Month: January 2021

  • Azərbaycanda daha altı nəfər koronavirusdan öldü: 142 yeni yoluxma – FOTO

    Azərbaycanda son sutkada koronavirusa 142 yeni yoluxma faktı qeydə alınıb, 399 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

    Azərbaycanda indiyədək ümumilikdə 229 935 nəfər koronavirus infeksiyasına yoluxub.

    Onlardan 222 553 nəfər müalicə olunaraq sağalıb, 3 119 nəfər vəfat edib, aktiv xəstə sayı 4 263 nəfərdir.

    Ölkədə son sutka ərzində 7 342, hazırkı dövrədək isə 2 394 476 test aparılıb.

  • Ağstafanın həbsdə olan keçmiş icra başçısı və müavininin məhkəməsi keçirilib

    Gəncə Ağır Cinayətlər Məhkəməsində Ağstafa rayonunun sabiq icra başçısı Nizaməddin Quliyev və onun birinci müavini Ramiz Tatarovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.

    “Report” xəbər verir ki, hakim Məhəmməd Bağırovun sədrlik etdiyi iclasda anket məlumatları dəqiqləşdirilib.

    Məhkəmənin baxış iclası fevralın 12-ə təyin olunub.

    Qeyd edək ki, DTX-nın yaydığı məlumata görə, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin müntəzəm olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə dair əsaslı şübhələr yaranıb.

    N.Quliyevin rayon icra hakimiyyəti başçısının müavini Ramiz Tatarovun vasitəsilə 2019-cu ilin may ayından etibarən yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib. Nizaməddin Quliyevin müavini Ramiz Tatarov vasitəsilə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən rüşvət tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib.

    Bununla yanaşı, Nizaməddin Quliyevin səhiyyə, təhsil və digər yerli dövlət təsisatları rəhbərlərindən büdcə vəsaitləri hesabına yerli dövlət orqanlarının saxlanılması xərclərinə ayrılan vəsaitlərin müəyyən hissəsinin nağdlaşdırılaraq ona təqdim olunmasını tələb etməsi və alması, ictimai işlərə cəlb olunan aztəminatlı şəxslərə ayrılan əmək haqqı kartlarını ələ keçirib mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

    Nizaməddin Quliyev və müavini Ramiz Tatarovun xidməti otaqlarında keçirilən baxış zamanı müxtəlif vəzifəli şəxslərdən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, pul vəsaitləri, sənədlər, iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər götürülüb.

    Təqsirləndirilən şəxslərə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma və mənimsəmə ilə bağlı ittihamlar verilib.

  • Güclü külək əsəcək – XƏBƏRDARLIQ

    Həftə sonu hava şəraiti kəskin dəyişəcək.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Bakıda və Abşeron yarımadasında sabah arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensivləşəcəyi gözlənilir. Yanvarın 31-də cənub-qərb küləyi əsəcək, 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcək.

    Azərbaycanın rayonlarında sabah hava şəraitinin yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Yanvarın 31-də qərb küləyi əsəcək, bəzi yerlərdə 20-25 m/s-dək güclənəcək.

  • Şəhidlərin fotoları Suqovuşanda – VİDEO

    Tərtər rayonunun Suqovuşan kəndində nümunəvi addım atılıb.

    Kənd ərazisində şəhidlərin fotolarını əks etdirən lövhələr yerləşdirilib.

    Bu barədə videogörüntülər sosial şəbəkələrdə yayılıb.

    Həmin görüntüləri təqdim edirik:

  • National Geographic сделал публикацию о последствиях армянского вандализма в Агдаме – ФОТО

    На странице издания National Geographic в Instagram опубликованы фото освобожденного от оккупации Агдама, на которых запечатлены последствия армянского вандализма.

    В сопроводительном комментарии отмечается, что город Агдам, население которого некогда составляло примерно 40 тыс. человек, на протяжении почти трех десятилетий превратился в руины.

    “Только главная мечеть осталась нетронутой; другие здания были либо снесены, либо разграблены за период с 1993 года, когда город был оккупирован в ходе конфликта между Арменией и Азербайджаном, который вспыхнул после распада Советского Союза. В результате ожесточенной и затяжной войны более миллиона человек стали вынужденными переселенцами.

    Последний раз конфликт обострился в сентябре прошлого года, и длившиеся 44 дня военные действия завершились подписанием мирного соглашения при посредничестве России”, – говорится в публикации.

    Было отмечено также, что Азербайджан вернул свои территории, утерянные в ходе войны 1990-х годов.

  • “National Geographic”dan Ağdamın dağıntılarını əks etdirən paylaşım – FOTO

    “National Geographic” dərgisi özünün “Instagram” səhifəsində Azərbaycanın işğaldan azad edilmiş Ağdam şəhərində ermənilərin törətdikləri dağıntıları əks etdirən fotolar paylaşıb.

    “National Geographic”in paylaşımında bir vaxtlar 40 min əhalinin yaşadığı, bu yaxınlarda azad edilmiş Ağdam şəhərinin təxminən 30 il Ermənistanın işğalı altında qalması nəticəsində dağıntılar içində olduğu bildirilir. Qeyd edilir ki, 1993-cü ildə Ermənistan-Azərbaycan münaqişəsi zamanı Ağdam işğal olunduqdan sonra şəhərdə məsciddən başqa bütün tikililər dağıdılıb. Uzun sürən münaqişə bir milyondan çox insanın köçkün düşməsinə səbəb olub.

    Paylaşımda diqqətə çatdırılır ki, ötən ilin sentyabr ayında başlayan hərbi əməliyyatlar 44 gün davam etdi və Rusiyanın vasitəçiliyi ilə əldə olunan sülh razılaşması ilə başa çatdı. Azərbaycan 1990-cı illərdə itirdiyi əraziləri geri qaytardı.

  • Кямран Алиев назначил прокуроров двух районов

    В двух районах Азербайджана назначены новые прокуроры.

    Приказами генерального прокурора Кямрана Алиева, Габиль Гасымов назначен прокурором Абшеронского, а Али Гурбанов – Тертерского района.

    Данный факт подтвержден пресс-службой Генпрокуратуры.

  • Kamran Əliyev iki rayona yeni prokuror TƏYİN ETDİ

    Azərbaycanın iki rayonuna yeni prokuror təyin olunub.

    Bununla bağlı Baş prokuror Kamran Əliyev əmrlər imzalayıb.

    Əmrə əsasən Qabil Qasımov Abşeron rayon prokuroru təyin edilib. Həmçinin Baş prokurorun imzaladığı daha bir əmrlə Əli Qurbanov isə Tərtər rayon prokuroru vəzifəsinə təyinat alıb.

    Faktı Baş Prokurorluğun Mətbuat Xidməti təsdiq edib.

  • Будут ли у абитуриентов требовать паспорт вакцинации для участия в экзаменах? – ОФИЦИАЛЬНО

    У участников экзаменов паспорт вакцинации требоваться не будет.

    Об этом заявила 29 января на онлайн-брифинге председатель Совета директоров Государственного экзаменационного центра (ГЭЦ) Азербайджана Малейка Аббасзаде.

    По ее словам, центр соблюдает правила, установленные в связи с пандемией:

    “Каждый бакалавр, абитуриент, принимающий участие в экзаменах, подписывает декларацию о том, что он не болен и не контактировал с больным человеком. Мы ориентируемся на это.

    Лица с повышенной температурой тела к экзаменам допускаться не будут”, – добавила М.Аббасзаде.

  • İmtahanlara gələn şəxslərdən vaksinasiya ilə bağlı pasport tələb ediləcək? – RƏSMİ

    “İmtahanlara gələn şəxslərdən vaksinasiya ilə bağlı pasport tələb olunmayacaq”.

    Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

    Sədr qeyd edib ki, DİM pandemiya ilə əlaqədar tərtib olunan qaydalara əməl edir:

    “İmtahanda iştirak edən hər bir bakalavr, abituriyent bəyannamə imzalayır ki, xəstə deyil və xəstə şəxslə kontakta olmayıb. Biz sadəcə təqdim olunan bəyannaməyə baxırıq”.

    “Hərarəti olanlar da imtahana buraxılmır”, – deyə o əlavə edib.