Month: January 2021

  • Azərbaycanda həkim psixiatr koronavirusdan öldü – FOTO

    Azərbaycanda daha bir həkim koronavirusdan vəfat edib.

    Median.Az-ın məlumatına görə, Sumqayıt Ruhi Əsəb Xəstəlikləri Dispanserinin psixiatrı Valeh Alışov bir müddət öncə koronavirusa yoluxub.

    Müalicələrə baxmayaraq, həkimin vəziyyəti ağırlaşıb və ötən axşam radələrində koronavirusdan vəfat edib.

    Məlumatı həkimin çalışdığı Sumqayıt Ruhi Əsəb Xəstəlikləri Dispanserindən Oxu.Az-a təsdiq ediblər.

  • Baş Prokurorluqda əməliyyat müşavirəsi keçirildi

    Yanvarın 8-də Baş Prokurorluqda əməliyyat müşavirəsi keçirilib.

    Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə keçirilən müşavirə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində prokurorluq orqanları tərəfindən 2020-ci il ərzində görülmüş işlərin vəziyyətinin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunub.

    Baş Prokurorluqda 2020-ci ildə prokurorluq orqanları tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsində ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, qazilərə şəfa dilənib.

    Müşavirədə çıxış edən Baş prokuror Kamran Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik konsepsiyasını və ordu quruculuğunu inamla reallaşdıran Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin həyata keçirdiyi hərtərəfli düşünülmüş müdrik dövlət siyasəti və səriştəli idarəçiliyi, zabitlərimizin, əsgərlərimizin qəhrəmanlığı sayəsində əbədi və əzəli torpaqlarımızın işğaldan azad edilərək tariximizin parlaq səhifələrinə həkk olunan şanlı qələbənin milli birliyimizin, haqqın və ədalətin zəfəri olduğunu bildirib.

    “Qarabağ Azərbaycandır və nida” devizini gerçəkliyə çevirən ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə azad olunmuş torpaqlarımızın qısa müddət ərzində bərpa ediləcəyinə əminlik ifadə olunmaqla, bu istiqamətdə “Qarabağ Dirçəliş Fondu”nun yaradılması və Qarabağın döyünən ürəyi olan Şuşanın “Azərbaycanın mədəniyyət paytaxtı” elan edilməsi xüsusi vurğulanmaqla, işğaldan azad olunmuş bölgələrdə məskunlaşma, layiqli yaşayış və iqtisadi fəallığın təmin olunacağı, həyata keçiriləcək quruculuq-bərpa işlərinin ölkəmizin sosial-iqtisadi inkişafının əsaslarını daha da möhkəmləndirəcəyi diqqətə çatdırılıb.

    Baş prokuror diqqətə çatdırıb ki, 2020-ci il Azərbaycan Respublikası Prokurorluğu orqanları üçün də uğurlu hesabat dövrü olub. Digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlərin görülməsi təmin olunub.

  • Bakıda vətəndaşları qanunsuz işə götürən şəxs saxlandı

    Bakıda vətəndaşları qeyri-qanuni işə götürən şəxs saxlandı.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Daxili İşlər Nazirliyi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində şirkət təsisçisi və direktoru olan Bakı şəhər sakini S.Hüseynzadənin 1190 nəfər vətəndaşın karantin postlarından sərbəst hərəkət etmələri üçün onları öz şirkətinə 10-50 manat pul müqabilində qanunsuz olaraq işə götürməsi müəyyən edilib.

    Faktla əlaqədar Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb.

  • Məcburi köçkünlərin doğma yurdlarına qayıtması necə müəyyənləşdiriləcək? – RƏSMİ

    “Vətən Müharibəsindən sonra doğma yurdlarına qayıtmaq üçün komitəyə müraciətlərin sayı artıb”.

    Bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov “Yeni” TV-nin canlı yayımında bildirib.

    O qeyd edib ki, məcburi köçkünlər müraciətlərində daimi məskunlaşmaqla yanaşı, Qarabağın yenidən canlandırılması, orada bərpa və quruculuq işlərində fəal iştirak etmək niyyətində olduqlarını bildirirlər.

    “Müxtəlif beynəlxalq xarici təsisatlar, özəl şirkətlər və dövlət qurumları, eləcə də, bu yaxınlarda Sosial Tədqiqatlar Mərkəzi tərəfindən məcburi köçkünlərin qayıdışı ilə bağlı sorğu keçirilib.

    Sorğuların yekdil nəticəsinə əsasən, məcburi köçkün və qaçqın soydaşlarımızın mütləq əksəriyyəti – 90 faizdən artığı doğma torpaqlarına qayıtmaq niyyətindədir.

    Dövlət başçısının qərarı ilə məcburi köçkün və qaçqınlar arasında hərtərəfli, genişmiqyaslı sorğu keçiriləcək. Bununla bağlı tapşırıqlar verilib. Dövlət Komitəsi olaraq həmin sorğunun anketinə daxil olacaq suallar üzərində işləyəcəyik. Müxtəlif təkliflər hazırlanır.

    Bu, böyük sosioloji tədqiqatın predmetidir. Burada əsas məqsəd məcburi köçkünlərin niyyətini öyrənmək, digər tərəfdən isə hər bir rayon, kənd, qəsəbə üzrə sosial-iqtisadi profili yaratmaqdır. Dövlət Komitəsində məcburi köçkünlərə dair vahid elektron baza mövcuddur”, – deyə o qeyd edib.

  • Построенные для вынужденных переселенцев многоквартирные дома будут переданы на баланс Минтруда

    В соответствии с решением Президента Азербайджана, поселки и высотные жилые дома, построенные в 2020 году для вынужденных переселенцев по линии Госкомитета по делам беженцев и вынужденных переселенцев, будут переданы на баланс Министерства труда и соцзащиты населения.

    Речь идет о 4700 поселках и многоквартирных жилых комплексах.

    Как передает Oxu.Az, об этом заявил заместитель председателя Госкомитета по делам беженцев и вынужденных переселенцев Фуад Гусейнов во время прямого эфира на Yeni TV.

    По его словам, эти поселки построены в Баку, Сумгайыте, Абшеронском, Самухском и Лянкяранском районах.

    “Данные жилые комплексы обеспечены всей необходимой социальной и технической инфраструктурой и полностью готовы к заселению”, – сказал он.

    Ф.Гусейнов отметил, что распределением квартир будет заниматься Минтруда и соцзащиты населения.

  • Prezidentin qərarı ilə “Qaçqınkom”un nazirliyə verdiyi mənzillərin sayı açıqlandı – RƏSMİ

    “Ölkə başçısının qərarına əsasən, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin xətti ilə 2020-ci ildə məcburi köçkünlər üçün inşa edilən qəsəbələr və hündürmərtəbəli yaşayış binaları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilir.

    Söhbət 4700-ə yaxın çoxmənzilli qəsəbələrdən və hündürmərtəbəli yaşayış komplekslərindən gedir”.

    Bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov “Yeni” TV-nin canlı yayımında bildirib.

    Onun sözlərinə görə, həmin qəsəbələr Bakı şəhəri, Sumqayıt şəhəri, Abşeron rayonu ərazisində, həmçinin, Samux və Lənkəran rayonun ərazisində inşa edilib:

    “Bu mənzillər artıq istifadəyə hazırdır. Bu yaşayış kompleksləri bütün zəruri olan sosial texniki infrastrukturla təmin edilib, yaşayış üçün tam hazırdırlar”.

    F.Hüseynov qeyd edib ki, həmin mənzillərin paylanılma mexanizmi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətinə verilib.

  • Названо количество боеприпасов и мин, обнаруженных ANAMA с начала Отечественной войны

    С 27 сентября 2020-го по 7 января 2021 года Национальное агентство по разминированию территорий Азербайджана (ANAMA) на основании 2 287 вызовов провело 1 831 оперативную и неотложную операцию, сообщает в пятницу Trend со ссылкой на агентство.

    Были осмотрены дома и приусадебные участки в Агдамском, Агджебединском, Бардинском, Билясуварском, Джебраильском, Геранбойском, Гейгельском, Кюрдамирском, Физулинском, Тертерском, Товузском, Шамкирском, Гаджигабульском, Зардабском, Хызинском, Ходжавендском, Огузском, Габалинском районах, городах Нафталане, Гяндже, Шуше и Минягчевире, территории вблизи нефтепроводов, в том числе Южнокавказского трубопровода, Мингячевирской ТЭС, посевные площади и пастбища, обочины дорог, лесные участки, школы.

    В результате обнаружены 2 631 неразорвавшийся боеприпас, 4 546 противопехотных и 1 557 противотанковых мин,1 915 взрывателей противотанковых мин, 77 детонаторов, 1 439 “бомбочек” 9Н235, 24 515 патронов разного калибра, 2 газовые гранаты, 5 968 г пороха, 275 кг пластиковой взрывчатки, 150 кг взрывчатого вещества с содержанием нитрата аммония, 27 метеорологических радиопеленгаторов, используемых в военных целях, 7 дронов (обезврежены), 2 микросхемы для ракет и 1 968 частей разорвавшихся ракет.

  • Vətən Müharibəsi başlayandan indiyədək aşkarlanan piyada əleyhinə minaların SAYI

    Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) Vətən Müharibəsi başladığı gündən (27 sentyabr 2020-ci il) bu ilin yanvarın 7-dək 2 287 siqnal (əməliyyat çağırışı) əsasında 1 831 operativ və təxirəsalınmaz əməliyyat həyata keçirib.

    ANAMA-dan bildirilib ki, nəticədə, Ağdam, Ağdaş, Ağcabədi, Bərdə, Beyləqan, Biləsuvar, Cəbrayıl, Goranboy, Göygöl, Naftalan, Kürdəmir, Füzuli, Tərtər, Tovuz, Şəmkir, Hacıqabul, Zərdab, Xızı, Xocavənd, Oğuz, Qəbələ rayonları, Gəncə, Şuşa və Mingəçevir şəhərləri ərazisində ev və həyətyanı sahəyə, neft kəmərinin yaxınlığına, Mingəçevir İES-in ərazisinə, Cənubi Qafqaz Boru Kəmərinin yaxınlığına, əkin və otlaq sahələrinə, yol kənarına, meşə massivinə, məktəbə baxış keçirilib.

    2 631 ədəd partlamamış hərbi sursat (PHS), 4 546 ədəd piyada əleyhinə mina, 1 557 ədəd tank əleyhinə mina, 1 915 ədəd tank əleyhinə minanın partladıcısı, 77 ədəd detonator, 1 439 ədəd 9N235 bombacıqları, 24 515 ədəd müxtəlif çaplı patronlar, 2 ədəd qaz qumbarası, 5 968 qram qara barıt, 275 kq plastik partlayıcı maddə, 150 kq amonium-nitrat tərkibli partlayıcı maddə, 27 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator, yeddi ədəd dron (zərərsizləşdirilib), iki ədəd raketin mikrosxemi və 1 968 ədəd partlamış raket hissələri aşkar olunub.

  • Кадры из села Юхары Айрым Кельбаджарского района – ВИДЕО

    Министерство обороны АР распространило видеокадры из села Юхары Айрым Кельбаджарского района.

  • İşğaldan azad edilən Kəlbəcərin daha bir kəndinin görüntüləri – VİDEO

    Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndindən videogörüntülər yayımlayıb.

    Həmin görüntüləri təqdim edirik: