Month: December 2020

  • Президент Ильхам Алиев присвоил четырем полковникам звание генерал-майора – РАСПОРЯЖЕНИЕ

    7 декабря Президент Азербайджана Ильхам Алиев подписал распоряжение о присвоении ряду военнослужащих Министерства обороны воинского звания генерал-майора.

    Текст документа опубликован АЗЕРТАДЖ.

    Согласно распоряжению, высшее воинское звание генерал-майора присвоено полковникам Агамиру Азизхан оглу Султанову, Анару Тевеккюль оглу Керимову, Намигу Сарафруз оглу Исламзаде и Зауру Сабир оглу Мамедову.

  • İlham Əliyev dörd polkovnikə general-mayor rütbəsi verdi – SƏRƏNCAM

    Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

    Sərəncama əsasən, Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verilib:

    polkovnik Ağamir Əzizxan oğlu Sultanova

    polkovnik Anar Təvəkkül oğlu Kərimova

    polkovnik Namiq Sərəfruz oğlu İslamzadəyə

    polkovnik Zaur Sabir oğlu Məmmədova.

  • Məşhur amerikalı jurnalist Gəncədə

    Amerikalı jurnalist və televiziya aparıcısı, “Con Batçelor Şou” (John Batchelor Show) radioverilişinin aparıcısı Con Kelvin Batçelor Gəncəyə gəlib.

    Onun səfərdə məqsədi ermənilərin Gəncə şəhərində törətdiyi qanlı cinayətləri öz gözləri ilə görməkdir.

    C.Batçelor şəhər rəhbərliyi ilə həmin ərazilərə baş çəkib.

    Ona düşmənin dinc əhalinin məhvinə yönəlmiş terror aktları barədə məlumat verilib.

  • Ceyhun Bayramov İtaliya Deputatlar Palatasının sədr müavini ilə görüşdü

    Bu gün Xarici İşlər naziri Ceyhun Bayramov İtaliya Parlamentinin Deputatlar Palatasının vitse-spikeri Ettore Rosatonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

    Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Azərbaycan və İtaliya arasında mövcud olan sıx dostluq və əməkdaşlıq münasibətlərindən məmnunluq ifadə edən nazir Ceyhun Bayramov 19-21 fevral 2020-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İtaliya Respublikasına tarixi dövlət səfərini xatırladıb. Nazir səfər zamanı imzalanmış “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannamə” ilə tərəflərin bir-birlərini strateji tərəfdaş kimi qəbul etdiklərini, bununla siyasi, müdafiə, təhlükəsizlik, iqtisadi, ticarət, enerji, nəqliyyat, innovasiyalar, elm, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığı daha da gücləndirmək yolu ilə qarşılıqlı istəklərini ortaya qoyduqlarını bildirib.

    C.Bayramov Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə nəticələnən 44 günlük Vətən Müharibəsi barədə qarşı tərəfə ətraflı məlumat verərək, uzun illər ərzində Azərbaycanın və ümumilikdə bölgənin təhlükəsizliyinə ciddi təhdid olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı İtaliyanın Azərbaycanın haqq mövqeyinə dəstək verdiyini minnətdarlıqla vurğulayıb.

    Vitse-spiker Ettore Rosato qəbula görə təşəkkürünü bildirərək, Azərbaycana xüsusi rəğbət bəslədiyini, belə ki, COVID-19 pandemiyasına baxmayaraq, böyük nümayəndə heyəti ilə ölkəmizə səfər etdiyini, səfər çərçivəsində Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış Ağdam şəhərini, habelə Ermənistan hərbi qüvvələri tərəfindən raket atəşinə tutulmuş Gəncəni ziyarət etdiklərini söyləyib. Azərbaycanın mövqeyinin ədalətli olduğunu vurğulayan vitse-spiker, İtaliyanın Azərbaycan üçün dost ölkə olduğunu xüsusi qeyd edib. Eyni zamanda, cənab E.Rosato İtaliya hökumətinin hər zaman Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəklədiyini bildirib.

    Görüş zamanı İtaliya və Azərbaycan Parlamentlərinin xarici əlaqələr komitələri və dostluq qrupları arasında əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edilib.

    Bizimlə əlaqə saxlayın

  • Депутат: В Азербайджане могут ужесточить карантин на две недели

    За последние два месяца в Азербайджане резко выросло число инфицированных коронавирусом.

    В связи с этим, как сообщил Sonxeber.az депутат Милли Меджлиса Мушфиг Джафаров, может быть введен строгий карантинный режим сроком на две недели.

    “К сожалению, ежедневно выявляются 4 300 – 4 500 новых зараженных COVID-19. Ожидается, что этот показатель будет расти. Думаю, было бы хорошо ужесточить режим карантина на 15 дней. Но все же нужно изучить экономические аспекты. Необходимо снизить рост инфицирования. В больницах почти нет мест”, – сказал парламентарий.

  • Azərbaycanda karantin rejimi iki həftəlik sərtləşdirilə bilər – AÇIQLAMA

    Son iki ayda Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin artıb. Belə ki, yoluxanların sayı gündəlik 4000-ni, ölənlərin sayı isə 40-ı keçib. Bir neçə gün öncə keçirilən operativ qərargahın brifinqində iki həftəlik qapanmaya gediləcəyi ilə bağlı açıqlama verildi. Bu qapanmanın dekabrın 15-dən qüvvədə olacağı iddia edilir.

    Dekabrın 15-dən yenidən karantin rejimi sərtləşdirilə bilərmi?

    Bununla bağlı Sonxeber.az-a danışan deputat Müşfiq Cəfərov bildirib ki, iki həftəlik sərt karantin rejimi tətbiq edilə bilər:

    “Təəssüf ki, gündəlik yoluxmaların sayı azalmır, əksinə yoluxanların və ölənlərin sayında artım müşahidə olunur. Rəqəmlər 4300-4500 arasında dəyişir. İstənilən halda yoluxmaların sayında artım gözləniləndir. Soyuq havada bütün xəstəliklər baş qaldırır. Həmçinin xəstəliyin artması da koronavirusun aktivləşməsinə yol açır. Qarşıdan Yeni il gəlir və insanlar bir-birinin evinə gedir, bayramı birlikdə qeyd etməyə üstünlük verirlər. Düzdür, virusa görə insanlar evdən kənara çıxmamağa çalışır. Ancaq yenə də belə hallar ola bilər.

    Restoranlarda da bayrama görə sıxlıq ola bilər. Hesab edirəm ki, karantin rejimini 15 gün sərtləşdirmək yaxşı olar. Amma yenə də iqtisadi tərəfləri mütləq şəkildə araşdırmalıdır.

    Qapanmaya gediləndə iş yerləri bağlanılır. Ona görə də bu məqamlar da diqqətdə saxlanılmalıdır. 15 günlük qapanma yoluxanların sayının azalmasına səbəb ola bilər. Bu gün yoluxmaların sayının azalmasına ehtiyac var. Demək olar ki, xəstəxanalarda yer yoxdur”.

  • Bakıda oğlu və gəlinini baltalayan şəxs tutuldu

    Dekabrın 5-də Sabunçu rayonu ərazisində Rəşad İsmayılov və Cəmalə Babayevaya balta zərbələri vurularaq xəsarətlər yetirilməsi barədə Sabunçu rayon prokurorluğuna məlumat daxil olub.

    Bu barədə Sabunçu Rayon Prokurorluğunun yaydığı məlumatda qeyd olunub.

    Daxil olan məlumat əsasında dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib.

    Aparılmış araşdırmalarla Mehdi İsmayılovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı oğlu Rəşad İsmayılovu və gəlini Cəmalə Babayevanı balta zərbələri yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

    İş üzrə müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

    Mehdi İsmayılov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

    Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

  • Paytaxtda 32 yaşlı kişi özünü yandırdı

    Bakıda intihar hadisəsi baş verib.

    APA-nın xəbərinə görə, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.

    Rayon sakini, 1988-ci il təvəllüdlü İbrahimov Nurlan Dilqəm oğlu ailə münaqişəsi zəminində yaşadığı evin həyətində üstünə benzin tökərək özünü yandırıb.

    Ağır yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olmayıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Koronavirusu gizlədən simptom açıqlandı

    Aşağı bədən temperaturu koronavirusun gizli simptomu ola bilər.

    “RİA Novosti”nin məlumatına görə, bu barədə rusiyalı terapevt, tibb elmləri namizədi Andrey Kondraxin bildirib.

    Onun sözlərinə görə, bu reaksiyaya nadir də olsa rast gəlinir. O, bu simptomun ən çox yaşlılarda və uşaqlarda göründüyünü qeyd edib. Həkim bunu immun sisteminin “sönməsi” ilə əlaqələndirib.

    Kondraxin bununla belə, sözügedən əlamətin başqa xəstəliklərlə də əlaqəsi ola biləcəyini vurğulayıb. Onun sözlərinə görə, bəzən bədəndə müşahidə olunan aşağı temperatur hipotireozun, onkoloji xəstəliyin, qaraciyər xəstəliklərinin və s. göstəricisi ola bilər.

  • Sərhədçi olmaq istəyənlərin diqqətinə

    Dövlət Sərhəd Xidməti (DSX) həqiqi hərbi xidmətə qəbul elan edib.

    DSX-nin Mətbuat Mərkəzindən bildirilib ki, həqiqi hərbi xidmət keçmək arzusunda olan vətəndaşlar xidmətə qəbul olunmaq üçün sənədlərini təqdim edə bilərlər.

    Namizədlər aşağıdakı tələblərə cavab verməlidirlər:

    – Müddətli həqiqi hərbi xidmət keçmiş olmalı;

    – 35 yaşı keçməməli;

    – Fiziki cəhətdən sağlam olmalıdırlar.

    Müraciət etmək istəyən kişi namizədlərin Dövlət Sərhəd Xidmətinin Aparatına və ya yaxınlıqda yerləşən hərbi hissələrin kadr bölmələrinə yaxınlaşması xahiş olunur.

    Eyni zamanda, DSX-də hərbi tibb sahəsində həqiqi hərbi xidmətə və ya işə qəbul olmaq istəyən, aşağıda göstərilən ixtisaslar üzrə tibbi təhsili olan vətəndaşlar sənədlərini təqdim edə bilərlər:

    – Həkim-terapevt;

    – Həkim-ümumi cərrah;

    – Həkim-stomatoloq;

    – Həkim-sanepidemioloq;

    – Həkim-dermatoloq;

    – Həkim-infeksionist;

    – Həkim-otolarinqoloq;

    – Həkim-laborant;

    – Tibb Universitetini bitirmiş, lakin rezidenturaya daxil olmamış həkimlər;

    – Feldşer;

    – Feldşer-laborant;

    – Diş texniki.

    Namizədlər aşağıdakı tələblərə cavab verməlidirlər:

    – Xidmətə qəbul olmaq istəyən kişi namizədlər müddətli həqiqi hərbi xidməti keçmiş olmalı;

    – Fiziki cəhətdən sağlam olmalı;

    – Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə hazır olmalıdırlar.

    Namizədlər Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalına və ya yaxınlıqda yerləşən hərbi hissələrin kadrlar bölmələrinə müraciət edə bilərlər.