Month: December 2020

  • В ближайшее время ожидается поэтапное увольнение в запас граждан, призванных на военную службу по мобилизации

    Некоторые лица, призванные на военную службу по мобилизации, в особенности семейные граждане, выражают обеспокоенность в связи со сроками их увольнения в запас и возвращением домой. Мы с пониманием относимся к этому вопросу.

    Об этом сообщает Минобороны АР.

    Отмечается, что ведомство подготовило документы по их увольнению в запас и в надлежащем порядке направило их в соответствующие ведомства.

    “В ближайшее время ожидается поэтапное увольнение в запас лиц этой категории”, – подчеркивается в сообщении.

  • Səfərbərliklə hərbi xidmətə çağırılmış vətəndaşların yaxın vaxtlarda tərxis edilməsi gözlənilir – RƏSMİ

    “Səfərbərlik üzrə hərbi xidmətə çağırılmış bəzi şəxslər, xüsusilə ailəli vətəndaşlarımız, sosial şəbəkələr vasitəsilə nə zaman ehtiyata buraxılaraq, evlərinə geri dönəcəkləri ilə bağlı narahatlıq ifadə edirlər. Bu da tərəfimizdən anlayışla qəbul edilir”.

    Bununla bağlı Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.

    “Bildiririk ki, Müdafiə Nazirliyi tərəfindən onların ehtiyata buraxılması ilə əlaqədar sənədlər hazırlanıb və müvafiq qaydada aidiyyəti qurumlara göndərilib.

    Yaxın vaxtlarda bu kateqoriyadan olan şəxslərin mərhələli şəkildə tərxis edilməsi gözlənilir”, – nazirlikdən vurğulanıb.

  • Минобороны Азербайджана обратилось к родственникам военнослужащих

    В последние дни в социальных сетях распространяются видеокадры, наносящие ущерб репутации азербайджанской армии и бросающие тень на нашу победу в Отечественной войне, к которым целенаправленно оставляются различные предвзятые комментарии.

    Об этом сообщает Министерство обороны АР.

    Отмечается, что таким образом о нашей армии распространяется необъективная информация, нарушающая соответствующие требования закона АР “О государственной тайне” и наносящая ущерб репутации наших военнослужащих.

    “Некоторые пользователи социальных сетей даже распространяют видеокадры, отражающие недовольство в связи с необеспечением военнослужащих сигаретами. Заявляем, что в соответствующем постановлении Кабинета министров о нормах продовольственных пайков для личного состава Вооруженных сил Азербайджана не предусматривается обеспечение военнослужащих табачными изделиями.

    Тем не менее в гуманитарной помощи, оказываемой государством, имеются различные виды сигарет, которые доставляются каждому военнослужащему, употребляющему табачные изделия в индивидуальном порядке”, – говорится в сообщении.

    Министерство, обращаясь к родным и близким военнослужащих, в очередной раз заявляет, что по интересующим их вопросам следует обращаться не через социальные сети, а по круглосуточно действующим телефонам оборонного ведомства: (012) 912, (012) 538-61-31, (012) 404-76-34 для более оперативного их решения.

  • Müdafiə Nazirliyindən hərbi qulluqçuların yaxınlarına ÇAĞIRIŞ

    “Son günlər sosial şəbəkələrdə Azərbaycan Ordusunun nüfuzuna xələl gətirən və Vətən müharibəsində əldə etdiyimiz zəfərə kölgə salan video kadrlar yayılır və onlara məqsədyönlü şəkildə müxtəlif qərəzli şərhlər yazılır”.

    Bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.

    Bildirilib ki, beləliklə də “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq tələbləri pozularaq Ordumuz barəsində məlumatlar yayılır, qeyri-obyektiv xəbərlərlə isə hərbi qulluqçularımızın nüfuzuna xələl gətirilir:

    “Bəzi sosial şəbəkə istifadəçiləri hətta hərbi qulluqçuların siqaret ilə təmin edilməməsi ilə əlaqədar narazılıqları əks etdirən videolar da paylaşırlar.

    Bildiririk ki, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti üçün ərzaq payı normaları haqqında Nazirlər Kabinetinin müvafiq qərarında hərbi qulluqçuların tütün məmulatları ilə təmin edilməsi nəzərdə tutulmayıb.

    Bununla belə, dövlət tərəfindən olunan humanitar yardımlar arasında müxtəlif növ siqaretlər də vardır ki, bunlar da tütün məmulatından istifadə edən hər bir hərbi qulluqçuya fərdi qaydada çatdırılır.

    Müdafiə Nazirliyi hərbi qulluqçuların valideynləri və yaxınlarına müraciət edərək, bir daha bildirir ki, onları narahat edən məsələlərlə bağlı müraciətlərini sosial şəbəkələr vasitəsilə deyil, daha operativ həll olunması üçün nazirliyin sutka ərzində fasiləsiz fəaliyyət göstərən (012) 912, (012) 538-61-31, (012) 404-76-34 telefon nömrələri vasitəsilə bildirsinlər”.

  • Hər kəs öz pensiyasını hesablaya biləcək: Kalkulyator təqdim edildi – VİDEO

    Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi növbəti elektron yeniliklərin – 4-ü proaktiv olmaqla 5 e-xidmətini, (o cümlədən Pensiya kalkulyatoru e-xidmətini) həmçinin 10 e-arayış xidmətini təqdim edib.

    Tədbirdə nazirliyin E-xidmətlər və innovasiyalar şöbəsinin müdiri Kənan Əkpərov qurumun elektronlaşma proqramının icrası sahəsində e-yeniliklərini diqqətə çatdırıb.

    Bildirilib ki, 2019-cu ilin əvvəlindən ölkəmizdə ilk proaktiv xidmət kimi, pensiyaların, sonralar bir çox müavinət və təqaüdlərin e-qaydada təyinatı həyata keçirilir. Həmin istiqamətdə işlər davam edir və bu gün daha 5 e-xidmət təqdim edilir. Bunlar aşağıdakılardır:

    Ailə başçısını itirməyə görə pensiyanın e-təyinatı;
    Ailə başçısını itirməyə görə müavinətin e- təyinatı;

    Radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinətin e-təyinatı;
    Övladlığa götürülən uşağa, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa görə müavinətin e- təyinatı;

    Pensiya kalkulyatoru e-xidməti.

    Qeyd olunan 5 e-xidmətdən 4-ü proaktiv xidmətdir. Yəni, onlar ailə başçısını itirməyə görə pensiyanın və ya müavinətin, radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinətin, övladlığa götürülən uşaqlara görə müavinətin təyinatının heç bir müraciət olmadan, elektron qaydada, avtomatik olaraq təyin edilməsinə imkan verir.

    Təyinat aparıldıqdan sonra isə müavinət və ya pensiya məbləği və bank kartı barədə məlumatlar ödəniş rəsmiləşdirilmiş şəxsin telefon nömrəsinə sms şəklində göndərilir.

    Pensiya kalkulyatoru e-xidməti də vətəndaşların marağına səbəb ola biləcək e-yeniliklərdən biridir. İstifadəçilər e-sosial.az internet portalında qeydiyyatdan keçməklə və şəxsiyyət vəsiqəsi məlumatlarını daxil edərək, bu e-xidmət vasitəsilə özlərinin pensiya hüququnun yaranacağı tarix, pensiya yaşı, pensiya kapitalı, pensiyanın məbləği barədə məlumat əldə edə biləcək.

    Nazirliyin e-sosial internet portalının imkan və funksionallıqları daim genişləndirilir. Növbəti işlər kimi, portala peşə standartları reyestri, habelə özünüməşğulluq proqramına, peşə hazırlığına, reabilitasiyaya cəlb olunanlar, əlilliyi olan şəxslərə qulluq edənlər, işsizlikdən sığorta ödənişi edilmiş şəxslər və b. barədə reyestr və arayışlar da daxil edilib. Bunların nəticəsi kimi, bu gün nazirliyin aşağıda qeyd edilən daha 10 e-arayış xidməti də təqdim edilir:

    Özünüməşğulluq proqramında iştirak edən şəxs olması barədə;
    Özünüməşğulluq proqramı çərçivəsində əldə edilmiş aktivlər barədə;
    Sağlamlıq imkanları məhdud uşaqlara qulluq edən şəxs olması barədə;
    Əlilliyi olan şəxslərə qulluq edən şəxs olması barədə;
    Peşə hazırlığına cəlb edilmiş şəxs olması barədə;
    İstehsalat zədəsi almış şəxs olması barədə;

    Sanatoriya-kurort yollayışı ilə təmin olunmuş şəxs olması barədə;
    Sosial sığınacaqda yerləşdirilmiş şəxs olması barədə;
    Reabilitasiya tədbirlərinə cəlb olunmuş şəxs olması barədə;
    İşsizlikdən sığorta ödənişi edilmiş şəxs olması barədə.

    Beləliklə, nazirlik üzrə e-xidmətlərin sayı artıq 61-ə çatır ki, onlardan 34-ü proaktivdir. Nazirliyin e-arayış xidmətlərinin sayı isə 30-a çatır.

  • В воинских объединениях ВС АР проведены проверки: допустившие халатность должностные лица наказаны

    По приказу министра обороны несколько комиссий, состоящих из специалистов, за короткое время провели комплексные проверки размещения личного состава и бытовых условий в воинских объединениях.

    Об этом говорится в сообщении Минобороны АР.

    По итогам проверок системных проблем в вопросах обеспечения в целом не обнаружено, отмечается в информации.

    Тем не менее выявлены незначительные недостатки, которые были незамедлительно устранены.

    Некоторые должностные лица, проявившие халатное отношение к исполнению своих обязанностей и допустившие ошибки, были наказаны, в отношении них приняты соответствующие меры.

  • Azərbaycanda hərbi birliklərdə yoxlamalar: Nöqsanlara yol verən vəzifəli şəxslər cəzalandırıldı – RƏSMİ

    Müdafiə nazirinin əmri ilə qısa müddət ərzində mütəxəssislərdən ibarət bir neçə komissiya hərbi birliklərdə şəxsi heyətin yerləşməsi və məişət şəraitinin yoxlanılmasını həyata keçirib.

    Bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.

    Qeyd edilib ki, kompleks yoxlamalar nəticəsində ümumilikdə təminat məsələlərində sistemli problemlər aşkar edilməyib.

    Bununla belə, bəzi cüzi nöqsanlar müəyyən edilib və aşkar olunan bu çatışmazlıqlar dərhal aradan qaldırılıb.

    Vəzifələrinin icrasına səhlənkar yanaşan, nöqsanlara yol verən bəzi vəzifəli şəxslər cəzalandırılıb və onlar barəsində müvafiq tədbirlər görülüb.

  • Sabah Bakıda qar yağacaq, yollar buz bağlayacaq

    Sabaha gözlənilən hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, dekabrın 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə intensivləşəcəyi, axşama doğru şəhərətrafı ərazilərdə sulu qara keçəcəyi gözlənilir. Gün ərzində arabir güclənən şimal-qərb küləyi əsəcək.

    Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 3-5, gündüz 5-7 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 762 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

    Dekabrın 24-də Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq, qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 1-4, gündüz 4-7 dərəcə isti, dağlarda gecə 4-9, gündüz 0-4 dərəcə şaxta olacaq. Dağlıq ərazilərdə yolların buz bağlayacağı gözlənilir.

    Tibbi-meteoroloji proqnoza gəlincə, dekabrın 24-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda yağıntılı hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

  • İşğaldan azad olunan ərazilərdə çoxsaylı iş yerləri açılacaq

    “İqtisadiyyat və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri tərəfindən ortaq iş qurulub”.

    “Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında gələn ilin dövlət və icmal büdcələrinin müzakirəsi zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

    Onun sözlərinə görə, gələn il məşğul şəxslərin ölkədə reyestri üzrə işlər tamamlanacaq:

    “Növbəti ildə əsas məşğulluq istiqamətləri Ali Baş Komandanın rəhbərliyi ilə işğaldan azad olunan ərazilərə yönəldiləcək”.

  • В Азербайджане 600 тыс. безработным в ближайшие дни выплатят по 190 манатов

    Частью программы реформ Президента Азербайджана стали расширение услуг по трудоустройству, прозрачность и предотвращение коррупции. И сегодня в этом направлении проводится соответствующая работа.

    Как сообщает Report, об этом 23 декабря в ходе обсуждения государственного и сводного бюджетов-2021 на заседании комитета Милли Меджлиса по экономической политике, промышленности и предпринимательству заявил министр труда и социальной защиты населения Сахиль Бабаев.

    Он напомнил, что в нынешнем году на территориях, где введен карантинный режим, лицам, потерявшим работу, были выплачены пособия в размере 190 манатов.

    “В ближайшие дни 600 тыс. человек вновь будут выплачены указанные пособия”, – сказал глава ведомства.