Month: January 2021

  • В Шуше горит свет – ВИДЕО

    В освобожденной от оккупации Шуше продолжаются работы восстановлению электроснабжения.

    Соответствующие видеокадры опубликованы в соцсетях.

    Отмечается, что в жилые дома города уже подано электричество, работает уличное освещение.

    Представляем читателям это видео:

  • Şuşanın işığı yandı – VİDEO

    İşğaldan azad edilmiş Şuşada elektrik enerjisinin bərpası davam edir.

    Bununla bağlı sosial şəbəkələrdə video yayılıb.

    Bildirilib ki, şəhərin küçələrinə və yaşayış obyektlərinə artıq elektrik enerjisi verilməyə başlanıb.

    Sözügedən videonu tədim edirik:

  • Ceyhun Bayramov: ”Xocavənddə diversiya qrupunun 62 üzvü saxlanılıb”

    Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun BMT-nin baş katibi Antonio Quterreşə ünvanlandığı, Ermənistanın beynəlxalq hüquqa və 10 noyabr tarixli üçtərəfli bəyanata zidd olaraq sabitliyin pozulmasına yönələn fəaliyyəti barədə məktubu BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb.

    Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən Qaynarinfo-ya verilən məlumata görə, məktubda 10 noyabr tarixli üçtərəfli bəyanatdan sonra Azərbaycanın münaqişənin təsirinə məruz qalan bütün ərazilərdə bərpa və reinteqrasiya üzrə geniş miqyaslı işlərə başladığı bir vaxtda Ermənistanın bölgədə sülh, əməkdaşlıq və inkişafın təmin edilməsinə təhdid təşkil edən fəaliyyəti barədə məlumat verilir.

    Belə ki, Azərbaycanın işğaldan azad olunmuş Xocavənd rayonu ərazisində Ermənistan silahlı qüvvələrinin diversiya-təxribat fəaliyyəti qeyd olunaraq, Azərbaycanın müvafiq qurumları tərəfindən aparılan anti-terror əməliyyatı nəticəsində Ermənistan vətəndaşları olan 62 nəfərdən ibarət diversiya qrupunun üzvlərinin saxlanıldığı bildirilir.

    Birgə bəyanatın imzalanmasından bir ay keçdikdən sonra Ermənistan silahlı qüvvələrinin Azərbaycanın beynəlxalq tanınmış ərazilərində bu kimi diversiya-təxribat fəaliyyətinin Ermənistanın beynəlxalq hüququn prinsiplərini, eləcə də bəyanatla üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozmasının sübutu olduğu BMT baş katibinin diqqətinə çatdırılır.

    Məktubda Ermənistanın Azərbaycan ərazilərində bu kimi sabitliyin pozulmasına yönələn fəaliyyətdən çəkindirilməsi üçün təxirəsalınmaz tədbirlərin görülməsi müraciəti əks olunur. Həmçinin bölgədə mehriban qonşuluq münasibətlərinin bərpa olunmasını vəd edən birgə bəyanatın icrasının dəstəkləməsində BMT başda olmaqla, beynəlxalq ictimaiyyətin mühüm rolu vurğulanır.

    BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi ilə aşağıdakı keçiddən tanış olmaq olar: https://undocs.org/a/75/689.

  • “Vaksinasiyadan sonra da maska taxılmalıdır” – TƏBİB rəsmisi

    Yeni növ koronavirus pandemiyası ilə mübarizə məqsədilə ölkəmizə gətiriləcək peyvəndlərə böyük ümidlər bəslənilir. Lakin peyvəndlərin gətirilməsi və onun vaksinasiyasının başlanılması heç də arxayınçılıq üçün əsas vermir.

    Median.Az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib. Onun sözlərinə görə, peyvəndin vurulması orqanizmdə immunitetin inkişaf etməyə başlaması deməkdir.

    “Birinci doza vurulandan 14-21 gün sonra ikinci doza vurulacaq. İkinci dozadan sonra virusa qarşı orqanizmdə yaranan anticisimlərin əmələ gəlməsini gözləmək lazımdır. Lakin bununla birlikdə vaksinasiya prosesindən bir müddət sonra da tibbi maska taxılmalı, əl gigiyenası və sosial məsafə ilə əlaqədar qaydaya əməl olunmalıdır, çünki ikinci doza alınana qədər, daha dəqiq desək, immunitet yaranana qədər təhlükənin sovuşmasına bel bağlamaq olmaz. Orqanizmdə infeksiyaya qarşı immunitet yaranana qədər gözləmək və qaydalara əməl etmək lazımdır”, – deyə TƏBİB rəsmisi qeyd edib.//qaynarinfo

  • Leninqradda ölən və yaralıların olduğu təyyarə qəzasının TƏFƏRRÜATI – YENİLƏNİB+FOTO

    Bir neçə saat əvvəl Rusiyanın Leninqrad vilayətində qəzaya uğrayan “Piper-150” kiçik mühərrikli təyyarə yerə çırpılmamışdan əvvəl havada digər təyyarə ilə toqquşub.

    TASS agentliyi xəbər verir ki, bu barədə qəzanı araşdıran Rusiya Şimal-Qərb Nəqliyyat Prokurorluğu məlumat yayıb.

    “Cessa” təyyarəsinin pilotu uçuş həyata keçirərkən göyərtəsində pilot və iki sərnişin olan “Piper-150” təyyarəsi ilə uçuş zolağında toqquşub.

    “Cessa” təyyarəsi yüngül zədələnib, pilot təhlükəsiz eniş edə bilib”, – Rusiya Şimal-Qərb Nəqliyyat Prokurorluğunun yaydığı məlumatda bildirilir.

    Prokurorluq həmçinin “Piper-150” təyyarəsinin yerə çırpılması nəticəsində üç nəfərin həlak olduğunu təsdiqləyib.

    ***

    Rusiyanın Leninqrad vilayətində Piper-150 kiçik mühərrikli təyyarəsi qəzaya uğrayıb.

    360 TV bununla əlaqədar fotoları paylaşıb.

    Məlumata görə, təyyarədə dörd nəfər – üç böyük və bir uşaq olub. Böyüklər ölüblər, uşaq xəstəxanaya yerləşdirilib.

    Qəzanın səbəbləri və başqa təfərrüatı araşdırılır.

  • Azərbaycanda ictimai iaşə sahəsində fəaliyyət göstərən sahibkarlara XƏBƏRDARLIQ

    Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarına əsasən, ictimai iaşə sahəsində fəaliyyət göstərən sahibkarların təsdiq edilmiş qaydalara daha ciddi əməl etmələri, ictimai iaşə obyektində koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin təşkili, yoluxma hallarının effektiv idarə edilməsi və interaktiv məlumat mübadiləsi üçün ictimai iaşə obyektlərinə nəzarət üzrə məsul şəxs təyin etməli və həmin şəxs haqqında müvafiq məlumatları Agentliyə təqdim etməlidirlər.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin yaydığı məlumatda qeyd olunub.

    Bildirilib ki, epidemiya dövründə ictimai iaşə sektorunda müəyyən edilən qaydalara əməl edilməsi, o cümlədən, məsul şəxsin müəyyən edilərək müvafiq məlumatların AQTA-ya təqdim edilməsinə monitorinqlər zamanı ciddi nəzarət ediləcək.

    Monitorinqlər zamanı belə müəssisələr aşkar olunduqda onların fəaliyyətləri məhdudlaşdırılacaq və inzibati cəza tədbirləri görüləcək.

    Odur ki, sahibkarlar ictimai iaşə obyektində fəaliyyət göstərəcək məsul şəxs haqqında məlumatları ən qısa zaman ərzində Agentliyə şəxsi kabinetləri vasitəsilə və ya monitoring@afsa.gov.az elektron poçt ünvanına göndərilməsini təmin etməlidirlər.

  • Salyanda minik avtomobili yanıb

    Salyanda minik avtomobili yanıb.

    Median.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, rayonda ümumi sahəsi 30 m² olan qarajın tavanı 5 m² sahədə və içərisində təmirə dayanan “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb. Qarajın qalan hissəsi yanğından mühafizə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Müdafiə Nazirliyindən Türkiyənin ölkəmizdə hərbi bazalar quracağı iddialarına REAKSİYA

    Bir sıra xarici media orqanlarında ölkəmizin üç şəhərində Türkiyənin aviasiya hərbi bazalarının qurulacağı barədə xəbərlər yayılıb.

    Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

    Onun sözlərinə görə, Azərbaycan Respublikası tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, öz ərazisində xarici hərbi bazaların yerləşdirilməsi siyasətindən kənardır.

    Nəzərə almaq lazımdır ki, Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür və 2019-2022-ci illər üçün bu hərəkatın sədridir.

  • Ermənistan XİN: “Azərbaycan vətəndaşları ölkəmizə gələ bilər” – VİDEO

    Azərbaycanlıların Ermənistana səfər etməsi üçün viza sistemi ləğv olunub. Bununla bağlı Ermənistan XİN saytında dəyişiklik edilib.

    Bəs bu xəbər reallığı nə dərəcədə əks etdirir?

    Məsələ ilə bağlı Baku TV reportaj hazırlayıb. Süjetdə politoloqların məsələ ilə bağlı fikirləri, eyni zamanda Azəbaycan XİN mətbuat xidmətinin rəhbəri Leyla Abdullayevanın açıqlamaları yer alıb.

  • Bir neçə qəsəbədə qaz olmamasının səbəbi – AÇIQLAMA

    Ötən gündən etibarən Bakının bir sıra ərazilərində təbii qazın verilməsiylə bağlı məhdudiyyət yaşanır. Söhbət Masazır, Maştağa, Ramana, Mərdəkan ərazilərindən gedir.

    “Qafqazinfo” problemlə bağlı “Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərovla əlaqə saxlayıb.

    O, sözügedən ərazilərdə qaz probleminin olduğunu təsdiqləyib. Bildirib ki, bəzi yerlərdə qazın qəbuluyla bağlı sistemdə nasazlıqlar ortaya çıxıb:

    “Azəriqaz” olaraq bunu bərpa etmək məcburiyyətində qalmışıq. Masazır ərazisində problem olmuşdu. Orada problem həll olunur, yavaş-yavaş kəmərə qaz vurulur. Yerdə qalan ərazilərə də mərhələli şəkildə təzyiq tənzimləməsiylə qaz vurulacaq.

    Bu gün ərzində proses yekunlaşacaq. Saat 17:00 radələrindən qaz açılıb. Amma mənbədən kəmərlərə qaz dolması 1 saata yaxın vaxt aparır. Bu proses tamamlandıqdan sonra qaz bütün evlərə gedib çatacaq”.