Month: December 2020

  • Bakıda yaşayış binasında yanğın olub

    Bakıda yanğın hadisəsi baş verib.

    Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Qaradağ rayonunda onmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində ümumi sahəsi 52 kvadrat metr olan mənzilin yanar konstruksiyaları və ev əşyaları 17 kvadrat metr sahədə yanıb.

    Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

    Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • В Италии зажгли самую большую елку в мире – ВИДЕО

    В итальянской коммуне Губбио состоялась ежегодная церемония зажжения самой большой новогодней елки в мире, передает телеканал “Звезда”.

    Гигантская елка высотой 750 метров и шириной 450 метров представляет собой световую инсталляцию на южном склоне горы Инджино, созданную из более чем 700 неоновых огней.

    Именно так уже 40 лет встречают Новый год и Рождество в старинном итальянском Губбио.

    Чтобы увидеть красочное световое шоу, занесенное в Книгу рекордов Гиннесса, к подножию холма Инджино каждый год приезжали тысячи туристов. Праздничная толпа заполняла средневековые улицы.

    В этом году ввиду коронавирусных ограничений церемония зажжения огней транслировалась в онлайн-формате.

  • Dünyanın ən böyük Yeni İl Şam ağacı işıqlandırıldı – VİDEO

    İtaliyanın Gubbio kommunasında dünyanın ən böyük Yeni il Şam ağacının işıqlandırılma mərasimi keçirilib.

    Tvzvezda.ru xəbər verir ki, hündürlüyü 750 metr, eni 450 metr olan nəhəng Milad ağacı İndjino dağının cənub yamacında 700-dən çox neon işıqdan yaradılan yüngül bir qurğudur.

    Artıq Gubbioda Yeni il və Milad 40 ildir bu qaydada qeyd olunur.

    İndjinonun ətəyinə hər il minlərlə turist rəngarəng “Guinness World Records” işıq şousunu görmək üçün gəlir.

    Bu il koronavirus məhdudiyyətləri səbəbindən işıqlandırma mərasimi onlayn yayımlanıb.

  • Ərdoğan Azərbaycana gəlir: Səfər proqramı açıqlandı

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycana gələcək və Qarabağdakı atəşkəsdən sonra ilk dəfə həmkarı İlham Əliyevlə görüşəcək.

    Bu barədə “TRTHaber” məlumat yayıb.

    Ərdoğanın Bakı səfəri iki gün davam edəcək. Görüşdə həm iki ölkə arasındakı münasibətlər, həm də Qarabağdakı son vəziyyət müzakirə ediləcək.

    Ərdoğan-Əliyev görüşü zamanı atəşkəs prosesi ətraflı qiymətləndiriləcək.

    İki lider atəşkəsi izləmək və nəzarət etmək üçün yaradılan Türkiyə-Rusiya mərkəzi ilə bağlı son vəziyyəti də müzakirə edəcəklər. Ortaq Mərkəz üçün həyata keçirilən fəaliyyətlər müzakirə olunacaq.

    Danışıqlar zamanı Türkiyə və Azərbaycanın birlikdə atdıqları addımlar barədə qiymətləndirmələr aparılacaq.

  • 190 manat almaq üçün yenidən qeydiyyatdan keçmək mümkün olacaq? – RƏSMİ

    Nazirlər Kabinetinin qərarına əsasən sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar 600 min nəfərə yenidən 190 manat dəyərində birdəfəlik ödəmə təyin olunacaq. Yardımı alacaq şəxslər daha öncəki sərtləşdirilmiş karantin ərəfəsində qeydiyyatdan keçmiş vətəndaşlar olacaq.

    Maraqlıdır, ötən müddət ərzində həmin 600 min nəfər içərisində artıq işləyənlər var. Yaxud, həmin vaxt işləyən bir çox vətəndaşlarımız hazırda işsizdir. Belə olan halda qeydiyyat sisteminin yenidən işə salınması məqbul deyilmi?

    Məsələ ilə bağlı Sfera.az-a danışan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov qeydiyyat sisteminin yenidən aktivləşdirilməyəcəyini bildirib:

    “190 manatı almaq üçün yenidən qeydiyyat sistemi yaradılmayacaq. Bununla bağlı gün ərzində açıqlama verəcəyik”.

  • Премьер Молдовы заразился коронавирусом

    Премьер-министр Молдовы Ион Кику заразился COVID-19.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом сообщил пресс-секретарь главы правительства Борис Харя.

    “В связи с появлением некоторых симптомов, характерных для вируса COVID 19, премьер-министр Ион Кику провел соответствующий тест. Тест положительный. Премьер продолжит выполнять свои обязанности удаленно”, – написал Борис Харя на своей странице в Facebook.

    Ранее коронавирус перенесли председатель парламента Молдовы Зинаида Гречаный, ряд министров и депутатов парламента.

  • Moldovanın baş naziri koronavirusa yoluxdu

    Moldovanın baş naziri İon Kikuda COVID-19 aşkarlanıb.

    Median.Az xəbər verir ki, bu barədə hökumət başçısının mətbuat katibi Boris Xarya çərşənbə axşamı bildirib.

    “COVID 19 virusu üçün tipik olan bəzi əlamətlərin yaranması ilə əlaqədar olaraq baş nazir İon Kiku test verdi. Test müsbətdir. Baş nazir distant şəkildə öz vəzifəsinin icrasına davam edəcək”, – Boris Xarya özünün feysbukdakı hesabında yazıb.

  • Армянский депутат: В одном из ресторанов Вардениса обедали азербайджанские военные

    Сегодня из различных источников мы получаем информацию о том, что в одном из ресторанов Вардениса обедали азербайджанские военнослужащие, одетые в гражданскую одежду. Как сообщает «Новости Армения», об этом на заседании Национального Собрания Армении в ходе парламентского часа заявила депутат от партии «Процветающая Армения» Ивета Тоноян.

    Также, по ее словам, те же источники сообщили о том, что азербайджанские военнослужащие осуществляют покупки в магазинах Вардениса.

    «Кончено, Служба национальной безопасности в свойственном ей стиле поспешила опровергнуть данную информацию, но мы все видели, чего стоят опровержения наших официальных структур, и особенно для нас», – сказала Тоноян.

  • Murovun Vətən müharibəsinə görə təhsilini yarımçıq qoyan şəhid qəhrəmanı

    Vətən müharibəsi bir daha sübut etdi ki, Azərbaycan xalqı heç zaman torpaqlarının düşmən tapdağı altında qalması ilə barışmayacaq. Müharibədə əldə olunan qələbə neçə-neçə igidimizin qanı bahasına başa gəlsə də, şəhidlərimizin qanı yerdə qalmadı. Onlardan biri də şəhid Səxavət Talıbzadədir.

    Sentyabrın 27-də Vətən müharibəsi başlayanda Səxavət Talıbzadənin döyüşlərdə iştirak etdiyindən valideynləri belə xəbərsiz olub.

    “Report”un Aran bürosu xəbər verir ki, Vətən yanğısını içində gəzdirən, təhsilini yarımçıq qoyaraq həqiqi hərbi xidmətə yola düşan Səxavət Talıbzadə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şücaət göstərən igidlərimizdəndir.

    Səxavət Talıbzadə Saatlı rayonunun Qaracalar kəndində doğulub. Ailədə bir bacı, iki qardaş olublar. Atası Zeyniş Talıbov deyir ki, övladının müharibədə iştirakından bir də Murov zirvəsi azad olunanda xəbər tutub: “Müharibə başlayanda xəbər tutduq ki, Səxavət Murovdadır. Murov zirvəsi alınanda zəng edib dedi ki, gözləriniz aydın olsun, Murov zirvəsini fəth etdik. Anasına deyib: “Gözlərin aydın olsun, burda sənin də oğlunun payı var”.

    Səxavət Talıbzadə Azərbaycan Dövlət Dəniz Akademiyası nəzdində Dənizçilik Kollecində təhsil alırdı. Lakin təhsilini yarımçıq qoyaraq həqiqi hərbi xidmətə yola düşüb. Doğmaları kolleci bitirməyi tövsiyə etsələr də, o, müddətdən artıq xidmət etmək istəyindən dönmür.

    Zeyniş Talıbovun sözlərinə görə, bir gün ali rütbəli zabitlərdən biri onun xidmət etdiyi hərbi hissəyə gəlir: “General hərbçilər qarşısında deyir ki, avtomobilin pəncərəsinin şüşəsini aşağı endirəcəm. Kimin nə ərizə və şikayəti varsa, kağıza yazsın və atsın avtomobilin içinə. Bir az sonra general avtomobilə atılan məktubları götürüb oxuyur. Hərbçiləri bir yerə yığaraq deyir ki, Talıbzadə Səxavət kimdirsə cərgədən irəli çıxsın. O, Səxavəti nəzərdə tutaraq deyir ki, bu əsgər mənim ürəyimi açdı. Ona qarşı məhəbbətim çoxaldı. Bu əsgərə lazım olan imkanları yaradacam”.

    Səxavət tədricən bütün əsgər yoldaşlarının hörmətini, sevgisini qazanır. Bu da təsadüfi deyildi. Onun döyüşlərdəki cəsurluğu, qorxmazlığı hər kəsdə qürur hissi yaradırdı.

    “Hərbçi yoldaşları deyirlər ki, əmi, oğlun cəsur idi, heç vaxt döyüşdən çəkinməzdi. O, seçilmişlərin arasında idi. Səxavət heç vaxt düşmənin qarşısından geri çəkilməzdi. Onda həmişə qisas, intiqam hissi vardı”, – deyə Zeyniş Talıbov əlavə edir.

    O, daim valideynləri ilə telefon əlaqəsi saxlayar, özü cəbhədə olsa da, ata-anasından narahat olardı: “Tez-tez zəng edər, özü barədə məlumat verirdi. Deyərdi narahat olmayın. Bir gün zəng etmədi. Çox narahat idi. Axşamçağı idi, xəbər gəldi ki, oğlunuz şəhid olub”.

    Səxavət Talıbzadənin son döyüşü Suqovşanda olur. Silahdaşları ilə birgə düşmənə ağır zərbələr vuran igid döyüşçümüz Vətən müharibəsinin yeddinci günündə 22 yaşında şəhidlik zirvəsinə ucalır.

    Səxavət Talıbzadə Qaracalar kənd qəbristanlığında torpağa tapşırılıb.

    Allah rəhmət eləsin!

  • Посол Афганистана поздравил Президента Азербайджана

    Посол Афганистана Хейруллах Спеланай поздравил Президента Азербайджана Ильхама Алиева с освобождением земель.

    Как сообщает АЗЕРТАДЖ, в поздравлении говорится:

    “Президенту Азербайджанской Республики Его превосходительству господину Ильхаму Алиеву

    Уважаемый господин Президент.

    От имени афганцев, проживающих в Азербайджане, и от себя лично сердечно поздравляю Вас и весь азербайджанский народ с освобождением земель, победным завершением войны. Наконец азербайджанский народ освободил земли своих предков после 28-летней оккупации.

    Возношу молитвы Всевышнему Аллаху за упокоение душ шехидов, отдавших жизни во имя освобождения земель от оккупации.

    Пусть на Ваших прекрасных, свободных и плодородных землях всегда царят мир и благополучие. Пусть еще более укрепляются дружба и братство между народами Афганистана и Азербайджана.

    Карабах – это Азербайджан!”.