Month: December 2020

  • В Баку повесилась 23-летняя девушка

    Жительница поселка Говсан Сураханского района Баку совершила суицид.

    Об этом Oxu.Az сообщили в правоохранительных органах.

    Известно, что Фатима Джафарли (1997 г.р.) повесилась на газовой трубе в собственной квартире, в которой проживала одна.

    В качестве причины самоубийства правоохранители называют психические отклонения у девушки. Установлено, что она уже давно состояла на учете в психоневрологической больнице.

    Следствие по данному факту ведет прокуратура района.

  • Bakıda 23 yaşlı qız özünü asdı

    Suraxanı rayonunun Hövsan qəsəbə sakini intihar edib.

    Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

    Məlum olub ki, 1997-ci il təvəllüdlü Fatimə Cəfərli tək yaşadığı mənzildə qaz borusundan özünü asıb.

    Hüquq mühafizə orqanlarının əməkdaşları intiharın səbəbini qızın psixoloji vəziyyəti ilə əlaqələndirirlər. Onun uzun müddət psixi-nevroloji xəstəxanada qeydiyyatda olduğu müəyyən edilib.

    Faktla bağlı rayon prokurorluğu tərəfindən istintaq aparılır.

  • Milli Məclis bəzi qanun layihələrini müzakirəyə çıxarmayacaq – SİYAHI

    Milli Məclisin 2020-ci il payız sessiyasının işlər planına daxil edilən səkkiz qanun layihəsi bu il müzakirəyə çıxarılmayacaq.

    Report xəbər verir ki, “Daxili qoşunlar haqqında”, “Hərbi qulluqçuların statusu haqqında”, “Lombardlar haqqında”, “Reproduktiv sağlamlıq haqqında”, “Ali təhsil haqqında”, “Turizm haqqında”, “Kinematoqrafiya haqqında”, “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun layihələri işlər planına daxil edilsə də, parlamentin payız sessiyasında müzakirəyə təqdim olunmayacaq.

    Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, qanunverici orqanın payız sessiyası sentyabrın 30-da başlayır, dekabrın 30-da başa çatır.

  • Həbsdə olan sabiq icra başçısının məhkəməsi başlayır

    Yevlax Rayon İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədovun barəsində cinayət işinin ibtidai istintaqı başa çatıb.

    “Report”un xəbərinə görə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilən iş hakim Rəşid Hüseynovun icraatına verilib.

    Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata görə, 2019-cu ilin noyabr ayınadək Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş Qoca Səmədovun bu müddət ərzində vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran çoxsaylı qanun pozuntularına yol verməsinə əsaslı şübhələr müəyyən edilib.

    Dövlət qayğısı olaraq işsiz vətəndaşların ictimai işlərə cəlb edilib aylıq qazanc əldə edə bilmələri üçün dövlət büdcəsi hesabına ayrılan külli miqdarda əməkhaqları ələ keçirilib, o cümlədən Yevlax şəhərində “Yaşıllaşdırma və işıqlandırma müəssisəsi”nin fəaliyyətinə və digər abadlıq, təmir-tikinti işlərinə cəlb edildiyi rəsmiləşdirilən 133 nəfər heç bir işə cəlb edilmədən və əməkhaqqı almadan, adlarına açılmış əməkhaqqı kartları Qoca Səmədovun tabeçiliyində fəaliyyət göstərən şəxslər tərəfindən ətraf rayonlardakı bankomatlarda nağdlaşdırılaraq, Qoca Səmədova şəxsən təqdim edilməklə 236 min manat dövlət vəsaiti mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.

    2017-2019-cu illərdə dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına Yevlax şəhərində abadlıq, təmir-tikinti işlərini həyata keçirmək adı ilə müxtəlif şirkətlərin hesablarına köçürülmüş 616 min manat vəsait heç bir iş görülmədən Qoca Səmədovun tapşırığı ilə şirkət rəhbərləri tərəfindən nağdlaşdırılaraq ona şəxsən qaytarılmaqla təkrarən mənimsənilib.

    Şəhər icra hakimiyyəti və əlaqəli strukturlarda çalışan işçilərin əməkhaqqından təsis etdiyi Şəhid ailələrinə və müharibə əlillərinə yardım Fonduna könüllü ödəmə adı altında hər ay faiz tutulub, yığılan pulun hər ay 8 min manatadək olan əsas hissəsi Qoca Səmədova şəxsən təqdim edilib.

    Qoca Səmədov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin baş memarı Xalid Əhmədovun vasitəçiliyi ilə vətəndaşlar tərəfindən müxtəlif təyinatlı tikintilərin aparılması üçün zəruri olan sənədləşmə işləri və digər əsaslarla ümumilikdə 44 fiziki və hüquqi şəxsdən müxtəlif məbləğlərdə külli miqdarda təkrarən rüşvət tələb edərək almasına əsaslı şübhələr müəyyən edilib.

    Qoca Səmədov və başqaları vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işləri üzrə şübhəli şəxs qismində saxlanılıblar.

  • Основатель Alibaba потерял несколько миллиардов долларов за день

    Состояние одного из богатейших китайских миллиардеров, основателя компании Alibaba Джека Ма за день существенно сократилось на обвале ее акций из-за антимонопольного расследования, следует из данных рейтинга Forbes Real-Time.

    По данным на закрытии торгов 24 декабря, состояние Ма оценивалось в 57,3 млрд долларов. Из данных Forbes следует, что за сутки он потерял 3,6 млрд. Бизнесмен занимает 19 строчку рейтинга.

    В четверг акции Alibaba на биржах Гонконга и Нью-Йорка подешевели на 8,1% и 13,3% (NASDAQ) соответственно.

    Главное государственное управление Китая по контролю и регулированию рынка начало антимонопольное расследование в отношении Alibaba. Компания в свою очередь сообщила, что готова активно сотрудничать с властями и продолжит вести нормальную деятельность.

    Alibaba Group – крупнейшая интернет-компания Китая, работает в сфере электронной коммерции с 1999 года. Группе также принадлежат несколько дочерних компаний и интернет-площадок: Alibaba Pictures, AliExpress, Taobao, Tmall.

  • “Alibaba”nın qurucusu bir gündə külli miqdarda pul itirdi

    “Forbes Real-Time” reytinqinə görə, ən zəngin çinli milyarderlərdən biri, “Alibaba”nın qurucusu Cek Manın sərvəti bir gündə 3,5 milyard dollardan çox azalıb.

    “RİA Novosti” xəbər verir ki, bu, antitrest araşdırma səbəbi ilə şirkətin səhm qiymətlərinin ucuzlaşması səbəbindən baş verib.

    Manın sərvəti cümə axşamı günü edilən ticarətin bağlanışında 57,3 milyard dollar olaraq qiymətləndirilib. O, hazırda reytinqdə 19-cu yerdədir.

    Qeyd edək ki, “Alibaba”nın Honqkong və Nyu-York birjalarındakı səhmlərinin qiyməti ona qarşı antitrest istintaq xəbərləri fonunda kəskin aşağı düşüb.

    Şirkətin Honqkongdakı səhmləri 8,1 %, NASDAQ-da isə 13,3 % ucuzlaşıb.

    “Alibaba Group” 1999-cu ildən bəri Çinin ən böyük onlayn satış şirkətidir. Qrupun ayrıca bir neçə filialı və onlayn platforması var: “Alibaba Pictures”, “AliExpress” , “Taobao”, “Tmall”.

  • Vanqadan 2021-ci il PROQNOZU

    Hadisələri əvvəldən təxmin edərək tarixə damğa vuran öngörücü Vanqanın 2021-ci il üçün proqnozları diqqət çəkir.

    Bu barədə Sondakika.com xəbər yayır.

    Vanqanın qeydlərinə görə, 2021-ci ildə dünyanı bir “əjdaha” ələ keçirəcək. Əjdahanın Çin mədəniyyətində əhəmiyyətli bir yeri olduğundan onun Çin olduğu təxmin edilir.

    Daha əvvəl Donald Tramp, Vladimir Putin, Avropadakı epidemiya və Rusiyanın nüvə sualtı gəmisi haqqında söylədiyi öngörücülüyü ilə gündəmə gətirilən Vanqanın 2021-ci ildə xərçəngə son qoyacağı ilə bağlı proqnozu ürəklərə su səpib;

    Xərçəng müalicəsi 2021-ci ildə tapılacaq və 2021-ci il bəşəriyyətin xərçəngdən xilas olduğu il olacaq.

    Onun proqnozuna görə, 2021-ci ildə Avropa iqtisadiyyatında böyük bir azalma olacaq. Dini ekstremistlər Avropada kimyəvi hücumlar həyata keçirəcəklər.

    O, eyni zamanda 2021-ci ildə dünyanı böyük fəlakətlərin də gözlədiyini deyib;

    Neft hasilatı dayandırılacaq və torpaq istirahət mərhələsinə qədəm qoyacaq.

    Nəhəng bir əjdaha dünyanı və insanlığı idarə edəcək.

    Rusiya, Çin və Hindistan üç nəhəngdən ibarət bir birlik quracaq və öz valyutalarını formalaşdıracaqlar.

    200 il ərzində insanlar yadplanetlilərlə ünsiyyət quracaqlar.

  • Yaponiyada bir gündə beş nəfərdə COVID-19-un yeni növü aşkar edilib

    Yaponiyaya Böyük Britaniyadan səfər etmiş beş nəfərdə koronavirusanın yeni mutasiya etmiş növü aşkar edilib.

    Bu barədə NHK telekanalı Yaponiyanın Səhiyyə naziri Noroxisı Tamuraya istinadən xəbər yayıb.

    Nazir bildirib ki, COVID-19-un yeni növünə yoluxmuş xəstələrin hamısı 21 dekabrda Yaponiyaya gəlib

    Onlardan üçü Osaka şəhərindəki hava limanından, ikisi isə Tokioda yerləşən hava limanından Yaponiyaya daxil olublar.

    Qeyd edək ki, Böyük Britaniyada SARS-CoV-2 koronavirusunun yeni mutasiya etmiş növü aşkar edilib.

    Britaniyanın Səhiyyə naziri Mett Xenkok dekabrın 14-də ölkədə virusun yeni növünün aşkar edilməsi haqqında rəsmi məlumat verib.

  • В Азербайджане директор школы скончался от коронавируса – ФОТО

    Скончался заслуженный учитель Азербайджана Гадир Ахундзаде, на протяжении долгих лет занимавший должность директора средней школы №10 города Лянкяран.

    Об этом в соцсетях сообщили его родные.

    Отмечается, что Ахундзаде скончался в больнице, где проходил лечение от нового типа коронавирусной инфекции.

  • Azərbaycanda məktəb direktoru koronavirusdan vəfat etdi – FOTO

    Azərbaycan Respublikasının əməkdar müəllimi, uzun illər Lənkəran şəhər 10 saylı tam orta məktəbin direktoru vəzifəsində çalışmış Qadir Axundzadə vəfat edib.

    Bu barədə sosial şəbəkədə müəllimin yaxınları məlumat yayıb.

    Qadir Axundzadə yeni növ koronavirus infeksiyasından müalicə aldığı xəstəxanada vəfat edib.