Month: December 2020

  • Moskva müftisi İlham Əliyevə təbrik məktubu ünvanladı

    Moskvanın müftisi, Rusiya Müsəlmanları Ruhani Məclisinin rəhbəri Albir həzrət Krqanov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

    AZƏRTAC xəbər verir ki, məktubda deyilir:

    “Möhtərəm İlham Heydər oğlu.

    Sizi həyatınızda əlamətdar hadisə – doğum gününüz münasibətilə Rusiya Müsəlmanları Ruhani Məclisi adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

    Doğum günü, sadəcə, bayram deyil. Bu, keçilmiş həyat yolu, gələcək planlar, hələ fəth edilməli yeni zirvələrə aparan yollar barədə düşünmək üçün bir fürsətdir. Sizin əməksevərliyinizi, əzmkarlığınızı, məqsədyönlülüyünüzü və peşəkarlığınızı, ən mürəkkəb məsələlərin düzgün həllini tapmaq bacarığınızı bildiyimiz üçün əminik ki, Siz öz dövlətinizin və xalqınızın mənafeyi naminə həmişə müsbət nəticələrə nail olacaqsınız.

    Sizin yüksək səriştənizə və səmimiyyətinizə, insanlara həssas münasibətinizə əsaslanan çoxşaxəli fəaliyyətiniz həmişə qarşıya qoyulan vəzifələrin uğurla reallaşmasına gətirib çıxarıb. Sizin müdrik rəhbərliyiniz dövründə Azərbaycan xalqının tarixi ədalətin bərpa olunması barədə çoxdankı arzusu həyata keçib. Sizin həyatınız insanın zəkasının, təşəbbüskarlığının və əməksevərliyinin ona uğur və haqlı hörmət qazandırdığına parlaq nümunədir.

    Hörmətli İlham Heydər oğlu, bu əlamətdar gündə Sizin ən fərəhli hisslərinizə şərik olaraq Sizə səmimi-qəlbdən uzun və məhsuldar ömür, möhkəm cansağlığı, tükənməz enerji, firavanlıq, bütün planlarınızın həyata keçməsini, gümrah və xoş əhval-ruhiyyə diləyirik. Doğmalarınıza və yaxınlarınıza firavanlıq və rifah arzu edirik.

    Ulu Tanrı haqq yolunda Sizi qorusun və xeyirxah əməllərinizin əvəzini versin”.

  • Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olan Daxili Qoşunların baş çavuşu

    Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu Nadirov Elçin Nadir oğlu 15 oktyabr 2020-ci il tarixdə Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

  • Bakıda yağış fəsadlar törətdi, hərəkəti iflic etdi – VİDEO

    Dünəndən başlayan yağış paytaxtın bir sıra ərazilərində fəsadlar törədib.

    Oxu.Az-ın məlumatına görə, yağan yağış Suraxanı rayonu və Abşeron rayonu, Hökməli qəsəbəsində yaşayan sakinlərin hərəkətinə mane olub.

    Yağışdan gölməçələr yaranıb, rayon və qəsəbədaxili yollarda hərəkət iflic olub.

    Həmin görüntüləri təqdim edirik:

  • Koronavirusla mübarizəyə sərf olunacaq məbləğ AÇIQLANDI

    “Gələn il Azərbaycanda koronavirusla mübarizə tədbirlərinin gücləndirilməsi üçün 261 milyon manat vəsait ayrılacaq”.

    Report xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında Maliyyə naziri Samir Şərifov deyib.

    Onun sözlərinə görə, hərbi qulluqçuların mənzillə təmin olunmasına isə 35 milyon manat vəsait yönəldiləcək.

  • Новые кадры из села Ховуслу Джебраильского района – ВИДЕО

    Министерство обороны АР распространило новые видеокадры из села Ховуслу Джебраильского района.

  • İşğaldan azad edilmiş Cəbrayılın daha bir kəndindən görüntülər – VİDEO

    Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Hovuslu kəndindən yeni videogörüntülər yayımlayıb.

    Həmin görüntüləri təqdim edirik:

  • Avropada yaşayan azərbaycanlı gənclər parlamentə müraciət edib

    Avropada Gənc Azərbaycanlı Peşəkarlar Assosiasiyası (AYAPE) tərəfindən Avropa Parlamentinin Cənubi Qafqaz üzrə nümayəndə heyəti, Xarici Əlaqələr Komitəsi və Avronest Parlament Assambleyasının deputatlarının da daxil olduğu 250-dən çox deputata məktub ünvanlayıb.

    Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

    Məktubda Avropa Parlamentində üç deputatdan ibarət Dağlıq Qarabağla dostluq parlament qrupunun yaradılması təşəbbüsünə etiraz edilib. Məsələnin bölgədə uzunmüddətli sülhün təmin olunması baxımından məyusedici hal olduğu qeyd edilməklə yanaşı, sözügedən təşəbbüsün beynəlxalq hüquq, eləcə də BMT və Avropa İttifaqının (Aİ) Ermənistan və Azərbaycan arasındakı münaqişəyə dair sərgilədikləri mövqe ilə birbaşa ziddiyyət təşkil etdiyi diqqətə çatdırılır.

    Bu təşəbbüsün Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında barışıq və dinc yanaşı yaşama perspektivlərinə, habelə Aİ-nin qonşuluğunda yerləşən bu vacib bölgənin iqtisadi inkişafına maneə olduğu göstərilib.

    Məktubda Avropa Parlamenti və Avropa Xalq Partiyasının bölgədə düşmənçilik və qisasçılığa qarşı çıxaraq sülh və barışığa dəstək verəcəyinə ümid ifadə olunub.

  • Zelenskidən İlham Əliyevlə bağlı paylaşım – FOTO

    Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib.

    Zelenski bununla bağlı “Twitter” hesabında paylaşım edib.

    “Sizi səmimi qəlbdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, tükənməz enerji, Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə uğurlar diləyirəm. Ukrayna Azərbaycan ilə strateji tərəfdaşlıq səviyyəsinin yüksəldilməsində maraqlıdır”, – paylaşımda deyilir.

  • Koronavirusun müalicəsi neçəyə başa gəlir? – VİDEO

    Ölkədə tətbiq olunan sərt karantin rejiminə görə, 600 min vətəndaşa yenidən 190 manat ödəniləcək.

    Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev açıqlama verib.

    Bildiyimiz kimi, hazırda koronavirusa yoluxan və bu səbəbdən də izolyasiya olunaraq müalicə alan dövlət qurumlarının əməkdaşlarına əmək haqları ödənilir, bəs özəl müəssisələrdə bu proses necə tənzimlənir? Məsələ ilə bağlı şifahi açıqlama verməklə kifayətlənən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin mətbuat katibi Fazil Talıblı bildirib ki, əmək məcəlləsinə uyğun olaraq özəl şirkətlər koronavirusa yoluxan əməkdaşlarının məvacibini mütləq ödəməlidirlər.

    Məsələnin başqa bir tərəfi, aylıq 400-500 manat məvacib alan bir şəxs COVID-19 kimi müalicəsi baha başa gələn xəstəliklə mübarizə apara bilirmi?

    Baku TV məsələ ilə bağlı, təxmini bir hesablama aparıb. Nəzərə alaq ki, hər hansı bir şəxs COVID-19-a yoluxub-yoluxmadığını öyrənmək üçün ilk test verməlidir. Bu gün ölkədə koronavirus testinin qiymətinin 100 manatdan başladığı isə heç kimə sirr deyil. Bu məbləğin üzərinə xəstəliyin müalicə prosesini gəldikdə isə, necə deyərlər xərci borcu ödəmir.

    Görünən isə odur ki, koronavirusun müalicəsi əməlli-başlı xərc tələb edir. Vay o gündən ki, heç bir yerdə işləməyən, yalnız 190 manat birdəfəlik ödəmənin ümidinə qalan şəxs bu xəstəliyə yoluxa. Əsl faciə isə məhz o zaman başlayır.

    Odur ki, mövcud reallıqda ən yaxşısı çalışıb koronavirusa yoluxmamaqdır.

  • Xaçmazda ilk qar – FOTO

    Xaçmaz şəhərinə qar yağıb.

    Uzun zamandır şəhər mərkəzinə yağmayan qar sakinlərin sevincinə səbəb olub.

    Qeyd edək ki, gecədən başlayaraq Azərbaycanın şimal bölgəsinə qar yağır. Hazırda bölgədə qeyri-sabit hava şəraiti davam edir.