Month: December 2020

  • В Азербайджане замглавы ИВ скончался от коронавируса – ФОТО

    Заместитель главы Исполнительной власти (ИВ) Насиминского района Баку Гурбан Исмаилов скончался от коронавирусной инфекции утром 9 декабря, передает Report.

    Две недели назад он сдал положительный тест на COVID-19 и был госпитализирован.

    Гурбан Султанали оглу Исмаилов родился 19 ноября 1971 года в селе Гараханбейли Бабекского района Нахчыванской Автономной Республики. С 2017 года занимал должность замглавы ИВ Насиминского района столицы.

  • Azərbaycanda yüksək vəzifəli şəxs koronavirusdan vəfat etdi – FOTO

    Bakı şəhəri, Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini Qurban İsmayılov bu gün səhər saatlarında koronavirusdan vəfat edib.

    “Report”-un məlumatına görə, Q.İsmayılovun iki həftə əvvəl verdiyi COVID-19 testi pozitiv çıxıb və o xəstəxanada müalicə alıb.

    İsmayılov Qurban Soltanəli oğlu 19 noyabr 1971-ci ildə Naxçıvan MR Babək rayonu, Qaraxanbəyli kəndində anadan olub. 2017-ci ildən Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışıb.

  • В Кельбаджаре установлены полицейские посты – ФОТО

    В освобожденном 25 ноября от армянской оккупации Кельбаджарском районе в соответствии с указом Верховного главнокомандующего были организованы временные комендатуры. Приказом главы МВД начальник районного отдела полиции полковник-лейтенант Ахверди Акбаров был назначен комендантом района.

    Об этом сообщила гянджинская региональная группа пресс-службы ведомства.

    Сотрудники РОП и военнослужащие Внутренних войск контролируют выполнение требований режима. В районе установлены полицейские посты.






  • Azərbaycan polisi Kəlbəcərdə postlar qurdu – FOTO

    Noyabr ayının 25-də işğaldan azad edilən Kəlbəcər rayonunda Ali Baş Komandanın fərmanına uyğun olaraq komendant rejimi elan edilib və Daxili İşlər Nazirinin əmrilə Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Haxverdi Əkbərov rayonun komendantı təyin olunub.

    Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

    RPŞ-nin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları rayonun giriş-çıxışlarında, o cümlədən, rayon daxilində polis postları quraraq komendant rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət edirlər.






  • Karantin rejimində hotellər necə fəaliyyət göstərir?

    Hazırda Bakıda böyük hotellərin altısı, kiçik hotellərin isə bir neçəsi fəaliyyət göstərir.

    Bunu Trend-ə Azərbaycan Hotel Assosiasiyasının Baş icraçı direktoru Günay Sağlam deyib.

    Onun sözlərinə görə, hazırda hotellərdən turizm məqsədilə deyil, yalnız qısa iş səyahətləri üçün istifadə edilir:

    “Bəzi şirkətlər karantinlə əlaqədar işçilərini iki həftə ərzində hotellərdə yerləşdirirlər. Buna görə də hotellərdən hazırda daha çox karantin məqsədilə, korporativ qonaqlar üçün istifadə edilir”.

    G.Sağlam əlavə edib ki, hazırda Bakıda hotellər çox az sayda fəaliyyət göstərdiyindən və qonaq sayı çox az olduğundan bu yerləşdirmə müəssisələrinin dolma faizi ən yüksək halda noyabrda 10-11 faiz olub. Lakin günlərdən asılı olaraq, bu göstərici dəyişə də bilir.

    AHA rəsmisi sərt karantin qaydalarının tətbiq edildiyi Şəki, Lənkəran şəhərləri, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarında hotellərin ümumiyyətlə fəaliyyət göstərmədiyini də söyləyib.

    O qeyd edib ki, ölkə ərazisində xüsusi karantin rejiminin müddəti gələn il yanvarın 31-dək uzadıldığından həmin müddətədək hotellərə turların təşkili də mümkünsüzdür.

  • Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulur – MATÇLAR

    Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsinə yekun vurulacaq.

    Dünən bu matçlar keçirilib:

    E qrupu
    “Zenit” (Rusiya) – “Borusiya” (Dortmund, Almaniya) 1:2
    “Latsio” (İtaliya) – “Bruqe” (Belçika) 2:2

    “Borusiya” və “Latsio” pley-offa yüksəlib, “Bruqe” Avropa Liqasında yarışacaq.

    F qrupu
    “Çelsi” (İngiltərə) – “Krasnodar” (Rusiya) 1:1
    “Renn” (Fransa) – “Sevilya” (İspaniya) 1:3

    “Çelsi” və “Sevilya” pley-offa yüksəlib, “Krasnodar” Avropa Liqasında yarışacaq.

    G qrupu
    “Barselona” (İspaniya) – “Yuventus” (İtaliya) 0:3
    “Dinamo” (Ukrayna) – “Ferentsvaroş” (Macarıstan) 1:0

    “Yuventus” və “Barselona” pley-offa yüksəlib, “Dinamo” Avropa Liqasında yarışacaq.

    H qrupu
    PSJ (Fransa) – “İstanbul Başakşəhər” (Türkiyə) yarımçıq dayandırılıb, bu gün keçiriləcək
    “Leypsiq” (Almaniya) – “Mançester Yunayted” (İngiltərə) 3:2

    “Leypsiq” və PSJ pley-offa yüksəlib, “Mançester Yunayted” Avropa Liqasında yarışacaq.

    Bu gün keçiriləcək oyunlar

    A qrupu
    00:00 “Bayern” (Almaniya) – “Lokomotiv” (Rusiya)
    00:00 “Zalsburq” (Avstriya) – “Atletiko” (İspaniya)

    B qrupu
    00:00 “İnter” (İtaliya) – “Şaxtyor” (Ukrayna)
    00:00 “Real” (İspaniya) – “Borusiya” (Mönxenqladbax, Almaniya)

    C qrupu
    00:00 “Mançester Siti” (İngiltərə) – “Marsel” (Fransa)
    00:00 “Olimpiakos” (Yunanıstan) – “Portu” (Portuqaliya)

    D qrupu
    21:55 “Ayaks” (Hollandiya) – “Atalanta” (İtaliya)
    21:55 “Midtüland” (Danimarka) – “Liverpul” (İngiltərə)

  • Düşməni məhv etdi, yaralı yoldaşlarını ərazidən çıxardı, doğum günündə şəhid oldu

    Düşmən əsgəri ilə dolu olan iki hərbi texnikanı məhv edən şəhid Məmmədli Seymuru sizə tanıdacağıq.

    Qafqazinfo xəbər verir ki, S.Məmmədli Qax rayonunun Ağçay kəndindəndir. O, 19 oktyabr 1996-cı ildə doğulub.

    Yaralı döyüş yoldaşlarını ərazidən çıxaran zaman Hadrut istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Onun şəhidlik məqamına yüksəlişi öz ad günündə baş verir.

    Elə həmin gün də torpağa tapşırılır.

  • TƏBIB: Не покидайте свои дома без острой необходимости

    Объединение по управлению медицинскими территориальными подразделениями (TƏBIB) Азербайджана обратилось к населению в связи с коронавирусной инфекцией.

    В обращении говорится, что лучшей превентивной мерой в борьбе с вирусом, которая сократит его негативное воздействие, является защита себя и окружающих.

    TƏBIB призвало граждан не покидать без острой необходимости места проживания и оставаться дома: “Это станет самой большой моральной поддержкой для нашего государства и врачей”.

  • TƏBİB əhaliyə müraciət etdi

    Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronavirus infeksiyası ilə bağlı əhaliyə müraciət edib.

    Müraciətdə bildirilib ki, virusla ən yaxşı və ilkin mübarizə, eyni zamanda onun təsir gücünü azaldacaq tədbir özümüzü və ətrafımızı qorumaqdan başlayır:

    “Vacib işimiz olmadığı halda küçəyə çıxmayıb, evimizdə qalaraq COVID-19 virusunun yayılma tempini zəiflətmək dövlətimizə və həkimlərimizə ən böyük mənəvi dəstəkdir”.

  • Paytaxt sakini naməlum şəxs tərəfindən bıçaqlandı

    Bakının Səbail rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

    APA xəbər verir ki, hadisə Bayıl qəsəbəsində baş verib.

    1973-cü il təvəllüdlü İsmayılov Elton Elçin oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

    Fakt Səbail Rayon Polis İdarəsində araşdırılır.