Month: December 2020

  • Cəbrayıl səmasında quşların rəqsi: Zəfərimizə yer-göy sevinir – VİDEO

    Azərbaycan əsgərləri Qarabağdan “Haber Global”a video göndəriblər.

    Videonu təqdim edən “Haber Global”ın aparıcısı Cəbrayıl səmalarında quşların rəqsini əks etdirən görüntülərin Qarabağda müzəffər Ordumuzun əsgəri tərəfindən çəkilməsini xüsusilə vurğulayıb.

    “Bəs Azərbaycandan gələn bu görüntüləri özəl edən nədir? Görüntüləri zəfərdə payı olan əsgərlərdən biri çəkib və bizə göndərib. Sonunda isə bir qeyd edib: “Zəfərimizə quşlar da sevinir”, – deyə aparıcı qeyd edib.

  • Внутренняя и внешняя политика Президента Ильхама Алиева – залог стремительного развития Азербайджана – ВИДЕО

    Baku TV подготовило интересный видеоролик о факторах, способствовавших всестороннему развитию Азербайджана в период президентства Ильхама Алиева.

    В материале отмечается, что сегодня в основе стремительного развития Азербайджана лежит целенаправленная и успешная политика, осуществляемая главой нашего государства.

    “Внутренняя и внешняя политика Президента, основанная на национальных интересах, пользуется всесторонней поддержкой в азербайджанском обществе”, – говорится в сюжете.

    В видеоролик также вошли высказывания депутата Эльшада Мирбашироглу и политолога Азиза Алибейли:

  • Qazinin dilindən Suqovuşan döyüşü: “Məni öldürün, siz gecikməyin” – VİDEO

    44 günlük Vətən Müharibəsində iştirak etmiş və işğal altındakı torpaqların azad olunmasında qəhrəmanlıq göstərmiş hərbçilərdən biri də Ruslan Şıxıyevdir.

    Baku Tv-nin çəkiliş qrupu bu dəfə hərbçimizi danışdırıb və ondan döyüş təəssüratlarını öyrənib.

    Ruslan Şıxıyev döyüş vaxtı hərbçilərimizin necə şəhid olması, çətin əməliyyatlardan və düşmənin necə məhv olunmasından danışıb.

    Ətraflı süjetdə:

  • Rəqibini dişləməkdə günahlandırılan futbolçu sərt cəza ala bilər

    İngiltərə Futbol Assosiasiyası Çempionşipdə mübarizə aparan “Bornmut” klubunun futbolçusu Cefferson Lerma ilə bağlı araşdırmalara başlayıb.

    “Report” “Sky Sports”a istinadən xəbər verir ki, kolumbiyalı yarımmüdafiəçi “Şeffild Uensdey”lə matçın (0:1) 83-cü dəqiqəsində rəqib komandanın oyunçusunu dişləməkdə günahlandırılır.

    Futbolçunun özü ittihamları rədd edib. O, bununla bağlı etirazını dekabrın 24-dək rəsmi şəkildə bildirməlidir.

    26 yaşlı futbolçunun günahı sübuta yetirilsə, o, uzunmüddətli diskvalifikasiya ilə üzləşə bilər.

  • ATƏT-lə Azərbaycan arasında əməkdaşlıq məsələləri müzakirə edilib

    Dekabrın 22-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İsveç Krallığının xarici işlər naziri Ann Linde arasında videokonfrans formatında görüş baş tutub.

    Azərbaycanın Xarici İşlər Nazirliyindən “Report”a verilən məlumata görə, görüşdə bölgədə mövcud olan son vəziyyət və 10 noyabr tarixli üçtərəfli bəyanatdan irəli gələn bir-sıra məsələlərin icrası ətrafında fikir mübadiləsi aparılıb.

    Nazirlər 2021-ci ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) İsveçin sədrliyini nəzərə alaraq ATƏT-lə Azərbaycan arasında əməkdaşlıq məsələlərini müzakirə ediblər.

    Görüşdə habelə ikitərəfli əməkdaşlıq münasibətləri, eləcə də qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ərtafında fikir mübadiləsi aparılıb.

  • Abdullah Gül Prezident İlham Əliyevi təbrik etdi

    Türkiyə Respublikasının 11-ci Prezidenti Abdullah Gül Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib.

    Median.Az xəbər verir ki, məktubda deyilir:

    “Hörmətli cənab Prezident.

    Əziz qardaşım.

    Vətən müharibəsində şanlı mübarizə nəticəsində Qələbə qazanan qəhrəman Azərbaycan Ordusunu, bütün azərbaycanlı qardaşlarımı və Zati-alinizi Zəfər Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.

    Qardaş Azərbaycanın 44 gün davam edən Vətən müharibəsini Zəfərlə başa çatdırması və illərdir Ermənistanın işğalı altında olan torpaqlarını azad etməsi çətin keçən 2020-ci ildə bizi ən çox xoşbəxt edən hadisəni – Zəfər Gününü qürurla qeyd etməyimizə səbəb oldu.

    Zati-alinizin qətiyyətli liderliyi ilə qazanılan bu Zəfər bütün Türk dünyasına sonsuz sevinc və qürur hissi yaşatdı. Bu Zəfərin əldə olunması üçün canlarını göz qırpmadan fəda edən üç minə yaxın əziz şəhidimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm.

    Fürsətdən istifadə edərək, Zati-aliləri əziz qardaşım, Sizə və dəyərli ailənizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına rifah və əmin-amanlıq arzulayıram”.

  • Son dəqiqə! Baş nazir təcili iclas keçirdi

    Dekabrın 22-də Azərbaycanın Baş naziri Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın videokonfrans formatında iclası keçirilib. Operativ Qərargahdan

    Oxu24.com-a verilən məlumata görə, Baş nazir sərtləşdirilmiş xüsusi karantin rejiminin tələblərinə və sanitar epidemioloji normalara qeyd-şərtsiz olaraq tam əməl olunmasının vacibliyini bildirib. Qeyd olunub ki, Prezident və Birinci vitse-prezidentin təşəbbüsü ilə Azərbaycan ilk peyvənd əldə edən ölkələrdən biri olacaq.

    İclasda sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar görülən işlər barədə məlumat verilib, müvafiq nəzarət tədbirlərinin gücləndirilməsi ilə bağlı məsələlər geniş müzakirə olunub.

    Sərtləşdirilmiş karantin rejiminin tələblərinin icrasına nəzarətin gücləndirilməsi ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıq verilib.

  • Müzəffər ordumuza vəfa borcu: İşğaldan azad edilmiş Qubadlıya əsgər payı çatdırıldı – VİDEO

    44 günlük Vətən Müharibəsində Azərbaycana tarixi qələbəni qazandıran, şübhəsiz, müzəffər ordumuz oldu.

    Məhz şücaətli Azərbaycan igidlərinin sayəsində xalqımız illərlə düşmən tapdağında qalan yurd yerlərimizin yadelli tapdağından azad olunmasına şahidlik etdi.

    Heş şübhəsiz, bu qələbə dövlətimizin uzun illər gördüyü hazırlığın nəticəsi idi. Daim maddi-texniki baxımdan gücləndirilən Silahlı Qüvvələrimizə dövlətimiz hər zaman xüsusi qayğı ilə yanaşıb.

    Elə bu məqsədlə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu və “Bravo” supermarketlər şəbəkəsi işğaldan azad olunmuş ərazilərdə xidmət edən hərbi qulluqçularımız üçün yeni dəstək aksiyasının həyata keçirilməsinə başlayıb.

    Aksiya çərçivəsində bu gün işğaldan azad olunmuş Qubadlı rayonunda hərbi xidməti davam etdirən əsgər və zabit heyəti üçün, onların istəkləri nəzərə alınmaqla, müxtəlif qida məhsulları, fərdi qulluq və gigiyenik ləvazimatlardan ibarət bağlamaların çatdırılıb.

    Daxili İşlər Nazirliyinin əməkdaşlarının müşayiəti ilə “Bravo” supermarketlər şəbəkəsinin nümayəndələri işğaldan azad olunmuş ərazilərə səfər edərək bağlamaları hərbi qulluqçularımıza çatdırıblar, həmçinin, əsgərlərimizlə söhbət edərək onların istəklərini qeydə alıblar.

    Daha ətraflı Baku TV-nin videosüjetində:

  • Elektrik lampalarının insan orqanizminə təsiri

    Nyu-York ştatının Stouni-Bruk universitetinin alimləri elektrik lampalarının insan orqanizminə təsiri barədə araşdırmalar aparmışlar. Araşdırmaların nəticələri elektrik lampasının insan sağlamlığına zərərli olduğu qənaətinə gəlmişdir.

    Araşdırmaları aparan mütəxəssislər lampaların insan dərisinə təsirini araşdırmışlar. Alimlər araşdırmalarını 2 lampa üzərində aparmışlar.

    – elektikə qənaət edəm lampalar üzərində
    – adi lampalar üzərində.

    Araşdırmaları aparmaq üçün onlar hər iki lampanın işığının canlı toxumaya necə təsir etdiyini öyrənmişlər. Qeyd etmək lazımdır ki, eksprementdə canlı insanlar iştirak etməmişdir.

    Eksperimentin nəticələri işığa qənaət edən lampanın ultrabənövşəyi şüalanmasının dəri toxumasına zərərli olduğu meydana çıxmışdır. Araşdırmalar qənaətcil lampaların insan orqanizmi üçün təhlükəli olduğunu təsdiqləmişdir. Araşdırma zamanı adi lampanın dəri toxuması üçün heç bir təhlükə yaratmadığını təsdiqləmişdir.

    Alimlər onu da qeyd etmişlər ki, elektrik enerjisinə qənaət edən lampalar dəridə xərçəng xəstəliyi əmələ gəlməsinə səbəb ola bilər. Stouni-Bruk universitetinin dermatoloqu Marsiya Saymon hətta bu haqda öz məqalələrində də qeyd etmişdir. O, qeydlərində elektrikə qənaət edən lampanın dəriyə təsiri nə qədər çox olarsa, zərərin də bir o qədər çox olduğunu söyləyir.

  • Vətən müharibəsində şəhid olan mədəniyyət işçiləri – VİDEO

    Mədəniyyət Nazirliyi Vətən müharibəsində iştirak etmiş mədəniyyət işçiləri ilə bağlı məlumat yayıb.

    Nazirlikdən verilən məlumata görə, ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canını fəda edərək şəhidlik zirvəsinə ucalanlar sırasında yeddi nəfər mədəniyyət işçisi də var.

    Onların hər biri ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunublar:

    Füzuli rayon 3 nömrəli Uşaq musiqi məktəbinin müəllimi Toğrul Rüfət oğlu Hacıyev;

    Qobustan şəhər Rəşid Behbudov adına Uşaq incəsənət məktəbinin müəllimi Rauf İlyas oğlu Əliyev;

    Gəncə şəhər Nizami məqbərəsinin bələdçisi Hikmət Lətif oğlu Məmmədov;

    Cəbrayıl rayon Mahmudlu kənd Uşaq musiqi məktəbinin müəllimi Zamin Vahid oğlu Rəhimov;

    Lənkəran şəhər Mədəniyyət Mərkəzinin kurs rəhbəri Tural Rövşən oğlu Hümmətov;

    Azərbaycan Dövlət Akademik Musiqili Teatrının əməkdaşı Əliağa Eldəniz oğlu Məmmədov.

    Allah bütün şəhidlərimizə rəhmət eləsin!