN nazirlərin görüşü barədə məlumat yaydı

    Dekabrın 9-da İran İslam Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə görüşüb.

    Xarici İşlər Nazirliyindən Qaynarinfo-ya verilən məlumata görə, görüş zamanı nazirlər bölgədəki cari vəziyyəti, xüsusilə də 10 noyabr tarixli üçtərəfli bəyanatın imzalanmasından sonra mövcud vəziyyəti müzakirə ediblər.

    Nazir Ceyhun Bayramov qarşı tərəfə Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə nəticələnən 44 günlük Vətən Müharibəsi ilə bağlı ətraflı məlumat verib.

    İran xarici işlər naziri Məhəmməd Cavad Zərif işğal olunmuş ərazilərin azad olunmasını alqışlayıb.

    Tərəflər, mehriban qonşuluq çərçivəsində ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişafı, eləcə də qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi apardılar.

  • Azərbaycan Ermənistana ilk əsirləri təhvil verib

    Bakı Rusiyanın vasitəçiliyi ilə üç əsiri İrəvana təhvil verib.

    Bu barədə Ermənistan hökuməti yanında vahid informasiya mərkəzinin “Facebook” hesabı məlumat yayıb.

    “Baş nazirin müavini Tiqran Avinyanın ofisindən bildirilir ki, Rusiya tərəfinin vasitəçiliyi ilə Ermənistan tərəfinə üç erməni əsir təhvil verilib”, – deyə məlumatda qeyd olunub.

  • Olimpiya çempionu medal qazanmaq üçün abort etdirib

    Keçmiş biatlonçu və xizəkçi Anfisa Reztsova 1988-ci ildə Kanadanın Kalqari şəhərindəki Qış Olimpiya Oyunlarından öncə başına gəlmiş xoşagəlməz hadisəni xatırlayıb.

    “Report” xəbər verir ki, rusiyalı idmançı “sports.ru” nəşrinə açıqlamasında olimpiadadan əvvəl abort etdirdiyini bildirib.

    O, buna medal qazanmaq üçün razılıq verdiyini söyləyib: “Həmin vaxt ölkənin medallara ehtiyacı var idi. Məşqçilər dedilər ki, o, hamilədir, amma uşağı dünyaya gətirməməlidir. Məni Estoniyadan qatarla Moskvaya, ginekoloji dispanserə göndərdilər. Xəstəxanada həkim bildirdi ki, həyat yoldaşınla məsləhətləş. Ərimdən soruşdum. Cavabı belə oldu: necə qərar versən, elə də olacaq. Məsuliyyəti öz üzərimə götürüb aborta razılıq verdim”.

    Reztsovanın sözlərinə görə, abortdan əvvəl İdman Komitəsinin qarşısına şərt qoyub: “Dedim ki, razıyam, amma mənə mənzil verin, valideynlərimizlə qalırıq. Bizə Ximkidə 2 otaqlı mənzil verdilər. Sonra isə Tanrı mənə 4 gözəl qız övladı bəxş etdi”.

    Qeyd edək ki, biatlon üzrə ikiqat olimpiya çempionu olan Anfisa Reztsova xizək yarışlarında da eyni titulu və 3 dəfə dünya birinciliyini qazanıb.

  • Vətən üçün canını fəda edən şəhid gizirimiz: Qanı ilə tarix yazan qəhrəmanımız

    Azərbaycanın 44 gün davam edən və ordumuzun inamlı qələbəsi ilə başa çatan Vətən Müharibəsi neçə-neçə həyat hekayəsi, qəhrəmanlıq salnaməsi ilə yaddaşlara həkk olundu.

    Qarşılarına 30 ilin həsrətinə son qoymağı məqsəd qoyanlar ömürlərinin baharında, gənc yaşlarında bu amal uğrunda qəhrəmancasına canlarını fəda etdilər. Gözlərini də qırpmadan “Vətən sağ olsun dedilər”.

    Elə 30 yaşlı şəhid gizirimiz Əliyev Xəqani Füzuli oğlu kimi.

    II Qarabağ müharibəsinin qələbə ilə bitməsində əməyi olan, qanı ilə tarix yazan şəhidimiz 1990-cı il iyul ayının 12-də Yardımlı rayonunun Çanaqbulaq kəndində doğulub. O, 2009-cu ildə 10 saylı Sumqayıt şəhər Peşə Liseyini bitirib. 2011-ci ildə Daxili Qoşunlarda xidmətə başlayıb.

    2013-cü ildə ehtiyata buraxılan Xəqani Əliyev daha sonra, 2015-ci ildə yenidən N saylı hərbi hissədə kəşfiyyat tağım komandirinin müavini kimi xidmətə başlayır.

    Yüksək döyüşçü bacarıqları və qüsursuz xidməti nəzərə alınan Xəqani Əliyev “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı ilə təltif olunub.

    Ağır döyüşlərdən birində bir neçə güllə yarası almağına baxmayaraq, hospitalda müalicəsini yarımçıq qoyub “əsgərlərim orada qan tökən vaxt mənim burada olmağım doğru deyil” deyərək yenidən döyüş bölgəsinə qayıdıb və oktyabrın 28-də qəhrəmancasına şəhid olub.

    Şəhid gizirimiz nişanlı idi. Qələbədən sonra toyu olacaqdı…

  • Qazi Nurlan Əsədzadə: “Bunkerdən çıxanda tankla üz-üzə qaldım”

    “Report”un Cənub Mərkəzinin əməkdaşı bu dəfə 24 yaşlı qazi Nurlan Əsədzadənin yaşadığı ünvanda olub.

    Nurlan Əsədzadə Lənkəran rayonunun Göyşaban kəndində doğulub. Orta təsilini aldıqdan sonra hərbi xidmətə gedib. Xidmətdə olarkən Xüsusi Təyinatlı olmaq üçün müsabiqədən keçib. 600 nəfər arasından seçilən 18 nəfərdən biri olub. 4 il Xüsusi Təyinatlı Qoşun hissəsində xidmət edib. Aprel döyüşlərinin fəal iştirakçılarından olub. İlk dəfə də Talış kəndinin azad olunması istiqamətində aparılan hərbi əməliyyatlarda kontuziya alıb, iki il yaddaşını itirib.

    Nurlan uzun müddət müalicə aldığı üçü ordudan tərxis olunur. Lakin bu ilin iyun ayında yenidən könüllü olaraq orduya yazılır. Sentyabrın 27-də Fizuli rayonu istiqamətində əks-hücum əməliyyatlarına qoşulur. Nurlanın xüsusi təyinatlı qoşun hissələrində xidməti zamanı əldə etdiyi hərbi bilik və bacarıqlar Vətən Müharibəsi günlərində də özünün, eləcə də onlarla döyüşçü yoldaşının çətin anlarda köməyinə çatıb.

    Qızğın döyüşlərin 16-cı günü qəfildən bunkerdən çıxan zaman tankla üz-üzə qalıb. Atılan mərmi yaxınlığında partlayıb. Həmin hadisəni Nurlan belə xatırlayır:

    “16 gün döyüşdük. Merlinli kəndini ələ keçirdikdən sonra bir-iki gün orada mövqelərimizi möhkəmləndirdik. Bilirdik ki, qarşıdakı düşmən nəzarətində olan kənddə ermənilərin tank bölüyü yerləşir. Bölükdə də azı 10 tank olur. Ərazidə tankların olması ilə bağlı komandanlığa məlumat verdik. PUA-lar vasitəsilə tankların 5-ni məhv etdilər. Növbəti 5 dənə hələ də axtarışda idi. Onlar tankları tunellərdəki bazalarında yerləşdirmişdilər. Bazalar açılır, tanklar çıxaraq atış icra edirdilər. Həmin vaxtı düzünə atış icra edəndə bizim yerləşdiyimiz yeri vurdular. O vaxt biz yaralandıq.”

    Vətən naminə düşmən önündə dik duran qeyrətli oğullarımız, sağlıqlarını itirsələr də yenidən ayağa qalxır. Bu dəfə sevdiklərini yaşatmaq üçün!

  • Максим Шевченко едет в Баку для участия в Параде победы – ФОТО

    Российский политолог, журналист, ведущий и общественный деятель Максим Шевченко прибудет в Баку для участие в Параде победы, который состоится 10 декабря.

    Следует отметить, что М.Шевченко является международным экспертом, который всегда поддерживал справедливую позицию Азербайджана в бывшем нагорно-карабахском конфликте.

  • Ceyhun Bayramov İranda İslam Şurası Məclisinin sədri ilə görüşüb

    İran İslam Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun İslam Şurası Məclisinin sədri Məhəmməd Bağer Qalibaf ilə görüşü baş tutub.

    Azərbaycan Xarici İşlər Nazirliyindən “Report”a verilən məlumata görə, İslam Şurası Məclisinin sədri Azərbaycan ərazilərinin azad edilməsini sülh və davamlı təhlükəsizliyin həyata keçirilməsi istiqamətində vacib addım adlandırıb. O, İran və Azərbaycan arasında hərtərəfli əməkdaşlıq səviyyəsinin artırılmasının əhəmiyyətini qeyd edərək, bunun üçün mövcud müxtəlif potensiallardan istifadə olunmasını vurğulayıb.

    İslam Şurası Məclisinin sədri Məhəmməd Bağer Qalibaf Azərbaycan Respublikası və İran İslam Respublikası arasında iqtisadi, mədəni və digər əməkdaşlıq səviyyələrinin, habelə sərhədlərarası əməkdaşlığın artırılmasından bəhs edib.

    Nazir Ceyhun Bayramov İranın nüvə aliminin terror nəticəsində qətlə yetirilməsi ilə bağlı başsağlığı bildirib. O, Azərbaycanın terrorçuluğun bütün forma və təzahürlərini pislədiyini qeyd edib və bu terror aktının qəbuledilməz olduğunu bildirib.

    Nazir Azərbaycanın 44 gün davam edən Vətən Müharibəsindən bəhs edərək, İran İslam Respublikasının yüksək səviyyəli nümayəndələrinin, o cümlədən İran İslam İnqilabı Ali Rəhbərinin, Prezidentin, eləcə də deputatların dəstək mövqelərini məmnunluqla vurğulayıb.

    Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

  • Azərbaycanla İtaliya arasında iqtisadi əməkdaşlıq müzakirə edilib

    Energetika naziri Pərviz Şahbazov ADA Univesristetində İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi, Azərbaycan Respublikası və İtaliya Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Manlio Di Stefanonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

    Bu barədə “Report”a Energetika Nazirliyindən məlumat verilib.

    Görüşdə cari ilin fevral ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İtaliyaya dövlət səfəri zamanı İtaliya-Azərbaycan təhsiI proqramının genişləndirilməsi və İtaliya-Azərbaycan Universitetinin yaradılması məqsədilə ADA Universiteti ilə Luiss Universiteti arasında imzalanmış sazişə əsasən bu istiqamətdə işlərin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb. ADA Universitetinin rektoru, professor Hafiz Paşayev tərəfindən qeyd edilmiş əməkdaşlıq çərçivəsində həyata keçirilmiş hazırlıq işləri ilə bağlı məlumat təqdim edilib.

    Görüşdə nazir Dağlıq Qarabağ münaqişəsinin gedişatında İtaliya hökumətinin mövqeyinə görə, həmçinin dövlət katibinə ünvanlanmış məktuba qısa zaman ərzində münasibət bildirildiyi üçün qonağa təşəkkürünü ifadə edib.

    Cənab Manlio Ermənistan işğalından azad edilmiş Ağdama səfərinin təəssüratlarını bölüşüb və İtaliya şirkətlərinin qələbədən sonra işğaldan azad olunmuş ərazilərdə həyata keçirələcək quruculuq işlərində iştirakda maraqlı olduğunu bildirib. Həmçinin, iki ölkə arasında iqtisadi-ticarət münasibətlərinə toxunulub, İtalya şirkətləri ilə hazırda davam edən və gələcəkdə həyata keçirilə biləcək layihələr müzakirə edilib.

    Cənub Qaz Dəhlizi və layihənin son komponenti olan Trans Adriatik Boru Kəmərinin əhəmiyyəti vurğulanıb, dəhliz vasitəsi ilə tezliklə Azərbaycan qazının Avropaya nəqlinə başlanmasının nəzərdə tutulduğu bildirilib.

    Yekunda Azərbaycan Respublikası və İtaliya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın gələn il Bakı şəhərində keçiriləcək 6-cı iclasına hazırlıq işlərinin müzakirə edilməsi məqsədilə videokonfrans formatında görüşün keçirilməsi razılaşdırılıb.

  • Rusiyada bank soyulub

    Rusiyanın Saratov vilayətində bir bankın filialına silahlı basqın olub.

    Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

    Qeyd olunub ki, vilayətin Balokovo şəhərində üzü maskalı şəxs bankın şöbəsinə basqın edərək, 700 minə (161 min manat) yaxın rubl oğurlayıb. Hazırda həmin şəxsin axtarışları başlayıb.

    Soyğunçuluq edən şəxsi ən azı 10 il həbs cəzası gözləyir.

  • В Турции выявили около 32 тысяч новых случаев COVID-19 за сутки

    Число выявленных случаев заражения коронавирусом в Турции за сутки составило 31 712, умерли 217 человек, это наибольший показатель с начала пандемии.

    Как передает Median.Az со ссылкой на РИА Новости, об этом свидетельствуют данные минздрава страны.

    “Сегодня выявлено 31 712 новых случаев COVID-19. Умерли 217 больных, с начала пандемии – 15 531. В тяжелом состоянии находятся 5 901 больной”, – говорится в сводке турецкого минздрава.