PSJ-nin baş məşqçisi Maurisio Poçettino Madrid “Real”ının müdafiəçisi Serxio Ramosun mümkün transferi barədə danışıb.
“PSJ-nin bu formada transfer strategiyası Ronaldinyo ilə müqavilə imzaladığımız zamandan – uzun illərdir mövcuddur. Biz bazarın imkanlarına baxırıq və bizi gücləndirə biləcək oyunçularla müqavilə imzalayırıq. Hər şey yaxın aylarda görünəcək. Ramos yalnız burada qələbə qazanmağa öyrəşmiş bir klub tapa bilər. PSJ dünyanın ən böyük klublarından biridir”, – deyə M.Poçettino bildirib.
Month: January 2021
-
Poçettino Ramosun mümkün transferi barədə danışdı
-
Çavuşoğlu Cavad Zəriflə birgə brifinqdə: “Azərbaycanla üçtərəfli mexanizmlərimiz var” – VİDEO
“Cənubi Qafqazda atəşkəs mövcuddur və bunun davamlı olmasını istəyirik”.
Bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu iranlı həmkarı Cavad Zəriflə birgə keçirdiyi mətbuat konfransında çıxışı zamanı deyib.“Sadəcə istəmək bəs etməz, fayda vermək də gərəkdir. Cənubi Qafqazla bağlı əməkdaşlıq planlaşdırırıq. Qardaşım Cavad Zərif buraya gəlməzdən əvvəl digər ölkələri də ziyarət etdi. Cənubi Qafqazda 3+3 formatında əməkdaşlıq planlaşdırırıq. Cənubi Qafqazda sülh və tərəqqi hər kəsin xeyrinədir. Bu əməkdaşlıqdan ən çox Ermənistan və erməni xalqı faydalanacaq. Ermənistanın bu istiqamətdə konstruktiv addımlar atmasını gözləyirik”, – deyə M.Çavuşoğlu qeyd edib.
Türkiyə XİN rəhbəri həmçinin İranla birlikdə planlaşdırılan toplantılar barədə də danışıb.
“İkitərəfli səfərlərimiz olacaq. Astana formatında üçtərəfli zirvə Tehranda olacaq. Azərbaycanla üçtərəfli mexanizmlərimiz var. Bu toplantılar üçün hazırlıqları da bu gün başlatdıq. Fikir mübadiləsi apardıq. Suriyadakı son vəziyyət, eyni zamanda İraq, Körfəz və xüsusən də Cənubi Qafqazdakı hadisələri müzakirə etdik”, – deyə M.Çavuşoğlu bildirib.
İran XİN rəhbəri isə öz növbəsində Tehran və Ankara arasında Qafqaz regionunda əməkdaşlığın bölgə xalqı üçün faydalı olacağını vurğulayıb:
“Türkiyə, Azərbaycan və Rusiya prezidentlərinin təklif etdiyi kimi beş ölkəyə ziyarətə başladım. Əslində, hazırda altı ölkə üçün də zəmin hazırlanıb. Biz bu altı bölgənin inkişafı üçün çalışa, fərqli sahələrdə əməkdaşlıq edə bilərik. Ümid edirik ki, bu məsələ həyata keçər”.
-
Əmək kitabçalarına ehtiyac qalmayacaq – RƏSMİ

“Ölkəmizdə mərhələli şəkildə əmək kitabçaları dövriyyədən çıxarılacaq”.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli “Rəqəmsal məşğulluğa keçid – 2021-ci il üçün hədəflər” mövzusunda keçirdiyi mətbuat konfransda bildirib.O qeyd edib ki, 2020-ci ildə əmək münasibətləri və məşğulluq alt sisteminin yaradılmasına başlanılıb:
“Proses bütünlükdə ölkənin həm əmək qanunvericiliyinin, məşğulluq siyasətinin və kitab inzibatçılığının böyük ölçüdə elektronlaşdırılmasına zəmin yaradacaq”.
O qeyd edib ki, ezamiyyə vərəqələri, kağız üzərində əmrlər, ştat cədvəlləri, digər kağız daşıyıcıları ləğv edilərək, elektron müstəviyə keçirilməsi planlaşdırılır.
-
Azərbaycanda sosial sığorta kartlar LƏĞV EDİLİR
“Azərbaycanda sosial sığorta kartların ləğv olunması planlaşdırılır”.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli “Rəqəmsal məşğulluğa keçid – 2021-ci il üçün hədəflər” mövzusunda keçirdiyi mətbuat konfransda bildirib.Onun sözlərinə görə, kartların ləğvi üçün 30-a qədər normativ hüquqi aktda dəyişiklik edilməsi zəruridir:
“Qanunvericiliklə bağlı son mərhələ qəbul olunandan sonra sosial sığorta kartlar dövriyyədən çıxarılacaq. Şəxsiyyət vəsiqəsinin üzərindəki FİN nömrələr sosial sığorta kartların nömrələri ilə artıq uyğunlaşdırılıb”.
“Dövlət sığorta kartlarının nömrəsi yenə qalacaq, amma karta ehtiyac qalmayacaq” , – deyə o əlavə edib.
-
Tələbələrin köçürülməsinə başlanılır
Fevralın 1-dən tələbələrin köçürülməsi prosesi başlanılır.
Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, elektron sənəd qəbulu fevralın 7-dək davam edəcək.
Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi transfer.edu.az portalı vasitəsilə həyata keçirilir.
-
DİM sədrindən dövlət sifarişli yerlər barədə AÇIQLAMA
“Ötən il plan yerləri barədə kəskin dəyişiklik oldu, dövlət sifarişli yerlərin sayı da artdı”.
Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.Onun sözlərinə görə, bu il üçün bir şey demək mümkün deyil: ‘Nazirlər Kabineti qərar verəcək, biz sadəcə təkliflərimizi verə bilərik. 2019-cu ildə 41693 nəfər ali məktəbə qəbul olub və yelər 87 faiz dolub. Onlardan təxminən 7 faizi subbakalavr olub”.
Sədr qeyd edib ki, 2020-də plan yerlər artıb:
“Ötən il 41748 qəbul olub, plan yeləri 86 faiz dolub. Amma bu plan yerlərinin 10,67 faizi subbakalavr olub, 2019-da 3515 subbakalavr qəbul olub, 2020-ci ildə 5179 subbakalavr ali məktəbə qəbul olub. İldən-ilə subbakalavrların sayı artacaq”.
-
Azərbaycandakı DƏHŞƏTLİ OLAYIN ŞOK TƏFƏRRÜATI: Demə, gəlini 75 yaşlı qayınatası…
Bakıda qətlə yetirilərək zibil qutusuna atılan qadının şəxsiyyəti müəyyənləşdirilib.
Median.Az xəbər verir ki, bu, 32 yaşlı Məhərrəmova Banu Xudayar qızıdır.İlkin araşdırma zamanı məlum olub ki, hadisəni onun 75 yaşlı qayınatası İdris Məhərrəmov törədib.
Həmin şəxs hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən tutulub.
Hadisənin qısqanclıq zəmində baş verdiyi ehtimal edilir.
Faktla bağlı Nəsimi rayon Prokurorluğunda açılmış cinayət işi üzrə istintaq araşdırmaları davam etdirilir.//azsabah.com
-
Şəhid Əhmədli Elməddinin 25 yaşı tamam olur
Vətən müharibəsinin şəhidi Əhmədli Elməddinin bu gün doğum günüdür.
“Report”un Muğan bürosunun məlumatına görə, şəhidin 25 yaşı tamam olur.
Elməddin Gülverən oğlu Əhmədli 28 yanvar 1996-ci ildə Biləsuvar rayonunun Təzəkənd kəndində doğulub.
Təzəkənd kənd orta məktəbində orta təhsilini alıb. Daha sonra həqiqi hərbi xidmətdə olub.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsinə ilk günlərdən qoşulub. Bir sıra uğurlu əməliyyatlarda iştirak edib.
Son dəfə Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə iştirak edib və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub.
Şəhid Elməddin Əhmədli 19 noyabr 2020-ci il tarixdə Biləsuvar rayonu Təzəkənd kənd qəbiristanlığında dəfn edilib.
Göstərdiyi igidliklərə görə, Ali Baş Komandan tərəfindən Elməddin Əhmədli ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. Şəhidimiz evli idi.
Bu gün onun ailəsi ilk dəfə olaraq Elməddinsiz doğum günün qeyd ediblər. Şəhidinin qəbiri ziyarət edilib, ruhuna dualar oxunub.
Allah rəhmət eləsin!
-
Ağstafada ev yandı
Ağstafa rayonunun Həsənsu kəndində ümumi sahəsi 140 m² olan kürsülü birmərtəbəli evin bir otağının taxtadan ibarət arakəsməsi və ev əşyaları 24 m² sahədə yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.Bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
-
FHN-dən Badamdarda baş verən sürüşmə ilə bağlı AÇIQLAMA – FOTO
Fövqəladə Hallar Nazirliyi Bakıda baş verən sürüşmə ilə bağlı məlumat yayıb.
Bildirilib ki, bu gün saat 21:05-də Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə adlanan ərazidə avtomobil yolunda torpaq sürüşməsinin baş verməsi barədə məlumat daxil olub.Dərhal əraziyə Nazirliyin aidiyyəti qurumlarının nümayəndələri, eləcə də xilasedicilər cəlb edilib, ərazidə lazımi təhlükəsizlik tədbirləri görülüb, müvafiq dövlət orqanları məlumatlandırılıb.
İlkin baxış zamanı ətrafdakı yaşayış evlərinə ziyan dəymədiyi müəyyən edilib.

