Month: January 2021

  • Rusiya və Azərbaycan prezidentləri mətbuata bəyanatla çıxış ediblər – YENİLƏNİB + VİDEO

    AZƏRTAC xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşdən sonra Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri mətbuata bəyanatla çıxış ediblər.

    Rusiya Prezidenti Vladimir Putinin bəyanatı
    -İlk növbədə, həmkarlarıma – həm Azərbaycan Prezidentinə, həm də Ermənistanın baş nazirinə bu gün Moskvaya gəlməyə, bizim keçən ilin 9 noyabr tarixli sülh razılaşmamızın şərtlərinin icrası ilə bağlı məsələləri müzakirə etmək üçün görüşməyə razılıq verdiklərinə görə təşəkkürümü bildirmək istəyirəm.

    Bu razılaşmanın şərtlərinə ümumilikdə riayət edildiyi, heç bir ciddi insidentin qeydə alınmadığı qənaətinə gəldik.

    Rusiyanın sülhməramlı qrupu hər iki tərəf qarşısındakı öhdəliklərini tam şəkildə yerinə yetirir.

    Bugünkü görüşümüzün əvvəlində dediyim kimi, 48 mindən çox köçkün və qaçqın artıq Dağlıq Qarabağa qayıdıb. İnfrastruktur, energetika, yaşayış binaları, sosial infrastrukturun bərpası üçün davamlı iş aparılır.

    Bugünkü görüşü son dərəcə vacib və faydalı hesab edirəm, çünki razılığa gələ bildik və bölgədəki vəziyyətin inkişafına dair birgə Bəyanat imzaladıq. İqtisadi əlaqələrin qurulması, infrastruktur layihələrinin inkişafı üzrə konkret addımları nəzərdə tuturam.

    Bu məqsədlə üç hökumətin – Azərbaycan, Ermənistan və Rusiya baş nazirləri müavinlərinin rəhbərlik edəcəyi işçi qrupu yaradılacaq. Yaxın zamanda onlar işçi ekspert alt qrupları yaradacaq, regionun nəqliyyat infrastrukturu və iqtisadiyyatının inkişafı üzrə konkret planlar təqdim edəcəklər.

    Əminəm ki, bu razılaşmaların icrası həm Ermənistan, həm də Azərbaycan xalqlarına fayda verəcək və heç şübhəsiz, bütövlükdə regiona, deməli, Rusiya Federasiyasının mənafeyinə də fayda verəcək. Sağ olun.

    Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı

    -Hörmətli Vladimir Vladimiroviç, ilk növbədə, bu dəvətə və bu görüşün keçirilməsi təşəbbüsünüzə görə Sizə təşəkkür etmək istərdim. Mən də Sizin fikrinizə şərikəm ki, bizim regionun bundan sonrakı davamlı və təhlükəsiz inkişafını təmin etmək üçün görüş çox vacib idi.

    Atəşkəs elan ediləndən sonra iki ay keçib və noyabrın 9-10-da Bəyanatı imzalamış üç ölkənin liderlərinin bu gün Moskvada toplaşması onu göstərir ki, biz nəticə əldə etmək, sentyabrda, noyabrda baş vermiş hadisələrə yekun vurmaq əzmindəyik. Bu gün imzalanmış bəyanat bizim niyyətlərimizə dəlalət edir, ona görə ki, hərbi əməliyyatların dayandırılmasının yekunlarına dair bəyanatın bir bəndi nəqliyyat kommunikasiyalarının bərpasına aid idi. Bu sahə regionun inkişafına böyük dinamizm gətirə, təhlükəsizliyi möhkəmlədə bilər. Ona görə ki, nəqliyyat kommunikasiyalarının açılması Azərbaycan, Ermənistan, Rusiya xalqlarının, bizim qonşularımızın mənafelərinə cavab verir. Əminəm ki, qonşu ölkələr də bizim regionda nəqliyyat dəhlizlərinin və nəqliyyat arteriyalarının şaxələndirilmiş şəbəkəsinin yaradılmasına fəal qoşulacaqlar. Biz bundan sonra da qısa müddətdə səmərə verən və nəticəyə yönəlmiş fəaliyyət sahələrini tapmağa çalışmalıyıq.

    Bütövlükdə demək istərdim ki, 9 noyabr, Azərbaycan vaxtı ilə 10 noyabr tarixli birgə Bəyanat uğurla həyata keçirilir. Bu Bəyanatın bəndlərinin çox hissəsi yerinə yetirilib. Rusiya sülhməramlı missiyası öz işini səmərəli şəkildə yerinə yetirir və iki ay ərzində kiçik insidentlər istisna olmaqla narahatlıq üçün ciddi əsas olmayıb. Bütün bunlar belə əminlik yaradır ki, Vladimir Vladimiroviçin dediyi kimi, Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb və biz gələcək barədə, qonşular kimi birlikdə necə yaşamaq, nəqliyyat arteriyalarının açılması məsələlərini həll etməyə necə çalışmaq və gələcəkdə regional sabitliyi və təhlükəsizliyi möhkəmlətmək haqqında düşünməliyik.

    Vladimir Vladimiroviç, dəvətə görə Sizə bir daha təşəkkürümü bildirirəm və hesab edirəm ki, görüş çox faydalı və səmərəli olub. Sağ olun.

    Vladimir Putin: Bütövlükdə bugünkü konstruktiv işə görə həmkarlarıma bir daha təşəkkür etmək istəyirəm. Təşəkkür edirəm.
    18:54

    Danışıqlardan sonra ölkə rəhbərləri KİV-lərə açıqlamalar verirlər.

  • Текст заявления по итогам встречи лидеров Азербайджана, России и Армении – ОБНОВЛЕНО – ФОТО

    По итогам трехсторонней встречи лидеров Азербайджана, России и Армении в Москве подписано совместное заявление о развитии Карабаха.

    Как сообщает Oxu.az в тексте заявления говорится:

    “Мы, Президент Азербайджанской Республики И.Г.Алиев, Премьер-министр Республики Армения Н.В.Пашинян и Президент Российской Федерации В.В.Путин заявляем о следующем:

    1. В целях реализации пункта 9 Заявления от 9 ноября 2020 года в части разблокировки всех экономических и транспортных связей в регионе, поддерживается предложение Президента Российской Федерации В.В.Путина о создании трёхсторонней Рабочей группы под совместным председательством вице-премьеров Азербайджанской Республики, Республики Армения и Заместителя Председателя Правительства Российской Федерации.

    2. Рабочая группа до 30 января 2021 года проведет первое заседание, по результатам которого сформирует перечень основных направлений работы, вытекающих из реализации пункта 9 Заявления, установив в качестве приоритетов железнодорожное и автомобильное сообщение, а также определит иные направления по согласованию между Азербайджанской Республикой, Республикой Армения и Российской Федерацией, далее именуемые Сторонами.

    3. В целях реализации основных направлений деятельности сопредседатели Рабочей группы утвердят состав экспертных подгрупп по этим направлениям из числа должностных лиц компетентных органов власти и организаций Сторон. Экспертные подгруппы в месячный срок после заседания Рабочей группы представят перечень проектов с обоснованием необходимых ресурсов и мероприятий для их реализации и утверждения на высшем уровне Сторонами.

    4. Рабочая группа до I марта 2021 года представит для утверждения на высшем уровне Сторонами перечень и график реализации мероприятий, предполагающих восстановление и сооружение новых объектов транспортной инфраструктуры, необходимых для организации, выполнения и обеспечения безопасности международных перевозок, осуществляемых через Азербайджанскую Республику и Республику Армения, равно как и перевозок, осуществляемых Азербайджанской Республикой и Республикой Армения, при выполнении которых требуется пересечение территорий Азербайджанской Республики и Республики Армения”.

  • Azərbaycan, Rusiya və Ermənistanın başçılarının imzaladığı birgə bəyanatın mətni – YENİLƏNİB + FOTO

    Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası Baş nazirinin və Rusiya Federasiyası Prezidentinin Bəyannaməsi:

    Biz, Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyev, Ermənistan Respublikasının Baş naziri N.V.Paşinyan və Rusiya Federasiyasının Prezidenti V.V.Putin aşağıdakıları bəyan edirik:

    1. 2020-ci il 9 noyabr tarixli Bəyanatın 9-cu bəndinin regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı hissəsinin reallaşdırılması məqsədilə Rusiya Federasiyasının Prezidenti V.V.Putinin Azərbaycan Respublikasının, Ermənistan Respublikasının baş nazirləri müavinlərinin və Rusiya Federasiyası Hökumətinin sədr müavininin birgə həmsədrliyi ilə üçtərəfli İşçi qrupu yaradılması barədə təklifi dəstəklənir.

    2. İşçi qrupu 2021-ci il yanvarın 30-sək ilk iclasını keçirəcək, bu iclasın nəticələrinə görə Bəyanatın 9-cu bəndinin reallaşdırılmasından irəli gələn işlərin əsas istiqamətlərinin siyahısını formalaşdıracaq, prioritet qismində dəmir yolu və avtomobil yollarını müəyyən edəcək, həmçinin bundan sonra Tərəflər adlanacaq Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyası arasında razılaşma əsasında digər istiqamətləri müəyyən edəcəkdir.

    3. Fəaliyyətin əsas istiqamətlərinin reallaşdırılması məqsədilə İşçi qrupunun həmsədrləri bu istiqamətlər üzrə Tərəflərin səlahiyyətli hakimiyyət orqanları və təşkilatlarının vəzifəli şəxslərindən ibarət ekspert yarımqruplarının tərkibini təsdiq edəcəklər. Ekspert yarımqrupları işçi qrupunun iclasından sonra bir ay müddətində layihələrin siyahısını təqdim edəcək, onların reallaşdırılması və Tərəflərin yüksək səviyyədə təsdiq etməsi üçün zəruri resursları və tədbirləri əsaslandıracaqlar.

    4. İşçi qrupu 2021-ci il martın 1-dək Azərbaycan Respublikası və Ermənistan Respublikası ərazisindən həyata keçirilən beynəlxalq daşımaların, həmçinin Azərbaycan Respublikası və Ermənistan Respublikası tərəfindən həyata keçirilən, yerinə yetirilməsi zamanı Azərbaycan Respublikasının və Ermənistan Respublikasının ərazilərinin kəsişməsi tələb olunan daşımaların təşkili, yerinə yetirilməsi və təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olan yeni nəqliyyat infrastrukturu obyektlərinin bərpasını və tikilməsini nəzərdə tutan tədbirlərin siyahısını və reallaşdırılması qrafikini Tərəflərin yüksək səviyyədə təsdiqləməsi üçün təqdim edəcək.

    ***

    Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Moskvada keçirilən üçtərəfli görüşün nəticəsi olaraq üç ölkə arasında Qarabağın inkişafı üzrə birgə bəyanat imzalanıb.

    Oxu.az bəyanatın mətnini təqdim edir:

  • Состоялась двусторонняя встреча между президентами Азербайджана и России

    11 января состоялась двусторонняя встреча между Президентом Азербайджана Ильхамом Алиевым и Президентом России Владимиром Путиным.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • Azərbaycan və Rusiya prezidentlərinin ikitərəfli görüşü olub – YENİLƏNİB + VİDEO

    AZƏRTAC Azərbaycan və Rusiya prezidentlərinin ikitərəfli görüşünün videousunu yayıb.

    Həmin videonu təqdim edirik:

    ***

    Yanvarın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin ikitərəfli görüşü olub.

    Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

  • Vladimir Putin Azərbaycanla Rusiya dövlətinin əlaqələrini qiymətləndirib

    Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə ikitərəfli görüşü zamanı Rusiya və Azərbaycan arasında əlaqələrin, ilk növbədə iqtisadi münasibətlərin çox uğurla inkişaf etdiyini vurğulayıb.

    Bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

    “Bizim bir çox sahələr üzrə birgə iş birliyimiz var və iqtisadiyyat sahəsində üst-üstə düşən bir çox maraqlarımız mövcuddur”, – deyə V.Putin qeyd edib.

    Rusiya prezidenti Cənubi Qafqazdakı vəziyyətin həlli ilə bağlı addımların ikitərəfli münasibətlərə də fayda gətirəcəyinə ümid etdiyini söyləyib.

    “Mən bu tənzimlənmənin münasibətlərimizi nəinki iqtisadiyyat, həm də humanitar sahədə daha da sistematik bir şəkildə qurmağımıza imkan verəcəyini nəzərdə tuturam”, – deyə Rusiya lideri vurğulayıb.

  • MN: Vətən müharibəsində 2 841 nəfər şəhid olub

    Müdafiə Nazirliyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından yanvarın 11-dək dəfn edilən 2 841 nəfərin, eləcə də itkin düşmüş hesab olunan 64 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında yenilənmiş siyahı yayıb.

    Bu barədə  Nazirlikdən məlumat verilib.

    Qeyd edək ki, itkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir.

    Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

    Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı

  • Azərbaycan, Rusiya və Ermənistanın başçılarının imzaladığı birgə bəyanatın mətni – FOTO

    Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Moskvada keçirilən üçtərəfli görüşün nəticəsi olaraq üç ölkə arasında Qarabağın inkişafı üzrə birgə bəyanat imzalanıb.

    Median.az bəyanatın mətnini təqdim edir:

  • Litvada Gürcüstanın adı dəyişdi – RƏSMİ

    Litva dili üzrə Dövlər Komissiyası bu ölkədə rəsmi olaraq Gürcüstanın adının dəyişdirilməsi ilə bağlı qərar qəbul edib.

    “Sputnik Litva”-nın məlumatına əsasən, bundan sonra qonşu ölkə Litvada “Sakartvelo” adlandırılacaq.

    “Dövlətlərin rəsmi adı” bölməsindən “Gürcüstan” adı çıxarılsın və “Sakartvelo” adı ilə əvəz olunsun”, – Komissiya sədri Audris Antanaytis tərəfindən imzalanan müvafiq qərarda belə deyilir.

    Xatırladaq ki, hələ 2018-ci ildə Litva dili üzrə Dövlər Komissiyası bu ölkədə Gürcüstanın və onun sakinlərinin alternativ adlarını “Sakartvelo” və “sakartvellər” kimi təsdiq edib. Lakin rəsmi sənədlərdə Gürcüstanın adı olduğu kimi saxlanılmışdı.

  • https://median.az/uploads/posts/2021-01/1610380461_468eeb4cb4eb82237970c61020f87ece-2-1.jpg

    Президент Ильхам Алиев назвал встречу с Пашиняном и Путиным важной для дальнейшего развития региона, сообщает ТАСС.

    Глава государства выразил надежду, что соседние страны активно включатся в создание транспортной инфраструктуры на юге Кавказа. Он поблагодарил Путина за приглашение и назвал трехстороннюю встречу с Пашиняном полезной и плодотворной.

    Договоренности по Карабаху выполняются успешно, российская миротворческая миссия эффективно выполняет свою работу, заявил Ильхам Алиев.