Kəlbəcər rayonunun yeni görüntüləri yayılıb.
Sosial şəbəkədə yayılan görüntülərdə Soyuqbulaq kəndinin körpüsündən bəhs edilib.
Vaxtı ilə kəndə yol çəkilərkən körpü dağıdılmayıb.

Ölkədə yaranmış sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq Nazirlər Kabineti yanında operativ qərargah bəzi şəhər və rayonlarda sərtləşdirilmiş xüsusui karantin rejiminin müddətinin uzadılmasına dair qərar qəbul edib.
Buna uyğun olaraq, Nazirlər Kabineti “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” 336 nömrəli Qərarda müvafiq dəyişiklik edib.
Dəyişikliyə əsasən, Şəki, Lənkəran şəhərlərinin, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarının inzibati ərazisində Qərarın 2 nömrəli əlavəsində nəzərdə tutulan sahələr istisna olmaqla, digər sahələrdə və istiqamətlərdə fəaliyyətin dayandırılmasının müddəti 2020-ci il dekabrın 14-də saat 06:00-dək uzadılır.
Qeyd edək ki, noyabrın 19-da qəbul olunan qərarla sərt karantin rejimi tətbiq edilən Şəki, Lənkəran şəhərləri, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarında karantin tədbirlərinnin müddətinin 2020-ci il 7 dekabr saat 06:00-dək uzadılması nəzərdə tutulmuşdu.
В Азербайджане за минувшие сутки выявлены 4 323 новых случая инфицирования коронавирусом, еще 2 180 человек вылечились и были выписаны домой.
Об этом 5 декабря сообщает оперативный штаб при Кабинете министров.
За минувшие сутки от COVID-19 скончались еще 42 пациента.
До сегодняшнего дня коронавирусом в Азербайджане заразились 142 323 человека, 1 593 из них скончались, 85 980 – вылечились, 54 750 – находятся в активной фазе лечения в больницах особого режима.
В республике на сегодня проведены 1 817 804 теста (за последние 24 часа – 20 778) на COVID-19.

Azərbaycanda koronavirusa (COVID-19) 4323 yeni yoluxma faktı qeydə alınıb, 2180 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, 42 nəfər COVID-19-dan vəfat edib.
Aktiv xəstə sayı 54750 nəfərdir.
Ölkədə son sutka ərzində 20778, hazırkı dövrədək isə 1817804 test aparılıb.
Ümumi ölənlərin sayı 1593 nəfərdir.
Ümumi yoluxanların sayı 142323 nəfər, ümumi sağalanların sayı 85980 nəfərdir.

Samuxda yaşayış yerini tərk edən koronavirus xəstəsi məsuliyyətə cəlb edilib.
Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupu məlumat yayıb.
Bildirilib ki, Samux Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan, rayonun Nəbiağalı kənd sakini Aynur Xəlilova ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanı tərk etməsi müəyyən edilib.
Polis əməkdaşları dərhal onun rayon ərazisində yerini müəyyən edərək, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana göndərib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Bakıda kişi oğluna və gəlininə balta ilə xəsarət yetirib.
APA-nın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində qeydə alınıb.
Belə ki, ailə münaqişəsi zəminində Mehdi İsmayılov oğlu, 1987-ci il təvəllüdlü Rəşad İsmayılova baş nahiyəsindən, gəlini, 1985-ci il təvəllüdlü Cəmilə Babayevaya isə bədən nahiyəsindən balta ilə xəsarət yetirib.
Bundan sonra qayınata özünə də balta ilə xəsarət yetirib.
Yaralılar təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb.
Baş nahiyəsindən ağır xəsarət alan Rəşad İsmayılovun vəziyyətinin ağır olduğu bildirilir.
Министры иностранных дел Азербайджана и России Джейхун Байрамов и Сергей Лавров обсудили ход выполнения договоренностей по Нагорному Карабаху.
Об этом говорится в сообщении МИД РФ по итогам телефонного разговора.
Отмечается, что стороны обсудили ход выполнения положений заявления лидеров Азербайджана, России и Армении от 10 ноября текущего года, включая взаимодействие сторон с российскими миротворцами, а также актуальные темы двустороннего сотрудничества и отдельные вопросы международной повестки дня.
Rusiya Xarici İşlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə telefonla danışıb.
“RİA Novosti”nin məlumatına görə, bu barədə RF XİN-i xəbər yayıb.
Bildirilir ki, xarici siyasət qurumunun rəhbərləri Dağlıq Qarabağla bağlı razılaşmaların həyata keçirilməsini müzakirə ediblər.
“Tərəflər Rusiya, Azərbaycan və Ermənistan liderlərinin bu il 9 noyabr tarixli bəyanatının müddəalarının həyata keçirilməsini, o cümlədən tərəflərin Rusiya sülhməramlıları ilə qarşılıqlı fəaliyyətini, eləcə də ikitərəfli əməkdaşlığın aktual məsələlərini və beynəlxalq gündəmdəki bəzi məsələləri müzakirə ediblər”, – deyə məlumatda bildirilir.
Müdafiə Nazirliyin nəzdində sutka ərzində fasiləsiz qaynar telefon xətləri fəaliyyət göstərir.
Bununla bağlı nazirlik məlumat yayıb.
Bildirilib ki, hərbi qulluqçuların valideynlərini və yaxınlarını narahat edən məsələlərlə bağlı müraciətləri qəbul etmək məqsədilə Müdafiə Nazirliyin nəzdində sutka ərzində fasiləsiz qaynar telefon xətləri fəaliyyət göstərir.
“Bir daha bildiririk ki, vətəndaşlar (012) 912, (012) 538-61-31, (012) 404-76-34 nömrəli telefonlara zəng edərək onları maraqlandıran suallarla bağlı müraciət edə bilərlər”.