Month: December 2020

  • Sahil Babayev: “Yaxın günlərdə 600 min insana 190 manat ödəniş olacaq”

    “Cənab Prezidentin islahatlar proqramının bir hissəsi də məşğulluq xidmətlərinin genişləndirilməsi, şəffaflığın və korrupsiyanın qarşısının alınması olub. Hazırda da bu istiqamətdə işlər görülür”.

    “Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında gələn ilin dövlət və icmal büdcələrinin müzakirəsi zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

    Onun sözlərinə görə, cari ildə karantin tətbiq edilən ərazilərdə işini itirən şəxslərə 190 manat məbləğində ödəmələr edilib:

    “Yaxın günlərdə də təkrar 600 min insana 190 manat məbləğində ödənişlər olunacaq”.

  • Zelenski İlham Əliyevi Kiyevə dəvət etdi

    Ukraynanın Prezidenti Vladimir Zelenski Prezident İlham Əliyevi təbrik edib.

    AZƏRTAC-da yayımlanan təbrik mətnində deyilir:

    “Zati-aliləri.

    Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

    Sizin Prezidentliyiniz dövründə Azərbaycan Respublikasının özünü regional lider kimi təsdiq etdiyini, ikitərəfli münasibətlərimizin isə strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulamaq mənim üçün son dərəcə xoşdur.

    Ukrayna ilə Azərbaycan arasındakı münasibətlərin dostluq və qarşılıqlı anlaşma əsasında gələcəkdə daha da dərinləşməsində birgə marağımızın olduğuna əminəm.

    Dost Azərbaycanın ölkəmizə verdiyi hərtərəfli dəstəyi və Sizin şəxsi səylərinizi yüksək qiymətləndirərək, Ukrayna gələcəkdə də Azərbaycan Respublikasının suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyəcəkdir.

    Ukrayna və Azərbaycan arasında aktual məsələlərin geniş spektri üzrə şəxsi dialoqumuzun davam etdirilməsi üçün ilk münasib fürsətdə Sizi rəsmi səfərlə Kiyevdə görməyə şad olardım.

    Cənab Prezident, bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, tükənməz enerji, Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm”.

  • Emoməli Rəhmon İlham Əliyevə təbrik ünvanladı

    Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.

    AZƏRTAC-da dərc olunan təbrik mətnində deyilir:

    “Hörmətli İlham Heydər oğlu.

    Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

    Müasir Azərbaycanın davamlı inkişaf və firavanlaşma yolunda nailiyyətləri Sizin dövlət başçısı vəzifəsində konstruktiv və uzaqgörən siyasətinizin nəticəsidir.

    Siz yüksək peşəkarlığınız və qazandığınız həyat təcrübəsi sayəsində bizə dost Azərbaycanın suverenliyinin və təhlükəsizliyinin möhkəmləndirilməsinə böyük töhfə verirsiniz, xalqınızın rifahının və ölkənizin beynəlxalq arenada nüfuzunun artmasını təmin edirsiniz.

    Biz ölkələrimizin xalqlarını bir-birinə bağlayan tarixi dostluq, qarşılıqlı anlaşma və dəstək ənənələrinə əsaslanan çoxplanlı Tacikistan-Azərbaycan əlaqələrinin inkişafı üçün Sizin mühüm səylərinizi yüksək qiymətləndiririk.

    Yüksək səviyyədə müntəzəm siyasi dialoq iki ölkənin dövlətlərarası əməkdaşlıq münasibətlərinin ardıcıl olaraq möhkəmlənməsinin mühüm amilidir. Əminəm ki, biz xalqlarımızın rifahı naminə bu münasibətləri bundan sonra da dərinləşdirəcəyik.

    Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, firavanlıq və tərəqqi arzulayıram”.

  • Azərbaycanda orta yaşa görə pensiyanın məbləği 370 manata çatdırılacaq

    “Növbəti ildə orta yaşa görə pensiyanın məbləği 370 manat olacaq. Əlilliyə görə orta pensiyanın məbləği isə 338 manata çatdırılacaq”.

    “Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında gələn ilin dövlət və icmal büdcələrinin müzakirəsi zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

    Onun sözlərinə görə, Azərbaycanda 27 növ xidmət elektron qaydada fəaliyyət göstərir.

  • Гурбангулы Бердымухамедов поздравил Президента Ильхама Алиева

    Президент Туркменистана Гурбангулы Бердымухамедов направил поздравительное письмо Президенту Азербайджана Ильхаму Алиеву.

    Об этом сообщает АЗЕРТАДЖ.

    “Уважаемый Ильхам Гейдар оглу.

    Примите мои искренние поздравления и наилучшие пожелания по случаю Вашего дня рождения.

    Под Вашим мудрым руководством братский Азербайджан добился значительных успехов в укреплении своей государственности, повышении авторитета на международной арене и улучшении благосостояния народа.

    Высоко оценивая нынешний уровень всестороннего сотрудничества Туркменистана с Азербайджаном, хотелось бы особо отметить Ваше личное внимание и огромный вклад в развитие наших традиционно братских и добрососедских отношений.

    Мы намерены и далее расширять прошедшие испытание временем политические, торгово-экономические и культурно-гуманитарные связи между нашими странами. Твердо убеждены, что совместными усилиями туркмено-азербайджанские межгосударственные отношения и многоплановое партнерство и впредь будут неуклонно укрепляться на благо наших народов.

    Пользуясь этой приятной возможностью, искренне желаю Вам, уважаемый Ильхам Гейдар оглу, крепкого здоровья, счастья и семейного благополучия, а братскому народу Вашей страны – мира, дальнейшего прогресса и процветания”, – говорится в поздравлении.

  • Berdiməhəmmədov İlham Əliyevi təbrik etdi

    Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

    AZƏRTAC xəbər verir ki, məktubda deyilir:

    “Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir və ən xoş arzularımı bildirirəm.

    Sizin müdrik rəhbərliyinizlə qardaş Azərbaycan öz dövlətçiliyinin möhkəmlənməsində, beynəlxalq arenada nüfuzunun artmasında və xalqın rifahının yaxşılaşdırılmasında əhəmiyyətli uğurlar qazanıb.

    Türkmənistanın Azərbaycanla hərtərəfli əməkdaşlığının indiki səviyyəsini yüksək qiymətləndirərək, ənənəvi qardaşlıq və mehriban qonşuluq münasibətlərimizin inkişafına Sizin şəxsi diqqətinizi və böyük töhfənizi xüsusi qeyd etmək istərdim.

    Biz ölkələrimiz arasında zamanın sınağından çıxmış siyasi, ticari-iqtisadi və mədəni-humanitar əlaqələri bundan sonra da genişləndirmək niyyətindəyik. Qəti əminik ki, Türkmənistan-Azərbaycan dövlətlərarası münasibətləri və çoxplanlı tərəfdaşlığı birgə səylərimizlə bundan sonra da xalqlarımızın rifahı naminə durmadan möhkəmlənəcək.

    Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və ailə səadəti arzulayır, ölkənizin qardaş xalqına isə sülh, tərəqqi və firavanlıq diləyirəm”.

  • Нурсултан Назарбаев поздравил Президента Ильхама Алиева

    Первый президент Республики Казахстан Нурсултан Назарбаев направил поздравительное письмо Президенту Азербайджана Ильхаму Алиеву.

    Об этом сообщает АЗЕРТАДЖ.

    “Уважаемый Ильхам Гейдар оглу.

    2020 год для Вас был тяжелым, но победным! Переживал за Вашу страну, которая вернула исконные территории. Это исторический момент.

    Поздравляю лично Вас и народ братского Азербайджана.

    Примите мои сердечные поздравления с наступающим Новым годом.

    Желаю Вам и Вашим родным доброго здоровья, счастья и благополучия.

    Пусть 2021 год будет плодотворным и удачным для реализации намеченных планов во благо народа Вашей страны!”, – говорится в поздравлении.

  • Nursultan Nazarbayev İlham Əliyevə məktub göndərdi

    Qazaxıstan Respublikasının birinci Prezidenti – Elbası Nursultan Nazarbayev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

    AZƏRTAC xəbər verir ki, məktubda deyilir:

    “Hörmətli İlham Heydər oğlu.

    Başa çatmaqda olan 2020-ci il Sizin üçün ağır, lakin Zəfər ili oldu. Əzəli torpaqlarını işğaldan azad edən ölkəniz üçün narahat idim. Bu, tarixi məqamdır.

    Şəxsən Sizi və qardaş Azərbaycan xalqını təbrik edirəm.

    Qarşıdan gələn Yeni il münasibətilə səmimi təbriklərimi qəbul edin.

    Sizə və doğmalarınıza möhkəm cansağlığı, xoşbəxtlik və əmin-amanlıq arzulayıram.

    Qoy, 2021-ci il ölkənizin, xalqınızın rifahı naminə nəzərdə tutulmuş planların həyata keçirilməsi üçün məhsuldar və uğurlu il olsun!”

  • Şəhərlərimizdən birinin Baş planı təsdiqləndi – QƏRAR

    Göyçay şəhərinin 2035-ci ilə qədərki dövrdə inkişafına dair “Göyçay şəhərinin Baş planı” təsdiq edilib.

    Bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb.

    Göyçay şəhərinin təsdiq edilmiş Baş planı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə hazırlanıb.

    “Göyçay şəhərinin Baş planı” 2035-ci ilə qədər olan dövrü əhatə edir.

  • Mikayıl Cabbarov: “Hazırda Azərbaycan iqtisadiyyatı dayanıqlılıq nümayiş etdirir”

    “Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti və şanlı ordumuzun şücaəti nəticəsində işğal altındakı torpaqlarımızı azad etmişik”.

    “Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında gələn ilin dövlət və icmal büdcələrinin müzakirəsi zamanı İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

    Onun sözlərinə görə, ölkədə iqtisadi islahatlar getdikcə dərinləşir: “Həmçinin Azərbaycanın dünyadakı nüfuzu durmadan artır. Hazırda ölkə iqtisadiyyatı dayanıqlılıq nümayiş etdirir”.