Month: December 2020

  • İranda koronavirusa yoluxma baxımından yüksək riskli şəhərlərin sayı sıfıra enib

    İran Prezidenti Həsən Ruhani ölkədə tətbiq edilən məhdudiyyətlər sayəsində koronavirusa yoluxma baxımından ən yüksək risk səviyyəsinə daxil olan “qırmızı” kateqoriyadakı şəhərlərin sayının sıfıra endiyini açıqlayıb.

    Bu barədə “Hürriyet” yazıb.

    “Son iki ayda xalq, işçilər, nəqliyyat və ailələr əməkdaşlıq edib. Noyabrın əvvəlində çox narahat idik. 160 şəhər “qırmızı” kateqoriyada idi. Ancaq indi bu say sıfıra bərabərdir. Bu xalqımızın səylərinin nəticəsidir”, – deyə H.Ruhani bildirib.

  • Şuşada çörək və şirniyyat müəssisəsi fəaliyyətə başladı

    Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və şanlı ordumuzun şücaəti sayəsində işğaldan azad olunmuş Şuşa şəhərində ilk çörək və şirniyyat müəssisəsi fəaliyyətə başlayıb.

    “Report” xəbər verir ki, istehsal sahəsi və mağazadan ibarət müəssisə işğaldan azad olunmuş Şuşada ilk sahibkarlıq subyektidir.

    “Azcake” MMC-yə məxsus istesal sahəsinin və mağazanın açılmasına dövlət dəstəyi İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən təmin edilib. Belə ki, çörək və şirniyyat məhsullarının istehsalı üçün avadanlıqların alınması və müəssisənin qurulması üçün “Azcake” MMC-yə dövlət dəstəyi göstərilib.

    Şuşa Məscidinin yaxınlığında yerləşən istehsal sahəsində gündəlik olaraq 8 min ədəd çörək və şirniyyat məhsulları istehsal edilir. Hazırda müəssisədə 6 nəfər işçi çalışır.

    Gələcəkdə müəssisə istehsal gücünü, məhsulların çeşidini və işçi sayını artıracaq. Burada istehsal olunan çörək və şirniyyat məhsulları zabit və əsgərlərimizə pulsuz verilir.

  • Министр обороны Азербайджана выразил соболезнование российской стороне

    Министр обороны Азербайджанской Республики генерал-полковник Закир Гасанов направил письмо с выражением соболезнования Министру обороны Российской Федерации генералу армии Сергею Шойгу.

    Об этом Report передает со ссылкой на Министерство обороны.

    В письме говорится: “Глубоко опечален известием о гибели офицера Вооруженных Сил Российской Федерации при разминировании участка дороги в окрестностях города Шуша.

    От имени личного состава Азербайджанской Армии и от себя лично хочу выразить искренние соболезнования семье, родным и близким погибшего.

    Вместе с Вами скорбим по поводу произошедшей трагедии”.

  • Azərbaycanın Müdafiə naziri rusiyalı həmkarına başsağlığı verdi

    Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyquya başsağlığı ünvanlayıb.

    “Report” xəbər verir ki, başsağlığıda deyilir: “Şuşa şəhərinin yaxınlığındakı yol sahəsini minalardan təmizləyərkən Rusiya Federasiyası Silahlı Qüvvələrinin zabitinin həlak olması xəbəri məni dərindən kədərləndirdi.
    Azərbaycan Ordusunun şəxsi heyəti və şəxsən öz adımdan həlak olan zabitin ailəsinə, əzizlərinə və yaxınlarına başsağlığı verirəm.
    Baş vermiş faciədən Sizinlə birlikdə kədərlənirik”.

  • Bakıda avtomobil naməlum piyadanı vurdu

    Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

    A.M.Şərifzadə küçəsində yolu piyadalar üçün nəzərdə tutulmayan yerdən keçən orta yaşlı kişini (şəxsiyyəti dəqiqləşdirilir-red) “Mercedes” markalı, 90 MJ 783 dövlət nömrə nişanlı avtomobil vurub. Nəticədə piyada xəsarət alıb.

    Əraziyə polis əməkdaşları cəlb edilib, yaralının təxliyəsi həyata keçirilir.

  • Şuşadan ilk BİRBAŞA TV BAĞLANTISI – VİDEO

    Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə işğaldan azad edilən Şuşa şəhərində bərpa işlərinə başlanılıb.

    İlk dəfə olaraq Azərbaycan Televiziyası (AzTV) Şuşaya ezam olunmuş əməkdaşı ilə birbaşa bağlantı yaradaraq, şəhərdə görülən işlər haqqında tamaşaçılara məlumat verib.

    Jurnalist bildirib ki, işğal müddətində Şuşadakı mədəniyyət abidələrinə zərər dəyib. Eyni zamanda, bir çox tikililər dağıdılıb.

    Ölkə başçısının göstərişi ilə işğaldan azad edilən şəhərimizdə abadlıq-quruculuq işlərinə başlanılıb. AzTV-nin əməkdaşı diqqətə çatdırıb ki, quruculuq işlərini həyata keçirmək üçün ilkin olaraq 60 nəfərlik işçi heyət yaradılıb.

  • Bakı sakinlərinə küçəyə çıxmamaqla bağlı xəbərdarlığın səbəbi bilindi – FOTO

    Koronavirusa yoluxanlarının sayında kəskin artımın olması nəzərə alınaraq, bu gün Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxt ərazilərdəki əsas küçə, prospekt və yollarda artıq 18-ci dəfə həyata keçirilən əlavə gücləndirilmiş dezinfeksiya işləri zamanı ümumilikdə 554 küçə dezinfeksiya olunub.

    Bu barədə BŞİH məlumat yayıb.

    Görülən bu işlər Bakı şəhərində sakinlərimizin həyatının təhlükəsizliyinə yönəldilən tədbirlərin bir hissəsi olaraq mütəmadi davam etdiriləcək.

    Vətəndaşlarımızdan bir daha xahiş olunur ki, koronovirusun daha çox yayılmasına imkan verməmək üçün karantin qaydalarına ciddi riayət etsinlər.

    Qeyd edək ki, dünən dezinfeksiya işləri ilə əlaqədar olaraq, Bakı sakinlərinə ehtiyac olmadığı təqdirdə küçəyə çıxmamaqla bağlı xəbərdarlıq edilmişdi.

  • Əfqanıstan Prezidentinin müşaviri Azərbaycana gələcək

    Əfqanıstan Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Hamdullah Mohib və Prezident Administrasiyasının rəhbəri Mohammad Şakir Kargarın rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 20-22-də Bakıda səfərdə olacaq.

    Əfqanıstanın Azərbaycandakı səfirliyindən bildirilib ki, səfərin məqsədi Əfqanıstanla Azərbaycan arasında siyasi və iqtisadi münasibətlərin hazırkı səviyyəsi barədə fikir mübadiləsi aparmaq, təhlükəsizlik sahəsində əməkdaşlığın perspektivlərini müzakirə etməkdir.

    Nümayəndə heyətinin yüksək səviyyəli görüşləri planlaşdırılır.

  • Daha bir azərbaycanlı baş məşqçidə COVID-19 tapıldı

    “Səbail” klubunun baş məşqçisi Aftandil Hacıyev koronavirusa (COVID-19) yoluxub.

    Bu barədə Oxu.Az-a klubun mətbuat xidmətinin yeni rəhbəri Mehriban Mürsəlova məlumat verib:

    “Sabah keçirəcəyimiz “Keşlə” ilə oyun öncəsi test verdik. Futbolçularda testin nəticəsi neqativ çıxdı. Təəssüf ki, yalnız baş məşqçimiz Aftandil müəllimdə testin nəticəsi pozitiv göstərdi. Onda virusun yüngül simptomları var. Bu səbəbdən də o, sabahkı matçda texniki zonada yer almayacaq və iki həftə komandadan ayrı qalacaq”.

    Qeyd edək ki, çempionatda autsayder olan “Səbail” sabah Azərbaycan Premyer Liqasının XII turu çərçivəsində “ASK Arena”da “Keşlə”nin qonağı olacaq. Matç saat 16:00-da başlayacaq.

    Xatırladaq ki, daha əvvəl Premyer Liqa klublarının baş məşqçilərindən Qurban Qurbanov və Yunis Hüseynovda koronavirus aşkarlanıb.

  • Qazi Elçin Səmədovun ailəsinə ev verildi – FOTO

    Müharibədə çoxsaylı qəlpə yarası almış Elçin Səmədovun ailəsinin (Qəbələ) ağır məişət şəraiti olan vaqon evdə yaşadığı nəzərə alınmaqla, sosial tərəfdaşın dəstəyi ilə ailənin mənzillə təmin edilməsi qərara alınıb.

    Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, nazirliyin sosial tərəfdaşı olan şirkət tərəfindən ailəyə artıq üçotaqlı mənzil təqdim edilib.

    Elçinin anası isə işsiz olduğu üçün öz istəyi ilə sosial xidmət sahəsində işlə təmin edilib.