Month: December 2020

  • Ağ Evdə yeni təyinatlar olub

    ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Bayden Ağ Evin administrasiyasına yeni təyinatların olduğunu açıqlayıb.

    “Report” xəbər verir ki, bu barədə siyasətçinin keçid komandasının saytında yayımlanan açıqlamada qeyd olunub. Bir neçə il Baydenin köməkçisi və məsləhətçisi işləyən Bryus Red Ağ Evin aparat rəhbərinin müavini vəzifəsinə təyin edilib.

    Ağ Evin əməkdaşlarına isə rəhbərliyi Ron Klayn edəcək. Demokratın seçki kampaniya qərargahının əməkdaşı olan Elizabet Vilkins Klaynın baş məsləhətçisi olacaq.

    Baydenin çıxışlarının hazırlanmasına cavabdehliyi Vinay Reddi daşıyacaq. Enn Flipik Ağ Evdəki inzibati məsələlərə nəzarət edəcək və Rayan Montoya planlaşdırma işlərindən məsul olacaq.

  • В освобожденный от оккупации Джебраил доставлены гостинцы для бойцов – ВИДЕО

    В 44-дневной Отечественной войне азербайджанская армия одержала историческую победу над Арменией.

    Именно благодаря отважным азербайджанским воинам наш народ стал свидетелем долгожданного освобождения захваченных земель от оккупантов.

    Несомненно, эта победа стала результатом многолетней подготовки нашего государства, которое постоянно проявляло особую заботу по отношению к Вооруженным силам, усиливало их материально-техническую базу.

    С этой целью и по инициативе Первого вице-президента Азербайджана Мехрибан Алиевой Фонд Гейдара Алиева и сеть супермаркетов Bravo проводят кампанию в поддержку наших военнослужащих, несущих службу на освобожденных от оккупации территориях.

    В рамках данной акции сегодня, 22 декабря, для военнослужащих и офицеров в Джебраильский район были доставлены гостинцы с различными продуктами питания и средствами личной гигиены.

    Представители торговой сети Bravo передали посылки военнослужащим, выслушали их пожелания.

    Подробнее – в видеосюжете Baku TV.

  • Gəncədə koronavirusdan ölmüş 12 nəfərin meyitinin dəyişik düşməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

    “Bizim prosedur qaydalarına əsaslanaraq deyə bilərəm ki, koronavirusdan vəfat edən şəxslərin cəsədlərinin dəyişik düşməsi bizim səhvimiz olmayıb”.

    Median.Az xəbər verir ki, bu sözləri Oxu.Az-a açıqlamasında Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov Gəncədə koronavirusdan ölən 12 nəfərin meyitinin dəyişik düşdüyünə dair yayılan məlumatlara aydınlıq gətirərkən deyib.

    O bildirib ki, bəzilərindən fərqli olaraq heç kimi ittiham etmək istəmir:

    “Bəli, Gəncədə meyitin dəyişik düşdüyü hadisə olub. Lakin mən kimisə ittiham etmək niyyətində deyiləm. Sadəcə olaraq sizə proseduru izah edəcəm, özünüz qərar verin.

    Əvvəl onu deyim ki, xəstəxanada dünyasını dəyişən xəstələri morqa göndərməzdən əvvəl meyitə aid xəstəlik tarixçəsi onun üzərinə qoyulur. Bir anda morqa bir neçə meyit göndərilən zaman onların sənədlərinin dəyişik düşmə ehtimalı da nəzərə alınırdı. Demirəm belə olub, amma xəstəxanalarda bu səhvə yol verilə bilər. Bir neçə meyit göndərilən zaman sənədlərin dəyişik düşmə ehtimalı mümkün ola bilər.

    Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində yalnız üzərində ona aid sənədlər olan meyit qəbul edilir. Meyit açılır, yuyulur, dezinfeksiya edilir, yenidən yuyulur, dini qaydalara riayət olunaraq kəfənlənir və ailə yaxınlarına dəfn olunması üçün təhvil verilir.

    Amma biz artıq bir neçə müddətdir ki, xəstəxanalardan gətirilən meyitlərin sənədlərinin dəyişik düşmə ehtimallarını nəzərə alaraq, qabaqlayıcı tədbirlər görmüşük. Belə ki, meyit morqa gətirilən zaman ailə yaxını təsdiq etməmiş içəri qəbul edilmir. Koronavirus infeksiyasına yoluxma halı nəzərə alınaraq, içəri heç kim buraxılmır. Morqun qapısında şəxs xüsusi geyimdə, müəyyən məsafədən meyitə baxır, təsdiq edir ki, bu, onun yaxınıdı, daha sonra əməkdaşlar meyiti qəbul edir, prosedur qaydalarına uyğun şəkildə yuyub, kəfənləyib, təhvil verir.

    Belə olan halda sizcə hər hansı qarışıqlıq ola bilərmi? Bu prosedurda hər hansı yanlışlıq olması sıfırdır. Bu prosedur Bakıda çoxdan tətbiq edilir, bir neçə müddətdir Gəncədə də tətbiq edilir. Əgər insan özü öz yaxınını tanıyırsa, təsdiq edirsə, burada hansı yanlışlıqdan danışmaq olar?”

    Xatırladaq ki, Gəncədə koronavirusdan ölən 12 nəfərin meyitinin dəyişik düşdüyünə dair məlumatlar yayılmışdı. TƏBİB-dən məsələyə verilən açıqlamada isə xəstənin xəstəxanada ölməsi hallarında cəsədin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verildiyi, sözügedən quruma nəzarətin isə TƏBİB-də olmadığı qeyd olunub.

  • Azərbaycan BU TORPAQLARI DA GERİ QAYTARIR – 66 İL SONRA

    Zəngəzur istiqamətində dövlət sərhədinin yenidən çəkilməsi nəticəsində Qubadlının Şahverdilər kəndinin bir hissəsi Azərbaycan ərazisinə düşüb.

    Median.Az Publika.az-a istinadla xəbər verir ki, Azərbaycan hərbçiləri hazırda bölgədə sərhədin müəyyənləşdirilməsi işini həyata keçirirlər.

    “News.am” saytı yazır ki, sərhədin müəyyənləşdirilməsi zamanı ermənilərdən birinin evi də Azərbaycan ərazisinə düşüb.

    Vorotan (Şahverdilər) qəsəbəsinin icma rəhbəri Surik Ohancanyan Azərbaycan hərbçilərinin evi boşaltmaq haqqında xəbərdarlıq etdiyini deyir.

    “Azərbaycanlılar GPS ilə sərhədləri müəyyənləşdirməyə davam edir. Evlərdən biri Azərbaycan ərazisinə düşüb. Dedilər ki, “bu bizim ərazimizdir”, biz razılaşmadıq. Hazırda Rusiya sərhəd xidmətinin rəisi məsələsi yuxarılarla müzakirə edir, yalnız bundan sonra bəlli olacaq”, – Ohancanyan deyib.

    Qeyd edək ki, Bərgüşad çayı üzərində yerləşən Şahverdilər kəndi 1954-cü ildə SSRİ dövründə Ermənistana verilib.

  • Sədərək-lə bağlı ŞAD XƏBƏR – AZ ÖNCƏ AÇIQLANDI…

    “Sərt karantin müddətində “Sədərək” Ticarət Mərkəzi fəaliyyət göstərmədiyi üçün sahibkarlardan yer pulu alınmayacaq”.

    Bunu redaktor.az-a açıqlamasında “Sədərək” Ticarət Mərkəzinin Mətbuat katibi Kəmaləddin Qədim deyib. O, karantin müddətində sahibkarlardan yer pulunun alınması məsələsinə aydınlıq gətirib:

    “Bundan əvvəlki karantin rejimində olduğu kimi, “Sədərək”də fəaliyyət göstərən mağazalar karantin müddətində fəaliyyət göstərmədiyi üçün onlardan yer pulu alınmayacaq”.

    Qeyd edək ki, koronavirusun yayılmasının qarşısının alınması məqsədi ilə 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək bütün ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilib.

  • Rusiyada koronavirusun 1424 mutasiyası müəyyən edilib

    Rusiyada indiyə qədər koronavirusun 1424 mutasiyası müəyyən edilib.

    “RİA Novosti”nin məlumatına görə, bu barədə “Rospotrebnadzor”un (Rusiya Federasiyasının İstehlakçı hüquqlarının müdafiəsi və insan rifahına nəzarət üzrə Federal Xidməti) rəhbəri Anna Popova bildirib.

    A.Popova qeyd edib ki, Böyük Britaniyada tapılan N150Y ştammı Rusiyada aşkar edilməyib.

  • Nisgili vüsala çevirən şəhidimiz – VİDEO

    “Səni babamın məzarına ziyarət etməyə aparacam” – anasına verdiyi sözü canı, qanı bahasına yerinə yetirən Orxan Salehov Vətən müharibəsinin qəhrəmanlarından birinə çevrildi.

    Baku TV xəbər verir ki, Şamaxı sakini Orxan Salehovun ən böyük arzusu anasının doğulub boya-başa çatdığı Ağdamı düşmən tapdağından xilas etmək idi.

    Birinci Qarabağ müharibəsinin iştirakçısı olan şəhidimizin atası Fikrət Salehov qəlbində daşıdığı oğul acısını dilə gətirməkdə çətinlik çəksə də, başı ucadır. Çünki, böyütdüyü övlad könüllü olaraq cəbhədə düşmənə qan udduran igidlərimizdəndir.

    Şəhidimzin əmiləri Orxanın vətən, millət sevgisindən fəxarətlə danışıb. Bu acını əvəz edəcək yeganə təsəlli isə şəhidlərimizin qanının yerdə qalmamasıdır.

    Şəhidimzin nənəsinin bir tək arzusu var, o da Orxanin təhsil aldığı 10 saylı məktəbin onun adı ilə əbədiləşdirilməsidir.

  • Минтруда: Распространенная в СМИ информация о колясках для ветеранов войны не соответствует действительности

    В местных СМИ была опубликована информация о том, что инвалидные коляски, стоимость которых составляет 1 900 манатов, при таможенном оформлении декларируются по цене в 190 манатов. Данная информация не соответствует действительности.

    Об этом заявил руководитель пресс-службы Министерства труда и социальной защиты населения Фазиль Талыбов.

    По его словам, ведомство планирует заказать для участников войны современные высокотехнологичные коляски с электромотором из зарубежных стран:

    “В данной связи проведен тендер и несколько дней назад определился его победитель.

    Именно поэтому утверждения о том, что товар, который еще не импортирован, проходит таможенное оформление по цене 190 манатов являются абсурдными.

    Указываемые в распространенной информации товары, задекларированные по цене в 190 манатов, являются простыми инвалидными колясками, купленными в предыдущий период”.

    Мы осуждаем попытки бросить тень и очернить такие важные государственные заказы, как покупка высокотехнологичных моторных колясок для участников Отечественной войны”.

  • ƏƏSMN rəsmisi: “Yayılan məlumat cəfəngiyyat və dezinformasiyadan başqa bir şey deyil”

    Bəzi saytlarda bir ədədi 1900 manata alınan əlil arabasının guya gömrükdən keçərkən 190 manatdan deklarasiya olunduğu barədə yayılan məlumat cəfəngiyyat və dezinformasiyadan başqa bir şey deyil.

    Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) mətbuat katibi Fazil Talıbov açıqlama verib.

    Nazirlik əməkdaşı bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müharibə əlillərinə xüsusi qayğının ifadəsi olaraq bu kateqoriyadan olan şəxslər üçün ilk dəfə olaraq xarici ölkələrdən yüksək texnologiyalı mühərrikli təkərli oturacaqların (motorlu arabaların) alınmasını nəzərdə tutur:

    “Bu məqsədlə tender keçirilib və bir neçə gün öncə qalib firma müəyyən edilib. Firma tərəfindən motorlu arabalar hələ bundan sonra ölkəyə idxal ediləcək.

    Ona görə də hələ idxal olunmayan, gömrükdən keçməyən və deklarasiya qiyməti də bəyan olunmayan malın guya 190 manata gömrük rəsmiləşdirməsini iddia etmək absurd, savadsız yanaşmadır.

    Yayılan məlumatda deklarasiya qiyməti 190 manat qeyd olunan mallar isə əvvəlki dövrlərdə alınmış sadə tipli arabalara aiddir.

    “Turan” agentliyinin jurnalistinin kortəbii və primitiv hesablamasının haradan qaynaqlandığına gəldikdə isə:

    1. 190 rəqəmi rəsmi açıqlanan 10 aylıq statistik hesabatdakı sadə əlil arabalarının orta deklarasiya qiyməti kimi hesablanıb. Halbuki qeyd etdiyim kimi, bu, alınacaq motorlu arabaların qiyməti deyil.

    2. Digər tərəfdən, 12-ci ayda, yəni indi alınacaq malların məlumatlarını 10 aylıq hesabata istinadən hesablayıb yaymaq məntiqsizlikdir.

    3. Qiyməti 1900 manata (ƏDV də daxil) olan motorlu arabalar yalnız ölkəyə idxal olunduğu zaman onların gömrük deklarasiya qiyməti haqqında danışmaq olar”.

    “Vətən müharibəsi qaziləri üçün ilk dəfə olaraq yüksək texnologiyalı mühərrikli təkərli oturacaqların alınması kimi mühüm dövlət sifarişinə yalan və böhtanla kölgə salmaq cəhdlərini qınayırıq”, – deyə Fazil Talıbov bildirib.

  • Невероятный танец птиц в небе над Джебраилом: Вся природа радуется победе Азербайджана – ВИДЕО

    Азербайджанские военнослужащие отправили турецкому телеканалу Haber Global интересное видео из Карабаха.

    Ведущий, представивший уникальные кадры невероятного зрелища – тысячи птиц, сбившиеся в группу, исполнили фантастический небесный танец, особо подчеркнул, что они сняты в освобожденном от оккупации Джебраильском районе одним из азербайджанских военнослужащих.

    “Эти кадры особые еще и потому, что их снял и послал нам простой солдат, внесший свой вклад в блистательную победу Азербайджана, которой радуются даже птицы”, – отметил он.