Month: December 2020

  • Koronavirusla bağlı SON STATİSTİKA

    Dünyada 67 392 712 nəfərdə koronavirus aşkarlanıb.

    Virusdan 1 541 745 xəstə ölüb, 46 584 229 nəfər sağalıb.

    Avropada 18 442 214, Şimali Amerikada 17 580 943, Asiyada 17 508 642, Cənubi Amerikada 11 537 683, Afrikada isə 2 276 574 nəfərdə koronavirus aşkarlanıb.

    Virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər ABŞ (15 159 529 nəfər), Hindistan (9 677 203 nəfər), Braziliya (6 603 540 nəfər), Rusiya (2 460 770 nəfər) və Fransadır (2 292 497 nəfər).

    İranda 1 040 547, Türkiyədə 828 295, Gürcüstanda 162 475, Ermənistanda isə 141 937 nəfərdə koronavirus müəyyən edilib.

    Azərbaycanda koronavirusa yoluxan 146 679 nəfərin 1 632-si ölüb, 88 497-si sağalıb.

  • СГБ задержала подозреваемого в хищении денежных средств раненых военнослужащих – ВИДЕО

    Служба госбезопасности (СГБ) Азербайджана задержала человека, присвоившего материальную помощь, предназначавшуюся раненым солдатам.

    Об этом говорится в сообщении СГБ.

    Было отмечено, что распространившаяся в соцсетях информация об изъятии денежных средств с банковских счетов, предоставленных военнослужащим, получившим ранения во время отечественной войны, и членам их семей, вызвала широкий общественный резонанс.

    В связи с этим Службой госбезопасности было проведено расследование, в ходе которого выяснилось, что Рамиль Рустамов (1992 г.р.) отслеживал в соцсетях публикации в связи с оказанием помощи раненым военнослужащим и их семьям. Затем, войдя с ними в контакт, узнавал данные банковских карт и снимал деньги со счетов.

    Р.Рустамов был задержан в качестве подозреваемого в совершении данных преступных действий и привлечен к ответственности.

    В настоящее время расследование продолжается.

  • DTX-dən əməliyyat: Yaralı qazilərin bank kartlarını ələ keçirən şəxs tutuldu – VİDEO

    Dövlət Təhlükəsizliyi Xidməti yaralı qazilərə yardım vəsaitlərini ələ keçirəni saxlayıb.

    Bu barədə DTX məlumat yayıb.

    Bildirilib ki, Vətən Müharibəsində iştirak edərək yaralanmış hərbi qulluqçulara və ailələrinə yardım edilməsi məqsədilə onların təqdim etdikləri bank kartı hesablarından pul vəsaitlərinin ələ keçirilməsi barədə sosial şəbəkələrdə yayılıb və geniş ictimai qınağa səbəb olmuş məlumatlar Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən araşdırılıb.

    1992-ci il təvəllüdlü Rüstəmov Ramil Elxan oğlunun sosial şəbəkərlərdə yaralı hərbi qulluqçulara və ailələrinə yardım məqsədilə edilən paylaşımları axtarıb tapması, həmin şəbəkələr üzərindən əlaqəyə girərək yazışmaqla onlara məxsus kartlara dair fərdi məlumatları öyrəndikdən sonra oradakı vəsaitləri ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

    R.Rüstəmov qeyd olunan cinayət əməllərinə görə şübhəli şəxs qismində saxlanılaraq məsuliyyətə cəlb edilib.

    Hazırda araşdırmalar davam edir.

  • Bakıda 19 yaşlı qızı avtomobil vurdu

    Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb.

    Belə ki, yolu keçən 2001-ci il təvəllüdlü Atayeva Vüsalə Tərlan qızını minik avtomobili vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

    Hadisənin təfərrüatı araşdırılır.

  • Cəlilabad icra hakimiyyətinin binasında əməliyyat keçirilir – saxlanılanlar var

    Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Cəlilabad Rayon İcra Hakimiyyətinin (RİH) inzibati binasında əməliyyat keçirilir.

    Median.Az “Report”a istinadən xəbər verir ki, saxlanılanlar var.

    Qeyd edək ki, Cəlilabad Rayonunun İcra Hakimiyyətinin başçısı Namiq Zeynalovdur. O, 2018-ci ilin fevralın 6-dan bu vəzifədə çalışır.

  • Uzunömürlü olmaq üçün necə qidalanmalı?

    Mütəxəssislər uzun ömür yaşamaq üçün necə qidalanmaq lazım olduğunu öyrənmək üçün eksperiment aparıblar. Onlar eksperimentdə iştirak etmək istəyən 3 ailəni təbii şəraitdə, təbiətin qoynunda və yalnız özlərinin yetişdirdiyi qidalarla yaşamağını təmin etmiş və sonda onların sağlamlıqlarını yoxlamışlar. Həkimlər eksperimentin nəticələrinə əsaslanaraq belə şəraitdə və bu cür qidalanma ilə yaşayan adamların 140-160 il yaşaya biləcəyini vurğulamışlar. Çünki eksperimentdə iştirak edənlərin qanının, iliyinin və daxili orqanlarının analizlərinin cababı həkimlərə bu fikrin doğru olduğunu sübut etmişdir.
    Bəs insanlar uzun ömür yaşamaq üçün necə qidalanmalıdır və hansı qidalardan istifadə etməlidir?
    1. Sağlam həyat yaşamaq istəyən adam süzülmüş su içməlidir. Bunu əldə edə bilməyənlər suyu dondurub, yenidən əvvəlki temperaturuna çatdırıb sonra içməlidir. Tarix boyu dünyanın ən məşhurları bu cür su ilə qidalanıblar. Suyu ya yeməkdən yarım saat əvvəl, ya da yeməkdən 2-3 saat sonra içmək lazımdır. Bu qaydaya əməl edildikdə həzm normal gedir. Həkimlər müxtəlif qatqılarla əldə edilmiş sirələri, limonadları içməyi məsləhət bilmir. Çünki bu cür içkilər ürək yanğısını azaltmır, əksinə artırır.
    2. Ən sağlam qida maddələrinin siyahısına ikinci yeri taxıl məhsulları tutur. Taxıl məhsulları vitamin və minerallarla zəngindir, orqanizmə enerji verir. Bu siyahıya buğda, qarğıdalı, darı, arpa və s. aiddir.
    3. Ləpəli bitkilər siyahıda üçüncü yeri tutur. Buraya fındıq, günəbaxan, araxis və digər bu kimi meyvələr daxildir. Mütəxəssislər bu cür meyvələrin qəbulunu qarışdırmamağı məsləhət bilir.
    4. Xaşxaş, kətan, küngüt toxumlarının orqanizmə olan faydasını heç nə ilə müqayisə etmək olmaz. Çünki onların tərkibində olan kalsiumun miqdarı süddəkindən 10 dəfə artıqdır.
    5. Göyərtilərlə qidalanan və yoqa ilə məğul olanların 100-150 il yaşadığını hamı bilir. Buna gərə də mütəxəssislər göyərtilərdən bol istifadə etməyi məsləhət bilir.
    6. Dəniz kələmi ilə qidalanan adam qidanın hər qəbulunda orqanizminə 40 cür mineral qəbul etmiş olur.
    7. Arı məhsullarının insana verdiyi faydanı saymaqla qurtarmaq olmaz. Bu səbəbdən də arı məhsullarından istifadə etməkdə fayda var.
    8. Çiy tərəvəzlər (kələm, yer kökü, çuğundur, turp və s.bostan məhsulları)hər gün mütləq qəbul edilməlidir.
    9. Gün ərzində 150-200 qram qoz yemək orqanizmin yağa, proteinə, zülala olan təlabatını ödəyir. Dünyanın bir çox alimləri qozu orqanizm və onun sağlamlığı üçün vacib saymış və onun haqqında çoxlu müxtəlif fikirlər söyləmişdir.
    10. Siyahının sonunda düyü, qarabaşaq durur. Mütəxəssislər düyünün zəif odun üstündə 20 dəqiqədən çox bişirməyi məsləhət bilmirlər. Qarabaşağın tərkibindəkilər itməsin deyə onu özünün 2 misli qədər qaynar suya töküb saxlamağı və yeyərkən istiməyin faydalı olduğu qeyd edilir.

  • Afrikada koronavirusdan ölənlərin sayı 53 min nəfəri ötdü

    Afrikada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 17 139 nəfər yoluxub, 425 nəfər isə koronavirusdan vəfat edib.

    Trend-in Ümumdünya Səhiyyə Təşkilatına istinadən verdiyi məlumata görə, regionda koronavirusa yoluxanların sayı 2 231 951 nəfərə, ölənlərin sayı isə 53 261 nəfərə çatıb.

    Bildirilir ki, ən çox yoluxma və ölüm halları Cənubi Afrika Respublikasında qeydə alınıb – 805 804 yoluxma və 21 963 ölüm halı.

  • Hakimə hücum edən 18 yaşlı idmançı həbs edildi

    18 yaşlı idmançı Emmanuel Dyuron hakimə hücum etdiyi üçün həbs edilib.

    Bu barədə “The Monitor” məlumat yayıb.

    Məktəb komandasında çıxış edən idmançı Amerika futbolu ilə məşğul olub. O, meydandan qovulduğu üçün hakimə hücum edib.

    İdmançıya 10 min dollar cərimə yazılıb.

  • Müxalifət Paşinyana istefa üçün vaxt qoydu

    Ermənistan müxalifəti baş nazir Nikol Paşinyan və onun komandasına ultimatum verib.

    Bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

    Müxalifət Paşinyan və komandasının 8 dekabr günorta saatlarına qədər istefasını tələb edib.

    Sözügedən müddətdə istefa qərarı verilməyəcəyi təqdirdə müxalifət etiraz aksiyalarını genişləndirəcəyini açıqlayıb.

  • Parisdə etiraz aksiyası: Polis gözyaşardıcı qazdan istifadə etdi

    Fransanın paytaxtı Paris şəhərində növbəti etiraz aksiyası keçirilir.

    Bu barədə “RİA Novosti” məlumat yayıb.

    Etirazçılarla polislər arasında gərginlik yaşanıb. Bir qrup etirazçı polisi daşa tutub. Polis onlara qarşı gözyaşardıcı qazdan istifadə edib.