Month: December 2020

  • Sabiq israilli nazir İlham Əliyevi təbrik etdi

    İsrailin sabiq Xarici İşlər naziri Tzipi Livni Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.

    AZƏRTAC-ın yayımladığı təbrik mətnində deyilir:

    “Hörmətli Prezident Əliyev.

    Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

    Sizin həyatınız qədirbilən Azərbaycan xalqının həyatı ilə sıx bağlıdır. Xalqınıza sadiqliyiniz, milli və beynəlxalq təhdidlərə qarşı mübarizədə xalqınıza və ölkənizə uğurla rəhbərlik etməyiniz, qazandığınız böyük nailiyyətlər hamı tərəfindən hörmətlə qarşılanır.

    Sizin rəhbərliyiniz həmişə xatırlanacaq və gələcək nəsillər tərəfindən öyrəniləcəkdir.

    Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşviq etdiyi tolerantlıq dəyərləri bir çox insanlar üçün ilham mənbəyidir.

    Bu əlamətdar gündə Sizi təbrik edir və gələcək işlərinizdə yeni uğurlar diləyirəm”.

  • Müdafiə və milli təhlükəsizlik üçün ayrılan vəsait artırılıb – RƏSMİ

    Müdafiə və milli təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq-mühafizə orqanlarının və prokurorluğun saxlanılması xərcləri üçün 2021-ci ilin dövlət büdcəsi xərclərinin 23,4 faizi həcmində və ya 6 milyard 678,6 milyon manat vəsait nəzərdə tutulub.

    Bu 2020-ci ilə nisbətən 937,7 milyon manat və ya 16,3 faiz çoxdur.

    Müdafiə və milli təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq-mühafizə orqanlarının və prokurorluğun saxlanılması xərcləri üzrə nəzərdə tutulmuş vəsaitin 4 milyard 585,8 milyon manatı və ya 68,7 faizi (2020-ci ilə nisbətən 781,6 milyon manat və ya 20,5 faiz çox) müdafiə və milli təhlükəsizliyin maliyyələşdirilməsinə, 2 milyard 92,8 milyon manatı və ya 31,3 faizi (2020-ci ilə nisbətən 156,1 milyon manat və ya 8,1 faiz çox) məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılması xərclərinə yönəldiləcək.

    Kirayəyə götürülmüş yaşayış sahəsinə görə yaşayış yeri olmayan hərbi qulluqçulara (ehtiyatda və istefada olan hərbi qulluqçular nəzərə alınmaqla) ödənilən pul kompensasiyası üçün 2021-ci ilin dövlət büdcəsində 85,2 milyon manat vəsait nəzərdə tutulub.

    Aztəminatlı əhaliyə dövlət hesabına həyata keçirilən hüquqi yardım üçün növbəti ilin dövlət büdcəsində 4,8 milyon manat vəsait proqnozlaşdırılıb.

    2021-ci ilin dövlət büdcəsinin müdafiə və milli təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərcləri bölmələrindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri 294,7 milyon manat təşkil edəcək. Bu da 2020-ci illə müqayisədə 17,5 milyon manat və ya 6,3 faiz çoxdur.

  • Əhalinin bir qismi güzəştli qaz limitindən istifadə etməkdən məhrum olub

    Dekabr ayının 1-nə olan göstəricilərə əsasən, 2 milyon 317 min 683 əhali abonentinin 15,62 faizi illik hər kubu 10 qəpikdən satılan 2 min 200 kubmetrlik güzəştli limit həddini keçib.

    “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata əsasən, bu da say etibarı ilə 361 926 abonent deməkdir.

    Yerdə qalan 1 milyon 955 min 757 abonent (ümumi əhali abonentlərinin 84,38 faiz) qazdan güzəştli limit daxilində istifadə edib.

    Bundan əlavə 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə qaz itkilərinin azalma fərqi 0,9 faiz olub. Buna hər il icra edilən tədbirlər proqramı əsasında şəbəkədə aparılan yenilənmə işləri və digər islahatlarla nail olunub.

    Qeyd edilib ki, “Yol xəritəsi”ndə “Azəriqaz” İB üçün itkilərlə bağlı hədəf 8 faiz müəyyənləşdirilib ki, cari ildə bu hədəfə çatılması təmin ediləcək.

  • Ölkədə yeni iş yerləri yaradılacaq

    Növbəti dövr ərzində ölkədə yeni iş yerlərinin yaradılması üçün 2021-ci ilin dövlət büdcəsindən vəsait ayrılacaq.

    Yeni ictimai iş yerlərinin yaradılması və işsiz vətəndaşların müvafiq işlərlə təmin edilməsinə 159,8 milyon manat vəsait ayrılıb.

    “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”nın icrası olaraq işsiz şəxslərin məşğulluq imkanlarının genişləndirilməsi məqsədilə haqqı ödənilən ictimai işlərin əhatə dairəsinin genişləndirilməsi, təşkili mexanizminin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması ilə bağlı xərclərə aid edilib.

    Eləcə də, ölkədə məşğulluq səviyyəsinin artırılması, işsiz şəxslərin işlə təmin olunması üçün tədbirlər davam etdiriləcək. İri dövlət müəssisələri – Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, “Azərbaycan Dəmir Yolları” QSC, “Azərsu” ASC, “Azərişıq” ASC və s. üzrə yaradılmış 30 minə yaxın iş yerinin 2021-ci ildən Dost İş Mərkəzində təşkili, bu iş yerləri üzrə əməkhaqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulur.

  • В Азербайджане выявлены 2 334 новых случая инфицирования коронавирусом, скончались 46 человек – ФОТО

    В Азербайджане за минувшие сутки выявлены 2 334 новых случая инфицирования коронавирусом, еще 4 461 человек вылечился и был выписан домой.

    Об этом 23 декабря сообщает оперативный штаб при Кабинете министров.

    За минувшие сутки от COVID-19 скончались еще 46 пациентов.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразились 208 211 человек, 2 340 из них скончались, 151 660 – вылечились, 54 211 – находятся в активной фазе лечения в больницах особого режима.

    В республике на сегодня проведены 2 102 957 тестов (за последние 24 часа – 14 599) на COVID-19.

  • Azərbaycanda daha 46 nəfər koronavirusdan öldü: 2334 yeni yoluxma – FOTO

    Azərbaycanda koronavirusa (COVID-19) 2334 yeni yoluxma faktı qeydə alınıb, 4461 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, 46 nəfər COVID-19-dan vəfat edib.

    Aktiv xəstə sayı 54211 nəfərə çatıb.

    Ölkədə son sutka ərzində 14599, hazırkı dövrədək isə 2102957 test aparılıb.

    Ümumi ölənlərin sayı 2340 nəfərdir.

    Ümumi yoluxanların sayı 208211 nəfər, ümumi sağalanların sayı 151660 nəfərdir.

  • Məcburi köçkünlərə ödəniləcək məbləğ açıqlandı

    Qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi məqsədilə növbəti ilin dövlət büdcəsində 364,4 milyon manat vəsait nəzərdə tutulub.

    2021-ci il dövlət büdcəsi xərclərində nəzərdə tutulan qaydada məcburi köçkünlərə və onlara bərabər tutulan 500 min nəfərə yaxın şəxsə ayda 60 manat olmaqla vahid aylıq müavinətin verilməsi üçün 2021-ci ilin dövlət büdcəsində 340 milyon manat vəsait proqnozlaşdırılıb.

    Bildirilib ki, bu hər bir məcburi köçkün ailəsinə orta hesabla ayda 270 manat məbləğində vəsaitin müavinət şəklində ödənilməsi deməkdir.

    Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər tərəfindən istehlak edilən kommunal xidmətlərin haqqının dövlət büdcəsinin vəsaiti hesabına qarşılanması üçün 2021-ci ilin dövlət büdcəsində 15,5 milyon manat vəsait nəzərdə tutulub.

  • Bakıda qadının qızıl boyunbağısını ələ keçirən şəxs saxlanıldı – VİDEO

    Bakıda soyğunçuluq hadisəsi baş verib.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

    Belə ki, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində cari ilin oktyabr ayında qeydə alınan soyğunçuluq hadisəsini törədən şəxs saxlanılıb. Əməliyyat zamanı soyğunçuluq etməkdə şübhəli bilinən Elman Verdiyev tutularaq Polis Bölməsinə gətirilib.

    Qeyd edək ki, E.Verdiyev hadisə günü S.S.Axundov küçəsində paytaxt sakini olan bir qadının dəyəri 1 000 manat olan qızıl boyunbağısını dartıb ələ keçirərək hadisə yerindən qaçıb. Saxlanılan şəxs ifadəsində qeyd edilən hadisəni törətdiyini etiraf edərək, taladığı boyunbağını qızıl qəbulu məntəqələrindən birində 400 manata satdığını qeyd edib.

    E.Verdiyev barəsində 5-ci Polis Bölməsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Onun barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

  • Milli Məclisin növbəti iclaslarında əsasən 2021-ci ilin maliyyə məsələləri müzakirə olunacaq

    Milli Məclisin 24 və 25 dekabr tarixlərində keçiriləcək iclaslarının gündəliyinə təklif olunan məsələlər açıqlanıb.

    Keçiriləcək iclaslarda gündəliyə 13 məsələ çıxarılacaq.

    – “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

    – “Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

    – “İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

    – “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

    – “Azərbaycan Respublikasında 2021-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

    – “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

    – “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

    – “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

    – “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

    – Azərbaycan Respublikası Milli Məclisinin 2021-ci il üçün xərclər smetası haqqında.

    – Azərbaycan Respublikası Hesablama Palatasının 2021-ci il üçün xərclər smetası haqqında.

    – “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

    – “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 15 illiyi (2005-2020)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

  • Çin sədri İlham Əliyevi təbrik etdi

    Çin Xalq Respublikasının Sədri Si Cinpin Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.

    AZƏRTAC-ın yayımladığı təbrik mətnində deyilir.

    “Hörmətli cənab Prezident.

    Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir və ən xoş arzularımı bildirirəm.

    Son illərdə Çin-Azərbaycan münasibətlərinin dinamik inkişafı müşahidə edilir, qarşılıqlı siyasi etimad günbəgün möhkəmlənir.

    “Bir kəmər, bir yol” layihəsi üzrə iki ölkənin əməkdaşlığı, habelə beynəlxalq arenada qarşılıqlı fəaliyyət uğurla və səmərəli şəkildə inkişaf edir. COVID-19 pandemiyası yayılandan sonra Çin və Azərbaycan iki xalq arasında möhkəm dostluq nümayiş etdirərək bir-birinə səmimi kömək göstərir.

    Mən Çin-Azərbaycan münasibətlərinin inkişafına böyük əhəmiyyət verirəm, ikitərəfli dostluq və əməkdaşlığın, müxtəlif sahələrdə qarşılıqlı faydalı tərəfdaşlığın ölkələrimizin və xalqlarımızın rifahı naminə dərinləşməsi üçün Sizinlə birgə səy göstərməyə hazıram.

    Sizə möhkəm cansağlığı və firavanlıq arzu edirəm”.