Hazırda Rusiya və Türkiyə arasında monitorinq mərkəzinin təşkili məsələləri üzrə danışıqlar prosesi başa çatır. Azərbaycanla razılıq əsasında mərkəzin olacağı yer müəyyən edilib – mərkəz Ağdamda yerləşəcək.
“Vestnik Kavkaza” nəşrinin məlumatına görə, Ağdamdan Türkiyə hərbçiləri müqavilənin yerinə yetirilməsinə dronlar vasitəsilə nəzarət edəcəklər. Müşahidə əsasən erməni əhalinin yaşadığı ərazilərdə aparacaq.
Dekabr ayı ərzində “SkyUp” və “Ukrayna Beynəlxalq Hava Yolları” (UBHY) aviaşirkətləri tərəfindən Bakı-Kiyev marşrutu üzrə dörd aviareysin həyata keçirilməsi planlaşdırılır.
Bu barədə Ukraynanın Azərbaycandakı Səfirliyi məlumat yayıb.
Xüsusilə də, “SkyUp” aviaşirkətinin Bakı-Kiyev bortu 28 dekabr tarixində saat 22:55-də (Bakı vaxtı ilə) yola çıxacaq. Təyyarə Kiyevə növbəti gün saat 00:40-də (Kiyev vaxtı ilə) çatır.
“Ukrayna Beynəlxalq Hava Yolları” Aviaşirkətinin Bakı-Kiyev bortu 14 dekabr, 21 dekabr və 28 dekabr tarixlərinə planlaşdırılır. Bakıdan uçuş saat 06:10-da (Bakı vaxtı ilə) baş tutacaq. Təyyarə Kiyevə həmin günü saat 08:00-da (Kiyev vaxtı ilə) çatır.
Diqqətə çatdırırıq ki, UBHY aviaşirkətinin çarter reyslərindən yararlanmaq üçün qeydiyyat zamanı son 48 saat ərzində verilmiş koronavirus üzrə neqativ test cavabını təqdim etmək lazımdır. “SkyUp” və UBHY aviaşirkətlərinin reyslərindən Ukrayna vətəndaşları və COVİD-19 müalicəsi, observasiya ilə bağlı sığorta xərclərini qarşılayacaq polis (şəhadətnamə, sertifikat) əldə etmiş əcnəbilər yararlana bilər. Bu tələb yalnız Ukraynada daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, qaçqın və əlavə müdafiəyə ehtiyacı olan şəxs kimi tanınmış şəxslərə şamil olunmur. Eyni zamanda bildiririk ki, Ukrayna Nazirlər Kabinetinin 20.05.2020-ci il tarixli, №392 “SARS-CoV-2 koronavirusunun yaratdığı COVID-19 kəskin respirator xəstəliyinin Ukrayna ərazisində yayılmasının qarşısının alınması məqsədilə karantinin təyin edilməsi haqqında” qətnaməsinə dəyişikliklərinə edilməsinə dair Ukrayna Nazirlər Kabinetinin 25.06.2020-ci il tarixli, № 522 qətnaməsinə müvafiq olaraq, Ukraynada qeydiyyatda olan sığorta şirkəti və ya Ukraynada nümayəndəliyi olan və ya Ukrayna ərazisində tərəfdaş-sığorta şirkəti ilə müqavilə münasibətləri olan xarici sığorta şirkəti tərəfindən verilmiş və COVID-19 müalicəsi və observasiyası ilə bağlı xərcləri ödəyən və Ukraynada qalma müddətində etibarlı olan polis (şəhadətnamə, sertifikat) olmadan əcnəbilər və vətəndaşı olmayan şəxslər (Ukraynada daimi yaşamağa icazəsi olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, qaçqın statusunda tanınmış və əlavə müdafiəyə ehtiyacı olan şəxslərdən başqa) dövlət sərhədini keçə bilməz. Həmçinin, bildiririk ki, Ukraynada yaşamağa icazəsi olmayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər və Ukrayna vətəndaşları arasında ailə üzvü olmayan şəxslər aşağıdakı hesablamanı diqqətə alaraq, maddi vəziyyətinin təsdiqini təqdim etməlidir: 1 sutka – 1 412 qrn + 7060 qrn; 5 sutka – 7060 qrn +7060 qrn; 10 sutka 14 120 qrn + 7060 qrn; 15 sutka – 21 180 qrn + 7060 qrn; 30 sutka 42 360 qrn + 7060 qrn. Maliyyə təminatının mövcudluğu aşağıdakı yollarla müəyyən edilir: – Əcnəbilərdə və vətəndaşlığı olmayan şəxslərdə Ukraynanın milli valyutasında və ya Ukraynaya giriş günü Milli bankın məzənnəsinə əsasən konvertasiya edilmiş xarici valyutada vəsaitlərin olub-olmamasının əyani yoxlanışı; – Vəsaitlərin olduğu qeyd olunan və əsasında Ukraynanın bank müəssisəslərində vəsait əldə etmək mümkün olan sənədin yoxlanılması; – Beynəlxalq ödəmə sistemlərinin ödəmə kartının vizual yoxlaması və ərizəçinin şəxsi bank hesabından mövcud vəsait məbləğini təsdiq edən çıxarışın öyrənilməsi (ATM çıxarışı); – Ukraynada yaşayış yerinin və qidalanma bronu və ya ödənilməsini təsdiq edən sənədin öyrənilməsi; – Turizm servisi haqqında müqavilənin (vauçer) öyrənilməsi; – Əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi Ukraynaya dəvət edən şəxsin zəmanət məktubu. Bu məktubda həmin şəxsin əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Ukrayna ərazisində qalması və onun sərhədlərindən kənara getməsi ilə bağlı bütün xərcləri öz üzərinə götürməsi barədə öhdəliyi qeyd olunur. – Vətəndaşı olduğu və ya daimi yaşadığı və ya üçüncü ölkəyə qayıtdığı tarixin də qeyd olunduğu gediş biletinin yoxlanılması. Ətraflı məlumat Ukrayna Dövlət Sərhəd Xidmətinin rəsmi saytında bu link üzrə yerləşdirilib: https://dpsu.gov.ua/…/dokumenti-dlya-peretinannya…// Hava limanı və təyyarədə fərdi müdafiə vasitələrinə – maska, tibbi əlcək, antiseptik məhlul – səfərinizi rahat və virusun şansını azaldacaq hər şeyi nəzərə almağınızı xahiş edirik.
В 18-этажном жилом доме в Низаминском районе города Баку начался пожар.
Об этом сообщает со ссылкой на пресс-службу МЧС.
На место пожара были привлечены подразделения пожарной охраны Государственной противопожарной службы министерства и соответствующие силы Службы спасения особого риска.
По предварительной информации, в шахте здания загорелась электропроводка.
В настоящее время продолжаются мероприятия, направленные на тушение пожара.
Bakı şəhəri, Nizami rayonunda 18 mərtəbəli yaşayış binasında yanğın olub.
Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğının baş verdiyi əraziyə cəlb olunub.
İlkin məlumata əsasən, binanın şaxtasında elektrik naqilləri yanıb.
Hazırda yanğınsöndürmə işləri və digər təxirəsalınmaz xilasetmə tədbirləri həyata keçirilib. Yanğın məhdudlaşdırılıb, yanğının yayılma təhlükəsi yoxdur.
“Dağlıq Qarabağ məsələsində millətimizə yaraşan xarakter ortaya qoyduq. Ermənilər Azərbaycan torpaqlarına hücum etdikləri zaman bütün qəlbimiz və imkanlarımızla qardaşlarımızın köməyinə qaçdıq”.
“Haber Global”ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Ortaq tarix, mədəniyyət, inanc və dil birliyimiz nəyi tələb edirdisə, onu da edərək, Dağlıq Qarabağ və işğal altındakı digər Azərbaycan torpaqlarının azadlığa qovuşmasına töhfə verdik.
Dağlıq Qarabağdakı mövqeyi ilə Türkiyə, eyni zamanda, CHP-nin Boraltan faciəsində millətimizə yaşatdığı xəcalətdən qurtuldu. Azərbaycanlı qardaşlarımızın mübarizələri nəticəsində, həmd olsun, bu gün Qarabağ səmasını artıq bez parçaları deyil, hilal və ulduz bəzəyir.
Azərbaycan bayrağı şəhidlərimizin qəhrəmanlığının timsalı kimi qürurla Dağlıq Qarabağda dalğalanır. İnşallah, Naxçıvanla Azərbaycan arasında əlaqəni təmin edəcək dəhlizin açılması ilə artıq qardaşlarımızla birbaşa quru əlaqəsinə də sahib olacağıq.
30 illik işğaldan sonra Azərbaycan öz torpaqlarına qovuşmağın haqlı sevincini yaşayır. Qarabağda qazanılan zəfər həm beynəlxalq hüquq, həm diplomatiya, həm də hərbi baxımdan Azərbaycana anasının ağ südü kimi halaldır.
Bir daha vurğulamaq istəyirəm ki, Azərbaycan heç kimin torpağına əl uzatmayıb, heç kimə hücum etməyib, BMT və ATƏT qərarlarına baxmayaraq, 30 il işğalda saxlanılan torpaqlarını azad edib.
Bunu da ermənilər kimi dinc əhali və məskunlaşma ərazilərini hədəf alaraq deyil, hüquq çərçivəsində qalaraq yerinə yetirib. Belə olan halda Minsk qrupunun həmsədri Fransanın parlamentində qəbul edilən qalmaqaldan əlavə tam bir fəlakətdir.
Qardaşım İlham Əliyevin dediyi kimi, Fransa əgər erməniləri bu qədər çox sevirsə, öz torpaqlarından Marseli onlara verə bilər. Ancaq heç bir dövlətin digərinin suveren hüquqlarına bu şəkildə alçaqcasına hücum etmək haqqı yoxdur.
Suriyadan Liviyaya qədər hər yerdə bənzər yanaşma göstərən Fransa bu qərarı ilə artıq həllin deyil, problemin bir parçası olduğunu, heç bir yerdə obyektiv yanaşma ilə fəaliyyət göstərə bilməyəcəyini sübuta yetirib”, – deyə R.Ərdoğan bildirib.
Продолжается подготовка к военному параду, посвященному победе в Отечественной войне, который состоится 10 декабря.
Как сообщили в Минобороны, на военном параде, который пройдет на площади Азадлыг, будут задействованы более 3000 человек личного состава, до 150 единиц военной техники, в том числе недавно принятая на вооружение современная военная техника, ракетные и артиллерийские установки, системы противовоздушной обороны, а также военные корабли и катера.
На параде также будет продемонстрирована часть военной техники противника, взятая Азербайджанской Армией в качестве трофея в ходе Отечественной войны.
Dekabrın 10-da keçiriləcək Vətən Müharibəsində qələbəyə həsr olunmuş hərbi parada hazırlıq məşqləri davam edir.
Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.
Azadlıq Meydanında keçiriləcək hərbi paradda 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən, silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdiriləcək.
Paradda, həmçinin, Vətən müharibəsi zamanı Azərbaycan ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş olunacaq.