Month: December 2020

  • Azərbaycanda polisə zor tətbiq edildi – RƏSMİ

    Dekabrın 19-da Biləsuvar rayon polis şöbəsinin əməkdaşına qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

    Biləsuvar rayon prokurorluğundan verilən məlumata görə, araşdırmalarla Daxili İşlər Nazirliyinin “102” xidmətinə daxil olmuş müraciət əsasında, Biləsuvar rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı Vüsal Adışovun hadisə yerinə çıxıb xidməti vəzifələrini icra edərkən rayon sakini İlqar Rəsulovun ona qarşı zor tətbiq etməklə müqavimət göstərməsinə əsaslı şübhələr müəyyən edilib.

    Bundan başqa, İlqar Rəsulovun üzərinə baxış keçirilən zaman əynindəki gödəkçənin sağ iç cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş təmiz çəkisi 10,253 qram olan psixotrop maddə-metamfetamin aşkar edilərək götürülüb.

    Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 234.1-ci (narkotik vasitələrinin qanunsuz dövriyyəsi) maddələri ilə cinayət işi başlanıb.

    İş üzrə hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar təyin olunmuş, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

    İlqar Rəsulov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

    Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

  • В Азербайджане выявлены 1 505 новых случаев инфицирования коронавирусом, скончались 43 человека – ФОТО

    В Азербайджане за минувшие сутки выявлены 1 505 новых случаев инфицирования коронавирусом, еще 3 028 человек вылечились и были выписаны домой.

    Об этом 21 декабря сообщает оперативный штаб при Кабинете министров.

    За минувшие сутки от COVID-19 скончались еще 43 пациента.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразились 203 593 человека, 2 253 из них скончались, 142 807 – вылечились, 58 533 – находятся в активной фазе лечения в больницах особого режима.

    В республике на сегодня проведены 2 073 137 тестов (за последние 24 часа – 9 383) на COVID-19.

  • Azərbaycanda daha 43 nəfər koronavirusdan öldü: 1505 yeni yoluxma – FOTO

    Azərbaycanda koronavirusa (COVID-19) 1 505 yeni yoluxma faktı qeydə alınıb, 3 028 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, 43 nəfər COVID-19-dan vəfat edib.

    Aktiv xəstə sayı 58 533 nəfərə çatıb.

    Ölkədə son sutka ərzində 9 383, hazırkı dövrədək isə 2 073 137 test aparılıb.

    Ümumi ölənlərin sayı 2 253 nəfərdir.

    Ümumi yoluxanların sayı 203 593 nəfər, ümumi sağalanların sayı 142 807 nəfərdir.

  • Кадры из освобожденного от оккупации села Гараджаллы Джебраильского района – ВИДЕО

    Министерство обороны Азербайджана опубликовало видеокадры из освобожденного от армянской оккупации села Гараджаллы Джебраильского района.

  • İşğaldan azad edilmiş Cəbrayılın daha bir kəndindən görüntülər – VİDEO

    Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Qaracallı kəndindən yeni videogörüntülər yayımlayıb.

    Həmin görüntüləri təqdim edirik:

  • НАНА о Сарсангском водохранилище, которое армяне долгие годы использовали в качестве инструмента террора

    Республиканский центр сейсмологической службы Национальной академии наук Азербайджана (НАНА) в настоящее время готовит проекты для проведения исследований по водоемам на территории освобожденного от оккупации Карабаха.

    Об этом сказал глава службы, член-корреспондент НАНА Гурбан Етирмишли.

    По его словам, в настоящее время все 24 водохранилища на территории Карабаха находятся в аварийном состоянии.

    Из них 22 имеют мелиоративное назначение, а два – Сарсангское и Суговушанское – предназначены для аккумулирования запасов воды с целью поддержания работы ГЭС, отметил Г.Етирмишли.

    “Сарсангское водохранилище находится на реке Тертер. Из-за армянской оккупации Азербайджан не мог его эксплуатировать. Кроме того, в этот период не проводилось его техническое обслуживание, и сегодня водохранилище представляет серьезную техногенную угрозу.

    Оно расположено на местности со сложным рельефом. Сейсмичность этой территории может привести к образованию участков, подверженных оползням.

    Здесь нужно постоянно контролировать геодинамическую активность и проводить соответствующие наблюдения. Сарсангское водохранилище использовалось Арменией как инструмент экологического террора против населения Азербайджана”, – отметил он.

  • Ermənilərin uzun illər terror aləti kimi istifadə etdiyi Sərsəng su anbarı ilə bağlı VACİB AÇIQLAMA

    “Ermənistanın işğalçılıq siyasəti nəticəsində bölgədə ətraf mühit həmişə çirkləndirilib, ermənilər bilərəkdən Azərbaycanın əkinçilik üçün yararlı torpaqlarının suvarılmasında su qıtlığı yaradıb, həmçinin, bu anbarlarda suyu yayda saxlayıb və qışda bəndləri açaraq əkin sahələrini, kəndləri suya basıblar”.

    Bunu Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, müxbir üzvü Qurban Yetirmişli bildirib.

    Onun sözlərinə görə, indiyə kimi ətraf ərazilərdə, anbarın bənd hissəsində dağıntı riski ola biləcək yerlər müəyyənləşdirilməyib:

    “Qəza riski olan ərazilərin seysmoloji-geofiziki tədqiqatı aparılmayıb. Uzun illərdir ki, vəhşi ermənilər tərəfindən istismar olunduğundan Sərsəng bəndinin texniki cəhətdən hansı vəziyyətdə olması yoxlanılmalıdır. Qeyd edək ki, Sərsəng su anbarı Ermənistan tərəfindən əhaliyə qarşı ekoloji terror vasitəsi kimi istifadə olunub.

    Qəza vəziyyətində olan su anbarından aşağıda yaşayan minlərlə əhali isə daim təhlükə altında saxlanılıb. Sərsəng su anbarı Tərtərçayın üzərində inşa edilib. Sərsəng su anbarı uzun müddət erməni işğalında olan ərazidə qalmış və Azərbaycan tərəfindən istismarı qeyri-mümkün olub.

    Sərsəng su anbarı respublikanın altı rayonunun (Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi) 100 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin edirdi. İndiyə kimi su anbarının bəndinə və onun qurğularına texniki xidmət göstərilmədiyi üçün o qəza vəziyyətdədir.

    Hazırda Sərsəng su anbarının əhali üçün ciddi təhlükəsi vardır, dağılma ehtimalı olan yerləri seysmoloji-geofiziki üsullarla öyrənilməlidi, qabaqlayıcı mühəndisi texniki tədbirlər görülməlidir. Sərsəng su anbarının yerləşdiyi ərazinin relyefi çox mürəkkəbdir, yamaclar kəskin bucaq altında yatır.

    Ərazinin seysmikliyi burada sürüşmə meyilli sahələrin yaranmasına səbəb ola bilir. Ərazinin geodinamik aktivliyi daima nəzarətdə saxlanılmalı, orada müvafiq müşahidələr aparılmalıdır”.

    “Hazırda su anbarından buraxılan suların nizamlanması nəticəsində Tərtər, Goranboy və Yevlax rayonlarına suyun verilməsi, eyni zamanda ekoloji tarazlığın təmin olunmasında mühüm addım atılır.

    Su anbarı kompleksinə lazımi texniki xidmətin göstərilmədiyi, istifadə olunan avadanlıqların köhnəldiyini nəzərə alaraq, ilk növbədə, kompleksin texniki vəziyyətinin qiymətləndirilməsinə, bənddə qəza riskinin seysmoloji-geofiziki üsullarla öyrənilməsinə çox ehtiyac var.

    Son illər ərzində ölkəmizin meliorasiya sahəsində mühüm layihələr həyata keçirilir, o cümlədən, Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən Mingəçevir və Taxtakörpü su anbarlarının seysmik dayanıqlılığı öyrənilir.

    Biz qazandığımız təcrübəni yaxın perspektivdə Sərsəng, Suqovuşan su anbarlarında tətbiq edəcəyik. İşğaldan azad edilən ərazilərdə seysmik-geofiziki tədqiqatların aparılması üçün Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları çox böyük təcrübəyə və texniki potensiala malikdir”, – deyə o qeyd edib.

  • В Шуше и Ханкенди будут установлены современные сейсмостанции

    В Республиканском центре сейсмологической службы при Национальной академии наук Азербайджана ведется подготовка к реконструкции сейсмостанций на освобожденных от оккупации территориях.

    Об этом сообщил глава центра Гурбан Етирмишли.

    “В ближайшей перспективе планируется создание самых современных сейсмостанций в Кельбаджаре, Джебраиле, Шуше, Ханкенди и других районах”, – сказал Г.Етирмишли.

    Он напомнил, что на территории Карабаха имеются крупные сооружения государственного значения, водохранилища и электростанции.

    “В ближайшем будущем мы планируем изучить их сейсмостойкость”, – отметил глава центра.

  • Qarabağın işğaldan azad edilən ərazilərində seysmik cihazlar və su anbarlarının son vəziyyəti necədir?

    “İşğal dövründə Respublika Seysmoloji Xidmət Mərkəzinin Kəlbəcər, Cəbrayıl, Ağdam rayonlarında yerləşən seysmik stansiyaları işğalçılar tərəfindən dağıdılaraq, orada olan seysmoloji və geofiziki cihazlar talan edilib.

    Otuz ilə yaxın müddətdə davam edən işğal səbəbindən bütün sahələrdə olduğu kimi, Azərbaycan elminə də çox böyük ziyan dəyib, ərazidə seysmik müşahidələr aparmaq mümkün olmayıb”.

    Bunu Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzininin baş direktoru, müxbir üzvü Qurban Yetirmişli bildirib.

    Onun sözlərinə görə, Qarabağ ərazisi seysmik aktivliyi ilə seçilən, seysmoloji baxımdan öyrənilməsi vacib olan zonalardandır:

    “Biz bu illər ərzində öz tədqiqatlarımızı bölgəyə yaxın ərazilərdə olan seysmoloji məntəqələrdən əldə olunan məlumatlardan istifadə edərək davam etdirirdik.

    Artıq işğala son qoyuldu və Respublika Seysmoloji Xidmət Mərkəzində bu ərazilərdə əvvəllər fəaliyyət göstərmiş stansiyaların yenidən qurulmasına hazırlıq gedir. Qeyd etməliyəm ki, Füzuli və Ağdam rayonlarının ərazilərində artıq neçə illərdir ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin seysmik stansiyaları fəaliyyət göstərir.

    Yaxın perspektivdə Kəlbəcərdə, Cəbrayılda, Şuşada, Xankəndidə və başqa rayonlarda da ən müasir seysmoloji məntəqələrin və stansiyaların yaradılması, həmin bölgədə elmi-tədqiqat işlərinə başlanılması nəzərdə tutulur.

    Qeyd etməliyəm ki, artıq Respublika Seysmoloji Xidmət Mərkəzinin 2021-ci ildə yerinə yetirəcəyi iş planlarına Qarabağda çox böyük həcmdə seysmoloji-geofiziki layihələrin icrası ilə bağlı məsələlər salınıb

    Qarabağ ərazisində dövlət əhəmiyyətli iri qurğular, su anbarları, elektrik stansiyaları vardır. Biz yaxın gələcəkdə bu qurğuların seysmik dayanıqlılığını öyrənməyi də planlaşdırırıq. Həmçinin, yeni tikiləcək obyektlərin ərazilərinin seysmikliyinin təyinində, ekoloji layihələrin icrasında yaxından iştirak edəcəyik.

    Mərkəzinin Mingəçevir, Taxtakörpü su anbarlarının seysmik dayanıqlılığının qiymətləndirilməsində, su bəndinin torpaq hissəsində, anbardan çəkilmiş kanalların keçdiyi yerlərdə sürüşmə, uçqun meyilli sahələrin müəyyən edilməsinə dair beynəlxalq səviyyədə icra olunmuş çox yüksək texnologiyalar və emal proqramları əsasında icra etdiyi layihələr vardır. Bizim mütəxəssislər bu işlərin görülməsində xeyli təcrübə qazanıb.

    Mərkəzin ABŞ, Kanada istehsalı olan müasir, yüksək dəqiqlikli maqnitometrlər, qravimetrlər, mühəndisi seysmik işləri aparmaq üçün seysmik avadanlıqlar, müasir CPS sistemli cihazlar, meyilliliyi ölçən Tiltimetr və başqa ölçü avadanlıqları var ki, həmin avadanlıqlarla aparılan tədqiqat işləri zamanı mühüm nəticələr əldə edilir.

    Bundan başqa, hazırda tərəfimizdən işğaldan azad olunan Qarabağ ərazisində su hövzələri, onların su tutumu, hansı təyinatla istifadə edildiyi və hazırda seysmik dayanıqlılığı barədə araşdırmalar aparmaq üçün layihələr hazırlanır”.

    Q.Yetirmişli qeyd edib ki, hazırda Qarabağ ərazisində ümumilikdə 24 su anbarı var və bunların, demək olar, hamısı qəzalı vəziyyətdədir.

    “Bu su tutumlarından 22-si meliorasiya təyinatlı su anbarıdır, bir çoxunda balıqçılıq təsərrüfatı yaradılıb. Su anbarlarından ikisi isə Sərsəng və Suqovuşan enerji mənbəyi təyinatlıdır.

    Ermənilərin işğal təcavüzü hidroenerji təyinatlı su anbarlarının uzun illərdir seysmik dayanıqlılığını öyrənməyə imkan verməyib. Sərsəng su anbarı 50 MqVt, Suqovuşan -1 su anbarı 4.8 MqVt və Suqovuşan -2 su anbarı isə 3 MqVt gücə malikdir.

    Sərsəng su anbarı 1976-cı ildə Tərtərçayın üzərində, indiki Tərtər rayonu ərazisində inşa edilmişdir. Bu anbarın su tutumu 565 mln m-dir. Onun istifadəyə yararlı olan tutumu 495 mln m, bəndinin hündürlüyü 126 m və uzunluğu 550 m-dir.

    Sərsəng su anbarı bəndinin hündürlüyünə görə, ən hündür bənddir. Sərsəng su anbarından buraxma sistemi ilə “Sərsəng” HES istiqamətinə saniyədə 70 m su buraxıla bilir. Sərsəng su anbarından şərqə Suqovuşan su anbarı yerləşir. Bu su anbarı da Sovet dönəmində inşa edilib və bu anbar kənd təsərrüfatında suvarma məqsədilə də istifadə edilirdi.

    Bundan əlavə, Qarabağ ərazisində Ağdam rayonunda Xaçın çayı üzərində yerləşən Xaçın su anbarı, Qarabağın cənubunda Füzuli rayonu yaxınlığında Varanda çayı üzərində eyni vaxtda üç su anbarı, “Varanda-1”, “Varanda-2”, “Varanda-3” Sovet dövründə inşa edilib” .

  • İşğaldan azad olunmuş ərazilərin əkin dövriyyəsinə cəlb ediləcək vəsait AÇIQLANDI

    2021-ci ilin dövlət büdcəsində kənd təsərrüfatı bölməsi üzrə 943 milyon manat vəsait nəzərdə tutulub.

    Oxu.Az-ın Maliyyə Nazirliyi tərəfindən təqdim edilən “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə əsasən verdiyi məlumata görə, bu vəsait 2020-ci illə müqayisədə 45,4 milyon manat və ya 5,1 faiz çoxdur.

    Həmin vəsait hesabına kənd təsərrüfatı tədbirləri üçün 496,3 milyon manat, baytarlıq tədbirləri üçün 30 milyon manat, meliorasiya, irriqasiya və suvarma sistemlərinin maliyyə təminatı üçün 405,8 milyon manat, kənd təsərrüfatı üzrə digər müəssisə və tədbirlər üçün 10,9 milyon manat vəsait proqnozlaşdırılıb.

    Bildirilib ki, son 5 ildə (2016-2021-ci illər) bu xərclər 357,6 milyon manat və ya 61,1 faiz artıb.

    Eləcə də, aqrar sahədə aparılan islahat tədbirlərinə uyğun olaraq işğaldan azad olunmuş ərazilərdən yeni torpaqların əkin dövriyyəsinə cəlb edilməsi ilə bağlı tələb olunan əlavə xərclər də nəzərə alınmaqla Azərbaycan Respublikasında ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün 475,7 milyon manat vəsait proqnozlaşdırılır. Bildirilir ki, bu 2020-ci illə müqayisədə 65 milyon manat və ya 15,8 faiz çoxdur.

    Kənd təsərrüfatı sahəsinin maddi-texniki təminatının möhkəmləndirilməsi, regional aqrokimya laboratoriyalarının saxlanılması, bitki mühafizəsi sahəsində xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirlərinin, bitki sortlarının qeydiyyatı və toxum nəzarəti tədbirlərinin maliyyələşdirilməsi, kənd təsərrüfatı heyvanlarının və bitkilərinin sığortalanması xərclərinə üst-üstə 20,7 milyon manat məbləğində vəsait proqnozlaşdırılıb.