Month: December 2020

  • Özünü vəzifəli şəxs kimi qələmə verərək dələduzluq edən Şirvan sakininə qarşı cinayət işi başlandı

    Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhər sakini Bəbirov Pərviz Əli oğlunun qanunsuz hərəkətlərinə dair toplanmış material üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

    Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat verib.

    Bildirilib ki, aparılmış əməliyyat-istintaq tədbirləri ilə Pərviz Bəbirovun hüquq-mühafizə orqanının geyim forması və hazırladığı saxta xidməti vəsiqədən istifadə etməklə ayrı-ayrı şəxsləri özünün dövlət orqanlarında yüksək vəzifə tutan şəxslərlə əlaqələrinin olmasına inandırmaqla vəzifəli şəxslərə rüşvət qismində verəcəyi adı ilə vətəndaşların torpaq sahəsinə çıxarış alınması üçün 60 min manat və hüquq-mühafizə orqanına işə yenidən bərpa olunması üçün 11 min 500 manat məbləğində pul vəsaitini ələ keçirməsinə dair əsaslı şübhələr müəyyən edilib.

    İş üzrə toplanmış faktlarla bağlı Baş İdarədə Pərviz Bəbirov Cinayət Məcəlləsinin 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə), 178.3.2-ci (dələduzluq – külli miqdarda törədilməklə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Hazırda törədilmiş cinayətin təfərrüatlarının, eləcə də digər şəxslərin cinayətdə iştirakının müəyyən edilməsi üçün tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla vətəndaşların pozulmuş hüquqlarının bərpası istiqamətində zəruri tədbirlər davam etdirilir.

  • Deputat: “Qarabağda təxribatlar baş verir, biz təkcə sülhməramlılara arxayın olmamalıyıq”

    “Biz görürük ki, Qarabağda müəyyən təxribatlar baş verir. Ona görə də əhalinin ora köçürülməsini təmin etməliyik”.

    “Qafqazinfo” xəbər verir ki, bunu deputat Siyavuş Novruzov parlamentdə deyib.

    Onun sözlərinə görə, əhali orada məskunlaşanda təxribatlar olmayacaq:

    “Biz təkcə sülhməramlılara arxayın olmamalıyıq. Biz Azərbaycan Ordusuna arxayın olmalıyıq. Ona görə də insanlarımızı tez zamanda ora yerləşdirməliyik. Digər rayonlardakı problemləri bir il gec həll etmək olar. Əsas diqqəti Qarabağa yönəltmək olar ki, orada vakuum yaranmasın”.

  • DİN-dən yaşlı qadının sosial şəbəkədəki müraciəti ilə bağlı AÇIQLAMA

    Qazax rayonunun Aslanbəyli kənd sakini Söylü Eminovanın on dörd baş iribuynuzlu mal-qarasının itməsi barədə sosial şəbəkələrdə paylaşılan iddiaları ilə əlaqədar Rayon Polis Şöbəsində araşdırmalar aparılıb.

    Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov məlumat verib.

    O bildirib ki, dekabrın 20-də Qazaxın Aslanbəyli kənd sakini S.Eminovanın oğlu Teymur Eminov DİN-nin “102” Zəng Mərkəzinə yaşadığı kəndin ərazisində ona məxsus on dörd baş iribuynuzlu mal-qarasının itməsi ilə bağlı müraciət edib:

    “Müraciətlə əlaqədar RPŞ-nin əməkdaşları dərhal həmin ünvana gələrək müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalarla mal-qaranın məhz sahibinin nəzarətsizliyi nəticəsində kənddən xeyli aralanaraq itdiyi müəyyən edilib.

    Hazırda Qazax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən vətəndaşa məxsus mal-qaranın tapılması istiqamətində zəruri tədbirlər görülür”.

    Xatırladaq ki, ötən gün sosial şəbəkələrdə yayılan görüntülərdə Qazax rayonu Aslanbəyli kənd sakini olan 63 yaşlı qadın mal-qarasının oğurlandığını iddia edərək, kömək istəyib.

  • Azərbaycanda ictimai birliyin rəhbəri koronavirusdan öldü

    “Kainat” Gənclik Mərkəzi İctimai Birliyinin rəhbəri vəfat edib.

    Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

    İctimai Birliyin rəhbəri Rahib Rəsulzadə ötən gün koronavirusdan ölüb.

  • İcra başçısından TƏYİNAT

    Səbail rayon İcra Hakimiyyəti başçısı Vüqar Zeynalov yeni şöbə müdiri təyin edib.

    Unikal.org-un məlumatına görə, V.Zeynalovun əmri ilə, Rəhmani Fəraməz Telman oğlunu Rayon Təsərrüfatı Şöbəsinin müdiri təyin edilib.

    O, bu təyinata qədər Səbail MKTB-nin 46 saylı mənzil-kommunal istismar sahəsinin rəisi vəzifəsində çalışıb.

  • Погашаются ипотечные кредиты погибших и раненых в ходе Отечественной войны военнослужащих

    В Азербайджане продолжается процесс оплаты ипотечных кредитов военнослужащих, погибших, а также получивших группу инвалидности в результате ранений в Отечественной войне, сообщает Ассоциация страховщиков Азербайджана.

    Данные кредиты, предоставленные по линии Ипотечного и кредитно-гарантийного фонда Азербайджана, погашаются страховыми компаниями, действующими в сфере страхования жизни.

    До сегодняшнего дня полностью погашены ипотечные кредиты на сумму 3 млн 235 757 манатов.

    Также до сегодняшнего дня наследникам 1 053 шехидов и 4 119 раненым военнослужащим предоставлены страховые выплаты на сумму 18 млн 109 850 манатов.

    В ассоциации добавили, что этот процесс продолжается под контролем Центробанка Азербайджана.

  • Şəhid vərəsələri və yaralı hərbçilərə nə qədər ödəniş edilib?

    Azərbaycan Respublikası Mərkəzi Bankı və Azərbaycan Sığortaçılar Assosiasiyasının birgə nəzarəti ilə Vətən müharibəsində şəhid olmuş və ya aldığı xəsarət nəticəsində müvafiq əlillik dərəcəsi almış hərbi qulluqçuların ipoteka kreditlərinin sığorta vasitəsilə ödənilməsi prosesi operativ şəkildə davam edir.

    Azərbaycan Sığortaçılar Assosiasiyasından verilən məlumata görə, 2020-ci ilin 27 sentyabr tarixində başlayıb 44 gün davam edən və rəşadətli ordumuzun qələbəsi ilə nəticələnən Vətən müharibəsində iştirak edərək şəhid olmuş və ya müvafiq əlillik dərəcəsi almış hərbiçilərimizə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə verilmiş ipoteka kreditləri həyat sığortası üzrə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən ödənilir.

    Bu günə qədər 3 milyon 235 min 757 manat həcmində ipoteka kreditləri həyat sığortası sahəsində fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən tam ödənilib.

    Həmçinin şəhidlərimizin vərəsələrinə, xəsarət almış hərbçilərimizə və əlillik dərəcəsi müəyyən edilmiş qazilərimizə Hərbi Qulluqçuların Dövlət İcbari Şəxsi Sığortası çərçivəsində sığorta ödənişinin verilməsi Mərkəzi Bankın nəzarəti ilə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən operativ qaydada həyata keçirilməkdədir. Şirkətdən verilən məlumata görə bu günədək 1053 şəhidimizin vərəsələrinə və hərbi əməliyyatlar zamanı xəsarət alan 4119 nəfər hərbçimizə sığorta ödənişi verilib. Həyata keçirilmiş sığorta ödənişlərinin ümumi məbləği 18 milyon 109 min 850 manat təşkil edir.

    Azərbaycan Sığortaçılar Assosiasiyasından bildirilir ki, Mərkəzi Bankın nəzarəti ilə proses hazırda davam etməkdədir.

  • Dərman qiymətlərinin əsassız artırılması məsələsi müzakirə edilib

    Dərman idxalçıları və satışını həyata keçirən sahibkarlarla görüş keçirilib.

    İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən verilən məlumatda bildirilir ki, koronavirus pandemiyası ilə əlaqədar bütün dünyada olduğu kimi, ölkəmizdə də bir sıra dərman vasitələrinə tələbatın artması nəticəsində bəzi işbazlar tərəfindən dərman vasitələrinin təsdiq edilmiş qiymətdən fərqli qiymətə satılması və əsassız dövriyyədən çıxarılmaqla dərman qıtlığı yaradılması halları müşahidə olunur. Bu halların vaxtında müəyyən edilməsi və qarşısının alınması məqsədilə Dövlət Xidməti tərəfindən mütəmadi aparılan monitorinqlər daha da gücləndirilib.

    Qeyd edilib ki, görüşdə dərman təminatında problemlər müzakirə edilib, dövlət qeydiyyatından keçən dərman vasitələrinin təsdiq edilmiş qiymətlərdən fərqli qiymətə satışının, habelə artan tələbatdan sui-istifadə edərək dərman vasitələrinin əsassız olaraq dövriyyədən çıxarılmasının qanun pozuntusu olduğu vurğulanıb. Dövlət Xidmətinin aptek şəbəkələrində keçirdiyi monitorinqlər zamanı belə halların müəyyən ediləcəyi təqdirdə qanunvericilik çərçivəsində ən ciddi məsuliyyət tədbirlərinin görüləcəyi diqqətə çatdırılıb. Eyni zamanda sahibkarlara dərman vasitələrinə olan tələbatın tam ödənilməsi üçün zəruri dərman vasitələrinin idxalının artırılması tövsiyə edilib.

    Görüşdə dərman idxalçıları tərəfindən səsləndirilən təkliflər dinlənilib, ümumilikdə dərman bazarı sahəsində mövcud vəziyyət müzakirə olunub, onlara qanunvericiliyin tələbləri izah edilib.

  • ГЭЦ о новшествах на выпускных экзаменах в 9-х классах

    В Азербайджане в следующем году выпускные экзамены в 9-х классах будут проводиться в один этап на основе новой модели.

    Об этом заявила председатель совета директоров Государственного экзаменационного центра (ГЭЦ) Малейка Аббасзаде.

    По ее словам, в специальном выпуске журнала “Абитуриент” представлены программы выпускных экзаменов для 9-го класса в 2021 году, разработанные с учетом правил объявленного в связи с пандемией COVID-19 карантинного режима, а также варианты заданий.

    “В соответствии с новой моделью экзамена, они будут как открытого, так и закрытого типа. В журнале также приведены примеры заданий для проверки звукового восприятия, а на сайте ГЭЦ размещены соответствующие аудиофайлы (http://dim.gov.az/news/2504/).

    Любой желающий может загрузить их на свой телефон или компьютер и после прослушивания выполнить задания, приведенные в журнале”, – отметила М.Аббасзаде.

  • Doqquzuncu siniflər üzrə buraxılış imtahanları yeni modellə keçiriləcək – RƏSMİ

    “2021-ci ildə doqquzuncu siniflər üzrə buraxılış imtahanları yeni imtahan modeli əsasında bir mərhələdə həyata keçiriləcək”.

    Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının Sədri Məleykə Abbaszadə bildirib.

    O bildirib ki, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün “Abituriyent” jurnalının xüsusi buraxılışında СОVID-19 pandemiyası ilə əlaqədar xüsusi karantin qaydalarının tədris prosesinə bilavasitə təsiri nəzərə alınaraq tərtib edilmiş proqramları və yeni tapşırıq modellərinin variantları təqdim olunub.

    “Yeni imtahan modelinə uyğun olaraq imtahanda şagirdlərə həm açıq, həm də qapalı tipli tapşırıqlar təqdim olunacaqdır. Jurnalda, həmçinin, dinləyib-anlama qabiliyyətini yoxlamaq üçün tapşırıq nümunələri verilib, DİM-in saytında isə müvafiq audiofayllar yerləşdirilib (http://dim.gov.az/news/2504/).

    Hər kəs bu faylları öz telefonuna və ya kompüterinə yükləyib qulaq asmaqla jurnalda verilən tapşırıqları yerinə yetirə bilər”, – deyə sədr qeyd edib.