Month: December 2020

  • Şəmkirdə ikimərtəbəli evdə yanğın

    Şəmkir rayonunda ümumi sahəsi 150 m² olan ikimərtəbəli evin yanar konstruksiyaları 85 m² sahədə yanıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

    Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Кадры из села Икинджи Агалы Зангиланского района – ВИДЕО

    Министерство обороны АР распространило видеокадры из села Икинджи Агалы Зангиланского района.

  • Zəngilanın işğaldan azad edilən daha bir kəndindən görüntülər – VİDEO

    Müdafiə Nazirliyi Zəngilan rayonunun İkinci Ağalı kəndindən videogörüntülər yayıb.

    Həmin görüntüləri təqdim edirik:

  • Şəmkirdə yük maşını daşıdığı dərmanlarla birgə yanıb külə döndü

    Şəmkir rayonu ərazisində “Scania” markalı yük maşınının yanar hissələri və banına yığılan dərman preparatları yanıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub.

    Yanğın söndürülüb.

  • Bağçada kütləvi zəhərlənən uşaqların xəstəxanadan görüntüləri yayılıb – VİDEO

    Rusiyanın İvonovo vilayətində Puçej şəhərində “Kolokolçik” uşaq bağçasında zəhərlənən uşaqların xəstəxanadan görüntüləri yayılıb.

    Bu barədə REN TV xəbər yayıb.

    Qeyd edək ki, bir neçə gün öncə bağçada kütləvi zəhərlənmə baş verib. Ümumilikdə 43 uşaq zərər çəkib, onlardan 16-sı xəstəxanaya yerləşdirilib. Ancaq kanal bildirir ki, xəstəxanaya yerləşdirilən körpələr daha çox ola bilər.

    Hadisə ilə bağlı cinayət işi açılıb.

  • Названы ненужные в будущем профессии

    Эксперт назвал профессии, которые рискуют стать ненужными уже в ближайшие 10 лет. По словам президента сервиса по поиску работы SuperJob Алексея Захарова, речь идет о бухгалтерах, водителях-дальнобойщиках и таксистах, сообщает газета “Известия”.

    По его словам, спрос на бухгалтеров падает на фоне роста цифровизации и массового перехода на электронный документооборот, а водителей в будущем могут вытеснить беспилотники. “Все новые грузовые автомобили, которые будут сходить с конвейера, либо уже сейчас предусматривают возможность переоборудования для беспилотной эксплуатации, либо такая возможность всеми производителями будет реализована в самое ближайшее время”, – констатировал специалист.

    Еще, по словам Захарова, в ближайшие годы невостребованными на рынке рискуют оказаться преподаватели иностранных языков: это во многом тоже связано с развитием технологий. Он уточнил, что изучение языков уже сейчас для многих становится хобби, одновременно с этим растет эффективность электронных сервисов для перевода.

  • Yaxın gələcəkdə “öləcək” peşələr açıqlandı – VİDEO

    Mühasib, yük maşını sürücüləri və taksi sürücülərinin peşələri yaxın 10 ildə lazımsız hala düşmə riski ilə üzləşiib.

    “İzvestiya”nın məlumatına görə, bu barədə Rusiyanın “SuperJob” iş axtarışı xidmətinin rəhbəri Aleksey Zaxarov bildirib.

    Onun sözlərinə görə, mühasiblərə tələbat rəqəmsallaşmanın artması və elektron sənəd dövriyyəsinə kütləvi keçid fonunda azalır, pilotsuz maşınlar isə gələcəkdə sürücüləri əvəz edə bilər.

    “Konveyerdən çıxacaq bütün yeni yük avtomobilləri ya hazırda insansız əməliyyat üçün yenidən təchiz olunma ehtimalına baxır, ya da belə bir fürsəti çox yaxın gələcək üçün nəzərdə tutur”, – deyə o, vurğulayıb.

    Zaxarov bildirib ki, yaxın illərdə xarici dil müəllimlərinin də peşəsi risk altındadır: bu da böyük ölçüdə texnologiyanın inkişafı ilə əlaqədardır. O, elektron tərcümə xidmətlərinin səmərəliliyinin artdığını, dillərin öyrənilməsinin isə artıq çoxları üçün sadəcə hobbi halına gəldiyini açıqlayıb.

  • Sumqayıtda “Lexus” markalı avtomobil piyadanın ölümünə səbəb oldu

    Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Xeberle.com-un məlumatına görə, hadisə şəhərin bulvar ərazisində qeydə alınıb.

    Belə ki, 1960-cı il təvəllüdlü Həsənov Şamil Şahalı oğlunu “Lexus” markalı avtomobil vurub. Piyada aldığı xəsarətlərdən ölüb. Meyit müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Обнародованы кадры из депо с вакцинами от COVİD-19 для Турции – ВИДЕОРЕПОРТАЖ

    Турецкий телеканал TRT Haber подготовил репортаж из депо, где размещены произведенные в Китае фирмой Sinovac Biotech Ltd вакцины от коронавируса COVID-19.

    Отмечается, что в ближайшее время будет дан старт их отправке в Турцию.

    Самолет с первой партией вакцин отправится из Китая сегодня вечером и будет в месте назначения уже через 10 часов после вылета.

    Согласно достигнутому соглашению Турция получит в общей сложности 50 миллионов доз вакцины.

  • Koronavirus vaksininin bazasından görüntülər – VİDEOREPORTAJ

    Türkiyənin “TRT Haber” televiziyası Çinin istehsal etdiyi və Türkiyəyə göndərilməsinə hazırlıq görülən “Sinovac” peyvəndlərinin yerləşdiyi depodan reportaj hazırlayıb.

    Reportajda qeyd olunur ki, artıq “Sinovac Biotech” Ltd firmasının istehsal etdiyi “Sinovac” peyvəndlərinin Türkiyəyə göndərilməsinə start verilib.

    Qeyd olunur ki, sabah axşam saatlarında Türkiyəyə yola düşəcək “Sinovac” peyvəndlərini daşıyan təyyarə 10 saatdan sonra İstanbul şəhərindəki hava limanına çatacaq.

    ÇXR ilə əldə edilən razılaşma əsasında Türkiyəyə ümumilikdə 50 milyon doza peyvənd gətiriləcək.