Month: December 2020

  • Koçaryan: “Azərbaycanla diplomatik münasibətlər qurulmalıdır”

    Ermənistan Parlamentinin Müdafiə və Milli Təhlükəsizlik Komissiyasının sədri Andranik Koçaryan Azərbaycanla dialoqa başlamaq lazım olduğunu açıqlayıb.

    Bu barədə “Vestnik Kavkaza” məlumat yayıb.

    “Həm döyüş meydanında, həm mənəvi, həm də psixoloji olaraq məğlub olduq. Nə qədər çətin olsa da, qalib gələn tərəflə dialoqa başlamağa cəhd etməliyik. Azərbaycanla diplomatik münasibətlərin qurulması gözlənilən perspektivləri dəyişdirəcək”, – deyə A.Koçaryan bildirib.

  • Bu xəbər Ermənistanı çalxaladı: Azərbaycan əsgərləri mülki geyimdə Vardenisdəki restoranların birində…

    Bu gün mülki geyimli azərbaycanlı hərbçilərin Vardenisdəki restoranların birində nahar etdikləri barədə müxtəlif mənbələrdən məlumat alırıq.

    Median.Az-ın məlumatına görə, bunu Çiçəklənən Ermənistan Partiyasından olan millət vəkili İveta Tonoyan Ermənistan Milli Məclisinin iclasında bəyan edib.

    Onun sözlərinə görə, eyni mənbələr Azərbaycan əsgərlərinin Vardenisin mağazalarında alış-veriş etdiklərini bildirmişlər.

    Millət vəkili bildirib ki, Azərbaycan hərbçiləri özlərini olduqca sərbəst hiss edir.//oxu24.com

  • Şad xəbər! Tankçımız komadan ayıldı

    Tankçı, MAXE Mamedov Samir Eldəniz oğlu 44 günlük Vətən müharibəmizdə qəhrəmanlıq nümayiş etdirən hərbçilərimizdən biridir.

    Median.Az xəbər verir ki, Samir 1993-cü ilin noyabrın 10-da Ağcabədi rayonunda anadan olub. Füzuli, Cəbrayıl, Hadrut istiqamətlərində gedən döyüşlər zamanı iki dəfə yaralanıb. Müharibənin ilk günlərində yaralandıqdan sonra xəstəxanaya yerləşdirilib. Xəstəxanada çox qalmaq istəmədiyini bildirən Samir, təkid edərək qısa müddətdə yenidən cəbhəyə qayıdıb. Bu dəfə isə onun idarə etdiyi tank minaya düşərək partlayıb.//oxu24.com

  • Rəşad Mahmudova ağır itki üz verdi – Koronovirus daha bir can aldı

    Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, Mərkəzi Gömrük Hospitalının “Elmi Təcrübi və Tədris Mərkəzi”nin rəisi Rəşad Mahmudova ağır itki üz verib.

    Median.Az xəbər verir ki, deputatın anası Şərqiyə Mahmudova koronavirusdan dünyasını dəyişib.

    Allah rəhmət eləsin!

  • На освобожденных территориях Азербайджана начинается новая эпоха – эпоха строительства и благоустройства

    На освобожденных территориях Азербайджана начинается новая эпоха – эпоха строительства и благоустройства. Призыв главы государства к участию в этом масштабном процессе компаний дружественных стран еще раз подтверждает то значение, которое наша страна придает дружбе и сотрудничеству.

    Об этом во вторник сказал Trend депутат Милли Меджлиса (парламент) Азербайджана, член рабочей группы по межпарламентским связям Азербайджан-Италия Рамин Мамедов, передает Median.Az.

    Депутат отметил, что мнения, которые озвучил Президент Азербайджана Ильхам Алиев, принимая делегацию во главе с заместителем председателя Палаты депутатов Италии, еще раз показывают, что отношения между двумя странами основаны на глубоком доверии: “Азербайджан и Италия тесно сотрудничают в ряде областей. Это в том числе сотрудничество в различных областях экономики, начиная с энергетических проектов мирового значения. В то же время наши страны продолжают укреплять отношения в политической сфере. Политическая поддержка Италией справедливой борьбы Азербайджана во время Отечественной войны дала новый импульс дальнейшему укреплению связей и взаимного доверия”.

    По словам Мамедова, тот факт, что товарооборот между двумя странами достиг шести миллиардов долларов, показывает, насколько крепки экономические связи, основанные на взаимных интересах.

    “Это взаимодоверие – один из основных факторов, создающих условия для расширения сферы сотрудничества и открытия новых направлений. Поэтому активное участие итальянских компаний в восстановительных и строительных работах на освобожденных территориях Азербайджана послужит дальнейшему расширению двустороннего сотрудничества”, – сказал он.

    Депутат добавил, что итальянские компании имеют хороший опыт в сфере инфраструктурных, транспортных и коммуникационных проектов. Этот опыт может внести весомый вклад в успешное выполнение запланированных строительных работ на освобожденных территориях, подытожил Мамедов.

  • Şəhid polkovnik-leytenantın qızı: “Atam söz vermişdi ki, gələcək, gəlmədi” – VİDEO

    44 günlük vətən müharibəsində iştirak etmiş qəhrəmanlardan biri də Elzamin Təhməzovdur.

    Kiçik yaşlarından hərb sənətinə meyil salan Elzamin Təhməzov polkovnik-leytenant rütbəsinə qədər yüksəlib.

    Xarici ölkələrdə müxtəlif kurslarda iştirak etmiş polkovnik leytenant vətən müharibəsi zamanı adını qəhrəmanlar sırasına yazdıranlardandır.

    Kəşfiyyat rəisi kimi Tərtər rayonunun Talış kəndi istiqamətində uğurlu döyüş yolu keçib.

    Baku TV şəhidin ailəsindən reportaj hazırlayıb:

  • “Azneft”in vətən müharibəsində iştirak etmiş əməkdaşları – FOTO

    SOCAR-ın “Azneft” İstehsalat Birliyi vətən müharibəsində iştirak etmiş əməkdaşları ilə bağlı paylaşım edib.

    Sözügedən paylaşımı təqdim edirik:

    “Haqq savaşında, haqq yolunda qalib gələn, torpaqlarını işğaldan azad edən, bütünləşən Azərbaycan bir daha öz gücünü, qüdrətini dünyaya nümayiş etdirdi. Bu qalibiyyətin əsas müəllifi isə şanlı Ordumuz, igid əsgərlərimizdir.

    SOCAR-ın “Azneft” İstehsalat Birliyinin (İB) Vətən Müharibəsində iştirak edən qəhrəmanlarını siz də tanıyın.

    H.Z.Tağıyev adına NQÇİ-də quyuların əsaslı və yeraltı təmiri üzrə usta vəzifəsində çalışan Sadiq Həsənov döyüşlərin ilk günlərindən düşmənlə üz-üzə dayanan qəhrəman neftçilərimizdəndir. Kəlbəcər uğrunda gedən döyüşlərdə yaralanan Sadiq bu gün müalicəsini davam etdirir. Allahdan ona şəfa diləyir, tezliklə sağlamlığına qovuşmasını arzulayırıq.

    NQÇİ-nin Geoloji şöbəsinin rəisi Ənvər Həbibov isə Tərtər rayonu, Suqovşan, Talış kəndi, Füzuli rayonu istiqamətindəki döyüşlərdə aktiv iştirak edib. Düşmənə göz açmağa imkan verməyən Ənvər döyüş yoldaşları ilə birgə əsl igidlik, mərdlik nümunəsi göstərib.

    44 günlük Vətən Müharibəsi zamanı Füzuli, Cəbrayıl, Hadrud, Xocavənd, Şuşa uğrunda gedən döyüşlərdə mərdliklə vuruşan idarənin neftin kompleks hazırlanması və nəqli sahəsi, susuzlaşdırma və duzsuzlaşdırma qurğusunun operatoru Nicat Məmmədov adını Vətən Müharibəsinin qəhrəmanları sırasına yazdıranlardandır.

    NQÇİ-nin quyuların əsaslı təmiri üzrə qazmaçısı Saleh Rəhmanov da şərəfli neftçi adını uca tutan, Vətənin oğul dediyi igidlərdəndir. Laçın, Qubadlı uğrunda gedən döyüşlərdə fəal iştirak edən Saleh ona tanıyanlara, doğmalarına, bütün xalqımıza böyük qürur, sevinc hissini yaşadıb. Tanrı sizə yar olsun.

    Sizinlə qürur duyuruq!”

  • В Турции выявили более 33 тысяч больных коронавирусом за сутки

    Число выявленных случаев заражения коронавирусом в Турции за сутки составило 33 198, умерли 211 человек, это наибольшие показатели с начала пандемии.

    Об этом свидетельствуют данные минздрава страны.

    Следует отметить, что с начала пандемии в братской стране жертвами коронавируса стали 15 314 человека.

  • Bakıda avtomobil 47 yaşlı kişini vuraraq xəsarət yetirdi

    Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

    “Report” xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb.

    Babək prospektində 1973-cü il təvəllüdlü Talıbov Fuad İslam oğlu yolun qadağan olunmuş hissəsindən keçərkən avtomobil onu vurub. Nəticədə F.Talıbov müxtəlif xəsarətlər alıb. Yaralı xəstəxanaya çatdırılıb. Ona sağ göz nahiyəsinin gematoması və sağ baldır sümüyünün sınığı diaqnozları qoyulub.

    Faktla bağlı araşdırma aparılır.

  • DÇ-2022: Millimizin oyunlarının təqvimi açıqlandı

    DÇ-2022-nin seçmə mərhələsində A qrupunda mübarizə aparacaq Azərbaycan milli komandasının oyunlarının təqvimi açıqlanıb.

    “Report” AFFA-nın saytına istinadən xəbər verir ki, Canni De Byazinin başçılıq etdiyi kollektiv qrupda ilk matçını 2021-ci il martın 24-də səfərdə Portuqaliyaya qarşı keçirəcək.

    2021-ci il

    24 mart

    20:45. Portuqaliya – Azərbaycan

    27 mart

    Qətər – Azərbaycan

    30 mart

    18:00. Azərbaycan – Serbiya

    1 sentyabr

    20:45. Lüksemburq – Azərbaycan

    4 sentyabr

    18:00. İrlandiya – Azərbaycan

    7 sentyabr

    18:00. Azərbaycan – Portuqaliya

    9 oktyabr

    18:00. Azərbaycan – İrlandiya

    12 oktyabr

    20:45. Serbiya – Azərbaycan

    11 noyabr

    18:00. Azərbaycan – Lüksemburq

    14 noyabr

    Azərbaycan – Qətər

    Oyunların başlanma saatı mərkəzi Avropa vaxtı ilə göstərilib.

    Qeyd edək ki, UEFA son Asiya çempionu Qətər millisini 2022-ci ildə keçiriləcək dünya çempionatına hazırlıq məqsədilə dəvət edib. Qətər millisi A qrupunda yer alan bütün komandalarla təqvimə uyğun olaraq ev-səfər prinsipi əsasında qarşılaşacaq. Rəqiblərin səfər məsafəsinin qısa olması üçün Qətər millisinin ev oyunları Avropada keçiriləcək.

    Bu yığmanın iştirakı ilə baş tutacaq ev oyunlarının məkanı və saatı barədə əlavə məlumat veriləcək.