Month: January 2021

  • İlham Əliyev Moskvada keçirilən üçtərəfli görüşü bölgənin inkişafı üçün vacib adlandırıb

    Azərbaycan Prezidenti İlham Əliyev bu gün Moskvada baş tutan görüşün regionun gələcək inkişafı üçün vacib olduğunu bildirib.

    Bu barədə TASS agentliyi məlumat yayıb.

    Qeyd olunur ki, ölkə başçısı İ.Əliyev qonşu ölkələrin Qafqazın cənubunda nəqliyyat infrastrukturunun yaradılmasında fəal iştirak edəcəyinə ümidvar olduğunu bildirib.

    Prezident İlham Əliyev dəvətə görə Rusiya Prezidenti Vladimir Putinə təşəkkür edib və üçtərəfli görüşü faydalı və səmərəli qiymətləndirib.

  • Азербайджан и Пакистан обсудили вопросы расширения военных связей – ФОТО

    Министр обороны Азербайджанской Республики генерал-полковник Закир Гасанов встретился с находящейся с рабочим визитом в нашей стране делегацией во главе с командующим Военно-воздушными силами (ВВС) Исламской Республики Пакистан маршалом авиации Муджахидом Анваром Ханом.

    Об этом сообщили в пресс-службе Минобороны Азербайджана.

    На встрече было выражено удовлетворение развитием азербайджано-пакистанских отношений, а также уровнем стратегического партнерства.

    В свою очередь, командующий ВВС Пакистана поздравил азербайджанский народ с победой в Отечественной войне, пожелал милости Всевышнего душам всех военнослужащих и гражданских лиц, ставших шехидами, а также исцеления раненым.

    Стороны обсудили вопросы развития сотрудничества между Азербайджаном и Пакистаном в военной сфере, в том числе между военно-воздушными силами двух стран, а также дальнейшее расширение связей.

  • Azərbaycan ilə Pakistan arasında hərbi əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub – FOTO

    Yanvarın 11-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə işgüzar səfərdə olan Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələri (HHQ) komandanı aviasiya marşalı Mücahid Anvar Xanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

    Müdafiə Nazirliyindən verilən məlumata görə, görüşdə xalqlarımız arasında ənənəvi dostluq və qarşılıqlı etimadın, eləcə də Azərbaycan-Pakistan əlaqələrinin yüksələn xətlə inkişaf etməsindən və strateji tərəfdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub.

    Pakistan HHQ komandanı öz növbəsində Vətən müharibəsində qazanılan qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib, şəhid olan hərbi qulluqçulara və mülki şəxslərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyib.

    Tərəflər Azərbaycan ilə Pakistan arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində, o cümlədən iki ölkənin hərbi hava qüvvələri arasında əməkdaşlığın inkişaf etdirilməsi və əlaqələrin daha da genişləndirilməsi məsələlərini müzakirə ediblər.

  • Rusiya, Azərbaycan və Ermənistan liderləri birgə bəyanata imza atıb

    Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Moskvada keçirilən üçtərəfli görüş başa çatıb.
    “RİA Novosti” agentliyinin məlumatına görə, görüşün nəticəsi olaraq üç ölkə arasında Qarabağın inkişafı üzrə birgə bəyanat imzalanıb.

  • Bir ailənin üç üzvü dəm qazından boğularaq öldü

    Yanvarın 11-də saat 15 radələrində 3 nəfər şəxsin Abşeron rayonu ərazisində kirayədə yaşadıqları evdə dəm qazından boğularaq ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Abşeron rayon prokurorluğundan verilən məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, o cümlədən digər təxirəsalınmaz hərəkətlər yerinə yetirilib.

    Araşdırmalarla müəyyən olunub ki, 1995-ci il təvəllüdlü Kamal Süleymanovun, 1997-ci il təvəllüdlü Günel Tağıyevanın və sonuncunun 2019-cu il təvəllüdlü azyaşlı övladının meyitləri Xırdalan şəhəri, Quşçuluq massivi, X.R.Ulutürk küçəsində yerləşən fərdi yaşayış evlərinin birində aşkar olunub.

    Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

    İş üzrə məhkəmə-tibb, məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

    Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

  • “Bandotdel”dən genişmiqyaslı əməliyyat: Silahlı şəxslər tutuldular – FOTO/VİDEO

    Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən üzərlərində və yaşadıqları evlərdə qanunsuz olaraq odlu silah-sursat, eləcə də narkotik vasitələr saxlayan şəxslərə qarşı kompleks əməliyyat tədbirləri həyata keçirilib.

    DİN-dən verilən məlumata görə, daxil olan əməliyyat məlumatı əsasında əvvəllər məhkum olunmuş, narkotik vasitələrin satışında şübhəli bilinən vətəndaş Şahmar Əhmədov tutulub. Onun evində axtarış aparılan zaman 9 kiloqrama yaxın satış üçün nəzərdə tutulan narkotik vasitə olan marixuana aşkar edilib.

    Baş İdarə əməkdaşları tərəfindən keçirilən daha bir tədbir zamanı isə əvvəllər məhkum olunmuş vətəndaş Polad Əkbərov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 1 ədəd “Mauzer” markalı tapança aşkar edilib.

    Baş İdarə əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı isə üzərində qanunsuz olaraq odlu silah gəzdirməkdə şübhəli bilinən vətəndaş Rəşad Ələsgərli tutulub. Onun üzərinə baxış zamanı 1 ədəd “Makarov” markalı tapança aşkar edilərək götürülüb.

    Baş İdərənin əməkdaşları tərəfindən keçirilən daha bir tədbir zamanı əvvəllər məhkum olunmuş vətəndaş Əkbər Nağıyev tutulub. Onun üzərindən 5 qrama yaxın psixotrop maddə olan metamfetamin, yaşadığı evdən müvafiq sənədləri olmayan lüləsi və qundağı kəsilmiş TOZ markalı ov tüfəngi və həmin silaha aid 8 ədəd patron aşkar edilib.

    Baş İdarə əməkdaşları tərəfindən növbəti əməliyyat zamanı isə vətəndaş Eldar Terequlov saxlanılıb. Onun yaşadığı evə baxış zamanı 1 ədəd “Marqolin” konstruksiyalı tapança, həmin silaha məxsus 1904 ədəd patron və 2 ədəd pnevmatik tapança aşkar edilib.

    Baş İdarə əməkdaşları tərəfindən keçirilən daha bir əməliyyat zamanı isə vətəndaş Ramil İsmayılov saxlanılıb. Onun üzərindən bir ədəd “Makarov” markalı tapança,həmin silaha aid 1 ədəd səsboğucu, 1 ədəd daraq və 7 ədəd patron aşkar edilib.

    Daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən növbəti tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən vətəndaş Elçin Xudiyev və Elman Muradov saxlanılaraq Baş İdarəyə gətirilib. Onların üzərlərinə və Elçin Xudiyevin idarə etdiyi avtomobilə baxış zamanı 4 ədəd bağlamanın içərisində ümumilikdə 11 kiloqram narkotik vasitə aşkar edilib.

    Baş İdarənin əməkdaşları tərəfindən keçirilən daha bir əməliyyat zamanı isə üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən Eldar Mürşüdov tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd “Naqan” tipli tapança aşkar edilib.

    İdarə əməkdaşlarının keçirdikləri sonuncu tədbir zamanı isə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 2 nəfər – Nicat Məmmədov və Xəyyam Hüseynov saxlanılıblar. Bu şəxslərdən 5 qramdan artıq narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamin aşkar edilib.

    Qeyd olunan faktlarla əlaqədar saxlanılanların hər biri barəsində Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Adları sadalanan cinayət törətməkdə şübhəli bilinən şəxslər barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirləri seçilib. Aşkar edilən külli miqdarda narkotik maddələrin mənbələrinin müəyyən edilməsi və saxlanılanların cinayət əlaqələrinin aşkar edilməsi istiqamətində araşdırmalar davam etdirilir.









  • Qusarda mağazaların birindən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

    Qusar rayonu ərazisindəki mağazaların birindən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinə yanvar ayının doqquzunda gecə saatlarında rayonun Həzrə kəndi ərazisində yerləşən mağazaların birindən oğurluq edilməsi barədə məlumat daxil olub.

    Məlumatla əlaqədar dərhal obyektə baxış keçirilib, mağazadan 200 manat pul, danışıq kartları, tütün məmulatı, spirtli içki və geyim əşyaları oğurlandığı müəyyən edilib.

    Şöbə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan oğurluq hadisəsini törətməkdə şübhəli bilinən kənd sakini, əvvəllər məhkum olunmuş Q.Qaçayev qısa zamanda saxlanılaraq istintaqa təqdim edilib.

    Faktla bağlı Qusar Rayon Polis Şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, saxlanılan şəxsin digər cinayət hadisələrində iştirakının olub-olmaması araşdırılır.

  • Ərdoğan Kılıcdaroğlunu məhkəməyə verdi

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğluna qarşı məhkəmə iddiası qaldırıb.

    “Haber Global”ın məlumatına görə, Ərdoğanın partiya sədri ilə bağlı məhkəməyə müraciət etməsi sonuncunun öz çıxışında dövlət başçısının ünvanına “prezident adlandırılan” ifadəsini işlətməsi olub.

    Məhkəmə iddiasında Kılıcdaroğlunun bir milyon Türkiyə lirəsi məbləğində cərimələnməsi tələb edilir.

  • Gürcüstanda karantin müddəti uzadılıb

    Gürcüstanda koronavirusa görə tətbiq olunan karantinin müddəti uzadılıb.

    “Sputnik Gürcüstan” bu barədə ölkənin İqtisadiyyat naziri Natiya Turnavanın açıqlamasına istinadla məlumat yayır.

    O qeyd edib ki, bir fevrala qədər iş adamları ilə fəal əlaqə qurmaq üçün istifadə ediləcək və həmin tarixdən etibarən ticarət və ictimai nəqliyyatın bərpası üçün daha etibarlı açılışa hazırlaşılacaq.

  • Vətən müharibəsi iştirakçıları üçün Türkiyədən 20 psixoloq dəvət olundu – RƏSMİ

    Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması uğrunda gedən 44 günlük Vətən müharibəsində əsgərlərimizin erməni təcavüzünə və terroruna qarşı rəşadətlə vuruşaraq əldə etdiyi şanlı qələbə müstəqillik tariximizə yazılan ən şərəfli və şanlı səhifələrdəndir. Lakin müharibənin törətdiyi fəsadlar qazilərimizdə, o cümlədən doğmalarını itirən şəhid ailələrində, terror aktlarından fiziki-mənəvi zərər görmüş insanlarda öz mənfi təsirini də göstərir: posttravmatik stress pozuntusu, depressiya, ünsiyyətdə çətinlik, yuxusuzluq, suisidal fikirlər, aqressiya və digər bu kimi halların yaranmasına da səbəb olur.

    Vətəndaşların həm fiziki, həm də psixi sağlamlığının qorunması milli təhlükəsizliyimizin ən aktual məsələlərindəndir.

    Bu məqsədlə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xətti vasitəsilə vətəndaşlarımıza təcili psixoloji yardımın göstərilməsi fəaliyyəti davam etdirilir.

    Nazirlikdən bildirilib ki, müharibənin fəsadları nəticəsində psixoloji problemlər yaşayan vətəndaşlarımız qaynar xəttə zəng edərək fasiləsiz rejimdə fəaliyyət göstərən psixoloqlara müraciət edə bilərlər. Bununla yanaşı, peşəkar psixoloji yardıma ehtiyacı olan insanların effektiv reabilitasiyasının təşkil olunması məqsədilə Türkiyə Respublikasından 20 mütəxəssis psixoloq dəvət olunub.

    Turkiyəli mütəxəssislərin fəaliyyəti barədə yaxın zamanda ictimaiyyətə əlavə məlumat veriləcək.

    Ümid edirik ki, cəmiyyətimizin əsas sütunlarından olan həmrəylik və mərhəmət bir-birimizə dəstək olmağa, müharibənin qoyduğu fəsadları tezliklə aradan qaldırmağa kömək edəcək.