Month: December 2020

  • Ağsuda icazəsiz kafe işlədən rayon sakini saxlanıldı

    Ağsu rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon bazarı ərazisinə məxsus kafeni icazəsiz işlədən yerli sakin, 39 yaşlı Əliyev Salman Ədalət oğlu saxlanılıb.

    “Report” xəbər verir ki, bundan başqa kafedə olan müştərilər olmaqla, ümumilikdə 14 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin müvafiq bəndinə əsasən polis əməkdaşları tərəfindən cərimlər tətbiq olunub.

    Hazırda Ağsu rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirirlər.

  • Bakıda ana iki azyaşlı övladı ilə birlikdə özünü dördüncü mərtəbədən atdı

    Bakıda intihara cəhd hadisəsi baş verib.

    “Report”un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

    1991-ci il təvəllüdlü Cəfərova Nigar Musa qızı və onun dörd yaşlı oğlu – 2016-cı il təvəllüdlü Manafov Hüseyn Cavid oğlu, habelə qadının digər azyaşlı oğlu (adı dəqiqləşdirilir-red) özlərini yaşadıqları binanın dördüncü mərtəbəsindən atıblar.

    Ağır bədən xəsarətləri alan yaralılar xəstəxanaya çatdırılıblar. Ananın və övladlarının vəziyyətlərinin ağır olduğu bildirilir.

    Hadisənin təfərrüatı araşdırılır.

  • В Азербайджане скончался известный художник – ФОТО

    Преподаватель художественного колледжа и Академии художеств имени Азима Азимзаде Вагиф Уджатай скончался после продолжительной болезни.

    Об этом сообщила Сумгайытская государственная картинная галерея.

    Allah rəhmət eləsin!

  • Azərbaycanda tanınmış rəssam vəfat etdi – FOTO

    Əzim Əzimzadə adına Rəssamlıq kollecinin və Rəssamlıq Akademiyasının müəllimi Vaqif Ucatay uzun sürən xəstəlikdən sonra vəfat edib.

    Bu barədə Sumqayıt Dövlət Rəsm Qalereyası məlumat yayıb.

    Allah rəhmət eləsin!

  • 2021-ci ildə neftin bir barelinin orta qiyməti açıqlandı – RƏSMİ

    2021-ci il üçün büdcə gəlirlərinin hesablanması zamanı neftin bir barelinin orta qiyməti 40 ABŞ dolları səviyyəsində götürülüb.

    Oxu.Az-ın Maliyyə Nazirliyi tərəfindən təqdim edilən “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə əsasən verdiyi məlumata görə, “Brent” markalı neftin 1 barelinin orta qiymətinin 40 ABŞ dolları civarında olacağı və ən azı növbəti bir ildə də neftin qiymətlərində kəskin artımın nəzərə çarpmayacağı proqnozlaşdırılır.

    Bildirilib ki, neftin bir barelinin satış qiyməti 35 ABŞ dollarına enərsə, neftin qiymətindəki azalmanın dolayı yolla qeyri-neft sektoruna təsirləri nəticəsində dövlət büdcəsinin qeyri-neft gəlirləri üzrə 0,5 faiz olmaqla, ümumilikdə dövlət büdcəsinin gəlirlərində proqnozla müqayisədə 1,3 faiz azalma ola bilər.

    Qeyd edilib ki, neftin bir barelinə görə orta qiymət göstəricisi pandemiya fonunda dünya iqtisadiyyatında davam edən qeyri-müəyyənliklər, eləcə də dəyişkən neft qiymətləri nəzərə alınaraq ortamüddətli dövr ərzində büdcə siyasəti və fiskal çərçivə məhz yeni qlobal çağırışlara və iqtisadi reallıqlara uyğun formalaşdırılıb.

  • Bakıda gənc oğlan bıçaqlandı

    Bakıda bıçaqlanma hadisəsi baş verib.

    “Report”un məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb.

    Qaraçuxur qəsəbəsində 1996-cı il təvəllüdlü Quliyev Abbas Əli oğlu mübahisə zəminində tanışı tərəfindən bıçaqlanıb.

    Yaralı xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

    Hadisənin təfərrüatı araşdırılır.

  • В Шуше начало работу первое хлебобулочное и кондитерское предприятие – ФОТО

    В освобожденном от оккупации городе Шуше начало работу первое хлебобулочное и кондитерское предприятие.

    Как сообщили Oxu.Az в Агентстве по развитию малого и среднего бизнеса, предприятие, состоящее из производственной площадки и магазина, является первым субъектом предпринимательства, который начал свою деятельность в освобожденном от оккупации городе Шуше.

    Государственную поддержку открытию производственной площадки и магазина оказало Агентство по развитию малого и среднего бизнеса при Министерстве экономики. Так, была оказана государственная поддержка на приобретение оборудования для производства хлебобулочных и кондитерских изделий и организации предприятия.

    На предприятии, расположенном рядом с мечетью, ежедневно производится 8 тысяч штук хлеба и кондитерских изделий.

    В настоящее время на производственной площадке работают 6 человек. В дальнейшем предприятие будет наращивать производственные мощности, ассортимент выпускаемой продукции и численность работников. Производимые здесь хлебобулочные и кондитерские изделия предоставляются нашим офицерам и солдатам бесплатно.

  • Qarabağda əsgərlərə siqareti pulnan satan şəxslərin VİDEOSU ETİRAZLA QARŞILANDI

    Sosial şəbəkələrdə yayılan video narazılıq yaradıb.

    Median.Az
    xəbər verir ki, yayılan videoda bir qrup şəxsin əsgərlərə siqaret satması əks olunub. Qeyd olunan video böyük qınağa səbəb olub.

    Həmin videonu təqdim edirik:

  • Ramiz Rövşəndən şəhid ailəsinə ev bağışlaması xəbəri ilə bağlı AÇIQLAMA

    Xalq şairi Ramiz Rövşən ona Prezident İlham Əliyev tərəfindən ad günü münasibətilə verilən evi şəhid ailəsinə bağışlaması haqqında xəbərlərə münasibət bildirib.

    Məsələ ilə bağlı Sabah.az-a açıqlama verən Ramiz Rövşən şəhidlərimizə, qazilərimizə hamımızın borclu olduğunu deyib:

    “Şəhid və qazi ailələrinin qeydinə qalmaq həm dövlətin, həm də hər birimizin borcudur. Amma hədiyyəni hədiyyə etməzlər”.

    Şair eyni zamanda qeyd edib ki, tezliklə onun vasitəçiliyi ilə bir şəhid ailəsi mənzillə təmin olunacaq.

  • Əsgərimizə işgəncə verən ermənini hərbçilərimiz ƏSİR GÖTÜRDÜ – VİDEO

    Sosial şəbəkələrdə əsir düşən Azərbaycan əsgərinə işgəncə verən erməni hərbçinin videosu yayılıb.

    Median.Az xəbər verir ki, görüntülərdə həmin erməninin hərbçilərimiz tərəfindən əsir götürüldüyü görünür:

    //panoram.az