Month: January 2021

  • Глава ИВ столичного района произвел новое назначение

    Приказом главы Исполнительной власти (ИВ) Насиминского района Баку Асифа Аскерова Рамиз Гулиев назначен его заместителем.

    Ранее Р.Гулиев возглавлял отдел по работе с регионами Госкомитета градостроительства и архитектуры.

  • İcra başçısından yeni təyinat

    Nəsimi Rayon İcra Hakimiyyətində (RİH) yeni təyinat olub.

    Bununla bağlı RİH-in başçısı Asif Əsgərov əmr imzalayıb.

    Əmrə əsasən, Ramiz Quliyev Nəsimi Rayon İcra Hakimiyyətinin başçısının müavini təyin edilib. O, artıq yeni vəzifəsinin icrasına başlayıb.

    Xatırladaq ki, R.Quliyev bu təyinata qədər Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsində Regionlarla İş şöbəsində şöbə müdiri vəzifəsində çalışıb.

  • В рабочей группе Координационного штаба обсудили проведение культурных мероприятий в Шуше

    Состоялось заседание рабочей группы по памятникам истории и культуры, учреждениям культуры на освобожденных территориях Азербайджана.

    Об этом говорится в сообщении Координационного штаба.

    В целях централизованного решения социально-экономических, гуманитарных, организационных и других неотложных вопросов на освобожденных территориях в соответствии с распоряжением Президента Азербайджана, а также регулирования деятельности в этой сфере был создан координационный штаб под председательством руководителя Администрации главы государства Самира Нуриева.

    При штабе функционирует межведомственный центр, состоящий из различных рабочих групп.

    Основным направлением деятельности одной из них – рабочей группы по памятникам истории и культуры и учреждениям – является определение текущего состояния культурных ценностей на освобожденных территориях, их классификация, оценка нанесенного ущерба, а также организация реставрации и охраны.

    В связи с выполнением намеченных работ под председательством руководителя межведомственного координационного центра, помощника Президента АР – завотделом Администрации главы государства по вопросам внешней политики Хикмета Гаджиева состоялось заседание рабочей группы.

    В нем приняли участие завотделом Администрации Президента по гуманитарной политике, вопросам диаспоры, мультикультурализма и религии Фарах Алиева, министр культуры Анар Керимов, министр образования Эмин Амруллаев, председатель Госкомитета по работе с религиозными структурами Мубариз Гурбанлы и другие.

    Было отмечено, что в настоящее время основными вопросами, стоящими на повестке дня, являются восстановление национально-культурного наследия азербайджанского народа на освобожденных территориях, реставрация памятников культуры и религии с учетом градостроительного регламента, организация их надежной охраны.

    На заседании также были рассмотрены вопросы, связанные с планомерным проведением в Шуше культурных мероприятий, в частности, Дней поэзии Вагифа и фестиваля “Хары бюльбюль”.

    Руководители госструктур, входящих в состав рабочей группы, проинформировали о запланированных работах на освобожденных от оккупации территориях, озвучили ряд дополнительных предложений.

  • Şuşada mədəni tədbirlərin keçirilməsi Əlaqələndirmə Qərargahının işçi qrupunda müzakirə edildi

    Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Tarix və mədəniyyət abidələri, mədəniyyət müəssisələri üzrə İşçi Qrupun iclası keçirilib.

    Bu barədə Əlaqələndirmə Qərargahının yaydığı məlumatda qeyd olunub.

    Nəzərdə tutulmuş işlərin icrası ilə əlaqədar İdarələrarası Əlaqələndirmə Mərkəzinin rəhbəri, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin sədrliyi ilə keçirilən iclasda Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət naziri Anar Kərimov, təhsil naziri Emin Əmrullayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və digər şəxslər iştirak ediblər.

    Qeyd edilib ki, hazırda işğaldan azad edilmiş ərazilərdə Azərbaycan xalqının milli-mədəni irsinin bərpası, mədəniyyət və dini abidələrin şəhərsalma qaydaları nəzərə alınmaqla yenidən qurulması, onların etibarlı mühafizəsinin təşkili gündəlikdə duran əsas məsələlərdir.
    İclasda Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşa şəhərində ardıcıl mədəni tədbirlərin keçirilməsi, xüsusilə Vaqifin poeziya günlərinin və “Xarı bülbül” festivalının təşkili ilə bağlı məsələlər də nəzərdən keçirilib.

    İşçi qrupun üzvü olan dövlət qurumlarının rəhbərləri işğaldan azad olunmuş ərazilərdə həyata keçirilməsi nəzərdə tutulan işlər barədə məlumat vermiş, bir sıra əlavə təkliflər səsləndirmişlər.

    Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, işğaldan azad edilmiş ərazilərdə sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin mərkəzləşdirilmiş qaydada həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Əlaqələndirmə Qərargahı yaradılıb. Qərargahın nəzdində müxtəlif işçi qruplardan ibarət İdarələrarası Mərkəz fəaliyyət göstərir.

    Həmin işçi qruplarından biri olan Tarix və mədəniyyət abidələri, mədəniyyət müəssisələri üzrə İşçi Qrupun əsas fəaliyyət istiqaməti işğaldan azad edilmiş ərazilərdə mədəni sərvətlərin hazırkı vəziyyətinin müəyyənləşdirilməsi, vurulmuş zərərin qiymətləndirilməsi, onların təsnifatının aparılması, habelə müvafiq qaydada bərpa işlərinin və mühafizənin təşkilidir.

  • Slovakiyada küçəyə çıxanlardan koronavirus testi tələb olunur

    Slovakiyada vətəndaşlar evdən çıxmaq üçün mənfi nəticəli koronavirus testi təqdim etmək məcburiyyətindədirlər.

    İHA xəbər verir ki, test tələbi bazara, həkimə və aptekə gedənlərə aid deyil.

    Bu qayda işə gedən və ya gəzmək üçün evdən çıxan şəxslərə şamil edilir.

    243 427 yoluxmanın aşkar edildiyi və bu günə qədər xəstəlikdən 4 411 nəfərin öldüyü ölkənin Baş naziri İqor Matoviç koronavirusla mübarizədə bütün vətəndaşların testdən keçirilməsinin yeganə təsirli üsul olduğunu bildirib.

    Hökumət koronavirus altında tətbiq etdiyi tədbirləri daha da sərtləşdirməyə qərar verib.

    Ölkədəki epidemiya ilə bağlı vəziyyətin hələ də narahatlıq verici olduğunu bildirən Slovakiya Səhiyyə naziri Marek Krajci deyib ki, təxminən beş milyon yarım əhalisi olan ölkədə hər gün təxminən 100 insan ölür.

  • Кямран Алиев произвел новое назначение

    В Генпрокуратуре произведены кадровые изменения.

    По приказу генпрокурора Кямрана Алиева заместитель начальника Управления исполнения вне уголовного преследования Генеральной прокуратуры Вугар Мамедзаде назначен заместителем начальника следственного управления Главного управления по борьбе с коррупцией при генпрокуроре.

  • Kamran Əliyevdən yeni TƏYİNAT

    Baş Prokurorluq orqanlarında kadr dəyişikliyi olub.

    Bu barədə Baş Prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

    Əmrə əsasən, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəis müavini Vüqar Məmmədzadə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinə rəis müavini təyin olunub.

  • Alman portalında ermənilər tərəfindən dağıdılmış kəndlər haqqında videoreportaj yayımlanıb – VİDEO

    Almaniyanın “Die Welt” qəzetinin onlayn platforması olan “welt.de” portalında Klemens Hirmke və Daniel-Dilan Bömerin müəllifliyi ilə “Mən qürurla geri dönəcəyəm” başlıqlı videoreportaj yerləşdirilib.

    AZƏRTAC xəbər verir ki, reportajda Azərbaycanın Tərtər rayonunun Şıxarx kəndi və ermənilər tərəfindən dağıdılmış Ağdam şəhərindəki vəziyyətdən bəhs olunur.

    Bildirilir ki, Azərbaycanın Şıxarx kəndinin sakinləri bu kəndə 1993-cü ildə Dağlıq Qarabağdan qovulma nəticəsində köçüblər və hazırda qovulduqları ərazinin qonşuluğunda yaşayırlar. Kənd sakini Akif Əhmədov azərbaycanlıların kəndə köçməsindən sonra burada öz evlərini inşa etdiklərini bildirir. O, həmçinin son müharibə zamanı gözündən və əlindən qəlpə yarası alıb.

    Digər kənd sakini Nəsibə Cabbarova ermənilər tərəfindən qovulan zaman bütün əmlaklarını tərk etdikləri ərazidə qoyub gəldiklərini və ermənilərin onların yurdunu zorla ələ keçirməyə cəhd etdiyini vurğulayır. O, həmçinin son müharibə zamanı ona məxsus evin ermənilərin raket hücumuna məruz qalmasından danışır.

    Şıxarx kəndinin sakinləri vətənlərinin işğaldan azad olunmasını məmnunluqla vurğulayır, sevinclə artıq qaçqın olmadıqlarını və geri qayıdacaqlarını bildirir, habelə buna görə Azərbaycan ordusuna və prezidentinə təşəkkür edirlər.

    Qeyd olunur ki, 2020-ci ilin payız aylarında baş vermiş müharibə zamanı Azərbaycan 1993-cü ildə Ermənistan tərəfindən işğal olunmuş Ağdam şəhəri də daxil olmaqla, bir sıra ərazilərini geri qaytarıb. Əlavə olunur ki, bir zamanlar Ağdamda 28 min əhali yaşayıb. 10 noyabr 2020-ci il tarixində əldə olunmuş razılaşmanın şərtlərinə əsasən ermənilər şəhəri tərk etməli olub. Hazırda ərazi sıx şəkildə minalanıb və oradakı binalar dağıdılıb. Vurğulanır ki, ərazinin minalardan təmizlənməsi bir neçə il davam edəcək.

    Videoreportajda Ağdam şəhərinin keçmiş sakini Məlahət Quliyeva doğma şəhərinin əvvəlki vəziyyəti barədə məlumat verir. O, yurd-yuvalarından qovulan zaman yaxın qohumlarından dördünün itkin düşdüyünü, dördünü isə dəfn etdiklərini qeyd edib.

  • Daşkəsəndə karantin rejimini pozan yeməkxana aşkarlandı

    Daşkəsəndə karantin rejimini pozan yeməkxana aşkarlanıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, Daşkəsən rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman rayon ərazisində Şahbaz Hüseynova məxsus yeməkxananın gizli şəkildə fəaliyyət göstərməsini aşkarlayıblar.

    Obyekt sahibi və müştəriləri polis şöbəsinə gətirilib və barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.

  • Qazaxıstanda latın hərflərinə uyğunlaşdırılmış yeni əlifba təqdim olundu – FOTO

    Qazaxıstan Milli Əlifba Komissiyası 2023-2031-ci illlərdə tədricən tətbiq ediləcək Latın hərflərinə uyğunlaşdırılmış yeni qazax əlifbasını təqdim edib.

    Türkiyənin “Hürriyyət” nəşrinin məlumatına görə, təqdimat Baş nazir Askar Maminın sədrliyi ilə keçirilən toplantıda baş tutub.

    “Əlifbanın təkmilləşdirilmiş versiyası qazax dilinin yayılmasına yeni bir təkan verəcək və müasirləşməsinə kömək edəcək”, – deyə A.Mamin bildirib.

    İclasda qeyd olunub ki, Əhməd Baytursunov adına Dilçilik İnstitutu tərəfindən hazırlanan əlifba “bir səs-bir hərf” prinsipinə əsaslanır.

    Latın hərflərinə uyğunlaşdırılmış yeni qazax əlifbasında 9-u sait olan 31 əsas hərf var. Ancaq əlifbaya daxil olmayan “x” və “w” kimi hərflər xarici mənşəli sözlərdə istifadə ediləcək.

    Bundan əlavə, Qazaxıstan türkcəsinə aid bəzi səslər cüt nöqtəli, uzantı, çəngəl və qısaltma işarəsi kimi işarələrlə müəyyənləşdiriləcək.

    Sözügedən əlifbanın hazırlanması prosesində 40-dan çox nümunə araşdırılıb. Həmçinin yeni əlifba ilə yazma və oxuma barədə sorğular aparılıb.

    Qeyd edək ki, 1940-cı ildən bəri Kiril əlifbasından istifadə edən Qazaxıstan 2017-ci ildə tədricən Latın əlifbasına keçməyə qərar verib.