Month: December 2020

  • Qələbə paradının aparıcısı bəlli oldu – FOTO

    Dekabrın 10-da Bakıda, Azadlıq meydanında keçiriləcək Zəfər paradının aparıcısı bəlli olub.

    AZXEBER.COM Modern.az-a istinadən xəbər verir ki, tədbirin ssenari müəllifi və aparıcısı Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani olacaq.

    Müdafiə Nazirliyinin məlumatına görə, Azadlıq Meydanında keçiriləcək hərbi paradda 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdiriləcək.

    Paradda həmçinin, Vətən müharibəsi zamanı Azərbaycan ordusunun darmadağın etdiyi, düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş olunacaq.

  • Армения продолжает осуществлять экологический террор против Азербайджана – ВИДЕО

    В результате размыва молибденовых месторождений, расположенных в северо-западной части Мегринского района Армении, в реку Араз сбрасывается значительное количество токсичных веществ.

    Как сообщает Baku TV, об этом сказал научный работник Института географии НАНА Магомед Абдыев.

    “Армения осуществляет экологический террор против Азербайджана. Это приводит к серьезным изменениям в составе речных вод. В ближайшие дни на наших территориях, освобожденных от оккупации будут проведен мониторинг по определению состава речных вод”, – добавил он.

  • Döyüş meydanından 846 erməni hərbçinin cəsədi toplandı

    Ermənistan baş nazirinin müavini Tiqran Avinyan 10 noyabr sazişindən sonra Qarabağda döyüş meydanından 846 hərbçinin cəsədinin çıxarıldığını bildirib.

    Qaynarinfo xəbər verir ki, Avinyan onlardan 246-sının tanınaraq cəsədlərinin ailələrinə təhvil verildiyini, 154 nəfərin cəsədinin tətbiq olunduğunu və daha 443 nəfərin DNT testinin aparıldığını əlavə edib. (unikal.org)

  • Qaradağda nişan mərasimi etmək istəyən 16 nəfər cərimələndi – Foto

    Qaradağ rayonunda karantin qaydalarını pozaraq nişan mərasimi etmək istəyən şəxslər cərimələniblər.

    DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin (RPİ) 38-ci Polis Bölməsi (PB) əməkdaşları tərəfindən rayonun Korgöz qəsəbəsində karantin qaydalarını pozaraq nişan mərasimi keçirilməsinin qarşısı alıb.

    Mərasimin təşkilatçısı Abşeron rayon sakini Elşən Verdiyev və nişan zamanı orada olan 15 nəfər barəsində inzibati protokol tərtib olunub. Onların hər biri 200 manat cərimə ediliblər.//Axeber.az

  • Bakıda restoranda toy etmək istəyən şəxslər saxlanıldı

    Paytaxt ərazisində restoranların birində toy etmək istəyən şəxslər saxlanılıblar.

    DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 31-ci Polis Bölməsi (PB) əməkdaşları rayon ərazisində “Xonça” restoranında təşkil edilən toy mərasiminin keçirilməsinin qarşısını alıb.

    Mərasimin zalının icarədarı paytaxt sakini Rahib Həsənli, toyun təşkilatçısı Suraxanı rayon sakini Baba Babayev və toy zamanı orada olan 60-a yaxın şəxs saxlanılaraq 31-ci PB-yə gətiriliblər.Araşdırma zamanı B.Babayevin karantin qaydalarını pozaraq oğluna toy təşkil etmək istədiyi məlum olub.

    Hazırda karantini pozan həmin şəxslərin barəsində qanunauyğun olaraq tədbir görülür.

    Araşdırmalar aparılır.//axeber.az

  • İlham Əliyev Ərdoğanın şərəfinə ziyafət verib – YENİLƏNİB + FOTO/VİDEO

    Dekabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva, ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan birgə şam ediblər.

    Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

    19:43

    Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə şam edib.

    Bu barədə “Haber Global” məlumat yayıb.

    Qeyd edək ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Azərbaycana iki günlük rəsmi səfərdədir. Qardaş ölkə prezidenti sabah təşkil olunacaq Zəfər paradında da iştirak edəcək.

  • Polad Həşimov, İlqar Mirzəyev və İbad Hüseynova “Azərbaycanın Milli Qəhrəmanı” adı verildi

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına “Vətən Müharibəsi Qəhrəmanı” adının verilməsi haqqında Sərəncam imzalayıb.

    Median.Az-ın məlumatına görə, Sərəncama əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə arşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin aşağıdakı hərbi qulluqçularına “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib:

    Mehdiyev İlham İsmayıl oğlu – general-leytenant

    Mirzəyev Hikmət İzzət oğlu – general-leytenant

    İslamzadə Namiq Sərəfruz oğlu – general-mayor

    Məmmədov Zaur Sabir oğlu – general-mayor

    Seyidov Kənan Əlihüseyn oğlu – general-mayor

    Cahangirov Ələkbər Məhəmməd oğlu – polkovnik

    Ələkbərov Babək Mürsəl oğlu – polkovnik

    Hüseynov Telman Əsgər oğlu – polkovnik

    İsrayılov Raqif İbadulla oğlu – polkovnik

    Qurbanov Babək Vahid oğlu – polkovnik

    Mövlanov Nizami Bəydəmir oğlu – polkovnik

    Nudirəliyev Zaur İsmayıl oğlu – polkovnik (ölümündən sonra)

    Sultanov Vüsal Eynulla oğlu – polkovnik

    Yusibov Zəfər Qəzənfər oğlu – polkovnik

    Zeynalov Zaur İlham oğlu – polkovnik

    Quliyev Zaur Hikmət oğlu – 1-ci dərəcəli kapitan

    Abdurahmanov Əfqan Ağasəf oğlu – polkovnik-leytenant (ölümündən sonra)

    Baxışov Səxavət Mamed oğlu – polkovnik-leytenant

    Camalov Ceyhun Fikrət oğlu – polkovnik-leytenant

    Cəfərov Ramiz Sübhan oğlu – polkovnik-leytenant (ölümündən sonra)

    Əkbərov Orxan Nadir oğlu – polkovnik-leytenant (ölümündən sonra)

    Əliyev Anar Vaqif oğlu – polkovnik-leytenant (ölümündən sonra)

    İbrahimov Xaliq Arif oğlu – polkovnik-leytenant

    İmrəliyev Füzuli Şiraslan oğlu – polkovnik-leytenant

    Qasımov Faiq Qaçay oğlu – polkovnik-leytenant (ölümündən sonra)

    Qasımov Ramiz Vaqif oğlu – polkovnik-leytenant (ölümündən sonra)

    Qebedov Elnur Ceerov oğlu – polkovnik-leytenant

    Qurbanov Səfər Qurban oğlu – polkovnik-leytenant

    Mirzəyev Anar Mehman oğlu – polkovnik-leytenant

    Nadirov Rəşad Soltanağa oğlu – polkovnik-leytenant

    Ağayev Vüqar Əhməd oğlu – mayor (ölümündən sonra)

    Bağıyev Mirdamət Səristan oğlu – mayor

    Bayramov Elbrus Eyvaz oğlu – mayor (ölümündən sonra)

    Heydərov Amid Rəbbil oğlu – mayor (ölümündən sonra)

    Həsənov Saleh Valeh oğlu – mayor

    Hüseynquliyev Şahin Yusif oğlu – mayor

    Hüseynov Zaur Rahat oğlu – mayor

    Qaflanov Şixamir Oruc oğlu – mayor (ölümündən sonra)

    Qasımov Anar Misir oğlu – mayor

    Quliyev Röyal İlham oğlu – mayor

    Mansurov Elçin Elşən oğlu – mayor (ölümündən sonra)

    Məmmədov Anar İbrahim oğlu – mayor

    Orucov İlqar Rəhman oğlu – mayor

    Səfərli Gündüz Ağamməd oğlu – mayor

    Səfərov Elvin Sərraf oğlu – mayor

    Şirinov Elnur Ramiz oğlu – mayor

    Şükürov Anar Mehman oğlu – mayor (ölümündən sonra)

    Abdullayev Rəşad Arif oğlu – kapitan (ölümündən sonra)

    Babayev Nihad Akif oğlu – kapitan (ölümündən sonra)

    Bağırlı Qəzənfər Kərim oğlu – kapitan

    Bədəlov Nicad Mehman oğlu – kapitan

    Əliyev Fərid Vaqif oğlu – kapitan

    Həsənov Ceyhun Aydın oğlu – kapitan (ölümündən sonra)

    Hudulov Ramazan İzzət oğlu – kapitan

    Qasımlı Rəşad Məzahir oğlu – kapitan

    Mahmudov Cavid Hilal oğlu – kapitan (ölümündən sonra)

    Musibov Veysəl Yadullayeviç – kapitan (ölümündən sonra)

    Noçuyev Surxay Əbdül oğlu – kapitan (ölümündən sonra)

    Səmədov İsmayıl Məhəmməd oğlu – kapitan (ölümündən sonra)

    Şıxnəbiyev Renat Güləmməd oğlu – kapitan

    Ağayev Qəzənfər Mahmud oğlu – baş leytenant

    Balacayev İzzət Zakir oğlu – baş leytenant

    Behbudov Cavid Ədalət oğlu – baş leytenant

    Bədəlov Valeh Vahid oğlu – baş leytenant (ölümündən sonra)

    Hümbətov Azad Arif oğlu – baş leytenant (ölümündən sonra)

    İbrahimli Adil Asəm oğlu – baş leytenant (ölümündən sonra)

    Allahyarov Şahin Hüseynbala oğlu – baş gizir (ölümündən sonra)

    Cəbrayılov Sübhan Rahim oğlu – baş gizir (ölümündən sonra)

    Hüseynov Yaşar Əhəd oğlu – baş gizir

    İsmayılov Camal Vidadi oğlu – baş gizir (ölümündən sonra)

    Niftəliyev Mehrab Söhrab oğlu – baş gizir (ölümündən sonra)

    Yusifli Azər Nazim oğlu – baş gizir (ölümündən sonra)

    Əsgərli İntiqam Bayram oğlu – gizir (ölümündən sonra)

    Vəliyev Elyar Arif oğlu – gizir (ölümündən sonra)

    Cabbarov Orxan Rövşən oğlu – kiçik gizir (ölümündən sonra)

    Əhmədov Yaşar Mirağa oğlu – kiçik gizir

    Hüseynov Əli Rəşid oğlu – kiçik gizir

    İbrahimli Nail Nəriman oğlu – kiçik gizir (ölümündən sonra)

    Novruzov Amin Tacəddin oğlu – kiçik gizir (ölümündən sonra)

    Zalov Fəqan Amil oğlu – kiçik miçman (ölümündən sonra)

    Abdullazadə Azər Rizvan oğlu – əsgər

    Əflətov Murad İlyas oğlu – əsgər

    Yaqubov Vüsal Elşən oğlu – əsgər.//Axeber.az

  • Prezident Mayis Bərxudarovu təltif etdi

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

    Median.Az xəbər verir ki, təltif edilənlər arasında general-mayor Mayis Bərxudarov da var. O, “Qarabağ” ordeni ilə təltif edilib.//Axeber.az

  • ÜST Azərbaycanda münaqişədən zərər çəkmiş bölgələrdə ehtiyacları öyrənir

    Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Səhiyyə ilə bağlı Ehtiyacların Qiymətləndirilməsi Missiyası son hərbi əməliyyatların mülki əhali üzərindəki təsirlərini öyrənmək üçün Azərbaycanın münaqişədən zərər çəkmiş bölgələrində öz işinə başlayıb.

    Missiya çərçivəsində nümayəndə heyəti yerli icra hakimiyyəti orqanlarını və səhiyyə müəssisələrini ziyarət edəcək, tibb işçiləri və digər şəxslərlə ÜST-ün lazımi dəstək göstərə biləcəyi sahələri müəyyənləşdirmək üçün müzakirələr aparacaq.

    Beşgünlük səfər çərçivəsində missiya üzvləri Bərdə, Tərtər, Ağdam və Gəncəni ziyarət edəcək, münaqişədən birbaşa zərər çəkmiş insanlara gigiyena dəstləri və tibbi maskalar paylayacaq.

    Missiya təşkilatın 7 nəfərlik yerli və xarici ekspertindən, Səhiyyə Nazirliyi və TƏBİB-in nümayəndələrindən ibarətdir.

  • Состоялась встреча Джейхуна Байрамова с Мохаммедом Джавадом Зарифом – ФОТО

    В рамках визита в Иран 9 декабря министр иностранных дел Азербайджана Джейхун Байрамов встретился со своим иранским коллегой Мохаммедом Джавадом Зарифом.

    Как сообщает пресс-служба МИД Азербайджана, стороны обсудили текущую ситуацию после подписания трехстороннего заявления 10 ноября.

    Дж.Байрамов подробно проинформировал собеседников о 44-дневной Отечественной войне, завершившейся освобождением оккупированных азербайджанских территорий.

    В свою очередь, М.Дж.Зариф поприветствовал освобождение оккупированных территорий Азербайджана.

    Стороны также обсудили развитие двустороннего сотрудничества в рамках добрососедства, региональные и международные вопросы, представляющие взаимный интерес.