Month: December 2020

  • В Азербайджане выявлены 3 705 новых случаев инфицирования коронавирусом, скончались 42 человека – ФОТО

    В Азербайджане за минувшие сутки выявлены 3 705 новых случаев инфицирования коронавирусом, еще 4 210 человек вылечились и были выписаны домой.

    Об этом 19 декабря сообщает оперативный штаб при Кабинете министров.

    За минувшие сутки от COVID-19 скончались еще 42 пациента.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразились 199 127 человек, 2 175 из них скончались, 131 462 – вылечились, 61 490 – находятся в активной фазе лечения в больницах особого режима.

    В республике на сегодня проведены 2 049 239 тестов (за последние 24 часа – 17 931) на COVID-19.

  • Azərbaycanda daha 42 nəfər koronavirusdan öldü: 3705 yeni yoluxma – FOTO

    Azərbaycanda koronavirusa (COVID-19) 3705 yeni yoluxma faktı qeydə alınıb, 4210 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, 42 nəfər COVID-19-dan vəfat edib.

    Aktiv xəstə sayı 61 490 nəfərə çatıb.

    Ölkədə son sutka ərzində 17 931, hazırkı dövrədək isə 2049239 test aparılıb.

    Ümumi ölənlərin sayı 2 175 nəfərdir.

    Ümumi yoluxanların sayı 199 127 nəfər, ümumi sağalanların sayı 135 462 nəfərdir.

  • Видеокадры из села Ахмедавар Агдамского района – ВИДЕО

    Министерство обороны Азербайджана распространило видеокадры из села Ахмедавар Агдамского района.

  • “Ruhlar şəhəri”nin daha bir viran qalmış kəndi… – VİDEO

    Müdafiə Nazirliyi Ağdam rayonunun Əhmədavar kəndindən videogörüntülər yayımlayıb.

    Həmin görüntüləri təqdim edirik:

  • Dövlət qurumunun 11 əməkdaşı “Cəsur döyüşçü” medalı ilə təltif edildi

    Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Vətən Müharibəsində iştirak edən 5 449 hərbi qulluqçunun “Cəsur döyüşçü” medalı ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb.

    Sərəncama əsasən təltif edilənlər arasında “Azərişıq” ASC-nin Vətən Müharibəsində yaralanan 11 əməkdaşının da adı yer alıb.

    Ali Baş Komandanımızın qiymətləndirdiyi “Azərişıq” ASC-nin əməkdaşları Yusibov Elçin Nuru oğlu, Yahyayev Ceyhun Vüqar oğlu, Qafarov İlkin Polad oğlu, Quliyev Elçin Adil oğlu, Babayev Təhmin İntiqam oğlu, İsmayılov Ovçu Ramiz oğlu, Cəfərzadə Rəsul Səftər oğlu, Hidayətov Ramin Yelmar oğlu, Məmmədov Tural Ədalət oğlu, İsmayılov Seyidağa Zabit oğlu və Hamletzadə Hamlet Ruslan oğludur.

    Təltif edilən əməkdaşlarımızın 10-u əsgər kimi, biri, yəni Məmmədov Tural Ədalət oğlu isə leytenant kimi vətənin müdafiəsinə yollanıb.

    Qeyd edək ki, Azərbaycan Prezidentinin bir neçə gün öncə imzaladığı sərəncamla “Azərişıq” ASC-nin şəhid olan beş əməkdaşı “Vətən uğrunda” medalı ilə təltif edilmişdi.

    Qeyd edək ki, sentyabrın 27-də əks-hücum əməliyyatları ilə başlayan 44 günlük Vətən Müharibəsində “Azərişıq” ASC-nin 293 əməkdaşı iştirak edib. Onlardan altısı şəhidlik zirvəsinə yüksəlib, 23-ü isə yaralanıb.

  • Подготовлен видеоролик о достопримечательностях Кельбаджарского района

    Председатель Госагентства Азербайджана по туризму Фуад Нагиев в Twitter сделал публикацию об освобожденном от оккупации Кельбаджарском районе.

    “Кельбаджар с его древними памятниками, албанским наследием, целебными источниками, красивой природой и прекрасным рельефом имеет большой потенциал для развития различных видов туризма.

    Сегодня мы представляем достопримечательности Кельбаджара, освобожденного от вражеской оккупации.

    Карабах – это Азербайджан!”, – сказал он.


  • Cənnətdən bir guşə: Kəlbəcərin görməli yerləri – VİDEO

    Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev işğaldan azad olunan Kəlbəcər rayonu barədə paylaşım edib.

    O, bununla bağlı “Twitter” hesabında yazıb.

    “Kəlbəcər qədim abidələri, Alban irsi, müalicəvi bulaqları, gözəl təbiəti və möhtəşəm relyefi ilə turizmin müxtəlif növlərinin inkişafına imkan verəcək geniş potensiala malikdir.

    Bu gün düşməndən azad olunan Kəlbəcərin gəzməli-görməli yerlərini təqdim edirik.

    Qarabağ Azərbaycandır!”, – deyə o qeyd edib.


  • Азербайджанские фермеры вновь столкнулись с проблемами экспорта своей продукции на рынки России – ВИДЕО

    Фермеры из западной части Азербайджана не могут экспортировать свой урожай на российские рынки.

    Как сообщает Baku TV, подобная ситуация наблюдается почти во всех теплицах Шамкирского района. По словам предпринимателей, в качестве причины российская сторона указывает якобы наличие вредителей в продукции из Азербайджана.

  • Fermerlər məhsullarını Rusiya bazarına çıxara bilmir – VİDEO

    Azərbaycanın qərb bölgəsində fermerlər əkdikləri məhsulu Rusiya bazarına çıxara bilmir.

    Baku TV xəbər verir ki, mövcud vəziyyət Şəmkir rayonunda demək olar ki, bütün istixanalarda hökm sürür. Sahibkarların sözlərinə görə, Rusiya tərəfi səbəb kimi Azərbaycandan gələn məhsullarda guya hansısa xəstəliyin olduğunu göstərib.

  • Yeni İl münasibətilə yolka quraşdırıldıqdan sonra sökülüb? – AÇIQLAMA + FOTO

    Sosial şəbəkələrdə Sumqayıtda yeni il şənliklərinə hazırlıq getməsiylə bağlı foto yayılıb.

    Fotodan görünür ki, şəhərin simvolu olan “Sülh göyərçini” abidəsinin qarşısında ənənəvi Yeni İl yolkası quraşdırılıb. Yayılan yeni fotolarda isə ötən gecədən etibarən həmin yolkanın söküldüyü bildirilir.

    “Qafqazinfo” bununla bağlı Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlayıb.

    Bildirilib ki, hələ şəhərdə Yeni İllə bağlı hazırlıq işlərinə başlanılmayıb:

    “Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərdə hər hansı yolka quraşdırılmayıb. Hələlik şəhərin bəzədilməsiylə bağlı da hər hansı qərar qəbul olunmayıb. Ümumi hazırlıq işləri həyata keçirilir, lakin yekun qərar gələn həftə veriləcək”.

    Şəhərin mərkəzində yolkanın quraşdırılması və sökülməsinə gəlincə, İcra Hakimiyyətindən bundan xəbərsiz olduqları bildirilib.

    Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti ötən illərdə həyata keçirilən tədbirlərin yenidən icrası üçün Nazirlər Kabineti yanında operativ qərargahın qərarını gözlədiyini açıqlayıb.