Month: December 2020

  • Gəncədə stasionar postda COVID-19 xəstələri saxlanılıb – FOTO

    Gəncə şəhər Baş Polis İdarəsinin və onun tabeli qurumlarının (ŞBPİ) əməkdaşları tərəfindən koronavirus pandemiyasının qarşısının alınması məqsədi ilə tədbirlər mütəmadi olaraq davam etdirilir.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, şəhər ərazisində qurulan stasionar postda koronavirus pandemiyasına yoluxan şəhər sakinləri Cavid Allahverdiyevin və Dilbər Məmiyevanın karantin qaydalarına zidd davranaraq müalicə aldıqları ünvanı tərk etdikləri müəyyən edilib.

    Bundan başqa şəhərin girişində qurulmuş stasionar postda şəhər ərazisinə daxil olmaq istəyən 2 nəfər sürücünün koronavirus infeksiyasının daşıyıcıları olduqları aşkarlanıb. Belə ki, müvafiq yoxlama zamanı Gəncə şəhər ərazisinə daxil olmaq istəyən Daşkəsən rayon sakinləri Əli Aqayev və Boris Rzayevin COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin olunduğu və yaşayış yerini tərk etməməsi barədə xəbərdar edildiyi müəyyən edilib.

    Karantin qaydalarını kobud şəkildə pozan həmin şəxslər polis əməkdaşları tərəfindən yaşadıqları ünvana qaytarılmaları təmin olunub. Faktlarla bağlı toplanmış materiallar araşdırılması üçün Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsinə göndərilib.

  • Итальянский врач, добровольно помогающий азербайджанским военнослужащим – ВИДЕО

    Я врач, мой долг – помогать людям, поэтому я немного смущаюсь, когда меня благодарят.

    Об этом сказал итальянский врач Алессандро Марано, безвозмездно оперировавший наших раненых военнослужащих во время 44-дневной Отечественной войны.

    Представляем видеорепортаж Baku TV о нем:

  • Hərbçilərimizə könüllü yardım edən italyan həkim – VİDEO

    “Mən həkiməm. Mən insanlara kömək etməliyəm. Hər kəs mənə təşəkkür etdikcə bir az da utanıram”.

    Bunu Azərbaycanın Vətən müharibəsində yaralı əsgərlərimizi təmənnasız əməliyyat edən italiyalı həkim Alessandro Marano deyib.

    Baku Tv-nin həmin həkimlə bağlı süjetini təqdim edirik:

  • Şəhid Adil Rzayevin ailəsinin sosial vəziyyəti öyrənilib – FOTO

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) və tabeliyindəki qurumların rəhbər şəxslərinin də Vətən müharibəsi şəhidlərinin və qazilərinin ailələri ilə görüşləri davam edir.

    ƏƏSMN-dən verilən məlumata görə, nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydərov Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Adil Akif oğlu Rzayevin ailəsi ilə görüşüb.

    Sumqayıt şəhərində yaşayan ailənin yaşayış vəziyyəti ilə tanış olan Xidmət rəisi ailənin dövlətin qayğısı ilə əhatə olunduğunu, ailə üzvlərinə müvafiq sosial ödənişlərin təyin edilməsi işlərinin aparıldığını bildirib.

    Son günlərdə bəzi saytlarda şəhidin anası Hüseynova Məhbubə Almaz qızının işdən çıxarılması ilə bağlı yayılmış məlumatın da əsassız olduğu qeyd edilib. Bildirilib ki, e-sistemdə onun əmək müqaviləsi qüvvədədir.

    Xidmət tərəfindən M.Hüseynovanın işlədiyi müəssisə ilə əlaqə saxlanılarkən müəssisədən də onun işinə davam etdiyi və müqaviləsinə xitam verilməsinin nəzərdə tutulmadığı deyilib. Şəhid anasına onun işinə davam etməsi məsələsinin bundan sonra da Xidmətin nəzarətində olacağı bildirilib.

    Görüş zamanı şəhidin iki qardaşına işsiz olduqları üçün münasib iş, həmçinin növbədənkənar özünüməşğulluq proqramına cəlb edilmələri təklif edilib.

    Ailəyə şəhid ailələri üçün nəzərdə tutulan sosial dəstək tədbirləri, mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyac duyan ailə kimi qeydiyyata alındıqları halda gələcəkdə növbəlilik əsasında evlə təmin edilə biləcəkləri barədə də məlumat verilib.

  • Beş günlük mühasirədən sağ çıxan qazi Natiq Hacıyev – VİDEO

    “Birinci yaralandığım zaman atama zəng etdim və dedim ki, anama demə. Üstündən yarım saat keçmədi ki, anam zəng vurdu. Soruşdu ki, nə olub, hardasan?”

    Bu sözləri beş günlük müharisədən sağ çıxan qazi Natiq Hacıyev ARB-nin “44 GÜNƏ ZƏFƏR” adlı rubrikasına müsahibəsi zamanı bildirib.

    N.Hacıyev qeyd edib ki, qarşıda bir məqsəd vardı, nə olursa olsun biz o torpaqları almalıyıq:

    “Danışmaq çətindir. Yanında döyüş qardaşını itirmək çox ağırdır. Bir-birimizə vəsiyyət etmişdik ki, nə olursa olsun, heç kim arxada qalmasın. Axırıncı əsgərimiz olsa belə onu götürüb çıxarmalı idik. Şuşanı azad edəndə orada vurulmuşam”.

    Anası Hacıyeva Cəmilə deyir ki, hər şeyi ürəyimlə hiss edirdim:

    “Bir ana üçün o səhnəni görmək… Allah heç bir valideynə göstərməsin. Həyətdə söhbət edirdik. Dedim ki, Natiq ya şəhid oldu, ya da yaralandı. Dedilər niyə belə deyirsən? Ürəyimdə hiss edirdim. Şuşa alınana qədər mən ağlamadım, Şuşa alınanda ağladım. İstərdim ki, Natiq Şuşadan mənə şəkil göndərsin. Çox təəssüf ki, oğlum Şuşa istiqamətindəki döyüşlərdə yaralandı”.

    Daha ətraflı süjeti təqdim edirik:

  • Daha 14 erməni hərbçinin meyiti tapıldı

    Şuşa, Füzuli, Hadrut və Cəbrayılda aparılan axtarışlar zamanı daha 14 erməni hərbçinin cəsədi tapılıb.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə “aysor.am” saytı məlumat yayıb.

  • Təhsil Nazirliyi və DİM birgə açıqlama yayıb

    Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq” ixtisaslarının yerləşdiyi ixtisas qrupunun dəyişdirilməsi ilə bağlı rəsmi açıqlama yayıb.

    Birgə açıqlamada deyilir:

    “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq” ixtisaslarının hazırda yer aldığı ixtisas qrupunun dəyişdirilməsi ilə bağlı birgə təklifləri əsasında qərar layihəsi hazırlanmış və razılaşdırılmaq üçün aidiyyəti üzrə müvafiq icra hakimiyyəti orqanlarına təqdim olunub.

    Qərar layihəsində “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq” ixtisasları üzrə təhsil almaq istəyən şəxslərin həmin ixtisaslara müvafiq bilik və bacarıqları nəzərə alaraq qeyd olunan ixtisasların II ixtisas qrupundan III ixtisas qrupuna keçirilməsi nəzərdə tutulur. Qərar qəbul olunduğu halda sözügedən dəyişiklik 2021/2022-ci tədris ilində ali təhsil müəssisələrinə qəbul olunmaq üçün sənəd verən abituriyentlərə deyil, 2022/2023-cü tədris ilində ali təhsil müəssisələrinə sənəd verən abituriyentlərə şamil olunacaqdır”.

  • Millimizi Rumıniyadan Niderlanda kimi beynəlxalq turnirlər gözləyir

    2021-ci ildə sambo üzrə beynəlxalq yarışların təqvimi hazırlanıb.

    Oxu.Az xəbər verir ki, ilk yarış 23-24 yanvarda Rumıniyada keçiriləcək. Lakin Avropa Kuboku turnirinin hansı şəhərdə keçiriləcəyinə hələ qərar verilməyib.

    Daha sonra Rusiyanın paytaxtı Moskvada “A.Xaralampiyev Memorial” Dünya Kuboku (25-26 mart) keçiriləcək.

    Azərbaycan idmançılarının yarışacağı üçüncü matç isə Kiprin Limassol şəhərində baş tutacaq. Bu dəfə yeniyetmə və gənclərin Avropa çempionatı (16-18 aprel) baş tutacaq.

    İtaliyanın Linyano Sabbyadoro şəhərində böyüklərin Avropa çempionatı keçiriləcək. Bu yarış 18-20 may tarixlərinə nəzərdə tutulub. Kadetlərin (məktəb yaşları) Avropa çempionatı isə 26-27 iyun tarixlərində Niderlandın Dalfsen şəhərində keçiriləcək.

    Qeyd edək ki, sambo üzrə millimiz pandemiyadan sonra heç bir yarışda iştirak edə bilməyib. Baxmayaraq ki, pandemiya dövründə dünya çempionatı və Dünya Kuboku yarışları keçirilib.

  • Президент Ильхам Алиев в освобожденном от оккупации Губадлы – ВИДЕО

    Президент Азербайджанской Республики, Верховный главнокомандующий Вооруженными силами Ильхам Алиев посетил освобожденный от оккупации Губадлинский район.

    В ходе поездки глава государства встретился с азербайджанскими солдатами, пообщался с ними.

    Во время встречи Верховный главнокомандующий отметил, что азербайджанский солдат показал свою силу всему миру.

    “Сейчас мне сообщили, что в высших военных училищах ведущих стран мира изучают нашу боевую тактику. Это – новшество”, – сказал Президент Ильхам Алиев.

  • İlham Əliyev işğaldan azad edilmiş Qubadlıda – VİDEO

    Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev işğaldan azad edilmiş Qubadlı rayonunda olub.

    Prezident səfər zamanı əsgərlə görüşüb, onlarla söhbət edib.

    Ali Baş Komandan görüşdə qeyd edib ki, Azərbaycan əsgəri öz gücünü bütün dünyaya göstərdi:

    “İndi mənə məlumat verilir ki, dünyanın aparıcı ölkələrində, ali hərbi məktəblərində bizim döyüş taktikamız öyrənilir. Bu, bir yenilikdir”.