Month: December 2020

  • Samir Şərifov: “Bu il xəzinədə 500 milyon manat qalıq gözləyirik”

    “2021-ci ildə də Azərbaycanda ABŞ dollarının məzənnəsinin 1,7 manat saxlanılması nəzərdə tutulub”.

    “Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında gələn ilin dövlət və icmal büdcələrinin layihələrinin müzakirəsi zamanı Maliyyə naziri Samir Şərifov bildirib.

    Bundan başqa, nazir qeyd edib ki, gələn il Dövlət Gömrük Komitəsinin xətti ilə büdcə daxilolmalarının 3,9 milyard manat olacağı gözlənilir:

    “Bu ilin büdcəsində bu rəqəm 4 milyard manat götürülmüşdü, sonradan dürüstləşmə zamanı 3,83 milyard manat müəyyən edildi. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin isə qeyri-neft sektorunun yığılan vergilər hesabına büdcəyə 5,674 milyard manat təmin edəcəyi gözlənilir”.

    S.Şərifov 2020-ci ilin büdcəsinin icrası barədə də danışıb:

    “İcra zamanı xəzinədə 500 milyon manat qalıq gözləyirik. Bu qalıq gələn ilin büdcəsinin kəsirinin maliyyələşdirilməsi üçün istifadə ediləcək”.

  • США внесли Азербайджан в список стран со свободой вероисповедания

    США считают Азербайджан страной, где обеспечивается свобода вероисповедания.

    Как сообщили в Госкомитете по работе с религиозными структурами АР, об этом говорится в заявлении Комиссии США по международной религиозной свободе, в котором американское правительство проинформировало общественность о странах, где нарушается свобода вероисповедания.

    Согласно соответствующему Международному акту от 1998 года, страны классифицируются по двум критериям: “вызывающие особую обеспокоенность” и “требующие особого наблюдения”, говорится в сообщении правительства США.

    “В заявлении комиссии отмечается, что рекомендация о включении Азербайджана в список “особо наблюдаемых” упоминалась в отчете за 2020 год. Но согласно специальной рекомендации госсекретаря США, Азербайджан в этом году не был включен в списки стран “вызывающих особую обеспокоенность” и “требующих особого наблюдения”, – сообщили в госкомитете.

  • ABŞ Azərbaycanı din azadlığının təmin olunduğu ölkələr siyahısına daxil etdi

    ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasının (BDAK) dünyada dini vəziyyətlə bağlı bəyanatı dərc edilib.

    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, eyni zamanda ABŞ hökuməti tərəfindən din azadlığının pozulduğu ölkələrlə bağlı ictimaiyyətə məlumat verilib.

    Dövlət Departamentinin məlumatında 1998-ci il tarixli Beynəlxalq Dini Etiqad Azadlığı Aktına əsasən, ölkələr “xüsusi narahatlıq yaradan” və “xüsusi izləmə” olmaqla iki təsnifat üzrə qruplaşdırılıb.

    “BDAK-ın bəyanatında komissiya tərəfindən dərc edilən 2020-ci il hesabatında növbəti dəfə ədalətsizliyə yol verilərək bir sıra ölkələrlə yanaşı, Azərbaycanın da “xüsusi izləmə“ siyahısına daxil olunması tövsiyəsi xatırladılıb. Lakin ABŞ-ın dövlət katibinin tövsiyəsi əsasında Azərbaycan bu il “xüsusi narahatlıq yaradan” və ya “xüsusi izləmə” siyahılarına daxil edilməyib”, – deyə Dövlət Komitəsindən bildirilib.

  • Azərbaycanda rəqəmsal məşğulluq xəritəsi yaradılır – RƏSMİ

    “Nazirlik əhaliyə elektron xidmətlərin göstərilməsini qarşısına əsas məqsəd qoyub. Artıq 16 elektron bazamız yaradılıb və 800 mindən artıq aktiv iştirakçımız var. Bunun nəticəsində 25 mindən artıq elektron pensiya təminatı aparıldı”.

    Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov 10-cu Beynəlxalq “Caspian Energy Investment” Forumu çərçivəsində çıxış edərkən deyib.

    O bildirib ki, bu gün 15 min arayış elektron qaydada alına bilər və 500 min vətəndaşımız bu arayışları QR kodla çap edə bilir:

    “Növbəti dövrdə vətəndaşlara və sahibkarlara xidmətin genişləndirilməsi məqsədilə 30 DOST mərkəzi yaradılacaq. Bununla da əhali 132 sosialyönlü xidmətlərdən istifadə edə biləcək”.

    Nazir müavini əlavə edib ki, həmçinin, əmək yarmarkaları gələcəkdə distant şəkildə keçiriləcək.

    O qeyd edib ki, biznes sektorunda rəqəmsal məşğulluğun təmin edilməsi məqsədilə Vahid Əmək Münasibətləri platforması yaradılacaq:

    “Biznes sektorunun işlərinə töhfə vermək üçün rəqəmsal məşğulluq xəritəsi yaradılacaq. Sistemdə toplanmış məlumatlar vahid elektron bazada inteqrasiya olunacaq”.

  • Кадры из села Сейидли Агдамского района – ВИДЕО

    Министерство обороны Азербайджана опубликовало видеокадры из села Сейидли Агдамского района.

  • “Şəhid” edilmiş, viranə Seyidli – VİDEO

    Müdafiə Nazirliyi Ağdam rayonunun Seyidli kəndindən videogörüntülər hazırlayıb.

    Həmin görüntüləri təqdim edirik:

  • Komitə sədri: “Azərbaycan yeganə ölkədir ki, 2020-ci ili qələbə ilə qeyd edəcək”

    “Azərbaycan dünyada yeganə ölkə olacaq ki, 2020-ci ili qələbə ilə qeyd edəcək. Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı düşməndən azad edib”.

    “Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında gələn ilin dövlət və icmal büdcələrinin müzakirəsi zamanı komitə sədri Tahir Mirkişili deyib.

    Onun sözlərinə görə, qələbənin əldə olunmasında iqtisadi faktorun öz yeri var:

    “Onu da qeyd edim ki, 2020-ci ildə bütün dünya iqtisadiyyatında geriləmə olub. İqtisadiyyat Nazirliyi 2020-ci ilin dövlət büdcəsinin dürüstləşməsi zamanı Azərbaycan iqtisadiyyatının 2020-ci ilin sonuna qədər 4,9 faiz azalacağını qeyd edib”.

  • В Баку женщина скончалась от отравления уксусной кислотой

    За первые 20 дней декабря в отделение токсикологии столичного Клинического медцентра №1 поступило 45 пациентов с различными симптомами отравления.

    Об этом Oxu.Az заявил заведующий отделением Азер Магсудов.

    По его словам, за этот период скончалась женщина от отравления уксусной кислотой.

    “В отделение токсикологии обратились 14 человек с признаками отравления угарным газом, из которых были приняты 10, в том числе один ребенок, а также трое с отравлением уксусной кислотой.

    Также за это время в больницу поступили 17 человек с медикаментозным отравлением, включая одного ребенка. Кроме того, с аллергической реакцией на лекарственные препараты были приняты 11 человек, в том числе двое детей”, – сказал врач, добавив, что 13 человек с медикаментозным отравлением продолжают лечение в условиях стационара.

  • Bakıda sirkə turşusundan zəhərlənən qadın öldü

    Dekabrın ilk 20 günündə dəm qazından 14 nəfər zəhərlənib.

    Bu barədə Oxu.Az-a 1 saylı Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin rəhbəri Azər Maqsudov məlumat verib.

    Həkim bildirib ki, bu müddət ərzində şöbəyə müraciət edənlər arasında bir nəfər qadın sirkə turşusundan ölüb:

    “Dekabr ayı üzrə xəstəxananın Toksikologiya Şöbəsinə sirkə turşusundan zəhərlənən üç nəfər qəbul olunub. Təəssüf ki, onlardan biri vəfat edib.

    Dərman zəhərlənməsi ilə 14 nəfər müraciət edib, onlardan aralarında bir azyaşlı olmaqla 10 nəfər şöbəyə qəbul olunub. Daha sonra dərman mənşəli allergik reaksiya ilə 11 nəfər qəbul edilib. Onlar arasında iki nəfər azyaşlı olub.

    17 nəfər dərman zəhərlənməsi ilə müraciət edib, onlardan 13-ü qəbul edilib. Onların müalicəsi stasionar şəraitdə davam edir. Spirtli içkidən zəhərlənmə ilə müraciət daxil olmayıb”.

  • Türkiyə parlamenti Azərbaycanla imzalanan vacib sənədi təsdiqlədi

    “Ortaq dil, mədəniyyət və tarixdən güc alan qardaşlığa söykənən “bir millət, iki dövlət” ruhu ilə müəyyən olunan münasibətlərimiz, hər sahədə bir çox ölkələrə nümunə olacaq səviyyədədir. Qarşılıqlı yüksək səviyyəli səfərlər münasibətlərimizin arxasında duran ən əhəmiyyətli qüvvədir”.

    “Anadolu” agentliyinin verdiyi məlumata görə, bunu Türkiyə Böyük Millət Məclisində MHP-nin İğdır millət vəkili Yaşar Karadağ Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrdən danışarkən bildirib.

    Karadağ Türkiyə Respublikası olaraq hər zaman qardaş Azərbaycanın yanında olduqlarını və bundan sonra da belə olacağını deyib:

    “Azərbaycan ordusu torpaqlarını işğaldan azad etmək üçün 44 günlük İkinci Qarabağ Müharibəsində böyük bir qəhrəmanlıq nümunəsi sərgilədi, işğal olunmuş əraziləri xilas etdi və dünyanın laqeyd qaldığı zülmü sona çatdırdı”, – deyə millət vəkili bildirib.

    CHP-nin İzmirdən millət vəkili Mahir Polat isə 2020-ci ilin fevralın 25-də Preferensial Ticarət Sazişinin protokollarının imzalandığını xatırladıb və bu zaman ərzində görülən işlərdən danışıb.

    Müzakirələrdən sonra, “Türkiyə və Azərbaycan arasında Preferensial Ticarət Sazişinin təsdiqlənməsinin uyğun görülməsi və Sazişin əlavələrinə dəyişikliklərin Türkiyə prezidenti tərəfindən birbaşa təsdiqlənməsinə dair səlahiyyət verilməsi ilə əlaqədar qanun layihəsi” Böyük Millət Məclisində qəbul edilib.

    Təklif qəbul edildikdən sonra Türkiyə Böyük Millət Məclisinin iclası yekunlaşıb.

    Preferensial rejim nədir?

    Preferensial rejim malların hərəkətində tariflərin azaldılması və ya ləğvi, qeyri-tarif maneələrinin ləğvi yolu ilə razılığa gələn tərəfdən bu saziş çərçivəsində verilmiş hər hansı güzəşt və ya üstünlükdür.

    Sazişin məqsədi mallar üzrə tariflərin azaldılması və ya ləğv olunması, paratariflərin və qeyri-tarif maneələrinin ləğv olunması, iqtisadi əlaqələrin harmonik inkişafı vasitəsilə ticarətin genişləndirilməsi və təşviq edilməsindən ibarətdir.

    Eyni zamanda, ədalətli rəqabət üçün əlverişli şərtlərin yaradılması, ticarətin davamlı artımı üçün proqnozlaşdırıla bilən və təhlükəsiz mühitin yaradılması da buraya daxildir.

    Saziş müddətsiz olaraq bağlanıb və tərəflərdən birinin diplomatik kanallar vasitəsilə onu ləğv etmək barədə niyyətini bildirənədək etibarlıdır.