Month: December 2020

  • ÜZÜCÜ XƏBƏR: Hamının axtardığı əsgərin şəhid xəbəri gəldi

    Vətən müharibəsində itkin düşən daha bir əsgərimizdən xəbər var.

    Median.Az sonxeber.az-a istinadən xəbər verir ki, neçə müddətdir itkin kimi bilinən döyüşçümüz şəhid olub.

    Şəhidin nəşi dəfn olunmaq üçün doğulduğu Şəmkirin Çaparlı kəndinə gətirilib. Şəhidin adının Elbrus olduğu bildirilir.

    Allah şəhidimizə rəhmət eləsin.

  • В Ереване произошли столкновения с участием советника Пашиняна

    В Ереване около военного кладбища “Ераблур” произошло столкновение между сторонниками и противниками премьер-министра Армении Никола Пашиняна.

    Об этом сообщает Report со ссылкой на армянскую прессу.

    Среди участников потасовки в видеоматериале Hraparak.am есть и советник премьер-министра Армении Роберт Гукасян.

    Напомним, что в Ераблуре собралось большое количество участников войны и родных погибших в Карабахской войне, которые заявили, что не позволят Пашиняну войти в военный пантеон. Они встретили Пашиняна, скандируя “Пашинян предатель”. Полицейские силой оттесняли протестующих.

  • Yerevanda Paşinyanın müşaviri və tərəfdarlarının iştirakı ilə toqquşmalar olub

    Ermənistanın paytaxtı Yerevanın “Yerablur” hərbi panteonunda bu gün hökumət tərəfindən keçirilən matəm yürüşündə toqquşmalar olub.

    Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.

    Kütləvi davanın Ermənistanın baş naziri Nikol Paşinyanın tərəfdarları ilə panteona baş çəkən vətəndaşlar arasında baş verdiyi bildirilir.

    “Hraparak.am”da yerləşdirilən videomaterialda dava iştirakçıları arasında Nikol Paşinyanın müşaviri Robert Qukasyanın da yer aldığı əks olunub.

    Qeyd edək ki, bu gün “Yerablur”da Qarabağ müharibəsi iştirakçıları və müharibədə həlak olanların yaxınları toplaşıb. Onlar bildiriblər ki, Paşinyanın “Yerablur”a daxil olmasına imkan verməyəcəklər. Narazılar baş naziri “Satqın Paşinyan” şüarları ilə qarşılayıblar. Bu zaman narazılarla baş nazirin tərəfdarları arasında toqquşmalar olub. Polis əməkdaşları müharibə iştirakçılarını, ölən hərbçilərin yaxınlarını və Paşinyana qarşı etiraz edən başqa vətəndaşları sıxışdırıblar.

  • Seyran Ohonyan: “Ermənistan SSRİ sərhədlərini tanıyırsa, deməli, Qarabağdan imtina edir”

    “Sovet İttifaqının sərhədlərini tanıyırsınızsa, deməli, “Artsax”ı (Dağlıq Qarabağ-red) Azərbaycanın bir hissəsi hesab edirsiniz?”

    Bu fikirləri Ermənistanın keçmiş Müdafiə naziri Seyran Ohanyan parlament sədri Ararat Mirzoyana ünvanladığı müraciətdə vurğulayıb.

    Median.Az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yazıb. Məlumatda deyilir ki, ”Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan Ermənistan parlamentinin sədri Ararat Mirzoyana açıq məktub ünvanlayıb. Müraciətdə deyilir: “Cənab Mirzoyan, Ermənistan parlament idarəetmə formasına sahib bir dövlətdir və siz parlamentin rəhbərisiniz, ixtisasca tarixçisiniz. Bu gün dövlətimizin sərhədləri Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryana görə, Sovet İttifaqının sərhədlərini qeyd etmək üçün Syunikdə (Zəngəzur-red) çəkilir.

    Onda sizə 3 sualım var:

    1․ Sovet İttifaqının 32 ildən bəri mövcud olmayan sərhədlərini tanıyırsınız? 1921-ci ildə Erməni “Artsaxı”nın Stalinin əmri ilə Sovet Azərbaycana necə köçürüldüyünü tarixdən bilirsiniz?

    2. Sovet İttifaqının sərhədlərini tanıyırsınızsa, deməli “Artsax”ı Azərbaycanın bir hissəsi hesab edirsiniz?

    3. Düşünmürsənmi ki, dövləti 32 il geri çəkərək, erməni xalqının azadlıq mübarizəsini, “Artsax” müharibəsini bir heçə çevirdiniz. Müstəqil Ermənistan tarixinin məhv edilməsində və ümumiyyətlə, Ermənistanın sivil dünyada “yaramaz ölkəyə” çevrilməsində iştirakçı oldunuz? “//konkret.az

  • Vaxtilə ermənilərin azərbaycanlı əsirlərə etdiyinin bumeranq effekti – VİDEO

    Azərbaycan hərbçilərinin erməni əsirlərə “Cücələrim” mahnısını oxutması videosu yayılıb.

    Həmin görüntülər 1992-93-cü illərdə çəkilmiş başqa bir videonu xatırladıb:

    Ermənilərin azərbaycanlı əsirlərə “Əsgər marşı”nı oxudub, addımlatmasını.

    Bumeranq effektli görüntüləri təqdim edirik:

  • Мать погибшего армянского солдата подошла к Пашиняну: «Твой сын здесь, а мой в могиле»

    Во время траурного шествия в военном пантеоне «Ераблур» в Ереване одна из матерей, потерявших в войне сыновей, в слезах обратилась к премьер-министру Армении Николу Пашиняну, сообщает «Новости Армения».

    «Почему ты забрал моего единственного сына? Мой очаг разрушен. Я прошу тебя, прими меня, мне есть о чем поговорить с тобой. Это не политическое, Никол, прошу. Никол, дай слово, что я увижусь с тобой. В следующий раз ты увидишь меня у Давиташенского моста, обещаю. Никол, мой сын, как и твой, должен был быть здесь, но он в могиле», – сказала женщина.

    После этих слов Никол Пашинян, поручил взять контакты женщины и долго молча слушал ее.

    «Он был моим единственным ребенком, моим царем. Я знаю, что ты не виноват, но моя жизнь бессмысленна. Мне наплевать на политику, но я потеряла самое дорогое, даже если ты дашь миллион, это не спасет. У меня даже нет дома, я потеряла все: и ребенка, и дом», – сказала она.

  • Məhəmməd Füzulinin Füzuli şəhərinin mərkəzindəki heykəlinin qalıqları tapılıb – FOTO

    Füzuli şəhərinin mərkəzində dahi Azərbaycan şairi Məhəmməd Füzulinin şərəfinə ucaldılmış abidə aşkar edilib.

    APA-nın Qarabağa ezam olunmuş əməkdaşları abidəni dağılmış vəziyyətdə tapıblar.

    Abidə vaxtilə Füzuli şəhərinin mərkəzində ucaldılıb. Heykəl parçalanaraq hissələrə ayrılıb, tamamilə yararsız haldadır. Heykəlin yerləşdiyi parkın ərazisi cəngəlliyə çevrilib.

    Xatırladaq ki, heykəl 1970-ci ildə qoyulub.

    Qeyd edək ki, Füzuli rayonu və şəhəri 27 il sonra işğaldan azad edilib. Bu müddət ərzində erməni işğalçıları rayonda evləri, sosial-məişət obyektlərini, mədəniyyət və tarixi abidələri yertlə-yeksan ediblər. Azərbaycan Prezidenti İlham Əliyev Füzuli şəhəri işğaldan azad olunduqdan sonra bildirmişdir ki, orada Azərbaycan bayrağının sancılması üçün bir bina belə tapılmayıb.

  • “SMS” icazənin 4 saat olması ilə bağlı VACİB AÇIQLAMA

    Azərbaycanda “sms icazə” bildiyimiz kimi 3 saatlıq müddəti əhatə edir. Operativ Qrargahın təsdiqlədiyi karantin qaydalalarında insanlar tibbi, ərzaq ehtiyaclarını və s. bu müddətdə etməlidirlər. Çox vaxtı ayrılmış bu vaxt heç kimə bəs etmir. Bunu demək üçün avtobus dayanacaqlarına baxmaq kifayətdir. Yəni mənzil başına çatmaq üçün saatlarla dayanacaqda gözləmək və ünvana çatmaq ayrılmış həmin saata bəs edir.

    “Sms icazə”nin saatının artırılacağı müzakirə mövzusudur. Yən bu müddət 4 saatı əhatə edə bilərmi?

    Median.Az bildirir ki, bununla bağlı deputat Fazil Mustafa Sonxeber.az-a danışıb:

    “Bu məsələlərlə bağlı səsləndirdiyimiz təklifləri nə dinləyən, nə də əhəmiyət verən var. Ona görə də bu məsələ ilə bağlı fikir söyləməyi də doğru hesab etmirəm. Biz deputat olaraq təkliflərimizi səsləndirib, veririk. Düşünürük ki, yalnız cərimələri artırmaqla məsələ həll olunmaz. Vətəndaşıların bütün kateqoriyasını düşünmək lazımdı. Bü gün kiminsə işlətdiyi mağazaya 3 saat müddətində müştəri daxil ola, ya olmaya. Bunu bağlamağın nə əhəmiyyəti var?

    Sms icazənin 4 saat olması məsələsi bir az əsaslandırılmış məsələdir. Avtobus gözləmək, postlardan keçmək xeyli vaxt aparır. Bizdə ictimai nəqliyyat və başqa sektorlar elə də mükəmməl vəziyyətdə deyil ki, vətəndaşın Avropada olduğu kimi hansısa vaxt müddətində harasa çatmasını təmin etsin. Hər halda müəyyən məhdudiyyətlər lazımdır, amma bu məhdudiyyət ciddi şəkildə düşünülməlidir ki, insanlar yoxsullaşmasın. Fərdi qaydada çalışan yüzlərlə insan var. Onlar bir gün işləməyəndə və evinə çörək apara bilməyəndə ona sosial müavinət da verilmir. Nəticədə, bu adam ac qalmalıdır. İnsan da ac qalanda xəstələnir.

    Mürəkkəb məsələdir. Məsələnin sistemli, daha oturuşmuş qaydada tətbiq edilməsi ənənəsi hiss olunmur. Belə olsaydı, cəmiyyətdən gələn təklifləri diqqətlə izləyib, qərarlar verərdilər. Optimal qərarların verilməsi lazımdır ki, əhali həm virusdan qorunsun, həm də maddi cəhətdən yoxsullaşmasın”.

  • Koronavirusun YENİ NÖVÜ – Daha tez yayılır və tez öldürür – VİDEO

    Bütün dünyanı əhatə edən COVİD-19 epidemiyasının qarşısını almaq üçün aparılan araşdırmalar sona çatdığı zamanda İngiltərədən qorxulu açıqlama gəlib.

    BAKU.WS “haberler”ə istinadən xəbər verir ki, ilk dəfə 2019-cu ilin dekabrında Çinin Yuhan şəhərində yayılan və qısa müddətdə bütün dünyanı təsir altına alan yeni tip koronavirus epidemiyası (COVİD-19) səbəbiylə dünya miqyasında 1 milyon 684 mindən çox insan ölüb, 76 milyondan çox insan isə yoluxub.

    Professor Kris Vittiy, mutasiyaya uğramış yeni COVİD-19 növünün daha sürətli yayıldığını və ölümcül olduğunu bildirib.

    O mutasiya nəticəsində ortaya çıxan koronavirusun yeni növünün daha sürətli yayıla biləcəyini söyləyib.

    Hazırda bu yeni növün daha ölümcül olduğuna və ya mövcud peyvəndlərə və müalicələrə təsir göstərə biləcəyinə dair hələ bir dəlil yoxdur.

    Ancaq bu fikri açıq şəkildə təsdiqləmək üçün təcili araşdırmalara ehtiyac var deyə bildirib.

    Həmçinin, İngiltərədəki xəstəxanaların yataq tutumunun yüzdə 90-nın dolu olduğu açıqlanıb.

  • Tanınmış aktrisaya ağır itki – FOTO

    Tanınmış aktrisa Xəyalə Quliyevaya ağır itki üz verib.

    Median.Az xəbər verir ki, aktrisanın anası dünyasını dəyişib.

    O, sosial media hesabında paylaşım edərək yazıb:

    “Nur üzlü anam. Niyə belə tələsdin? Məkanın cənnət olsun “. 

    Qeyd edək ki, Xəyalə Quliyevanın anası şəkərli diabet və təzyiqdən əziyyət çəkirdi. //sfera.az