Month: December 2020

  • “Sosial bağlar” layihəsi: Daha 250 aztəminatlı ailə üçün intensiv meyvə bağları salınır

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin birgə həyata keçirdiyi “Sosial bağlar” layihəsi üzrə 11 rayonda daha 250 aztəminatlı ailə üçün intensiv meyvə bağları salınır.

    Nazirlikdən verilən məlumata görə, hazırda bağ təsərrüfatlarının salınması üçün seçilən sahələr köhnə bar verməyən ağaclardan, kötüklərdən, daşlardan təmizlənir. Həmçinin sahələr şumlanaraq əkin üçün hazırlanır, çəpərlənir, sahələrə su xətləri çəkilir, suvarma sistemləri qurulur, tinglər əkilir.

    Layihə çərçivəsində müxtəlif relyefə, coğrafi əraziyə və struktura malik ümumilikdə 110 hektar torpaq sahəsinə 80 mindən çox müxtəlif məhsuldar meyvə tinglərinin əkilməsi nəzərdə tutulur. Sahələrdə müasir damla suvarma sistemlərinin qurulması da təmin olunacaq.

    Layihə iştirakçılarına aqrotexniki qulluq, məsləhət xidmətlərinin göstərilməsi, logistika və hazır məhsulun satışının təşkili mərhələlərində də dəstək göstəriləcək.

    Qeyd edək ki, layihə çərçivəsində son iki ildə 375 aztəminatlı ailə üçün bağçılıq təsərrüfatları yaradılıb.

  • Yevlaxda karantin rejimini pozan kafe aşkar edildi – VİDEO

    Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejiminin tələblərini pozan kafe aşkarlanıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Yevlax RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində karantin qaydalarına zidd olaraq müştərilərə yerində fəaliyyət göstərən kafe aşkar edilib.

    Kafedə olanlardan dörd nəfər barəsində inzibati qaydada cərimələr tətbiq olunub. Kafenin sahibi Şahin Məmmmədov barəsində isə protokollar tərtib edilərək baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilib.

  • Kürdəmir sakini intihar edib

    Kürdəmirdə intihar hadisəsi baş verib.

    “Report” xəbər verir ki, hadisə rayonun Xırdapay kəndində qeydə alınıb.

    Belə ki, kənd sakini 42 yaşlı Məmmədov Qalib Abdulhəmid oğlu işlədiyi qəssabxananın yanındakı yarımtikilidə özünü asaraq intihar edib. Meyiti müayinə etmək üçün onu Səhiyyə Nazirliyinin Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparıblar. Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

    Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.

  • МВД: За нарушение карантинного режима в течение суток оштрафованы более 2,5 тыс. человек

    С целью предотвращения распространения COVID-19 усилен карантинный контроль на въезде/выезде в пять городов и 12 районов Азербайджана, на специально установленных постах сотрудники полиции и военнослужащие Внутренних войск продолжают контрольно-профилактические проверки, сообщает пресс-служба МВД.

    18 декабря 2020 года были пресечены попытки проезда через указанные посты 1 921 транспортного средства без оформления соответствующего разрешения.

    Также в этот день в отношении 2 655 человек за нарушение правил карантинного режима были применены административные взыскания.

  • DİN-dən karantin postlarında müşahidə olunan vəziyyətlə bağlı AÇIQLAMA

    Koronavirusun yayılmasının qarşısının alınması məqsədilə sərt karantin rejiminin tətbiq edildiyi beş şəhərin və 12 rayonun giriş və çıxışlarında quraşdırılmış xüsusi postlarda polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən nəzarət-profilaktiki yoxlamalar davam etdirilir.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    2020-ci ilin dekabrın 18-də həmin postlardan müvafiq icazə olmadan keçməyə cəhd göstərən 1921 nəqliyyat vasitəsi müəyyən olunaraq geri qaytarılıb.

    Eləcə də, qeyd olunan müddətdə ölkə üzrə karantin rejimi qaydalarını pozan 2655 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

    Bu istiqamətdə həyata keçirilən bütün tədbirlər əhalinin təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir.

    Ona görə də vətəndaşlardan tətbiq edilən izolyasiya tədbirlərini anlayışla qarşılamalarını, zərurət olmadan yaşayış yerlərini tərk etməmələrini xahiş edirik.

  • 36 koronavirus xəstəsi evi icazəsiz tərk edib

    COVID-19-un kütləvi yayılmasının qarşısının alınması məqsədilə daxili işlər orqanlarının əməkdaşları tərəfindən dekabrın 18-də respublikamızın ərazisində 36 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək evə qaytarılıb.

    Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, 30 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

    İstintaq araşdırmaları davam etdirilir.

  • ARB-nin efirində TƏBİB sərt tənqid edildi – VİDEO

    ARB TV-nin efirində yayımlanan “Günə doğru” verilişində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tənqid edilib.

    Bildirilib ki, TƏBİB tərəfindən vətəndaşlara hansı boş xəstəxanaların olması, dərmanlarla bağlı məlumat verilmir.

    Həmçinin, qeyd olunub ki, TƏBİB-in mətbuat xidməti ilə əlaqə saxlamaq mümkün deyil.

  • Ukrayna Ermənistana məhdudiyyət tətbiq etdi

    Ukrayna “qırmızı zona” ölkələri siyahısını bir daha yeniləyib. Bu dəfə siyahıya Ermənistanın adı da daxil edilib.

    Bu barədə “Nova Vlada” Ukraynanın Səhiyyə Nazirliyinin saytında yer alan xəbərə istinadla məlumat yayıb.

    Qeyd etmək lazımdır ki, “qırmızı zona”ya COVID-19-a yoluxma sayı Ukraynadakından daha çox olan ölkələr düşür.

    “Bu ölkələrdən Ukraynaya qayıtdıqdan sonra vətəndaşlar “Vdoma” tətbiqetməsindən istifadə edərək, 14 gün ərzində təcrid olunmalı və ya 24 saat ərzində bir PZR testi etməlidir.

    Testin cavabı mənfi olduqda özünü təcridə ehtiyac yoxdur”, – deyə məlumatda bildirilib.

  • Видеокадры из села Агдамкенд Агдамского района – ВИДЕО

    Министерство обороны Азербайджана распространило видеокадры из села Агдамкенд Агдамского района.

  • Uzun illər düşmən işğalında qalan Ağdamın kəndindən görüntülər – VİDEO

    Müdafiə Nazirliyi Ağdam rayonunun Ağdamkənd kəndindən videogörüntülər paylaşıb.

    Videonu təqdim edirik: