Month: December 2020

  • Türkiyədə koronavirusdan daha 254 nəfər ölüb

    Türkiyədə son 24 saatda daha 254 nəfər koronavirusdan ölüb.

    Bu barədə “Haber Global” məlumat yayıb.

    Son sutka ərzində Türkiyədə koronavirusa 19103 yeni yoluxma qeydə alınıb. Ölkədə ağır xəstələrin sayı 5192 olub.

  • “YAŞAT” Fondu hesabat açıqladı

    Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “YAŞAT” Fondunun ilk 10 günündə görülən işlər barədə hesabatını açıqlayıb.

    Dövlət Agentliyindən verilən məlumatda deyilir:

    “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə “YAŞAT” Fondu yaradılıb. Fondun əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.

    – Fondun fəaliyyətinin təşkili ilə bağlı Tədbirlər Planı təsdiq edilib, müvafiq icra qrupu müəyyən edilib. Azərbaycan Beynəlxalq Bankında Azərbaycan manatı və 5 xarici valyutada (ABŞ dolları, rubl, lirə, avro, funt sterlinq ) Fonda hesablar açılıb.

    – Bütün şəhid ailələrinin yaşadıqları ünvanlar müəyyənləşdirilib, yaralananlarla bağlı siyahılar üzrə işlər isə yaxın günlərdə tam yekunlaşacaq.

    – Vətən müharibəsində şəhid olmuş və yaralanmış şəxslərin ailələlərinə baş çəkmək üçün “ASAN xidmət” əməkdaşlarından və könüllülərindən ibarət bütün rayonları əhatə edən 69 qrup formalaşdırılıb və onlar müvafiq təlimlərə cəlb edilərək ünvanlara baş çəkməyə başlayıblar. Həmçinin qruplar planşetlərlə təmin olunub və bütün zəruri ehtiyaclar elektron qaydada qeydə alınır.

    – Bu kateqoriyadan olan 1500-dən çox ailəyə baş çəkilib, zəruri ehtiyacları müəyyən edilib və ilkin yardımlara başlanılıb.

    – Şəhid və yaralıların ailələrinə baş çəkilməsi zamanı dəqiqləşdiriləcək informasiyalardan ibarət vahid anket forması hazırlanıb. Fondun sosial şəbəkələrdə rəsmi səhifələri yaradılıb.

    – İnternet portalının yaradılması prosesi sürətlə davam etdirilir. Portalda ianə edənlərin və yardım olunan şəxslərin şəxsi kabineti olacaq. Hər bir yardım barədə foto və videomateriallar portalda yerləşdiriləcək.

    – “YAŞAT” Fondunun işinin təşkili “ASAN xidmət”də çalışan şəhid ailələrinin üzvləri və qazilərə havalə olunub.

    – “YAŞAT” Fondunun bank rekvizitləri ilə http://vxsida.az/az/annouces/1493 keçidi vasitəsi ilə tanış olmaq olar”.

  • İkiqat olimpiya çempionu narkotikə görə həbs edildi

    Xizək idmanı üzrə ikiqat olimpiya çempionu Petter Nortuq azadlıqdan məhrum edilib.

    “Report” xəbər verir ki, evində narkotik maddə aşkarlanan norveçli idmançı yol hərəkəti qaydalarını pozmaqda da ittiham olunur.

    Bu səbəbdən məhkəmə 34 yaşlı xizəkçinin 7 ay müddətinə həbsinə qərar verib.

    Qeyd edək ki, P.Nortuq eyni zamanda 13 qat dünya çempionudur. O, 2 dəfə Dünya Kubokunun qalibi olub.

  • Мировые бизнес- гиганты поддержали разработку водородного самолета

    Калифорнийский стартап, который обещает сделать полеты с нулевым выбросом углерода реальностью, получил вотум доверия от инвесторов мирового уровня.

    Как передает Report со ссылкой на CNN Business, ZeroAvia, компания, разрабатывающая водородно-электрическую технологию для питания авиационных двигателей и систем, 16 декабря сообщила, что получила 21,4 млн долларов США от Amazon, Shell и Breakthrough Energy Ventures — компании, основанной Биллом Гейтсом в 2015 году. Стартап также привлек 16,3 млн долларов США от правительства Великобритании и сотрудничает с British Airways с тем, чтобы помочь британской авиакомпании ускорить переход с ископаемого топлива на водород.

    Таким образом, основанная три года назад ZeroAvia всего за неделю дополнительно привлекла 37,7 млн долларов США финансирования.

    «Важные достижения… позволяют авиационной отрасли начать переход от ископаемого топлива. И авиация, и финансовые рынки начинают осознавать, что водород — единственный реальный путь к крупномасштабным коммерческим полетам с нулевым уровнем выбросов», — заявил генеральный директор ZeroAvia Вал Мифтахов.

    Авиакомпании сталкиваются с растущим давлением, требующим решения проблемы быстрого роста выбросов парниковых газов, способствующей глобальному потеплению и климатическим бедствиям. По данным Airbus, водородное топливо имеет решающее значение для декарбонизации воздушного транспорта, поскольку может снизить выбросы углерода в авиации на 50%.

    Компания ZeroAvia планирует коммерциализировать свою технологию уже в 2023 году, совершив полеты на расстояние до 500 миль (804 км) на самолетах пассажировместимостью до 20 мест, которые обычно используются в региональной авиации. В ближайшие 10 лет стартап намерен осуществить полеты на расстояние более 1 000 миль (1 609 км) на самолетах пассажировместимостью свыше 100 мест.

    Мифтахов сказал, что более 10 авиакомпаний готовятся внедрить технологию компании в 2023 году.

    «Авиационная трансмиссия ZeroAvia с нулевым уровнем выбросов обладает реальным потенциалом для декарбонизации авиационного сектора. Мы надеемся, что эти инвестиции ускорят темпы инноваций», — заявила вице-президент Amazon по вопросам глобальной устойчивости во всем мире Кара Херст.

    Инвестиции Amazon были сделаны через собственный Фонд климатических обязательств, который был создан в 2019 году, чтобы помочь ей самой и другим компаниям достичь нулевых чистых выбросов углерода к 2040 году, т.е. на 10 лет раньше срока, оговоренного Парижским соглашением по климату. В частности, в следующем году Amazon начнет использовать электрические развозные фургоны.

    Инвестиции Royal Dutch Shell были сделаны через Shell Ventures, которая инвестирует в компании, работающие в сфере возобновляемой энергетики.

    Как сообщалось ранее, в конце июня в Англии совершил полет первый пассажирский самолет на топливных ячейках. Он был разработан и построен ZeroAvia.

    В середине июня европейский авиапромышленный концерн Airbus показал три концепты водородных пассажирских самолетов.

  • Hidrogenli təyyarə layihəsi böyük şirkətlərin dəstəyini aldı

    ABŞ-ın Kaliforniya ştatında yerləşən “ZeroAvia” şirkəti hidrogen-elektrik əsaslı təyyarə mühərrikləri yaratmağı qarşıya məqsəd qoyaraq dünya sərmayə bazarının nəhəngləri tərəfindən dəstək aldı.

    “Report” “CNN Business”ə istinadən xəbər verir ki, “Zero Avia” bir həftə bundan əvvəl “Amazon”, “Shell”, “Breaktrough Energy Ventures” şirkətlərindən 21,4 milyon ABŞ dolları, habelə Böyük Britaniya hökumətindən 16,3 milyon ABŞ dolları vəsait aldığını, bu yöndə “British Airways”lə əməkdaşlıq etdiklərini bildirib.

    Bu vəsait 2023-cü ilədək 500 milədək məsafəyə uçuşlarda istifadə olunacaq hidrogenli mühərrikə malik 19 yerlik təyyarə hazırlanmasına sərf ediləcək. Qarşıdakı 10 il ərzində isə 1 000 mildən artıq məsafə qət edə bilən 100 nəfərdən artıq sərnişin daşıyan təyyarə ərsəyə gətirmək hədəflənir.

    “Zero Avia” şirkətinin baş direktoru Val Miftəxov təqdim etdikləri texnologiyanı 2023-cü ilədək 10-dan artıq hava yolu şirkətinin tətbiq etməyə hazır olduğunu bildirib.

    Bu ilin sentyabr ayında “Zero Avia”nın “HyFlyer I” layihəsi çərçivəsində hazırladığı 6 yerlik hidrogenli təyyarə aşağı hündürlükdə uçmuş, yerə enmiş, yenə də qalxıb dövrə vurmuşdu. Şirkət 6 yerlik təyyarə ilə 250 milədək məsafə qət etməyi nəzərdə tutur.

  • Daha 488 tələbə təhsil haqqından azad edildi

    İşğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda Vətən Müharibəsinin və COVİD-19 pandemiyası ilə gərgin mübarizənin davam etdiyi bu günlərdə də vətəndaşlarımızın, o cümlədən gənclərin təhsil, inkişaf, sosial rifah məsələlərini diqqət mərkəzində saxlayan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq göstərişinə sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı gənclərin təhsil xərclərinin maliyyələşdirilməsi ilə bağlı Gənclər Fondunun elan etdiyi müsabiqənin nəticələri məlum oldu.

    Gənclər Fondundan daxil olan məlumata görə, cari ilin 5 noyabr – 3 dekabr tarixlərində ərizə qəbulu həyata keçirilən müsabiqəyə 31 dövlət təhsil müəssisəsi və onların doqquz filialı, həmçinin 54 orta-ixtisas təhsil müəssisəsindən ümumilikdə 1446 müraciət daxil olub. Müraciət edənlərdən 118-i magistr, 1239 bakalavr və 89 isə orta-ixtisas təhsili alan tələbələrdir.

    Tərəfdaş qurumlar ilə birlikdə müraciətçinin təqdim etdiyi sənədlər, eləcə də müvafiq rəy əsasında təhsil göstəriciləri və sosial həssas kateqoriyaya uyğunluğu meyarları əsasında aparılan qiymətləndirmə nəticəsində 488 tələbənin təhsil haqqının qarşılanmasına qərar verilib. Müsabiqə üzrə qalib olan tələbələrin tam siyahısı ilə linkdən tanış ola bilərsiniz.

    Qeyd edək ki, Gənclər Fondu tərəfindən 2018 və 2019-cu illərdə keçirilən müsabiqələr əsasında 662 nəfər tələbənin təhsil haqqı borcları dövlət hesabına qarşılanıb.

    Bu günədək Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə bir sıra sosial həssas kateqoriyadan olan tələbələr təhsil haqqından azad edilib, həmçinin yeni növ koronavirus pandemiyası ilə əlaqədar minlərlə tələbənin təhsil xərcləri dövlət tərəfindən ödənilib. Ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan və yüksək təhsil göstəriciləri ilə fərqlənən gənclərin təhsil xərclərinin Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən qarşılanması üzrə müsabiqə də bu istiqamətdə həyata keçirilən tədbirlərin tərkib hissəsidir.

  • Qazi Xaliq İsgəndərli: “Dedim, komandir, ayaqlarım yoxdur” – VİDEO

    Daşkəsənin Bayan kəndində dünyaya göz açan Xaliq İsgəndərli Vətən müharibəsi başlayan zaman xalqımızın əksər nümayəndələri kimi düşünmədən döyüşlərə qatılıb.

    Baku TV xəbər verir ki, qazimiz Şuşakənd istiqamətində gedən döyüşlərdə şücaət göstərib. Əvvəl bir ayağından, sonra isə digər ayağından yaralanaraq, doqquz saat yaralı halda qalıb. Unuda bilmədiyi anlardan biri də yaralı vəziyyətdə komandirinin onu və digər əsgərləri döyüş nöqtəsindən çıxarması olub:

    “Ayağımdan yaralandım, yeriyə bilmirdim. Uşaqlar məni səngərə saldı ki, vurmasınlar. Doqquz saat orada qaldım. Komandirim gəldi. Dedim, komandir, ayaqlarım yoxdur. Dedi ki, ayağın yerindədir, narahat olma, sizi buradan çıxaracağıq. Heç vaxt yadımdan çıxmaz bu. Qarabağ alınanda çox sevinirdim. Yeriyə bilmirdim, amma baxırdım, çox sevinirdim”

    İsgəndərli ailəsi birinci Qarabağ döyüşlərində də vətənə şəhid verib. Qardaşını itirən qazimizin atası artıq qürurludur. O, Vətən oğulları sayəsində xalqımızın qisasının alındığını deyir. Bu gün qazimiz Xaliq müalicə olunur. Səhhəti yaxşılığa doğru dəyişir. Yaraları sağalan Xaliq İsgəndərli yenidən hərbiyə qayıtmağı düşünür.

  • İsrail xarici vətəndaşların ölkəyə girişinə qadağa qoyur

    Dekabrın 23-dən etibarən İsrail xarici vətəndaşların ölkəyə girişinə qadağa qoyur və ölkəyə qayıdan ölkə vətəndaşları üçün xüsusi mərkəzlərdə məcburi karantin elan edir.

    Bu barədə TASS İsrailin Baş naziri Benyamin Netanyahuya istinadən məlumat yayıb.

    “Koronavirusla bağlı hökumət komissiyasının iclası indicə başa çatdı. Mən ölkə səmasının bağlanması barədə dünən axşam qərar qəbul etdim. Xarici vətəndaşlar diplomatlar kimi istisnalar olmaqla ölkəyə gələ bilməyəcək”, – deyə B.Netanyahu qeyd edib.

  • Rusiya nümayəndə heyəti Azərbaycanda “Sputnik V” peyvəndinin istehsalını müzakirə edəcək

    Rusiya nümayəndə heyəti Azərbaycanda Rusiyanın “Sputnik V” peyvəndinin istehsalını, eləcə də “Sputnik V” – “AstraZeneca” peyvəndi ilə birləşməsinin klinik sınaqlarını müzakirə edəcək.

    “RİA Novosti”nin məlumatına görə, bu barədə “R-Pharma”nın təsisçisi və direktorlar şurasının sədri Aleksey Repik deyib.

    Onun sözlərinə görə, proqram yalnız Rusiyada deyil, bir sıra ölkələrdə də inkişaf etdiriləcək:

    “Hazırda biz klinik tədqiqat layihəsini müzakirə etmək üçün Azərbaycan Respublikasına uçuruq, Yaxın Şərq ölkələri, Müstəqil Dövlətlər Birliyinin digər ölkələri də iştirak edə bilər”, – deyə “R-Pharma”nın təsisçisi bildirib.

    “İlk növbədə, əlbəttə “Sputnik” peyvəndi istehsalı üçün lazım olan yeni birləşmənin (“AstraZeneca” peyvəndi ilə) klinik tədqiqatları, həmçinin Azərbaycan Respublikasının ixtisaslaşdırılmış tibbi gücündən, əczaçılıq qabiliyyətlərindən istifadə imkanlarıdır. Təbii olaraq bu barədə də danışacağıq”.

  • Ermənilərin uzun illər vəhşicəsinə istismar etdiyi Zod qızıl yatağı ilə bağlı RƏSMİ AÇIQLAMA

    “Ermənistanın Azərbaycan torpaqlarını uzun illər ərzində işğal altında saxlaması və bu dövrdə ərazidə düşmənin müxtəlif texnogen fəaliyyəti, döyüş əməliyyatlarının aparılması ətraf mühitə çox ciddi ziyan vurub. Filiz və qeyri-filiz yataqları talan edilib, heç bir texnoloji normalar qorunmadan istismar olunub”.

    Bunu Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, müxbir üzvü Qurban Yetirmişli bildirib.

    Onun sözlərinə görə, Kiçik Qafqazın strateji əhəmiyyətli mineral yataqları, qızıl yataqları xarici şirkətlərlə birgə istismar edilib, Azərbaycanın milli sərvəti talan edilib:

    “Qarabağ ərazisində Yer qabığının geoloji-tektonik quruluşu son dərəcə mürəkkəbliyi və müxtəlifliyi burada geniş spektrdə faydalı qazıntıların yayılmasına səbəb olub. İşğaldan əvvəl sənaye əhəmiyyətli yataqların proqnoz resursları qiymətləndirilib, çoxsaylı filiz və qeyri-filiz mineral xammal təzahürləri müəyyən edilib.

    Metal faydalı qazıntılar xrom, mis, polimetal, qızıl, civə və sürmə yataqları ilə təmsil edilir. Filizlərin tərkibində əsas metallarla yanaşı, həmçinin, gümüş, molibden, nikel, vismut, tellur, selen, kadmium və s. qiymətli metallar müşahidə edilir. Adıçəkilən filiz yığımlarından ən çox əhəmiyyət kəsb edən qızıl yataqlarıdır.

    Söyüdlü (Zod), Ağdüzdağ, Ağzabir-Qızılitən, Qızılbulaq və Vejnəli yataqları işğal dövründə xarici şirkətlərlə birlikdə ermənilər tərəfindən qanunsuz olaraq istismar edilib, bununla da iqtisadi və ekoloji baxımdan ölkəmizə əhəmiyyətli dərəcədə ziyan vurulub. Ümumiyyətlə, Qarabağın bütün faydalı qazıntı yataqları yenidən işlənməli və həmin yataqlarda kompleks tədqiqatlar aparılmalıdır.

    Ehtiyatları təsdiq edilmiş qeyri-metal faydalı qazıntı yataqları, işğal edilmiş Qarabağ ərazisində dağ-kimyəvi, kükürd kolçedanı, soda xammalı və zinət daşları, həmçinin ümumi ehtiyatları on milyon kubmetrlərlə ölçülən mişar, üzlük və inşaat daşları, sement xammalı, mineral boyalar, inşaat kərpici üçün xammal, beton doldurucuları və yol-tikinti xammalı kimi inşaat materialları ilə təmsil edilir.

    Şahbulaq əhəngdaşı yatağı, Əsgəran mergel yatağı, Ağçay, Harov, Zərinbax, Yemişcan və Gülablı mərmərləşmiş əhəngdaşı yataqları, Çıldıran tuf yatağı, Çiləbürt gəc yataqları və s. intensiv olaraq ermənilər tərəfindən istismar edilmiş, alınan məhsulların əksəriyyəti isə regiondan kənara çıxarılıb”.

    O qeyd edib ki, Kəlbəcər rayonu özünün zəngin filiz və qeyri-filiz faydalı qazıntıları ilə seçilir:

    “Azərbaycan geoloqlarının səyi nəticəsində burada Söyüdlü, Ağduzdağ, Zərqulu, Ağzıbir, Qızılitən, Qazıxanlı, Qalaboynu və s. qızıl, xromit, volfram, mis, molibden, qurğuşun və məmulat daşları, mineral boyalar, üzlük daşı, müxtəlif cür tuf yataqları aşkar edilib. Söyüdlü – Zod qızıl mədəni tarixə uzun əsrlərdir məlumdur.

    Zod qızıl yatağının istismarı eramızın III minilliyinə təsadüf edir. Söyüdlü sahəsində 1970-80-ci illərdə aparılan geoloji kəşfiyyat işləri vaxtı qədim dağ qazmaları, mağaralar, quyular, qədim suxur çöküntüləri və qədim filiz qırıntılarından ibarət ayrı-ayrı təpəciklər və qızıl istehsal edən alətlər onu sübut edir ki, insanlar 4-5 min il əvvəl buralarda qızıl istehsal ediblər. Zar kəndi isə tarixdə “Şəhrizər”, yəni qızıl şəhəri adı ilə məşhur olub.

    Zod yatağının ümumi ərazisinin 70 faizi Azərbaycanın Kəlbəcər, 30 faizi isə Ermənistanın Basarkeçər (Vardenis) rayonunun ərazisindədir. Yataq 1951-ci ildə “Qafqazqızılkəşfiyyat” İdarəsi tərəfindən aşkar olunub, yatağın əksər hissəsinin Kəlbəcər rayonu ərazisində yerləşməsinə baxmayaraq, kəşfiyyat işləri Ermənistan SSR Geologiya İdarəsi və Ermənistan Əlvan Metallurgiya İdarəsi tərəfindən aparılıb.

    Yatağın 23 filiz damarından cəmi yeddisinin Ermənistan ərazisində yerləşməsinə baxmayaraq, keçmiş SSRİ Nazirlər Soveti yanında fəaliyyət göstərən Dövlət Ehtiyatlar Komissiyasında ermənilər tərəfindən təqdim edilmiş geoloji materiallarda və xəritələrdə bilərəkdən saxtakarlığa yol verilib, Zod yatağının bütövlükdə Ermənistana aid olması qəbul edilib.

    Yatağın istismarına 1976-cı ildən başlanılıb. 2007-ci ildən 2020-ci ilə qədər istismar işlərinə GeoProMining şirkəti rəhbərlik edib”.

    “Ağduzdağ yatağı Zar çayının yuxarı axarında Kəlbəcər çökəkliyinin şimal hissəsində yerləşir. Yataq Şurtan, Zəylik, Qaraarxacçay qızıl təzahürləri ilə birlikdə Şərqi Göyçə silsiləsi ilə Tərtər çayı arasında geniş bir sahəni əhatə edir.

    Yataq qızıl-kvars formasiyasına aid olub, vulkan tiplidir. Yataq cavan mioplisen yaşlı hidrotermal mənşəli qızıl filizi yataqlar qrupuna aiddir. Yataq ərazisində geniş yayılmış törəmə kvaristlər müəyyən dərəcədə qızıllıdır.

    Yataq ərazisində sulfidləşmiş hidrotermal dəyişilmiş zonalar da geniş yayılmışdır. Filiz kütlələri yerləşən zonaların uzunluğu 15-20 m-dən 2 km-ə, eni isə 150-200 m-ə qədərdir.

    Mehmana filiz rayonu Qızılbulaq qızıl-mis-kolçedan sahəsi Ağdərə ərazisində Sərsəng SES-in sağ sahilində yerləşir və Mehmana filiz rayonunda ən perspektivli sahə sayılır. Qızıl saxlayan mis-kolçedan formasiyası bazalt maqmatizmi ilə əlaqədardır. Filiz kütləsinin xeyli hissəsi damar minerallarından (kvars və karbonatlardan) ibarətdir. Qızılbulaq filizlərində saxlanılan qızılın əsas hissəsi sərbəst haldadır.

    Beləliklə, qeyd etmək istəyirəm ki, artıq işğaldan azad edilmiş Azərbaycan Respublikası ərazilərində ehtiyatları təsdiq olunmuş 163 müxtəlif növ faydalı qazıntı yatağı, o cümlədən: 5 qızıl, 7 civə, 2 mis, 1 qurğuşun və sink, 1 daş kömür, 6 gəc, 4 vermikulit, 1 soda istehsalı üçün xammal, 12 əlvan və bəzək daşları (obsidian, mərmərləşmiş oniks, yəşəm və s.), 10 mişar daşı, 21 üzlük daşı, 9 gil, 20 sement xammalı, 8 müxtəlif növ tikinti daşları, 6 əhəng xammalı, 10 qum-çınqıl, 4 tikinti qumu, 1 perlit, 8 pemza-vulkan külü, 16 yeraltı şirin su və 11 mineral su yataqları mövcuddur. Bu yataqların hər birinin işlənməsində, istismarında mühəndisi seysmik işlərin yerinə yetirilməsində yaxından iştirak edəcəyik.

    Bundan başqa, Respublika Seysmoloji Xidmət Mərkəzi tikinti işləri üçün ən vacib olan seysmik rayonlaşma və mikrorayonlaşma istiqamətində də Qarabağ ərazisində genişmiqyaslı işlər görməyi də planlaşdırır”, – deyə direktor əlavə edib.