Month: January 2021

  • Стали известны любимые города богачей – ФОТО

    По итогам 2020 года любимыми городами сверхбогатых людей (их еще называют ультрахайнетами) стали Цюрих, Копенгаген и Токио. Об этом пишет Daily Mail со ссылкой на исследование компании BARNES International, передает “Лента.ру”.

    Эксперты оценивали такие показатели, как возможность получения хорошего образования, налогообложение, экологическая ситуация, безопасность, развитие предпринимательства, культурный опыт и другие.

    Также специалисты назвали Майами, Стокгольм, Лондон, Париж, Женеву, Амстердам и Сидней. В 2019 году лидерами рейтинга были Париж и Нью-Йорк, однако позднее они сдали свои позиции. Причиной послужила пандемия коронавируса, поскольку многие люди покинули города в связи с удаленкой и неблагоприятной эпидемиологической обстановкой. Сыграли роль и массовые протесты, в частности, “желтые жилеты”.

    В двадцатку вошли Нью-Йорк, Вьенна (Франция), Сеул, Лос-Анджелес, Торонто, Мадрид, Монреаль, Осло и Монако. Москва опустилась с 48 места в 2019-м на 49, обойдя французский Бордо.

  • Planetin ən zəngin insanlarının sevimli şəhərləri açıqlanıb – SİYAHI

    2020-ci ilin sonunda dünyanın ən zəngin insanlarının sevimli şəhərləri Zürih, Kopenhagen və Tokyo olub.

    “Daily Mail” bu barədə “BARNES International”ın araşdırmasına istinadən xəbər verib.

    Bundan başqa Tokyo, Mayami, Stokholm, London, Paris, Cenevrə, Amsterdam və Sidneyin də adları siyahıya salınıb.

    2019-cu ildə reytinqin liderləri Paris və Nyu-York idi, lakin sonradan onlar koronavirus pandemiyası, həmçinin aksiyalar, o cümlədən “sarı jiletlilər”in etirazları səbəbindən mövqelərini itirdilər.

    İlk iyirmiyə Nyu-York, Vyana (Fransa), Seul (reytinqdə yenidir), Los-Angeles, Toronto, Madrid, Monreal, Oslo və Monako da daxil edilib.

  • Dubaya gələn turistlər üçün yeni qayda

    Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) Dubay hökuməti 31 yanvardan etibarən koronavirus pandemiyası səbəbindən xarici turistlərin giriş qaydalarını sərtləşdirməyə qərar verib.

    Bu barədə əmirliyin mətbuat xidmətinin “Twitter” hesabında qeyd olunur.

    Yeni qaydalara görə, Dubaya gələn bütün xarici vətəndaşlar yola düşmədən 72 saat əvvəl koronavirusa görə verilmiş mənfi nəticəli PCR testi barədə arayış təqdim etməlidirlər.

    Əvvəllər səyahətdən 96 saat əvvəl testdən keçməyə icazə verilirdi.

    Bundan əlavə, bəzi ölkələrdən gələnlər (COVID-19-la bağlı vəziyyətdən asılı olaraq) Dubayda əlavə testdən keçməli ola bilərlər.

    Son məlumatlara görə, epidemiyanın başlanğıcından bəri BƏƏ-də koronavirusa 293 mindən çox yoluxma, 819 ölüm, 267 mindən çox sağalma qeydə alınıb.

    Əmirlikdə eksperimental əsaslarla peyvəndləmə prosesinə keçən ilin oktyabrında başlanılıb.

    Peyvənd hazırda 16 yaşdan yuxarı hər kəs tərəfindən əldə edilə bilər. Hökumət bu ilin ilk rübündə ölkə əhalisinin 50% -ni peyvənd etməyi planlaşdırır.

  • В Гяндже предотвращена попытка суицида

    В Гяндже предотвращена попытка суицида.

    Как сообщили в Министерстве по чрезвычайным ситуациям, житель города пытался выброситься из мансарды жилого здания.

    На место происшествия были незамедлительно привлечены спасатели Гянджинского регионального центра МЧС.

    В ходе проведенной с ним психологической беседы, мужчину удалось уговорить не сводить счеты с жизнью.

  • Gəncədə intihara cəhdin qarşısı alınıb

    Gəncə şəhərində bir nəfər yaşayış binasının mansarına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

    Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

  • Sürücü “Nəvai” postunda mikroavtobusu polisin üzərinə sürdü, həbs edildi – VİDEO

    Azərbaycanda qanunsuz sərnişindaşıma ilə məşğul olan şəxs həbs edilib.

    “Report”un xəbərinə görə, yanvarın 28-də 90-UD-678 dövlət nişanlı “Mercedes Sprinter” markalı mikroavtobusun sürücüsü nəzərdə tutulan saydan çox sərnişinlə Bakı-Qazax yolu ilə Qazax istiqamətinə hərəkətdə olub.

    Qaradağ rayonu ərazisində yerləşən polis postunda Baş Dövlət Yol Polisi (DYP) İdarəsi əməkdaşları tərəfindən mikroavtobusun sürücüsünə “saxla” əmri verilib. Lakin o, polisin əmrinə tabe olmayıb.

    Daha sonra həmin mikroavtobusun sürücüsünə “Nəvai” postu ərazisində DYP əməkdaşları tərəfindən “saxla” əmri verilib. O, yenə də polisin əmrinə tabe olmayaraq, mikroavtobusu onların üzərinə sürərək yoluna davam edib.

    Kürdəmir rayonu ərazisində yerləşən polis postunda DYP əməkdaşları tərəfindən yenə də mikroavtobusun sürücüsünə “saxla” əmri verilib. Həmin vaxt o, yenə də polisə tabe olmaq istəməyib və mikroavtobusdan düşərək qaçmağa cəhd edib. Sürücü polisləri təhdid edərək özünə qəsd edəcəyini bildirib. Buna baxmayaraq, DYP əməkdaşları sürücünü saxlayıb və o, rayon polis şöbəsi əməkdaşlarına təhvil verilib.

    Araşdırma zamanı məlum olub ki, mikroavtobusun sürücüsü Tərtər rayon sakini, 1997-ci il təvəllüdlü Kərimli Mətləb Teymur oğludur.

    O da məlum olub ki, onun mikroavtobusu idarə etmək üçün nə D kateqoriyası, nə də etibarnaməsi olmayıb. Mikroavtobus M.Kərimlinin atası Teymur Kərimliyə məxsusdur. Hüququ olmadığı şəxsə avtomobil verdiyinə görə, T.Kərimliyə də protokol tərtib edilib.

    Kürdəmir Rayon Məhkəməsi polisə tabe olmadığı üçün M.Kərimliyə 7 sutka həbs qərarı çıxarıb.

  • Su polisi brakonyerlərə qarşı əməliyyat keçirdi: Silah-sursat aşkarlandı – VİDEO

    Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən xidməti ərazidə qanun pozuntularının aşkar edilməsi və təqsirkar şəxslərin müəyyən edilməsi istiqamətində bir neçə uğurlu əməliyyat tədbiri həyata keçirilib.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Belə ki, su polisləri daim Qida Təhlükəsizliyi Agentliyinin müvafiq qurumları ilə birgə mütəmadi olaraq paytaxt ərazisində, eləcə də bölgələrdə yol kənarında icazələri olmadan balıq satışı ilə məşğul olan şəxslərlə profilaktik söhbətlər apararaq onlar barəsində qanunauyğun tədbirlər görür.

    Sonuncu belə tədbir zamanı İdarənin Brakonyerliklə Mübarizə Bölməsinin əməkdaşları Abşeron rayonu Mehdiabad qəsəbəsində Xəzər dənizində ovlanması qəti qadağan edilən nərə cinsli balıqların satışı ilə məşğul olan Əli Məmmədovu müəyyən ediblər. Polis əməkdaşları tərəfindən həmin şəxsə məxsus obyektə baxış zamanı külli miqdarda nərə cinsli balıq aşkar olunaraq götürülüb.

    Araşdırma zamanı bu şəxsin müvafiq icazəsi və kvotası olmadan nərə cinsli balıqların qeyri-qanuni satışını təşkil etdiyi məlum olub. Baxış zamanı obyektdə müvafiq dövlət qurumları tərəfindən saylarının çoxaldılması üçün Xəzər dənizinə buraxılan körpə nərə cinsli balıqların da tutularaq burada satışa çıxarıldığı məlum olub. Polislər tərəfindən obyektin sahibi Əli Məmmədov barəsində qanunla nəzərədə tutulan qaydada tədbir görülüb.

    Su Polisləri tərəfindən həmçinin adı “Qırmızı Kitab”a düşən quşların ovlanması və ekoloji cinayətlər törədən şəxslərin müəyyən edilməsi istiqamətində də tədbirlər davam etdirilir. Lənkəran şəhərində keçirilən reyd zamanı ovçuluq bileti olmadan bu fəaliyyətlə məşğul olan Vasif Qurbanov saxlanılıb. Ondan ümumilikdə 18 ədəd ovlanması qadağan olunan qu quşu, qırqovul, çöl ördəyi və çöl qazı aşkar olunaraq götürülüb.

    Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının xidməti ərazidə keçirdikləri sonuncu tədbir zamanı isə odlu silah-sursat aşkar edilib. Bakı şəhəri istiqamətində Xəzər dənizi sahilində polis əməkdaşları iri daş parçalarının arasında gizlədilən bir ədəd tapança, bir ədəd avtomat darağı və 15 ədəd patron aşkar edərək götürüblər. Silah-sursatın kim tərəfindən həmin ərazidə gizlədilməsinin müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.

    Qeyd edək ki, Su Nəqliyyatında Polis İdarəsinin inzibati ərazisinə daxil olan Qızılağac Dövlət Qoruğu, Abşeron, Ağgöl, Şirvan Milli Parklarında, Sarısu və “Şahdağ” Milli Qoruğu ərazisindəki su hövzələrində qanunsuz olaraq ovçuluqla məşğul olan, adı “Qırmızı Kitab”a düşən quşları ovlayan şəxslərə qarşı da mübarizə tədbirləri davam etdirilir.

  • Koronavirusa qarşı “Novavax” peyvəndi Britaniyada uğurlu olub

    ABŞ şirkəti “Novavax Inc.” tərəfindən koronavirusa qarşı hazırlanmış “NVX-CoV2373” vaksini Böyük Britaniyadakı klinik sınaqların üçüncü mərhələsində 89.3 faizlik təsir göstərib.

    “İnterfaks” xəbər verir ki, peyvənd həm də xüsusi COVID-19 ştammının yayıldığı Cənubi Afrikada sınaqların ikinci mərhələsində 49.4 faiz təsirli olub.

    HİV-ə yoluxmayan şəxslər arasında effektivliyin təxminən 60 faizə çatdığı qeyd edilir.

    “Novavax” Britaniya, ABŞ, Meksika və Cənubi Afrikada sınaqdan keçirilir.

    Peyvənd 2-8 dərəcə temperaturda saxlanıla bilir.

  • Baş nazir ezamiyyə xərcləri ilə bağlı qərar imzaladı

    Nazirlər Kabinetinin “Ezamiyyə xərclərinin normaları haqqında” 2008-ci il 25 yanvar tarixli 14 nömrəli qərarında dəyişiklik edilib.

    Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

    Nazirlər Kabineti qərara alıb ki, sənədin 1-1-ci hissəsi ləğv edilsin.

    1.1-ci hissədə yazılırdı ki, Azərbaycan ərazisində ezamiyyə zamanı mehmanxana xərcləri barədə müvafiq təsdiqedici sənədlər təqdim edilmədiyi hallarda, ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsinin 50 faizi ödənilir.

    Qərarla sənədə 7.1-ci hissə əlavə edilib. Əlavədə Azərbaycanın mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, digər dövlət orqanlarının rəhbərlərinə tapşırıq qoyulub.

    Tapşırığa əsasən, ezamiyyələrin həyata keçirilməsini dövlət büdcəsi xərclərinin səmərəliliyinin artırılması və maliyyə vəsaitinin qənaətlə istifadə edilməsinin vacibliyi nəzərə alınmaqla təmin edilməlidir.

    Qərarın 1.1-ci bəndinin tətbiqi ilə bağlı ezamiyyə xərclərinin ödənilməsi üçün tələb olunan vəsaitlər dövlət büdcəsində bu məqsədlə nəzərdə tutulmuş vəsaitlər çərçivəsində həyata keçirilir.

    Maliyyə Nazirliyinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb ki, 2 ay müddətində “İşçilərin ezamiyyə qaydaları”nda müvafiq dəyişikliklər edilməsini təmin etsinlər.

  • Почеттино высказался о возможном трансфере Рамоса из “Реала” в ПСЖ

    Главный тренер “Пари Сен-Жермен” Маурисио Почеттино прокомментировал возможный трансфер защитника “Реала” Серхио Рамоса, передает “Чемпионат”.

    “Стратегия ПСЖ существует уже много лет. Мы рассматриваем варианты и подписываем игроков, которые могут усилить нас. Все будет видно в ближайшие месяцы. Здесь Рамос нашел бы отличный клуб, который одержим только победами”, – приводит слова Почеттино Marca.

    Ранее сообщалось, что испанский защитник отклонил предложение “Реала” по контракту. Главным претендентом на Рамоса является ПСЖ. Капитан “сливочных” имеет право вести переговоры и подписывать предварительные контракты с другими клубами с этого месяца. По последней информации СМИ, парижане предложили Серхио зарплату, которую ему не сможет обеспечить “Королевский клуб”.