Month: January 2021

  • В Кремле начались переговоры Алиева, Путина и Пашиняна

    В Москве началась трехсторонняя встреча Президента Азербайджана Ильхама Алиева, главы России Владимира Путина и премьер-министра Армении Никола Пашиняна.

    Об этом сообщает РИА Новости.

  • İlham Əliyev, Putin və Paşinyan arasında görüş başladı – YENİLƏLİB + CANLI YAYIM

    Moskvada Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya dövlət başçısı Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş başlayıb.

    Bununla bağlı “RİA Novosti” məlumat yayıb.

    Görüş Rusiya prezidentinin təşəbbüsü ilə keçirilir.

  • “WhatsApp”dan yeni gizlilik müqaviləsi ilə bağlı AÇIQLAMA

    “WhatsApp” tətbiqetmənin davamlı istifadəsi üçün 8 fevral tarixinə qədər təsdiqlənməsi ilə bağlı yenilənmiş gizlilik müqaviləsi barədə açıqlama verib.

    Bu barədə “Haber Global” məlumat yayıb.

    Bildirilir ki, “WhatsApp” insanların tətbiqetmədən alış-veriş etməsini və müəssisələrdən dəstək almasını asanlaşdırmaq istəyir:

    “Şəffaflığı daha da artırmaq və müəssisələrin “WhatsApp” vasitəsilə müştəriləri ilə ünsiyyət qurmasına kömək etmək üçün gizlilik siyasətimizi yeniləyirik. Bu sayədə müəssisələr ana şirkətimiz “Facebook” vasitəsilə etibarlı hostinq almaq imkanı qazanacaqlar.

    Bu yeniləmə “WhatsApp”ın “Facebook”la məlumat paylaşmasını dəyişdirmir, insanların dünyanın harasında olursa-olsun, dostları və ya ailəsi ilə xüsusi ünsiyyət qurmalarına təsir göstərmir”.

    Qeyd edilir ki, “WhatsApp”da dostlarınız və ailənizlə etdiyiniz söhbətlər və mesajlar şifrələmə ilə qorunur. Şifrələmə məlumatın yalnız sizin və söhbət etdiyiniz şəxs tərəfindən oxunub dinlənilməsini təmin edir. Üçüncü şəxslər hətta “WhatsApp” və ya “Facebook”da bu məzmuna baxa bilmir.

  • Azərbaycanda əhaliyə koronavirusun daha təhlükəli mutasiyası ilə bağlı XƏBƏRDARLIQ

    Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev koronavirusdan sağalan şəxslərə müraciət edib.

    Azərbaycanlı alim Oxu.Az-a açıqlamasında virusun yeni mutasiyasının yaranmasının səbəbləri ilə bağlı bəzi qaranlıq məqamlara aydınlıq gətirib.

    Onun sözlərinə görə, Cənubi Afrikada COVID-19-un İngiltərədə yayılmış yeni virus variantından fərqli daha bir mutasiyasına rast gəlinib:

    “Bu gün elm İngiltərədə və Cənubi Afrikada yaranan mutasiya ilə bağlı tədqiqatlara ciddi məsuliyyətlə yanaşır. Ona görə də bütün dünya ölkələrində olduğu kimi, Azərbaycanın da bu mutasiyanın təqibi ilə məşğul olması mütləqdir. Cənubi Afrikada virusla bağlı tədqiqatlar aparılıb və son aparılan bir elmi tədqiqat insanlar arasında immunitetin formalaşması ilə bağlı olub”.

    N.Abdullayev bildirib ki, tədqiqatla əhalinin təxminən 50 faizində immunitetin yarandığı müəyyən olunub:

    “Bu da əhali arasında yarana biləcək immunitet üçün çox böyük rəqəmdir və həm də təbii yolla qazanılmış immunitet anlamına gəlir. Amma belə bir zamanda virusun yeni mutasiyasına rast gəlinməsi artıq vəziyyəti daha da mürəkkəbləşdirir”.

    Alim virusun yeni mutasiyasının necə meydana gəlməsi barədə də danışıb.

    N.Abdullayev vurğulayıb ki, tibb mütəxəssisləri tərəfindən virusla bağlı aparılan tədqiqatlar zamanı elmə məlum olan mutasiyalar araşdırılır:

    “Ehtimal olunur ki, Cənubi Afrikada yaranan “escape” (escape mutation) mutasiyasıdır. Eyni zamanda, elm bu mutasiyanın yaranma səbəblərini müəyyənləşdirib. Belə ki, virusdan sağalan insanlar yenidən yoluxan zaman ciddi xəstələnməsələr də, orqanizmdə formalaşan immunitetlə infeksiya arasında yeni mübarizə başlayır.

    Virus bu mübarizədə artıq onu öncədən tanıyan immunitetə qalib gəlmək üçün özünü müəyyən formada dəyişdirmək məcburiyyətində qalır. Bir daha vurğulayıram ki, virus ona qarşı formalaşan immuniteti zərərsizləşdirməyə çalışır. Beləliklə, “escape” mutasiyasına uyğun dəyişikliklər yaranır.

    Bu da bir-biri ilə ünsiyyətdə olan bir dəfə xəstəlikdən sağalmış insanların bu dəfə virusun yeni mutasiyasına yoluxması və ya bugünədək yoluxmayan insanları yeni mutasiya ilə yoluxdurmaq deməkdir”.

    Tibb elmləri doktoru hesab edir ki, Azərbaycanda virusun mutasiyası ilə bağlı ciddi profilaktik tədbirlər həyata keçirilməli və cəmiyyətdə maarifləndirici işlər daha sürətlə davam etdirilməlidir.

    O, həmçinin, virusdan sağalan şəxslərə müraciət edərək, özlərini təcrid etmələrini tövsiyə edib:

    “Virusdan sağalanlar daha diqqətli və məsuliyyətli olmalıdır. Virusu mutasiyaya uğratmamaq və Azərbaycandakı vəziyyəti daha da pisləşdirməmək üçün özlərini maksimum qorumalı və təcrid etməlidirlər.

    Əks halda virusdan sağalan şəxslər sağlamlığına təkrar ciddi zərər vurmaqla yanaşı, həm də yeni mutasiyanın kütləvi şəkildə yaranmasına yol aça bilərlər. Bu zaman təhlükə ondan ibarətdir ki, mutasiya olunmuş virusun yeni yoluxduruculuq əmsalı fərqli olacaq. Bu da virusun geniş yayılmasını sürətləndirə və normal həyata qayıdışı peyvəndin tətbiqindən asılı olmayaraq, bir qədər də gecikdirə bilər”.

  • Продлен срок ареста бывшего завотделом архитектуры и строительства ИВ Абшеронского района

    В Бинагадинском районном суде рассмотрено представление следственного органа о продлении меры пресечения в виде ареста в отношении бывшего завотделом архитектуры и строительства Исполнительной власти (ИВ) Абшеронского района Акифа Алиева и экс-начальника отдела эксплуатации и ремонта Объединения жилищно-коммунального хозяйства №3 города Хырдалана Мурада Ахмедова, передает Trend.

    На процессе под председательством судьи Вугара Мамедова представление было удовлетворено, принято решение о продлении срока ареста обвиняемых.

    А.Алиев и М.Ахмедов были задержаны 23 июня 2020 года. Против них возбуждено уголовное дело по статье 311.2 (получение взятки) УК АР. Решением Бинагадинского районного суда они были арестованы сроком на четыре месяца.

  • Abşeronun sabiq baş memarının həbs müddəti artırıldı

    Binəqədi Rayon Məhkəməsində rüşvət almaqda təqsirləndirilərək, həbs edilən Abşeron Rayon İcra Hakimiyyətinin baş memarı Akif Əliyev və 3 saylı Mənzil Təsərrüfat İstehsalat İstismar təmir sahəsinin sabiq rəisi Murad Əhmədovun barələrində olan həbs-qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi vəsatətə baxılıb.

    Trend-in məlumatına görə, prosesdə vəsatətlər təmin edilib və hər iki şəxs barəsində seçilmiş həbs-qətimkan müddəti uzadılıb.

    Xatırladaq ki, Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri – rayonun baş memarı Akif Əliyev və 3 saylı Mənzil Təsərrüfat İstehsalat İstismar təmir sahəsinin sabiq rəisi Murad Əhmədov ötən il iyunun 23-də rüşvət alarkən saxlanılıb və hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barələrində dörd ay müddətə həbs-qətimkan tədbiri seçilib.

  • Nazirlikdən şəhid ailələri və müharibə iştirakçılarına dəstəklə bağlı VACİB ADDIM

    Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) Azərbaycanın rəhbərliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları arasında onlayn görüş keçirilib.

    Palatadan verilən məlumata əsasən, görüş şəhid ailələrinə və müharibə iştirakçılarına sosial dəstək və bu istiqamətdə mümkün əməkdaşlıq perspektivləri mövzusunda keçirilib.

    AmCham Azərbaycanın prezidenti Nuran Kərimov bildirib ki, AmCham Azərbaycan öz korporativ sosial məsuliyyət siyasətinin tərkib hissəsi olaraq şəhid ailələrinin və
    müharibə iştirakçılarının sosial təminatının yaxşılaşdırılması məsələsinə xüsusi əhəmiyyət verir. O həmçinin vurğulayıb ki, Palata üzvləri tərəfindən bu istiqamətdə töhfə vermək üçün mütəmadi olaraq müxtəlif işlər görülür.

    Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov təşkil edilmiş tədbirin dövlət və biznes nümayəndələri arasında əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparmaq üçün əlverişli platforma olduğunu qeyd edib. O həmçinin hazırda Nazirlik tərəfindən qeyd edilən istiqamətdə həyata keçirilən layihələr və şəhid ailələrinin, müharibə iştirakçılarının sosial təminatının yaxşılaşdırılması üçün aparılan tədbirlər və s. barədə ətraflı məlumat verib.

    N.Kərimov qeyd edib ki, AmCham Azərbaycanın bu təşəbbüsü olduqca təqdirəlayiq haldır və nazirlik palata ilə əməkdaşlığı davam etdirməyə hazırdır.

    Sonda tərəflər şəhid ailələrinə və müharibə iştirakçılarına sosial dəstək, o cümlədən
    onların məşğulluğunun təminatı istiqamətində birgə tədbirlərin keçirilməsi barədə razılığa gəliblər.

  • На кладбище в Джебраиле обнаружены оскверненные армянами могилы – ФОТО

    Выявлен еще один факт армянского вандализма на освобожденных от оккупации территориях Азербайджана.

    Как передает Report, на кладбище в Джебраильском районе обнаружены поваленные и разбитые армянами надгробия.

    Журналист, пресс-секретарь ЗАО “Азербайджанское каспийское морское пароходство” Мехман Мехдиев сообщил, что в селе Нюзгар были осквернены могилы его близких.

    “В результате армянского вандализма разрушены захоронения моего дяди, деда и других родственников. У меня есть соответствующие фотографии. На этом кладбище сотни разрушенных могил”, – сказал он.

    Напомним, что село Нюзгар было освобождено в первый день Отечественной войны – 27 сентября.




  • Ermənilər Cəbrayılda da qəbirləri dağıdıblar – FOTO

    Ermənilər işğal zamanı Cəbrayıl rayonunda qəbirləri dağıdıblar.

    Bu barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin (ASCO) mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev öz “Facebook” səhifəsində paylaşım edib.

    “Ermənilər əmim, babam və digər doğmalarımızın qəbirlərini dağıdıblar”, – deyə o qeyd edib.

    Qeyd edək ki, bundan əvvəl işğaldan azad olunmuş rayonlarda məzar yerlərinin vəhşi düşmən tərəfindən dağıdıldığını əks etdirən görüntülər yayılmışdı.




  • Стоимость биткоина опустилась ниже 34 тыс. долларов

    Стоимость биткоина продолжает снижаться, после открытия торгов падение составило 11,55%, в пике достигая отметки в 33 762 доллара, свидетельствуют данные портала CoinDesk, пишет ТАСС.

    По данным на 07:43 по бакинскому времени, его курс находился на уровне 33 951 доллара (-11,06%).

    Биткоин – децентрализованная система одноименной криптовалюты на основе технологии блокчейн.