Birinci vitse-prezident Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü ilə əlaqədar paylaşım edib.
Mehriban Əliyeva “Instagram” səhifəsindən ölkə başçısı ilə birlikdə olduqları foto və video paylaşıb.
Dekabrın 24-də Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
“Report” xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının Cəbrayıl rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş 12 min 523 hərbi qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib.
Bu medala layiq görülən hərbi qulluqçuların 4-ü general-leytenant, 8-i general-mayor, 47-si polkovnikdir.
Nazirlər Kabineti “Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında” qərara dəyişiklik edib.
“Report” xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Dəyişikliyə əsasən, sərtləşdirilmiş karantin rejimində hərbi xidmətçilərin hərəkətini tənzimləmək üçün qərara əlavə olunub.
Belə ki, müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslərin yaşadıqları və olduqları yerdən hərəkətinə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin çağırış vərəqəsi və ya tibbi müayinədən keçmək üçün göndərişi əsasında, hərbi xidmətdən tərxis olunan şəxslərin yaşadıqları və olduqları yerə gəlməsinə isə onların hərbi bileti və müvafiq hərbi hissə tərəfindən verilmiş vərəqə əsasında yol verilir.
Ermənistanın keçmiş mədəniyyət və gənclər naziri Hasmik Poqosyana qarşı cinayət işi açılıb.
Bu barədə “Sputnik” Ermənistan xəbər verib.
Sabiq nazir çirkli pulların yuyulmasında ittiham edilərək axtarışa verilib.
Qeyd edək ki, Hasmik Poqosyan Ermənistanın mədəniyyət və gənclər nazirliyində 2006-2016-cı illər aralığında çalışıb.
Nazirlər Kabineti “Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında” qərarında dəyişiklik edib.
Belə ki, sərtləşdirilmiş karantin rejimində hərbi xidmətçilərin hərəkətini tənzimləmək üçün Qərara əlavə edilib.
Əlavəyə görə, müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslərin yaşadıqları və olduqları yerdən hərəkətinə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin çağırış vərəqəsi və ya tibbi müayinədən keçmək üçün göndərişi əsasında, hərbi xidmətdən tərxis olunan şəxslərin yaşadıqları və olduqları yerə gəlməsinə isə onların hərbi bileti və müvafiq hərbi hissə tərəfindən verilmiş vərəqə əsasında yol verilir.

Gürcüstanın Prezidenti Salome Zurabişvili Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
AZƏRTAC xəbər verir ki, məktubda deyilir:
“Zati-aliləri.
Sizi doğum gününüz münasibətilə Gürcüstan xalqı adından və şəxsən öz adımdan təbrik etməkdən böyük şərəf hissi duyuram.
Bu gün ölkələrimiz arasında əsrlərboyu davam edən dostluq münasibətlərini bir daha xatırlamaq üçün yaxşı fürsətdir. Bizim tərəfdaşlığımız səmimiyyətə və qarşımızda duran problemlərin həlli istiqamətində birgə əməkdaşlığa əsaslanır.
Doğum gününüzün COVID-19 pandemiyasının hələ də dünyada tüğyan etdiyi bir vaxta təsadüf etməsindən təəssüf hissi keçirirəm. Ancaq tunelin sonunda işıq görünür. Qlobal böhranın bu mərhələsində bütün dünya üzrə peyvəndlərin tətbiqinə başlanıldığı bir dövrdə biz bundan sonra da həmrəylik və birlik nümayiş etdirərək irəliyə doğru gedəcəyik.
Fürsətdən istifadə edərək, həmçinin regionumuzda sülhün nə qədər əhəmiyyətli olduğunu vurğulamaq istəyirəm. Mən bütün region üçün, o cümlədən bizim ümumi inkişafımız, tərəqqimiz və sabitliyimiz üçün çox mühüm əhəmiyyət kəsb edən sülhün bərqərar olmasını bir daha alqışlayıram.
İnanıram ki, dünya mövcud böhrandan beynəlxalq həmrəylik, sıx birlik sayəsində çıxacaq və əvvəlkindən daha güclü olacaq. Pandemiya bitdikdən sonra Sizinlə Gürcüstanda görüşməyi səbirsizliklə gözləyirəm.
Cənab Prezident, icazə verin doğum gününüz münasibətilə Sizə və ailənizə bir daha cansağlığı, tükənməz enerji və rifah arzularımı çatdırım.
Mehriban xanıma ən səmimi və xoş arzularımı çatdırıram”.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, müharibə əlillərinin minik avtomobilləri ilə təminatı tədbirləri getdikcə gücləndirilir. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Xəzər” markalı daha 50 avtomobili Qarabağ müharibəsi əlillərinə təqdim edib.
Bu barədə nazirlikdən məlumat verilib.
Tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev vurğulayıb ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu ərazilərimizin erməni faşizminin işğalından azad edilməsi istiqamətində möhtəşəm Zəfər əldə edərək yeni şanlı qəhrəmanlıq tarixi yazdı. Qələbə ovqatının yaşandığı bu günlərdə şəhid ailələrinin, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə sağlamlığını itirmiş vətəndaşların sosial müdafiəsi tədbirləri də uğurla davam etdirilir.
Dövlət başçısının həssas əhali qruplarına, o cümlədən şəhid ailəsi üzvlərinə, müharibə əlillərinə xüsusi qayğısından bəhs edən nazir müavini müharibə əlillərinin avtomobillə təminatı işlərini qeyd edib. Bildirib ki, Nazirlik müharibə əlillərinə 2018-ci ildə 265 avtomobil, 2019-cu ildə isə 600 avtomobil verib. 2020-ci ildə də 400 avtomobilin verilməsi nəzərdə tutulub və onlardan artıq böyük əksəriyyəti verilib. Ümumilikdə Nazirlik tərəfindən ötən dövrdə müharibə əlillərinə 7050-dən çox minik avtomobili verilib.
A.Əliyev şəhid ailələrinin, müharibə əlillərinin mənzil və fərdi evlə təminatı proqramının da ildən-ilə genişləndiyini deyib. O diqqətə çatdırıb ki, 2018-ci ildə Nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 626 mənzil və fərdi ev, 2019-cu ildə bundan 50 faiz çox olmaqla 934 mənzil və fərdi ev verilib. Prezident İlham Əliyevin tapşırığına əsasən 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda, yəni 1500 mənzil və fərdi ev verilməsi işləri aparılır və artıq 1300-dən çoxu təqdim edilib. Bu vaxta qədər isə 9000-ə yaxın mənzil və fərdi ev həmin kateqoriyalardan olan vətəndaşlara verilib.
Nazir müavini dövlət başçısının göstərişi ilə postmüharibə dövründə Vətən müharibəsi şəhidlərinin, müharibədə yaralanmış hərbçilərin ailələri, müharibə iştirakçıları, erməni terrorundan zərər çəkənlərlə bağlı sosial dəstək tədbirlərinin həyata keçirildiyini də diqqətə çatdırıb.
Qarabağ müharibəsi əlilləri doğma torpaqlarımızın düşmən işğalından azad edilməsinin bütün xalqımıza sonsuz sevinc və qürur bəxş edən tarixi Zəfər olduğunu, bu qələbənin fərəhi içində olduqlarını vurğulayıblar. Dövlətin bütün sahələrdə onlara göstərdiyi qayğıdan razı qaldıqlarını qeyd edən müharibə əlilləri onların sosial müdafiəsinin gücləndirilməsinə göstərilən yüksək qayğıya, yeni avtomobillərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla birgə Gəncə şəhərində özünüməşğulluq proqramı əsasında yeni yaradılan təsərrüfatlara baxış keçiriblər.
Bu barədə ƏƏSMN-dən məlumat verilib.
Proqram iştirakçıları ilə görüşündə nazir vurğulayıb ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, özünüməşğulluq proqramı bu il daha da genişləndirilib. 2020-ci ildə 12 minədək şəxsin proqramla əhatə olunması nəzərdə tutulub və artıq 12 minə yaxın şəxs də proqrama cəlb olunub. Hazırda bu proses, həmçinin cəlb olunanların mal və materiallar, avadanlıqlar formasında aktivlərlə təminatı davam edir.
S.Babayev bu il Gəncədə də artıq 266 nəfərin özünüməşğulluq proqramına cəlb edildiyini, onların mühüm hissəsinin proqram əsasında öz təsərrüfatlarını qurduqlarını deyib. O qeyd edib ki, postmüharibə dövründə Vətən müharibəsi şəhidlərinin və müharibədə yaralanmış hərbçilərin ailələri, müharibə iştirakçıları ilə bağlı geniş miqyaslı sosial dəstək tədbirləri həyata keçirilir. Son bir ayda artıq 5500-dək şəxs bu tədbirlərlə əhatə olunub. Bu dəstək tədbirlərinin də bir istiqaməti həmin insanların özünüməşğulluq proqramı əsasında kiçik bizneslərini qurmasıdır. Məqsəd aztəminatlı ailələrin bu proqram vasitəsilə kiçik biznesə çıxışına şərait yaratmaqdır.
Özünüməşğulluq proqramı çərçivəsində İbrahim Kərimovun qurduğu ayaqqabı təmiri və istehsalı, müharibə iştirakçısının ailə üzvü olan Tofiq Vəliyevin qurduğu avtoyağlama və Eldar İsmayılovun qurduğu avtomobil şinlərinin təmiri üzrə xidmət sahələri nəzərdən keçirilib. Proqram iştirakçılarının verilmiş aktivlərdən düzgün istifadə etdikləri və özünüməşğulluq fəaliyyətlərini, kiçik bizneslərini inkişaf etdirmək əzmində olduqları müəyyən olunub.
Proqram iştirakçıları dövlətin qayğısı ilə əhatə olunduqlarına, öz kiçik bizneslərini qurmaq üçün göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.