Month: December 2020

  • Daha üç koronavirus xəstəsinə cinayət işi açıldı

    Koronavirusun yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabinetinin qərarına əsasən elan edilmiş xüsusi karantin rejiminin Qazax, İsmayıllı və Tovuz rayonlarının ayrı-ayrı sakinləri tərəfindən pozulması halları müəyyən edilib.

    Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

    Belə ki, Qazax rayon sakini Axundov Sabir Cavad oğlu, İsmayıllı rayon sakini Ziliyev Vüqar Təşkilat oğlu və Tovuz rayon sakini Verdiyev Rufan İlham oğlu koronavirusla bağlı test analizləri verməklə testlərin nəticələrinin pozitiv olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl edərək, həmin müddəti evdə keçirməli olduqları halda, 04.12.2020-ci il tarixdə yaşadıqları evi qanunsuz tərk etməklə, epidemiya əleyhinə, eləcə də, karantin rejimini kobud şəkildə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradıblar.

    Faktla bağlı müvafiq rayon prokurorluqlarında Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işləri başlanaraq, istintaqın aparılması üçün aidiyyəti üzrə rayon Polis Şöbələrinə göndərilib.

    Hazırda qeyd edilən işlər üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

  • Azərbaycan Premyer Liqasında “Qarabağ”ın oyunu da təxirə salındı

    Azərbaycan Premyer Liqasının XII turunun “Qarabağ” – “Qəbələ” oyunu təxirə salınıb.

    Bu barədə Peşəkar Futbol Liqası (PFL) məlumat yayıb.

    Belə ki, “Qarabağ”ın heyətində yeddi futbolçuda COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün bu matç sabah baş tutmayacaq.

    Beləliklə, Premyer Liqada XII turun bütün qarşılaşmaları təxirə salınıb. Turun keçiriləcəyi tarixlə bağlı əlavə məlumat PFL-in rəsmi saytında yerləşdiriləcək.

    Qeyd edək ki, “Qarabağ”da koronavirusa yoluxmuş Mahir Emreli ilə Abbas Hüseynova Qara Qarayev, Emil Balayev, İsmayıl İbrahimli, Toral Bayramov və kolumbiyalı Kevin Medina da qoşulub.

  • Спас 70 солдат и стал шехидом – ВИДЕО

    Xəzər TV подготовил сюжет об одном из героев отечественной войны.

    Выпускник Военного лицея имени Дж.Нахчыванского и Азербайджанского Высшего военного училища имени Гейдара Алиева Санан Керимов покинул родной Агдам годовалым ребенком. Он мечтал вернуться на родину предков офицером-победителем.

    Боевые товарищи отмечают беспримерное мужество и отвагу своего командира.
    Так, бойцы под командованием С.Керимова прорвали считавшуюся непроходимой линию обороны противника на физулинском направлении.

    По свидетельству очевидцев, противнику было практически невозможно выдержать натиск его подразделения.

    Старшему лейтенанту Керимову был неведом страх смерти. Не единожды, рискуя своей жизнью, он, не колеблясь, в самые критические моменты противостояния с врагом бросался спасать своих раненых товарищей. В последних боях ценой невероятных усилий ему удалось вывести из окружения 70 солдат.

    Санан погиб в результате разрыва снаряда во время боев в направлении Джебраильского района. Он стал шехидом, не успев осуществить мечту всей своей жизни.

    Следует отметить, что старший лейтенант участвовал и в апрельских боях 2016 года.

    Со слов отца Рахмана Керимова, его сыну было присвоено звание капитана, но он не дожил до его представления.

    Шехид был похоронен на 2-й Аллее почетного захоронения.

  • 70 nəfəri ölümdən xilas etdi, özü şəhid oldu – VİDEO

    Xəzər TV Vətən Müharibəsində olan daha bir qəhrəmanımız barədə süjet hazırlayıb.

    Qəhrəmanımızın böyük nisgili və arzusu vardı – bir yaşı olarkən atasının qucağında tərk etdiyi Ağdama qalib zabit kimi dönmək! Bəlkə də, bütün fikrini xəyalına qovuşmaq üçün hazırlayırdı.

    Cəmşid Naxçıvanski adına Hərbi Lisey və Heydər Əliyev adına Ali Hərbi Məktəbin məzunu olan Sənan Kərimov öyrəndiyi döyüş taktikalarını daha da təkmilləşdirmək üçün durmadan çalışıb.

    Ordumuz irəlilədikcə bizim qətiyyətli igidimizin qəlbi elə həyəcanla çırpınırdı ki… Çox az qalmışdı axı… Dədə-baba yurdu Ağdam qəhrəmanını gözləyirdi. Bölük komandiri olan Sənan xüsusilə Füzuli istiqamətində düşmənin keçilməz hesab etdiyi müdafiə xəttinin yarılması zamanı böyük şücaət göstərib.

    Döyüşçü yoldaşlarının sözlərinə görə, onun rəhbərlik etdiyi bölmənin qarşısında düşmənin duruş gətirməsi, demək olar ki, qeyri-mümkün idi.

    Baş leytenant Sənan Kərimov ölüm, təhlükə, ya qorxu sözlərini tanımırdı belə! Buna görə həyatını dəfələrlə riskə ataraq, ən kritik ərazilərə göz qırpmadan girib və yaralı yoldaşlarını xilas edib. Son döyüşlərdə inanılmaz həmlə ilə 70 nəfərlik heyəti mühasirədən çıxarmağa müvəffəq olub.

    Sənan Cəbrayıl rayonu istiqamətində aparılan döyüşlər zamanı yaxınlıqdakı tankdan atılan mərminin düşməsi nəticəsində şəhid olub. Tam arzusunun astanasında şəhadət zirvəsinə yüksəlib. Onun bir yaşından qəlbində böyütdüyü arzusunu isə döyüşçü yoldaşları həyata keçirib.

    Atası Rəhman Kərimovun sözlərinə görə, oğluna kapitan rütbəsi verilsə də, bunu ona təqdim etmək mümkün olmayıb.

    Aprel döyüşlərində də iştirak etmiş şəhidimiz üç aylıq nişanlı imiş və müharibə bitdikdən sonra toyu olacaqmış.

    Sənanın Naxçıvanski liseyindəki müəllimi Vüsal Muradovun sözlərinə görə, indi onun bütün şəhid şagirdlərinin ruhu şaddır. Çünki qisasları alınıb.

    Qeyd edək ki, şəhid Sənan Kərimov 2-ci Fəxri xiyabanda dəfn edilib.

    Videomaterialı təqdim edirik:

  • Bakıda yaşayış yerini qanunsuz tərk edən koronavirus xəstəsi aşkarlandı – VİDEO

    COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar aktiv koronavirus xəstələrinə nəzarət-profilaktik tədbirlər gücləndirilib.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Nərimanov RPİ əməkdaşları tərəfindən rayon ərazisində sosial təcrid, özünü təcrid tədbirlərinə əməl etməyən, 25 yaşlı aktiv koronavirus xəstəsi Elvin İbrahimov müəyyən olunaraq saxlanılıb. Tibbi qaydalar gözlənilməklə E.İbrahimov ictimai yerdə müəyyən edilərək yaşadığı evə qaytarılmaqla, müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

    Onun barəsində toplanan materiallar Nərimanov RPİ-nin İstintaq Şöbəsinə göndərilib. E.İbrahimov Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq araşdırmaları davam etdirilir.

  • Обнародованы кадры с ГЭС “Суговушан” – ВИДЕО

    ОАО “Азерэнержи” распространило информацию об электростанции “Суговушан”.

    Как сообщили в ОАО, в селе Суговушан расположены две малые гидроэлектростанции – “Суговушан-1” и “Суговушан-2” – общей мощностью 7,8 МВт.

    Мощность одной из них составляет 4,8 МВт, а другой – 3 МВт.

    Армянские агрессоры нанесли ущерб обеим ГЭС – увезли с собой некоторые детали, разрушив оставшуюся конструкцию.

    Подсчитан ущерб и проведены проектные работы по восстановлению ГЭС. Согласно проекту, восстановительные работы завершатся в течение трех месяцев, после чего электростанции будут введены в эксплуатацию.

  • Suqovuşandan yeni görüntülər yayıldı: Elektrik stansiyaları isə… – RƏSMİ + VİDEO

    “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti “Suqovuşan” elektrik stansiyalarından görüntülər yayıb.

    Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun işğaldan azad etdiyi ərazilərdə yararlı və yararsız bir çox enerji obyektləri mövcuddur ki, onlardan biri də Suqovşanda yerləşən ümumi gücü 7,8 Meqavat olan “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik Stansiyalarıdır (KSES).

    Onlardan birinin gücü 4,8, digərinin gücü isə 3 Meqavatdır. Erməni qəsbkarları bir çox sahələrdə olduğu kimi, bu KSES-lərə də zərər vurmağa, yararlı ehtiyat hissələrini söküb daşımağa, apara bilmədiklərini dağıtmağa macal tapsalar da, onların təmir və bərpa edilməsi mümkünsüz deyil.

    Belə ki, işğaldan azad edilən Suqovşandakı su elektrik stansiyalarının maşın zalı, aqreqatları, generatorları, o cümlədən, idarəetmə mərkəzinin binası, panellər, avadanlıqlar, yarımstansiyasının gərginlik və cərəyan transformatorları, açarlar, ayrıclar zədələnib və ya sıradan çıxıb.

    Hazırda KSES-lərə dəymiş ziyan hesablanıb və bərpa edilməsi üçün layihələndirmə işləri həyata keçirilib. Layihəyə əsasən işlər üç ay müddətində həyata keçirilərək, elektrik stansiyaları istismara veriləcək.

    “Suqovuşan” KSES-lərin mövcud vəziyyətini əks etdirən videoçarxı təqdim edirik.

  • Bakıda naməlum meyit tapıldı

    Nərimanov rayonunda mənzildən naməlum meyit tapılıb.

    Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, nazirliyə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

    Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan bir nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini aidiyyəti üzrə təhvil veriblər.

  • Армянский премьер прокомментировал демаркацию границы с Азербайджаном

    Премьер-министр Армении Никол Пашинян считает, что армяно-азербайджанская граница, восстанавливаемая после эскалации конфликта в Карабахе и передачи Азербайджану ряда районов, не должна стать линией фронта, пишет РИА Новости.

    Ранее в армянском МИД сообщили, что Армения и Азербайджан уточнили пункты дислокации временных боевых позиций согласно трехстороннему заявлению по прекращению войны в Нагорном Карабахе.

    В ведомстве заявили, что уточнение позиций связано с необходимостью демаркации части границы с Азербайджаном после того, как под контроль Баку вернулся ряд территорий, ранее оккупированных Арменией.

    “Наши вооруженные силы размещаются вдоль границы. Этот процесс создает проблемы в осознании людей. Есть и различные трудности практического характера, но они не являются неразрешимыми, и над этим мы работаем. Наши дальнейшие действия должны быть направлены на то, чтобы это стало действительно границей, а не линией фронта, и мы должны пойти по этому пути”, – сказал Пашинян в телеобращении к соотечественникам.

  • Paşinyan Azərbaycanla sərhədin demarkasiyasını şərh edib

    Ermənistanın Baş naziri Nikol Paşinyan hesab edir ki, Qarabağda münaqişənin kəskinləşməsindən sonra Ermənistanla Azərbaycanın bərpa olunan sərhədi cəbhə xəttinə çevrilməməlidir.

    “RİA Novosti”nin məlumatına görə, bu barədə hökumət başçısı həmyerlilərinə müraciətdə bildirib.

    “Hərbi qüvvələrimiz sərhəd boyunca yerləşdirilib. Bu proses insanların anlayışında problemlər yaradır.

    Müxtəlif praktik problemlər var, amma bu həll olunan bir məsələdir və biz bunun üzərində işləyirik.

    Bundan sonrakı hərəkətlərimiz onu cəbhə xəttinə deyil, həqiqətən, sərhəd halına gətirməyə yönəldilməlidir və biz bu istiqamətdə hərəkət etməliyik”, – deyə Paşinyan bildirib.