Month: December 2020

  • Tərtərdə şəhid Elvin Quluzadənin ailəsi üçün təsərrüfat yaradıldı

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Tərtər rayonunda yaşayan ailə ilə görüşüblər.

    Nazirlikdən “Report”a verilən məlumata görə, dörd nəfərdən (şəhidin atası, anası və iki qardaşı) ibarət ailədə şəhidin iki qardaşından biri hərbi xidmətdədir. Ailənin digər üzvlərinin işsiz olduqları və istəkləri nəzərə alınaraq, növbədənkənar özünüməşğulluq proqramına cəlb ediliblər. Qısa müddətdə də onlara aktivlər verilib və ailə üçün təsərrüfat yaradılıb.

    Ailəyə şəhid ailələri üçün nəzərdə tutulan sosial ödənişlərin təyin olunması işlərinin aparıldığı, şəhid ailələrinin malik olduqları hüquqlar barədə də məlumat verilib.

  • Tahir İmanov Şuşadakı baba evində – VİDEO

    “Planet Parni iz Baku” KVN teatrının bədii rəhbəri, Əməkdar artist Tahir İmanov Şuşada, babası bəstəkar Süleyman Əsgərovun evində olub.

    T.İmanov evlərindən reportaj hazırlayıb. Həmin ev sökülmüş vəziyyətdədir.

    Reportaj “Planet Parni iz Baku”nun “İnstagram” səhifəsində yayımlanıb.

    Həmin videonu təqdim edirik:

  • Polad Həşimovun əsgəri Şuşada bıçaqlanaraq ŞƏHİD olub

    Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu erməni terrorçularının işğal etdiyi tarixi torpaqlarımızdan qovaraq 44 gün ərzində ərazi bütövlüyümüzü təmin etdi. Döyüşlər zamanı yüzlərlə mərd və cəsarətli igid canları ilə Azərbaycan səlnaməsində yeni səhifə açaraq qanları ilə tarix yazdılar.

    II Qarabağ müharibəsində canından keçən qəhrəmanlarımızdan biri də şəhid Xəyal Salam oğlu Ağaməmmədovdur.

    Median.Az xəbər verir ki, “report”un Mil-muğan bürosunun əməkdaşları şəhidin doğulub boya başa çatdığı, evinə baş çəkərək ailəsi ilə həmsöhbət olublar.

    Xəyal Ağaməmmədov 23 avqust 1992-ci ildə Hacıqabul rayonunun Kolanı kəndində doğulub. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanan Xəyal Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun komandiri olduğu hərbi hissədə xidmət etməyə başlayır. Hərbi xidmətinin ilk günlərində ayıq-sayıqlığı, cəsarəti və qorxmazlığı ilə hər kəsin diqqətini cəlb edən Xəyal kəşfiyyat bölüyünə cəlb edilir. Onu xidmət etdiyi hərbi hissədə “Polad Həşimovun əsgəri”, yaxud da “polad əsgər” çağırırmışlar.

    Xəyal həqiqi hərbi xidmətini başa vurduqdan sonra mülki həyatda müxtəlif sahələrdə çalışıb. Bu ilin iyul ayında erməni silahlı birləşmələrinin Azərbaycan-Ermənistan sərhədində həyata keçirdiyi təxribatlar və terror hadisəsi zamanı Polad Həşimovun və onunla birlikdə bir neçə hərbi qulluqçunun şəhid olmasından təsirlənən Xəyal Ağaməmmədov könüllü olaraq Səfərbərlik və Həqiqi Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edərək Orduya yazılır.

    Sentyabrın 27-də erməni terrorçularının Azərbaycana qarşı diversiya cəhdinin qarşısının alınması ilə başlayan II Qarabağ müharibəsində Xüsusi Təyinatlı Qüvvələrdə kəşfiyyatçı kimi döyüşlərə qatılır.

    Xəyalın döyüş yolu Füzulidən başlayır, Cəbrayıl və Zəngilandan keçərək Şuşada əlbəyaxa döyüşlər zamanı süngü bıçaqdan boğazından aldığı iki ağır zərbə ilə şəhadətə qovuşmasıyla sona çatır. Bu yol yalnız yazılanda və ifadə ediləndə asan səslənir. Xəyal döyüşlər zamanı 2 dəfə güllə yarası alsa da, döyüş yoldaşlarından geri qalmır. Beləliklə, bu şərəfli yolda cəsarətlə düşmənin üzərinə ön sıralarda şığıyan Xəyalın sözün həqiqi mənasında işğaldan azad edilən torpaqların hər qarışında al-qırmızı qanının izləri var. Sanki düşmən gülləsi Xəyalı əldən salmaq, yerə yıxmaq əvəzinə Polad Həşimov kimi daha da cəsarətləndirir və polad kimi nöhkəmləndirirdi.

    Hərbi xidməti dövründə sıravi bir əsgərin adı generalın adı ilə qoşa çəkilməsi və ya həmin əsgərin generalın adı ilə çağırılması hər kəsə nəsib olmayan nadir haldır. Xəyal sanki “Polad Həşimovun əsgəri” və “polad əsgər” ləqəblərinin haqqını verərək mənfur düşəmənin gülləsinə polad möhkəm daynıb, şəhid komandiri general Həşimovun qısasını almaq üçün irəliləyirdi. 44 günlük müharibə zamanı bədənində 2 güllə yarası olmasına baxmayaraq, 43 gün döyüşən Xəyal noyabrın 7-də Şuşa uğrunda əlbəyaxa döyüşlər zamanı süngü ilə boğazından aldığı 2 zərbədən sonra şəhadətə qovuşub. Ruhun şad olsun Xəyal, sənin və sənin kimi minlərlə igidin qanı və canı bahasına Polad Həşimovun qisası da alındı, torpaqlarımız düşmən işağlında da azad edildi.

  • Son gülləsini özünə vuran polkovnik-leytenant – FOTO

    Laçın rayonundan olan polkovnik-leytenant Qərib Baxşəliyev Zəngilan istiqamətində gedən döyüşlərdə şəhid olub. O, müharibə zamanı erməni hərbçilərinin mühasirəsinə düşüb, son gülləsinə qədər döyüşdükdən sonra əsir düşməmək üçün özünü öldürüb.

    Trend-in məlumatına görə, şəhid polkovnik-leytenant uzun illər Cəmşid Naxçıvanski adına Hərbi Liseydə müəllim kimi işləyib. Bir çox hərbçilərimizin yetişməsində Q.Baxşəliyevin əməyi olub. O, müəllim işləməmişdən əvvəl də hərbçi kimi fəaliyyət göstərib. İki il müddətində Tərtərdə düşmənlə üz-üzə xidmət edib.

    Polkovnik-leytenant sentyabrın 27-sində başlayan Vətən müharibəsinə iki gün sonra, 29-da qoşub. Şəhidin yaxınlarının sözlərinə görə, o, əslən Laçından olduğu üçün, daim torpaqlarımızın işğaldan azad olacağı günü gözləyib. Vətənə olan bu sevgi də, onu daim irəliləməyə vadar edib.

    Q.Baxşəliyevin atası İnqilab Baxşəliyev bildirir ki, oğlu hər dəfə ailəsi ilə əlaqə saxladıqda evlərinə yaxınlaşdığını söyləyib:

    “Şəhidə ağlamaq düzgün deyil, çünki onlar qalibdirlər, bu yolda qələbə çalıblar. Ona görə də, şəhidlər ölməyib, sağdırlar”.

    Həyat yoldaşı ilə sonuncu dəfə 2 noyabrda əlaqə saxladığını deyən Gülnarə Baxşəliyeva noyabrın 4-də Qərib Baxşəliyevin şəhid olması xəbərini alıb.

    “Danışanda hər dəfə qələbəyə az qaldığını, düşməni qovduqlarını deyərdi. Noyabrın 2-si danışanda dedi ki, möhkəm olun, hər şey ola bilər. Ayın 3-ü onunla əlaqə kəsildi. Sonra isə şəhid olduğunu öyrəndik. Bizə Zəngilan ərazisində postları yoxlayanda dumana düşüb, yolu azaraq mühasirəyə düşdüyünü, sonra da əsir düşməmək üçün özünü öldürdüyünü dedilər”.

    Prezident İlham Əliyevin sərəncamı ilə Qərib Baxşəliyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

  • Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Prezident İlham Əliyevi təbrik edib

    Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Vladimir Norov Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

    Məktubda deyilir:

    “Möhtərəm İlham Heydər oğlu.

    Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

    Sizin yüksək peşəkarlığınız və nadir təcrübəniz, müasir beynəlxalq münasibətlərin inkişaf xüsusiyyətlərinə dərindən bələd olmağınız sayəsində bu gün Azərbaycan öz daxili potensialını inamla artırmaqda, beynəlxalq arenada mövqelərini ardıcıl olaraq möhkəmlətməkdə davam edir.

    Şanxay Əməkdaşlıq Təşkilatının fəaliyyətinə Bakının verdiyi diqqətə və əhəmiyyətə görə Sizə səmimi-qəlbdən təşəkkür edirəm. Şanxay Əməkdaşlıq Təşkilatının yaradılmasının 20 illiyinin bayram edilməsi ərəfəsində Azərbaycan Respublikası tərəfindən dialoq üzrə tərəfdaş kimi göstərilən, Şanxay Əməkdaşlıq Təşkilatının regionda və beynəlxalq məkanda nüfuzunun artırılmasına yönəlmiş səylərə görə Sizə minnətdarlığımı bildirmək istərdim.

    Azərbaycanın iştirakı Şanxay Əməkdaşlıq Təşkilatının fəaliyyətinin əsas istiqamətləri üzrə konstruktiv, qarşılıqlı faydalı dialoqun formalaşması və inkişafı üçün geniş imkanlar yaradır. Ümidvaram ki, Siz bizim təşkilatımıza dəstəyinizi bundan sonra da davam etdirəcəksiniz.

    İcazə verin, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, ailə səadəti və Azərbaycan xalqı naminə məsul fəaliyyətinizdə yeni böyük nailiyyətlər arzu edim”.

  • Участник войны Натиг Гаджиев, выживший после пятидневной осады – ВИДЕО

    Участник Отечественной войны Натиг Гаджиев рассказал в передаче 44 GÜNƏ ZƏFƏR телеканала ARB о том, как ему удалось выжить после пятидневной осады.

    По его словам, у наших бойцов была только одна цель – вернуть захваченные земли любым путем:

    “Об этом сложно говорить, тяжело терять боевых друзей. Мы поклялись друг другу всегда быть вместе, чтобы не случилось. Я получил ранение при освобождении Шуши”.

    По словам матери воина – Гаджиевой Джамили, она чувствовала все, что с ним происходит:

    “Я была на улице и вдруг ощутила, что Натиг погиб или получил ранение, почувствовала это сердцем. Я не могла плакать, пока не освободили Шушу. Мне очень хотелось, чтобы сын отправил фотографии из освобожденного города, но, к сожалению, он был ранен на подступах к нему”.

    Подробнее – в сюжете:

  • İordaniya Kralı II Abdullah Prezident İlham Əliyevi təbrik edib

    İordaniyanın Kralı II Abdullah Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

    Məktubda deyilir:

    “Zati-aliləri.

    Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Zati-alinizə ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram.

    Sizə möhkəm cansağlığı və xoşbəxtlik arzu edirəm”.

  • Mədəniyyət Nazirliyi qarabağlılara müraciət edib

    Azərbaycanın Qarabağ bölgəsi qədim tarixi, zəngin maddi mədəniyyət abidələri, ədəbiyyatı, incəsənəti və musiqi irsi, eləcə də adət-ənənələri ilə fərqlənir. Bütün bunlar bədii təfəkkür və yaradıcılığa müsbət təsir göstərən bölgənin əsrarəngiz təbiətinin, təbii sərvətlərinin zənginliyinin nəticəsidir. Qarabağın mədəniyyət xəzinəsində bu elin insanlarının çoxəsrlik adət-ənənələri mühüm yer tutur.

    Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuz tərəfindən azad edilən Qarabağımızın təkcə abidələri və mədəniyyət infrastrukturunu deyil, eyni zamanda tarixən bu torpaqlarda mövcud olan mədəni ruhu və əhval-ruhiyyəni bərpa etmək məqsədilə “Yurda qayıdış: Qarabağın adət-ənənələri” layihəsinə start verir.

    Nazirlikdən bildirilib ki, layihədə iştirak etmək istəyən Qarabağ elinin insanları bölgənin milli köklərə söykənən rəngarəng həyat tərzini yenidən canlandırmaq üçün tarixən bu torpaqlarımızda mövcud olmuş adət-ənənələr barədə ətraflı məlumatı (yazılı məlumat, xatirələr, foto və video materiallar) aşağıdakı e-mail ünvanlarına (“mövzu” hissəsində layihənin adını qeyd etməklə) və ya Nazirliyin rəsmi sosial media hesablarına təqdim edə bilərlər:

    info@creative.az

    pressmedeniyyet@gmail.com

  • Azərbaycan-İran-Türkiyə elektrik enerjisi ticarəti müzakirə edilib

    Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam Respublikasına səfər edib.

    Nazirlər Kabinetindən verilən məlumata görə, səfər zamanı Ş.Mustafayev İran İslam Respublikası Prezidenti Administrasiyasının rəhbəri Mahmud Vaezi, energetika naziri Rza Ərdəkanian, müdafiə və silahlı qüvvələrə dəstək naziri Əmir Hatəmi ilə görüşüb danışıqlar aparmışdır. Görüşlər zamanı İran rəsmiləri uzun illərdir işğal edilmiş Azərbaycan ərazilərinin azad olunması münasibətilə təbriklərini çatdırmışlar. İran tərəfinin işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işlərində hərtərəfli dəstək göstərməyə hazır olduğu ifadə edilmişdir. Həmçinin, ölkələrimiz arasında yol-nəqliyyat, energetika, iqtisadi-ticarət, infrastruktur, o cümlədən hərbi-texniki sahələrdə əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri haqqında müzakirələr aparılmışdır.

    İran Prezidenti Administrasiyasının rəhbəri Mahmud Vaezi ilə keçirilən görüşdə ölkələrin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipinin əhəmiyyəti vurğulanmışdır. Azərbaycanın işğal altındakı ərazilərinin azad olunmasından və Dağlıq Qarabağ münaqişəsinin başa çatmasından rəsmi Tehranın məmnun olduğu ifadə edilmişdir.

    Qeyd olunmuşdur ki, Azərbaycan torpaqlarının işğaldan azad olunması regionda sülhün və sabitliyin təmin olunmasında vacib şərtdir və Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsinə nəzarətin bərpa edilməsi dost və qardaş İran İslam Respublikası ilə daha geniş əməkdaşlıq üçün yeni fürsətlər və perspektivlər yaradır.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan-İran sərhədini dostluq sərhədi adlandırmasının İranda xoş qarşılandığı və yüksək qiymətləndirildiyi qeyd edilmişdir.

    Hər iki ölkənin dövlət başçılarının siyasi iradəsi ölkələr arasında əməkdaşlığın miqyasını ən yüksək səviyyəyə qaldırmışdır.

    Energetika Nazirliyində keçirilən görüşdə iki ölkə arasında elektroenergetika sahəsində əməkdaşlıq əlaqələri müzakirə olunmuş, icrada olan layihələrin sürətləndirilməsi istiqamətində atılacaq addımlar barədə fikir mübadiləsi aparılmışdır. Azərbaycan-İran-Rusiya enerji sistemlərinin birləşdirilməsi, Azərbaycan-İran-Türkiyə arasında elektrik enerjisi ticarəti məsələləri müzakirə edilmişdir. Araz çayının su və enerji potensialından səmərəli istifadə edilməsi üçün icra olunan layihələrin əhəmiyyəti vurğulanmışdır. “Ordubad” və “Marazad” su elektrik stansiyaları ilə bağlı məsələlər müzakirə edilmiş, o cümlədən “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyalarının tikintisinin tezliklə başa çatdırılması üçün atılacaq növbəti addımlar, həmçinin, layihələrin icrası məqsədilə yaradılmış komissiyalar və işçi qrupları tərəfindən keçirilən görüşlər və onların nəticələri müzakirə edilmişdir. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində elektroenergetika sahəsində əməkdaşlıq imkanları və bərpa-yenidənqurma işlərində İran şirkətlərinin iştirakı məsələlərinə dair fikir mübadiləsi aparılmışdır. Həmçinin, sərhəd çaylarının birgə istismarı sahəsində Azərbaycan ilə İranın əməkdaşlığının dünyada nümunə olduğu vurğulanmış, növbəti ildə Naxçıvan MR ərazisində Araz SES və hidroqovşağının birgə istismarının 50 illiyinin yüksək səviyyədə qeyd edilməsi razılaşdırılmışdır.

    Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyində keçirilən görüş zamanı iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlıq məsələlərinə dair ətraflı fikir mübadiləsi aparılmışdır. İran tərəfi işğaldan azad olunmuş ərazilərdə mina və partlayıcı maddələrin zərərsizləşdirilməsi sahəsində öz təcrübə və imkanlarını Azərbaycan tərəfi ilə bölüşməyə hazır olduğunu bildirmişdir.

  • Ağdamdakı Çay evinin 27 il fərqlə görüntüsü – FOTO

    Ağdamdakı Çay evi akademik Xudu Məmmədovun ideyası əsasında tikilib. “Çay evi” layihəsinin baş memarı Naiq Səmədov idi. Layihədə hörgü işləri yalnız birinci mərtəbədə idi. Qalan hissələr dəmir konstruksiyadan ibarət idi. Çay evi Ağdamdakı Cümə məscidinin yanında yerləşirdi.

    1986-cı ilin iyulun 26-da Çay evinin açılışı keçirilib. 1993-cü ildə Çay evi Ermənistan silahlı bölmələri tərəfindən yandırılaraq məhv edilib.

    Oxu.Az-ın əməkdaşı Çay evinin vaxtilə yerləşdiyi ərazini lentə alıb.

    Həmin fotoları təqdim edirik: