Month: December 2020

  • AzTV-nin binasında bədbəxt hadisə nəticəsində adam öldü – YENİLƏNİB + VİDEO

    Azərbaycan Televiziyasının binalarından birində baş vermiş bədbəxt hadisə nəticəsində şirkətin əməkdaşlarından biri vəfat edib.

    AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, hadisə bu gün axşam saatlarında qeydə alınıb.

    QSC-nin ərazisində olan üçmərtəbəli binada otaqlardan birinin tavanı çöküb, nəticədə Videomateriallar şöbəsinin texniki işçisi 1996-cı il təvəllüdlü Gülverdi Gülverdiyev həlak olub.

    Allah rəhmət eləsin!

    ***

    “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin inzibati binasında bədbəxt hadisə baş verib.

    Qurumun Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, hadisə bu gün axşam saatlarında qeydə alınıb. QSC-nin ərazisində olan üçmərtəbəli binada otaqlardan birinin tavanı çöküb, nəticədə bir əməkdaş xəsarət alıb.

    Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Dağıntılar altında qalan şəxsin çıxarılması istiqamətində iş aparılır.

  • Состоялся телефонный разговор между премьер-министрами Азербайджана и Грузии

    25 декабря состоялся телефонный разговор между премьер-министрами Азербайджана и Грузии Али Асадовым и Георгием Гахария.

    Как сообщили в пресс-службе Кабинета министров Азербайджана, глава нашего правительства поздравил грузинского коллегу с переназначением на должность, а также с победой партии “Грузинская мечта – Демократическая Грузия” на парламентских выборах, состоявшихся в прошлом месяце.

    Во время беседы было подчеркнуто, что высокий уровень отношений между двумя странами отражает стремление Азербайджана и Грузии углублять взаимовыгодное сотрудничество и стратегическое партнерство.

    Также была выражена уверенность в том, что совместными усилиями будет обеспечено дальнейшее укрепление двусторонних связей во всех сферах на благо народов наших стран.

  • Baş nazir Əli Əsədovun gürcüstanlı həmkarı arasında telefon danışığı olub

    Dekabrın 25-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Gürcüstanın Baş naziri Giorgi Qaxariya arasında telefon danışığı olub.

    Nazirlər Kabinetindən bildirilib ki, Baş nazir Əli Əsədov Giorgi Qaxariyanı Gürcüstanın Baş naziri vəzifəsinə yenidən təyin edilməsi, həmçinin keçən ay ölkəsində keçirilmiş parlament seçkilərində “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının qalib gəlməsi münasibətilə təbrik edib.

    Telefon söhbəti zamanı Azərbaycan-Gürcüstan münasibətlərinin yüksək səviyyəsinin iki ölkənin qarşılıqlı faydalı əməkdaşlığı daha da möhkəmləndirmək, strateji tərəfdaşlığı dərinləşdirmək istəyini əks etdirdiyi vurğulanıb.

    Azərbaycan və Gürcüstan xalqlarının rifahı naminə bütün sahələrdə səmərəli ikitərəfli əlaqələrin birgə səylərlə daha da möhkəmlənməsinin təmin ediləcəyinə əminlik ifadə olunub.

  • Koordinasiya Şurasının ilk iclası keçirilib – FOTO

    Koordinasiya Şurasının ilk iclası keçirilib.

    İqtisadiyyat Nazirliyindən verilən məlumata əsasən, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (PL/TMM) sisteminin Milli Risk Qiymətləndirilməsinin (MRQ) həyata keçirilməsi, Avropa Şurasının müvafiq ekspert Komitəsi (MONEYVAL) tərəfindən aparılacaq beşinci raund qiymətləndirilməsinə hazırlığın təmin edilməsi və digər məsələlərin müzakirəsi məqsədilə Koordinasiya Şurasının birinci iclası keçirilib.

    Tədbirdə Azərbaycan Respublikası Baş Nazirinin müavini, Koordinasiya Şurasının sədri Əli Əhmədov qeyd edib ki, Azərbaycanda açıqlıq, şəffaflıq və hesabatlılıq prinsiplərinin tətbiqinin daha da genişləndirilməsi, maliyyə şəffaflığının yüksəldilməsi, vətəndaş cəmiyyəti institutlarının dəstəklənməsi və ictimai nəzarətin gücləndirilməsi, habelə açıq hökumətin təşviqi ilə bağlı tədbirlər çərçivəsində Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilən “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı” qəbul edilib.

    Fəaliyyət Planının 3-cü hissəsinə əsasən, PL/TMM üzrə Milli Risk Qiymətləndirilməsinin dövri qaydada aparılması, milli qanunvericiliyin beynəlxalq PL/TMM standartları ilə uyğunlaşdırılması, eləcə də Avropa Şurasının MONEYVAL Komitəsi tərəfindən Azərbaycana münasibətdə həyata keçirilməsi planlaşdırılan 5-ci raund qiymətləndirilmə prosesinə hazırlığın əlaqələndirilməsi məqsədilə aidiyyəti dövlət qurumlarının və ictimai birliklərin vəzifəli şəxslərindən ibarət Koordinasiya Şurası yaradılıb.

    Sonra İqtisadiyyat nazirinin müavini-Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri Rövşən Nəcəf MRQ-nin həyata keçirilməsinin hüquqi əsasları, PL/TMM sistemi üzrə qiymətləndirmə prosesi barədə məlumat verib.

    Tədbirdə vurğulanıb ki, 2014-2015-ci illərdə birinci MRQ-nin aparılması zamanı müxtəlif metodologiyalardan, o cümlədən Dünya Bankının təqdim etdiyi metodologiyadan istifadə olunub. Görüşdə həmçinin, Nazirlər Kabinetinin müvafiq Qərarında göstərilən spesifik sahələr üzrə strateji təhlillərin və risk qiymətləndirmələrinin aparılması məqsədilə “Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq” proqramı çərçivəsində Avropa Şurası, qeyri-hökumət təşkilatları üzrə PL/TM risklərinin qiymətləndirilməsi üçün isə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi ilə növbəti ildə əməkdaşlıq, eləcə də PL/TMM sisteminin qiymətləndirilməsi üçün aidiyyəti işçi qrupların yaradılması təklif edilib.

    Bildirilib ki, 2022-ci ildə Avropa Şurasının MONEYVAL Komitəsi tərəfindən Azərbaycanın PL/TMM sisteminin 5-ci raund qiymətləndirilməsinin başlanılması gözlənilir. Belə ki, həm milli qanunvericiliyin Maliyyə Tədbirləri üzrə İşçi Qrupu (FATF) tərəfindən PL/TMM üzrə qəbul edilən beynəlxalq standartlara uyğunluğu, həm də PL/TMM sisteminin fəaliyyət effektivliyi qiymətləndiriləcək.

    Tədbirdə PL/TMM sisteminin qiymətləndirilməsi üzrə yaradılması təklif olunan işçi qrupların fəaliyyət mexanizmi barədə məlumat verilib, iştirakçıların sualları cavablandırılıb.

  • Qubanın Xanlıq kəndindəki əsgərlərin bir günü – VİDEO

    Baku TV-nin müxbiri Qubadlının Xanlıq kəndində hərbçilərlə bir gün keçirib.

    Əsgərlər kamera vasitəsilə ailələrinə salam göndərib, vəziyyətlərinin yaxşı olduğunu deyiblər.

    Süjetdə Xanlıq kəndinin daha çox əsgər toplanmış məntəqə olduğu qeyd olunub.

    Həmin süjeti təqdim edirik:

  • Paşinyan yeni parlament seçkilərinin anonsunu verdi

    Ermənistanın baş naziri Nikol Paşinyan erkən parlament seçkiləri keçirilməsi mövzusunda siyasi qüvvələrlə məsləhətləşmələr aparmağa hazır olduğunu bildirib.

    N.Paşinyan bu barədə öz “Facebook” səhifəsində açıqlama yayıb.

    “Mən xalqın qərar verəcəyi təqdirdə baş nazir postundan getməyə hazıram. Tutduğum bu postu yalnız xalqın qərarı ilə tərk edə bilərəm”, – deyə N.Paşinyan yazıb.

    Ermənistanın baş naziri əlavə edib ki, ölkəsində hökm sürən xaosdan qurtulmağın yalnız bir yolu var – növbədənkənar parlament seçkilərinin keçirilməsi.

  • Koronavirusun yeni növü daha iki ölkədə

    Bu ilin dekabrında Böyük Britaniyada aşkarlanan koronavirusun yeni növünə Yaponiyada da rast gəlinib.

    NHK telekanalı xəbər verir ki, bunu ölkənin Səhiyyə naziri Norihisa Tamura deyib.

    Böyük Britaniyadan qayıdan beş Yaponiya vətəndaşında COVID-19-un yeni ştammına yoluxma təsdiqlənib. Onların hamısı karantinə alınıb. Dörd yoluxmuş xəstədə simptomlar yoxdur, digəri isə narahatlıqdan şikayətlənir.

    Qeyd edək ki, koronavirusun yeni mutasiyası Almaniyaya da çatıb.

  • Türkiyəyə səfər edən şəxslərin DİQQƏTİNƏ: Mənfi test analizinin nəticələrini təqdim etməlisiniz

    Türkiyə rəsmilərinin yeni qərarına əsasən, 28 dekabrdan hava yolları vasitəsilə ölkə ərazisinə daxil olan şəxslərdən koronavirusa yoluxmadıqlarını təsdiq edən neqativ test sənədi tələb olunacaq.

    Türkiyə mətbuatı xəbər verir ki, bu barədə Türkiyə Səhiyyə Nazirliyinin rəhbəri Fəxrəddin Qoca açıqlama verib.

    “Türkiyəyə 28 dekabrdan təyyarə ilə, 30 dekabrdan isə quru yolu nəqliyyatı ilə gələn bütün sərnişinlər 72 saat əvvəl edilən mənfi koronavirus testinin sənədini təqdim etməlidirlər. Əks təqdirdə onların Türkiyəyə girişlərinə icazə verilməyəcək”, – deyə Türkiyə Səhiyyə Nazirliyinin göstərişində qeyd olunur.

  • Криминальный авторитет Ризван Гусейнов погиб, прыгнув с седьмого этажа – ФОТО

    Объявленный в федеральный розыск в России криминальный авторитет Ризван Гусейнов (“Резвый”) прыгнул с седьмого этажа, спасаясь от преследования полиции.

    Об этом сообщает “РЕН ТВ”.

    Несмотря на госпитализацию, его жизнь спасти не удалось.

    По факту данного инцидента проверка. Причина визита к нему полицейских не называется.

    Резвый считался соратником известного хабаровского криминального авторитета Александра Воронина (“Малыша”).

    “Хитер, изворотлив, скрытен, при этом вспыльчив, легко впадает в ярость. Особо опасен. В случае задержания может оказать вооруженное сопротивление”, – так Гусейнова охарактеризовали сотрудники правоохранительных органов.

  • Kriminal avtoritet Rizvan Hüseynov özünü yeddinci mərtəbədən atıb – FOTO

    Rusiyada federal axtarışda olan kriminal avtoritet Rizvan Hüseynov (“Rezvıy”) polis təqibindən qaçarkən özünü binanın yeddinci mərtəbəsindən atıb.

    Bu barədə REN TV xəbər yayıb.

    O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

    Hadisə ilə bağlı yoxlamalara başlanılıb. Polislərin onu təqib etməsinin səbəbi açıqlanmır.

    “Rezvıy” xabarovlu məşhur kriminal avtoritet Aleksandr Voroninin (Malış) silahdaşı sayılıb.

    Hüseynovu hüquq-mühafizə orqanlarının işçiləri belə xarakterizə ediblər: “Hiyləgər, bacarıqlı, eyni zamanda tez əsəbiləşən, asanlıqla aqressivləşən biridir. Çox təhlükəlidir. Saxlanılması halında silahlı müqavimət göstərə bilər”.