Month: December 2020

  • Ramin Bayramlı: Mən mütləq vaksin vurduracam

    “Mən vaksin mütləq vurduracam. Vaksinin nəticəsinə inanıram”.

    Median.Az
    xəbər verir ki, bunu TƏBİB sədri Ramin Bayramlı “Mir Şahini vaxtı”na açıqlamasında deyib. O istifadə edəcəyi vaksin növünü də açıqlayıb:

    “Vaksinasiya strategiyasına uyğun olarsa, valideynlərimə də, ailə üzvlərimə də peyvənd vurduracam. Hansı vaksinə gəlincə, mən şəxsi qənaətimi deyirəm: inaktiv vaksindən istifadə edəcəm.

    Çünki inaktiv vaksinlər artıq illərdir ki, sınaqdan çıxıb. Bu əsla digər vaksinlərin effektivliyini kölgə altına salmaq kimi qiymətləndirilməməlidir. Ancaq daha çox əmin olmaq var. Daha çox əmin olduğumuz həmin bu inaktiv vaksinlərdir. Hansı ki təbii yolla çoxaldılır və virus tam öldürülür, kimyəvi maddəyə çevrilir və insan orqanizminə yeridilir. Məhz bu baxımdan təhlükəsizliyindən tam əmin olduğum inaktiv vaksindən istifadə edəcəm”.

  • Участник Отечественной войны о боевых операциях в Суговушане – ВИДЕО

    Руслан Шихиев – один из азербайджанских военнослужащих, участвовавших в 44-дневной Отечественной войне, проявивших доблесть при освобождении оккупированных территорий.

    Он поделился своими впечатлениями со съемочной группой Baku Tv, рассказав о сложных боевых операциях, героической гибели наших бойцов во время войны и уничтожении сил противника.

    Подробнее – в сюжете:

  • Dünyada koronavirusla bağlı son statistika

    Dünyada COVID-19-a yoluxanların sayı 76,25 milyon nəfəri ötüb

    Median.Az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

    Təşkilatın məlumatına görə, dünyada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 76 250 431 təşkil edir. Qeyd edilir ki, pandemiya ərzində dünyada koronavirusdan ümumilikdə 1 699 230 insan ölüb.

    Dünyada COVID-19-a yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı bir gün ərzində 524 065 nəfər təşkil edib. Son sutkada daha 8 775 insan təhlükəli infeksiyadan ölüb.

    Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

  • ABŞ Əsma Əsədə qarşı növbəti sanksiya tətbiq etdi

    ABŞ Suriya prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma Əsəd və onun yaxınlarına qarşı növbəti sanksiya tətbiq edib.

    “Report” xəbər verir ki, bu barədə Dövlət Departamentinin ABŞ Dövlət katibi Mayk Pompeo adından yayımladığı açıqlamada qeyd olunub.

    “Dövlət Departamenti, Bəşər Əsədin həyat yoldaşı Əsma Əsədə Suriyada mövcud olan münaqişənin siyasi həllini təşviq etmək səylərinə maneə törətdiyinə görə sanksiya tətbiq edir. O, rejimin mənafeyi naminə, sözdə xeyriyyəçilik və sivil təşkilatlar vasitəsilə iqtisadi və siyasi gücün möhkəmləndirilməsi səylərinə rəhbərlik edib” – deyə açıqlamada qeyd olunur.

    Sanksiyalar prezidentin həyat yoldaşının ən yaxın dörd qohumuna qarşı da tətbiq ediləcək.

  • Евросоюз с 1-го января запретит поездки в Великобританию

    Евросоюз с 1 января вводит запрет на поездки в Великобританию – после выхода королевства из состава ЕС оно попадает в список третьих стран, гражданам которых нельзя путешествовать в европейские государства. Об этом сообщает ТАСС со ссылкой на заявление Еврокомиссии.

    Как сказано в документе, до конца декабря относительно Великобритании будут действовать правила свободного передвижения, однако как только переходный период закончится на королевство будут распространяться рекомендации ЕС об ограничении поездок на фоне пандемии коронавируса.

    Министр здравоохранения Великобритании Мэттью Хэнкок 14 декабря сообщил, что в стране выявлен новый штамм SARS-CoV-2, который распространяется быстрее, чем исходная форма. По его словам, вирус легче передается от человека человеку и, следовательно, более заразен.

  • Kolumbiya iki rus diplomatı ölkədən çıxarıb

    Kolumbiya səlahiyyətliləri kəşfiyyat fəaliyyətində şübhəli bilinən iki rus diplomatını ölkədən çıxarıblar.

    “Report” xəbər verir ki, bu barədə yerli “Tiempo” qəzeti Kolumbiya hökumətindəki mənbələrə istinadən məlumat yayıb.

    Qəzetin yazdığına görə, söhbət iki ildən artıqdır Kolumbiyada işləyən Aleksandr Paristov və Aleksand Belousovdan gedir.

    Mənbələrə görə, rusiyalı diplomatlar Kali şəhərində müəyyən şəxsləri ələ almaqda, mineral ehtiyatların istismarı və hərbi sahələrlə bağlı məxfi məlumatlara maraq göstərərək iqtisadi casusluqla məşğul olmaqda ittiham edilib.

    Artıq hər iki diplomat Kolumbiyanı Boqota-Amsterdam-Moskva aviareysi ilə tərk ediblər.

  • VIII Azərbaycan-Rusiya Gənclər Forumu keçirilib – FOTO

    Bu gün onlayn formatda VIII Azərbaycan-Rusiya Gənclər Forumu keçirildi. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Azər Əliyev və Rusiya Gənclər və Uşaq Təşkilatlarının Milli Şurasının sədri Qriqoriy Petuşkovun sədrliyi ilə keçirilən forumda iki ölkənin parlament üzvləri, dövlət qurumlarının, ali təhsil müəssisələrinin, media və gənclər təşkilatlarının nümayəndələri iştirak edirdilər. Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini İntiqam Babayev və Rusiya Federasiyasının Elm və Ali Təhsil nazirinin müavini Yelena Drujinina forumda giriş sözü ilə çıxış edərək Azərbaycanda və Rusiyada həyata keçirilən dövlət gənclər siyasəti, iki ölkə arasında olan dostluq münasibətləri, iqtisadi və humanitar sahədə reallaşdırılan layihələr haqqında ətraflı məlumat verdilər.

    Azərbaycan Respublikası Milli Məclisin üzvləri Şahin Seyidzadə və Emin Hacıyev, Rusiya Federasiyası Dövlət Dumasının üzvü Natalya Kuvşinova, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin direktoru Fərid Şəfiyev, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin sədri Elnur Əliyev və “Rossotrudniçestvo” təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri İrek Zinnurov Azərbaycan-Rusiya münasibətlərinin strateji tərəfdaşlığı, o cümlədən, siyasi, iqtisadi-ticarət, sosial, mədəniyyət, humanitar və təhsil istiqamətlərində intensiv siyasi dialoqun və praktiki əməkdaşlığın mövcud olması haqqında danışdılar.

    Daha sonra forum 2 plenar bölmə üzrə işini davam etdirmişdir. 1-ci bölmənin mövzusu “Azərbaycan Respublikasının və Rusiya Federasiyasının gənclər təşkilatları arasında əməkdaşlığın reallıqları və perspektivləri”, 2-ci bölmənin mövzusu isə “Mədəniyyətlərarası dialoq. Tarixi və mədəni irsin qorunması” oldu. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və 30-dan artıq gənclər təşkilatının nümayəndələri plenar bölmələrdə çıxış edərək, həyata keçirlən layihələr haqqında məlumat verib, təcrübə və fikir mübadilələri apardılar. Forumun yekununda iştirakçılar iki ölkə gəncləri arasında əməkdaşlığın gücləndirilməsinə dair təkliflər səsləndirdilər.

    Qeyd edək ki, VIII Azərbaycan-Rusiya Gənclər Forumu Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Rusiya Federasiyasının Elm və Ali Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və Rusiya Gənclər və Uşaq Təşkilatlarının Milli Şurasının birgə təşkilatçılığı ilə keçirildi.





  • Российские миротворцы помогли найти двух пропавших в Карабахе армянских солдат

    Российские миротворцы помогли найти двух ранее числившихся пропавшими граждан Армении.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом сообщил журналистам официальный представитель Минобороны России генерал-майор Игорь Конашенков.

    Он отметил, что 21 декабря совместной группой по розыску пропавших без вести военнослужащих в окрестностях Гадрута были обнаружены двое граждан Армении, которые по согласованию с азербайджанской стороной, также принимающей участие в работе этой группы, были переданы армянской стороне.

    По словам Конашенкова, продолжается сбор сведений о пропавших без вести в ходе конфликта в Нагорном Карабахе. На сегодняшний день обработано 528 телефонных обращений, поступивших на горячую линию.

  • İtkin düşən 2 erməni əsgəri tapılıb

    Rusiya sülhməramlıları itkin düşmüş hesab edilən iki nəfər Ermənistan vətəndaşını tapıb.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov məlumat verib.

    O, dekabrın 21-də Hadrut yaxınlığında tapılan iki nəfər Ermənistan vətəndaşını axtarış tədbirlərində iştirak edən Azərbaycan tərəfi ilə razılaşdırmaqla Ermənistana təhvil verildiyini bildirib.

    Rusiya rəsmisi indiyədək itkin düşmüş şəxslərlə bağlı yaradılmış “qaynar xətt”ə 528 müraciətin daxil olduğunu da açıqlayıb.

  • Aİ yanvarın 1-dən Böyük Britaniyaya səyahətləri qadağan edir

    Böyük Britaniya 1 yanvar tarixindən etibarən Avropa İttifaqının koronavirus səbəbiylə səyahəti qadağan etdiyi ölkələr siyahısına daxil ediləcək.

    Bu barədə TASS məlumat yayıb.

    Dekabr ayının sonuna qədər Avropa İttifaqı ilə Böyük Britaniya arasında sərbəst hərəkət qaydalarının qüvvədə olacağı qeyd olunur.