Month: January 2021

  • Prezidentdən Nərgiz Qurbanova ilə bağlı SƏRƏNCAM

    Prezident İlham Əliyev Nərgiz Akif qızı Qurbanovanın Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

    Dövlət başçısının digər sərəncamı ilə, N.Qurbanova Azərbaycan Respublikasının Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

  • Polşadakı səfirimiz geri çağırıldı – SƏRƏNCAM

    Prezident İlham Əliyev Həsən Əziz oğlu Həsənovun Azərbaycan Respublikasının Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

  • Zəfər muzeyi və memorial komplekslə bağlı işlərə başlanıldı – RƏSMİ

    Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin məzmununun hazırlanması və bununla bağlı müvafiq materialların toplanması işinə başlanılıb.

    Bu barədə Trend-ə Mədəniyyət Nazirliyindən bildiriblər.

    Qeyd olunub ki, Tədbirlər Planının ilkin layihəsi Nazirlər Kabinetinə təqdim edilib:

    “Bildiyiniz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncamda Mədəniyyət Nazirliyinə Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yeri və layihələndirilməsi ilə bağlı təkliflərin hazırlanaraq iki ay müddətində Nazirlər Kabinetinə təqdim edilməsi tapşırılmışdır.

    Hazırda Mədəniyyət Nazirliyi tərəfindən bu istiqamətdə işlər aparılır. Eyni zamanda, Nazirlik tərəfindən Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin məzmununun hazırlanması və bununla bağlı müvafiq materialların toplanması işinə başlanılıb. Belə ki, lazım olan materialların yığılması üzrə Tədbirlər Planının ilkin layihəsi və bununla əlaqədar yaradılacaq İşçi Qrupunun tərkibinə daxil edilməli dövlət qurumlarının siyahısı tərtib edilib və Nazirlər Kabinetinə təqdim edilib. Həmçinin, lazımi materialların toplanmasına köməklik göstərilməsi ilə əlaqədar müvafiq dövlət qurumlarına birbaşa müraciətlər ünvanlanıb.

    Qeyd edək ki, toplanacaq materialların müasir standartlar səviyyəsində və müxtəlif kreativ vasitələrlə muzeydə təqdim edilməsi planlaşdırılır”.

  • Əsgərlərimiz Qafan aeroportunun qarşısında Azərbaycan bayrağı qaldırdılar – VİDEO

    Azərbaycan sərhədçiləri Zəngilan rayonunun Ermənistanla sərhədinə bayrağımızı sancıblar.

    Bununla bağlı görüntülərin sosial şəbəkələrdə paylaşılıb.

    Videodan bayrağımızın sancıldığı ərazinin qarşısında Ermənistanın Qafan şəhəridə yerləşən aeroport görünür.

    Həmin görüntüləri təqdim edirik:

  • “WhatsApp” istifadəçiləri məlumatları “Faсebook”la paylaşmalı olacaqlar

    “WhatsApp” messencerinin tərtibatçıları istifadəçi razılaşmasını yeniləyərək, fərdi məlumatların “Faсebook”a ötürülməsi barədə bənd əlavə ediblər.

    Bu barədə “RİA Novosti” xəbər yayıb.

    İstifadəçi müqaviləsinin mətnində deyilir ki, “Faсebook” korporasiyasının bir hissəsi olan “WhatsApp”, vərdişlərini və zövqlərini təhlil etmək üçün istifadəçi haqqında lazımi məlumatları şirkətin bütün “tətbiqetmə ailəsi” ilə bölüşəcək.

    “WhatsApp” tərtibatçıları, fərdi reklamı istifadəçi istəklərinə uyğunlaşdırmaq və xidmətləri yaxşılaşdırmaq, həmçinin, müştəri üçün ən uyğun olan məzmunu təklif etmək üçün şirkətin bu məlumatlara ehtiyacı olduğunu izah edir.

    Tərtibatçılar əmindirlər ki, sosial şəbəkələrin qarşılıqlı inteqrasiyası istifadəçilər üçün imkanları genişləndirəcək.

  • Прогноз погоды в Азербайджане на 9 января

    Национальная служба гидрометеорологии Министерства экологии и природных ресурсов обнародовала прогноз погоды в Азербайджане на 9 января.

    В Баку и на Абшеронском полуострове прогнозируются переменная облачность, пасмурная погода без осадков, утром и вечером – местами туман, порывистый юго-западный ветер.

    Температура воздуха на Абшероне составит ночью 3-6, днем – 7-10, в Баку ночью – 3-5, днем – 7-9 градусов тепла.

    Атмосферное давление понизится с 767 до 763 мм ртутного столба, относительная влажность ночью – 70-80%, днем – 55-60%.

    В районах Азербайджана завтра ожидается погода без осадков, местами туман, порывистый западный ветер.

    Температура воздуха ночью составит от 2 градусов мороза до 3 градусов тепла, днем – 8-13 градусов тепла, в горах ночью – 0-5, в высокогорье – 7-9 градусов мороза, днем – 2-7 градусов тепла.

  • Dağlıq ərazilərdə 9 dərəcə şaxta olacaq

    Yanvarın 9-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah səhər və axşam bəzi yerlərdə duman olacaq, mülayim cənub-qərb küləyi arabir güclənəcək.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 3-6, gündüz 7-10, Bakıda gecə 3-5, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 763 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.

    Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5, yüksək dağlıq ərazilərdə 7-9 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

    Yanvarın 9-da Abşeron yarımadasında arabir güclənən mülayim cənub-qərb küləyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

  • К СВЕДЕНИЮ вынужденных переселенцев, не желающих возвращаться в родные места

    Вынужденных переселенцев просят искренне ответить на вопрос о возвращении в родные места. Возможно, некоторые не захотят вернуться, и это их выбор.

    Об этом заявил зампредседателя Госкомитета Азербайджана по делам беженцев и вынужденных переселенцев Фуад Гусейнов во время прямого эфира на Yeni TV.

    По его словам, в соответствии с действующим законодательством статус вынужденного переселенца утратит силу.

    “В данном случае льготы для этой категории граждан и приравненных к ним лиц станут недействительными”, – подчеркнул он.

    “Не исключено внесение в связи с этим поправок в законодательство. Может потребоваться принятие новых законов в соответствии с изменившимися реалиями. В этом направлении готовятся предложения, ведется работа”, – добавил Ф.Гусейнов.

  • Geri dönmək istəməyən məcburi köçkünlərin NƏZƏRİNƏ

    “Məcburi köçkünlərdən evə qayıtmaları ilə bağlı suala səmimi cavab vermələri xahiş olunur. Ola bilsin ki, hansısa məcburi köçkün qayıtmaq istəməsin, bu, onların seçimidir”.

    Bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov “Yeni” TV-nin canlı yayımında bildirib.

    Onun sözlərinə görə, artıq mövcud qanunvericiliyə uyğun olaraq məcburi köçkün statusu itirilmiş olacaq:

    “Bu zaman məcburi köçkün və onlara bərabər olan şəxslərə şamil edilən imtiyazlar qüvvəsini itirmiş olacaq”.

    “Qanunvericilikdə bununla bağlı düzəlişlərin olacağı istisna deyil. Yeni reallıqlara əsasən, yeni qanunların qəbuluna ehtiyac ola bilər. Bununla bağlı təkliflər hazırlanır və iş gedir”, – deyə o əlavə edib.

  • В Азербайджане врач-психиатр скончался от коронавируса – ФОТО

    Врач-психиатр Сумгайытского психоневрологического диспансера Валех Алышов вечером 7 января скончался от коронавирусной инфекции, передаёт Median.Az со ссылкой на oxu.az.

    Ранее его состояние здоровья ухудшилось.

    Несмотря на все усилия врачей, жизнь В.Алышова спасти не удалось.

    Данную информацию агентству подтвердили в диспансере.