Month: December 2020

  • Gələn ildən hər kəsin ailə həkimi olacaq

    2021-ci il ərzində icbari tibbi sığorta bütün ölkədə tətbiq ediləcək.

    Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verib.

    Məlumata görə, icbari tibbi sığortanın tətbiqi ilə sığortaolunanlar ailə həkiminin xidmətindən yararlana biləcəklər. Ailə həkimi (sahə həkimi-terapevti, sahə həkimi-pediatrı) sığortaolunanlara ilkin səhiyyə xidmətləri göstərən həkimdir.

    Təcili və təxirəsalınmaz tibbi yardım istisna olmaqla, vətəndaş səhhətində yaranan narahatlıqla bağlı ilk növbədə ailə həkiminə müraciət etməlidir. Ailə həkimi vətəndaşı müayinə/müalicə etdikdən sonra ixtisaslı tibbi yardıma ehtiyac olarsa, ixtisaslı həkimə göndəriş verir.

    Ailə həkimini seçmək və ilkin səhiyyə xidməti üzrə dövlət tibb müəssisəsində qeydiyyata alınma prosesi “Sığortaolunanların ilkin səhiyyə xidməti üzrə dövlət tibb müəssisəsinə təhkimolunma Qaydası” əsasında həyata keçirilir.

    Belə ki, ailə həkimini seçmək üçün sığortaolunan yaşadığı ərazi üzrə ən yaxın olan ilkin səhiyyə xidmətini göstərən dövlət tibb müəssisəsinə (poliklinika/Ailə Sağlamlıq Mərkəzi/kənd həkim məntəqəsi) müraciət etməlidir. Ərizə formasını doldurmalı və qeydiyyatçıya ərizə ilə yanaşı, şəxsiyyət vəsiqəsini, eləcə də yaşadığı ünvan üzrə qeydiyyata dair sənədi təqdim etməlidir. Ailə həkimini seçərək sığortaolunan tibb müəssisəsində qeydiyyata alınır.

    Sığortaolunan ailə həkimini seçmək və məhdudiyyət qoyulmadan dəyişməkdə sərbəstdir. Lakin sığortaolunan eyni zamanda iki və ya daha çox tibb müəssisəsinə qeydiyyat üçün müraciət edə bilməz. Vətəndaş qeydiyyata alındığı tibb müəssisəsini öz arzusu ilə qeydiyyata alındığı gündən etibarən azı 1 (bir) təqvim ili keçdikdən sonra dəyişə bilər. Şəxsin yaşadığı ərazi dəyişildiyi halda isə yeni ərazidəki tibb müəssisəsinə yuxarıda göstərilən vaxt məhdudiyyəti nəzərə alınmadan qeydiyyata alınmaq üçün müraciət olunmalıdır.

  • Sabaha olan hava proqnozu açıqlandı: Dəyişkən buludlu olacaq

    Azərbaycanda dekabrın 29-da gözlənilən hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq, cənub-qərb küləyi əsəcək.

    Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 1-3, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət gecə 70-80 , gündüz 50-55 faiz təşkil edəcək.

    Dekabrın 29-da Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq, qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-10 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-7 dərəcə isti olacaq.

    Tibbi-meteoroloji proqnoza gəlincə, dekabrın 29-30-da meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

  • Bəzi hərbçilərin uşaqlarına müavinətin verilməsilə bağlı qərar ikinci oxunuşda qəbul edildi

    Milli Məclisin bu gün keçirilən plenar iclasında “Sosial müavinətlər haqqında” qanuna dəyişiklik layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

    “Report” xəbər verir ki, qanuna təklif edilən dəyişikliyə əsasən, müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların uşaqlarına da sosial müavinət veriləcək.

    Hərbi qulluqçuların uşaqlarına sosial müavinət şəxs müddətli həqiqi hərbi xidmətdə olduqda təyin olunacaq.

    Qanuna daha bir dəyişikliklə isə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqda və ya vəfat etdikdə müavinətlərin ödənişi dayanacaq.

    Qanuna dəyişiklik layihəsi 2021-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək.

    Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq II oxunuşda qəbul edilib.

  • Siyasi partiyaların maliyyələşdirilmə qaydası dəyişdi

    Milli Məclisin bu gün keçirilən plenar iclasında “Siyasi partiyalar haqqında” qanuna dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

    “Report” xəbər verir ki, qanunun “Siyasi partiyalara dövlət büdcəsindən vəsaitin ayrılması” adlanan 17-1-ci maddəsinə dəyişikliklər təklif olunur.

    Qanunun hazırda qüvvədə olan mətnində “dövlət büdcəsindən ayrılmış vəsaitin 10 faizinin siyasi partiyalar tərəfindən irəli sürülən, etibarlı səslərin azı üç faizini qazanan, lakin Milli Məclisdə təmsil olunmayan həmin partiyalar arasında proporsional olaraq bölündüyü” qeyd olunub. Bu sahədə mövcud olan boşluqların aradan qaldırılması üçün təklif olunan yeni dəyişiklikdə həmin məbləğ 10 faizdən beş faizə endirilir. Məbləğin digər beş faizi isə təkrar və əlavə seçkilərdə qələbə qazanan deputatların partiya mənsubiyyətinin yaranması ilə əlaqədar parlamentdə təmsil olunan yeni siyasi partiyalara ayrılır.

    Təklif olunan dəyişikliklərdə qanunun tətbiqi zamanı yarana biləcək vəsait çatışmazlığının aradan qaldırılması mexanizmləri, siyasi partiyaları təmsil edən deputatların saylarının artması və azalması, Milli Məclisdə yeni siyasi partiyaların təmsil olunması hallarında vəsaitin hesablanma tarixi əksini tapıb. Dəyişikliklərdə siyasi partiyaların dövlət büdcəsindən ayrılan vəsaitdən imtina etdiyi zaman həmin vəsaitin dövlət büdcəsinə qaytarılması yox, Milli Məclisdə təmsil olunan partiyalar arasında dördüncü rübün sonunda bərabər olaraq bölünməsi nəzərdə tutulub.

    Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

  • Daxili İşlər Nazirliyindən karantin postlarındakı vəziyyətlə bağlı AÇIQLAMA

    Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə sərt karantin rejiminin tətbiq edildiyi beş şəhərin və 12 rayonun giriş və çıxışlarında quraşdırılmış xüsusi postlarda polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən nəzarət-profilaktiki yoxlamalar davam etdirilir.

    Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, 2020-ci ilin dekabrın 27-də həmin postlardan müvafiq qaydada icazə almadan keçməyə cəhd göstərən 1303 nəqliyyat vasitəsi müəyən olunaraq geri qaytarılıb.

    Eləcə də, qeyd olunan müddətdə ölkə üzrə karantin rejimi qaydalarını pozan 1379 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

    Bu istiqamətdə həyata keçirilən bütün tədbirlər əhalinin təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir.

    Ona görə də vətəndaşlardan tətbiq edilən izolyasiya tədbirlərini anlayışla qarşılamalarını, zərurət olmadan yaşayış yerlərini tərk etməmələrini xahiş edirirk.

  • Кадры из села Биринджи Агалы Зангиланского района – ВИДЕО

    Министерство обороны Азербайджана опубликовало видеокадры из села Биринджи Агалы Зангиланского района.

  • Zəngilan rayonunun Birinci Ağalı kəndindən görüntülər – VİDEO

    Müdafiə Nazirliyi Zəngilan rayonunun Birinci Ağalı kəndindən videogörüntülər yayıb.

    Həmin görüntüləri təqdim edirik:

  • Nazir müavinindən Qarabağın bərpası ilə bağlı AÇIQLAMA

    “Bu gün Azərbaycan xalqı çox əsrlik tarixinin bəlkə də ən şərəfli mərhələsini yaşayır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu Zəfər müharibəsində tarixi qələbəsilə və 30 ilə yaxın Ermənistanın işğalı altında qalan əzəli torpaqlarımızı azad etməklə milli çağdaş tarixinə şanlı səhifə yazdı”.

    Bunu Təhsil nazirinin müavini Firudin Qurbanov Bakı Avropa Liseyinin Azərbaycan Milli Xalça Muzeyi ilə birgə həyata keçirdiyi VI Azərbaycan Mədəni və Tarixi Ənənələri Festivalında çıxışı zamanı bildirib.

    Onun sözlərinə görə, Qarabağ bərpa olunacaq və milli mədəni irsimiz inkişaf etdiriləcək:

    “Qarabağda olan milli mədəni irsimizin qədim tarixi var. Onların bərpası ölkəmizin tarixinə əvəzsiz töhfədir. Torpaqlarımız ermənilər tərəfindən işğal olunan zaman maddi, qeyri-maddi abidələrimiz talan olunub. Təəssüf ki, mənfur düşmən qarət etdiyi muzeylərdən Azərbaycan xalqının mədəniyyəti ilə bağlı qiymətli əşyaları, o cümlədən dünya şöhrətli xalçaları qarət edib”.

    //oxu.az

  • Ağdamda 24 yaşlı qadın itkin düşüb

    Ağdamda itkin düşən 24 yaşlı qadın axtarılır.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    Bildirilib ki, Ağdam rayonunun İmamqulubəyli qəsəbəsində yaşayan 24 yaşlı Nərgiz Nəcəfova 2020-ci ilin mart ayında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

    Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102” Zəng Mərkəzinə və ya Ağdam Rayon Polis Şöbəsinə (0-2632-5-02-02) telefon nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

  • Millət vəkilindən təklif: “Veteranlara verilən müavinətlər artırılsın”

    Milli Məclisin bu gün keçirilən plenar iclasında Qarabağ müharibəsi veteranlarına verilən müavinətin artırılması təklif edilib.

    “Report” xəbər verir ki, bu təkliflə parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov çıxış edib.

    O bildirib ki, bir müddət bundan əvvəl Prezidentin sərəncamı ilə Qarabağ müharibəsi veteranlarına verilən müavinət 50 manatdan 80 manata qaldırılmışdı:

    “Hesab edirəm ki, bu məbləğ artırılaraq 150-180 manat olmalıdır”.