Month: December 2020

  • Biri şəhid, digəri isə qazi olan Ağahüseynli qardaşları – VİDEO

    Cəlilabad rayonunun Ocaqlı kəndinin Ağahüseynlilər ailəsində üç oğul övladı böyüyüb.

    Gün gəlir, onlar Vətən torpağını düşməndən təmizləmək üçün döyüşə yollanırlar.

    Evin böyük oğlu Ziya Ağahüseynli 2016-cı ilin Aprel döyüşlərində də iştirak edib. O, Vətən müharibəsində Füzuli uğrunda gedən döyüşlərdə qəlpə yarası alıb.

    Ziyanın kiçik qardaşı Səyyad Ağahüseynli isə bu müharibədə şəhid olub. O, topçu olsa da, döyüş meydanından şəhid və yaralıları çıxarmaq üçün can atıb. Elə oradaca güllə yarası alıb.

    Azərbaycan Televiziyası Ağahüseynlilər ailəsindən reportaj hazırlayıb.

    Həmin reportajı təqdim edirik:

  • SENSASSİON VİDEO! Qarabağda məhv edilən qaradərili hərbçilər kimdir? (18+)

    44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Ordusuna qarşı ermənilərin terrorçulardan istifadə etməsi barədə məlumat vermişdik.

    Median.Az oxu24.com-a istinadən xəbər verir ki, ermənilərin muzdlu terrorçulardan istifadə edtiyini sübut edən video görüntü yayılıb. Məhv edilən erməni terrorçuların görüntüsünü qeydə alan hərbçimiz bildirib ki, həmin şəxslər Suriyadan olan muzdlu terrorçulardır. Videoda bəzi hərbçilərin qara dərili olduğu da görünür.

    18+ videonu təqdim edirik:

    Əsəbi zəif olanlar baxmasın.

  • Cavid Qurbanov şəhid Xudayara şeir yazdı – VİDEO

    “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov şəhidimiz Xudayar Yusifzadəyə şeir həsr edib.

    Median.Az bakupost-a istinadən xəbər verir ki, Vətən Müharibəsinin parlaq simalarından biri olan Xudayar Yusifzadə ölümündən sonra Ali Baş Komandan İlham Əliyev tərəfindən “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. Onun şəhid olmazdan bir neçə gün öncə əsgərlərin əhatəsində oxuduğu “Vətən yaxşıdır” mahnısı qısa zamanda dillər əzbəri oldu.

    C.Qurbanovun şəhidimizə həsr etdiyi şeiri təqdim edirik:

  • Koronavirusu məhv edən təbii vasitə tapıldı

    Biyan kökündə mövcud olan qliserin turşusu koronavirusu məhv etmək qabiliyyətinə malikdir.

    Median.Az report-a istinadən xəbər verir ki, bu barədə Essen Universiteti Hospitalının “BioRxiv” portalında yerləşdirilən tədqiqatda məlumat verilir.

    Belə ki, biyan kökünun su ekstraktı 0,5-1 mg/l, yəni həmin bitkinin çayına nisbətən daha az miqdarda tarazlaşdırıcı təsirə malikdir. Ona görə də araşdırma müəllifləri koronavirusun müalicəsi üçün biyan kökü çayının faydalı ola biləcəyi qənaətinə gəliblər. Hərçənd bunu sübut etmək üçün biyan kökünün də, qliserin turşusunun da daha ətraflı tədqiqinə ehtiyac duyulduğu bildirilib.

    Qliserin turşusunun virusları məhv etmək xassəsi daha əvvəllər adi herpesin və bir sıra başqa virusların üzərində sübuta yetirilib.

  • Əhaliyə ŞAD xəbər: Prezident uşaqlarla bağlı fərman imzaladı

    Prezident İlham Əliyev “Sosial müavinətlər haqqında” qanuna təklif edilən dəyişiklikləri təsdiq edib.

    Median.Az xəbər verir ki, qanuna əsasən, övladlığa götürülən uşağa görə hansı halda müavinətin təyin ediləcəyi müəyyənləşib.

    Belə ki, qanuna dəyişiklik layihəsi ilə övladlığa götürülən uşağa görə müavinət valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 3-18 yaş arası uşağı, o cümlədən 0-18 yaş arası sağlamlıq imkanları məhdud uşağı övladlığa götürən şəxsə 2021-ci il yanvarın 1-dən sonra övladlığa götürülən uşaq üçün (uşağın övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi təqdim edildikdə) təyin olunacaq.

    Həmçinin, dövlət qulluqçularına ömürlük müavinət, yaşa görə müavinət, 18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə görə müavinət, ailə başçısını itirməyə görə müavinət, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətlərdən birini almaq hüququ olan şəxslərin övladlığa götürülən uşağa, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa görə aylıq müavinət almaq hüququ yarandıqda, həmin şəxslərə hər iki müavinət təyin ediləcək.

  • Скончалась народная артистка Азербайджана

    Сегодня скончалась народная артистка Азербайджана Сафура Ибрагимова.

    Как передает Report, об этом сообщают знакомые актрисы.

  • Xalq artisti Səfurə İbrahimova vəfat edib

    Azərbaycanın Xalq artisti Səfurə İbrahimova dünyasını dəyişib.

    “Report” xəbər verir ki, bu barədə aktrisanın tanışları məlumat yayıb.

    Qeyd edək ki, Safurə İbrahimova 1938-ci il dekabr ayının 27-də Bakıda doğulub. 1955-ci ildə 14 saylı orta məktəbi bitirib. 1955–1960-cı illərdə “Stalinneft”də, 44 saylı orta məktəbdə işləyib, dram dərnəyinə gedib. O, 1960-cı ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Birinci kursda oxuyarkən Akademik Milli Dram Teatrının repertuarında olan İslam Səfərlinin “Ana ürəyi” dramının tamaşasında Xatirə roluna dəvət edilib. Bundan sonra daha bir neçə rol oynayan tələbə-aktrisa 1961-ci il noyabrında Akademik teatrın truppasına daxil olub və 2005-ci ilə qədər bu teatrda işləyib.

    1967-ci ildə Novruz bayramı keçirilərkən ilk bahar qızı Səfurə İbrahimova olub. O, “Arşın mal alan”, “Dərviş Parisi partladır”, “Bizim Cəbiş müəllim”, “Qaynana” və digər bədii filmlərdə rol alıb.

    Səfurə İbrahimova 1984-cü ildə Azərbaycan SSR dövlət mükafatı laureatını, 2002-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adını alıb.

    Allah rəhmət eləsin!

  • Rəqibin üzünə tüpürən futbolçuya sərt cəza verildi

    Almaniyanın “Borussiya” (Mönhenqladbax) klubunun futbolçusu Markus Tyuramın cəzası açıqlanıb.

    “Report” Almaniya Futbol İttifaqının rəsmi saytına istinadən xəbər verir ki, Bundesliqanın XIII turunun “Hoffenhaym”la oyununda (1:2) rəqib komandanın futbolçusu Ştefan Poşun üzünə tüpürdüyü üçün qırmızı vərəqə alan 23 yaşlı hücumçu biri şərti olmaqla, 6 oyunluq diskvalifikasiya olunub.

    Cəza çempionat və ölkə kubokunun matçlarına aiddir. Fransalı forvard həmçinin 40 min avro məbləğində cərimələnib.

    Qeyd edək ki, Markus Tyuram Fransa millisinin heyətində dünya (1998) və Avropa (2000) çempionu olmuş Lilian Tyuramın oğludur.

  • DİN: Gəncədə sürücünün cərimələnməsi görüntüləri araşdırılıb

    “Sosial şəbəkələrdə Gəncə şəhərinin çıxışındakı stasionar polis postunda sürücünün əsassız cərimələnməsi ilə bağlı yayılan görüntülər Gəncə şəhər Baş Polis İdarəsində araşdırılıb.

    Bu barədə “Report”a DİN Mətbuat Xidmətindən bildirilib.

    Məlumata görə, dekabr ayının 17-də Emin Əliyev özünəməxsus “KamAZ” markalı yük avtomobili ilə müvafiq icazəsi olmadan hərəkət etdiyi üçün stasionar polis postunda saxlanılıb. Polisin qanunu tələblərinə əməl etməyən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimini pozan şəxs barəsində qanunvericiliyə uyğun olaraq, İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə 200 manat miqdarında cərimə olunub:
    “Vətəndaşın tibbi maska ilə bağlı səsləndirdiyi fikirlər və digər iddialar əsassızdır, həqiqəti əks etdirmir”.

  • Dövlət Komissiyasının əhaliyə dəymiş ziyanın qiymətləndirilməsi üzrə iclası keçirilib

    Bu gün Baş nazir və Dövlət Komissiyasının sədri Əli Əsədovun sədrliyi ilə Azərbaycan Respublikasının Prezidentinin 06 noyabr 2020-ci il tarixli “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncamının icra vəziyyətinə dair məsələlərə həsr olunmuş müşavirə keçirilib.

    Müşavirədə Dövlət Komissiyasının üzvləri iştirak ediblər.

    Müşavirədə indiyə qədər görülmüş işlər müzakirə olunub və qalan məsələlərin qısa müddətdə başa çatdırılması və Prezidentin Sərəncamında göstərilmiş müddətdə təqdim olunması barədə müvafiq tapşırıqlar verilib