Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Aşağı Ayrım kəndindən videogörüntülər yayımlayıb.
Həmin görüntüləri təqdim edirik:
“Brent” markalı neftin qiyməti 2020-ci il fevralın 26-dan bu yana ilk dəfə 55 ABŞ dollarını keçib.
Bu barədə RT məlumat yayıb.
Belə ki, “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti 1.18 faiz bahalaşaraq bir barel üçün 55.02 dollara çatıb.
WTI markalı neftin fevral fyuçerslərinin dəyəri isə 0.92 faiz bahalaşaraq bir barel üçün 51.30 dollara olub.
Britaniyada koronavirus xəstələri ilə dolan tibb müəssisələri başqa xəstələrin qəbulundan imtina edir.
Bu barədə RT xəbər yayıb.
Bildirilir ki, xəstəxanalarda palatalar təcili olaraq reanimasiya üçün yenidən təchiz edilib.
“Burada COVID-19-dan ölməkdə olan 40, 30 və bəzən hətta 20 yaşlı insanlar var. O qədər koronovirus xəstəsi oldu ki, hətta onkoloji əməliyyatları ləğv etmək məcburiyyətində qaldıq”, – deyə Londonda müqəddəs Georgi Xəstəxanasının baş həkimi deyir.
Yeri gəlmişkən, qeyd edək ki, London meri xəstəxanaların dolması ilə əlaqədar şəhərdə fövqəladə vəziyyət elan edib.
“Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarında dəyişiklik edilib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavə martın 31-dək veriləcək.
Dəyişiklikdən öncə isə, tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilmə vaxtı yanvarın 1-dək göstərilirdi.

Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in Azərbaycan və Ermənistan arasında viza məsələsinə aydınlıq gətirib.
Trend-in məlumatına görə, XİN Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib ki, Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında vətəndaşların səfərləri və vizadan azad olunma məsələləri barədə danışmaq üçün ilk növbədə dövlətlər arasında diplomatik münasibətlər qurulması vacibdir:
“Qeyd etmək istərdik ki, iki ölkə arasında gediş-gəlişi tənzimləyən hər hansı beynəlxalq müqavilə imzalanmayıb. Odur ki, hazırkı mərhələdə qarşılıqlılıq prinsipi əsasında vizadan azad etmədən danışmaq əsassızdır”.
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi 2020-ci ildə məcburi köçkünlər üçün tikilmiş, lakin Vətən müharibəsində qələbədən sonra şəhid ailələrinə verilməsi qərara alınan mənzillərin dəqiq sayını və yerləşdiyi əraziləri açıqlayıb.
Bildirilib ki, ötən il məcburi köçkünlər üçün inşa olunmuş yaşayış sahələrinin dövlətimizin başçısının göstərişinə uyğun şəkildə istifadəsini təmin etmək üçün müvafiq tədbirlərin görülməsinə başlanılıb.
Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, 2020-ci ildə Bakı şəhərinin Qaradağ rayonundakı “Ümid” qəsəbəsində 180 ailə üçün beşmərtəbəli 3 yaşayış binasının, Binəqədi rayonunun Xocasən qəsəbəsində doqquzmərtəbəli 5 binadan ibarət 810 ailəlik yeni məhəllənin, 624 şagird yerlik məktəb binasının, 140 yerlik uşaq bağçasının, inzibati binanın və texniki infrastruktur obyektlərinin, Sabunçu rayonunun inzibati ərazisində doqquzmərtəbəli 30 binadan ibarət 1512 ailəlik məhəllənin, 1200 şagird yerlik məktəb binasının, 280 yerlik uşaq bağçasının, inzibati binanın, klub-icma mərkəzinin və texniki infrastruktur obyektlərinin, Abşeron rayonu ərazisində doqquzmərtəbəli 35 binadan ibarət 1890 ailəlik məhəllənin, 1512 şagird yerlik məktəb binasının, 280 yerlik uşaq bağçasının, klub-icma mərkəzinin və texniki infrastruktur obyektlərinin, Samux rayonu ərazisində dördmərtəbəli 9 binadan ibarət 200 ailəlik məhəllənin, 144 şagird yerlik məktəb binasının, 50 yerlik uşaq bağçasının, inzibati binanın, klub icma mərkəzinin, həkim məntəqəsinin və texniki infrastruktur obyektlərinin, Ağdam rayonunun Quzanlı qəsəbəsində 50 mənzilli beşmərtəbəli binanın, Lənkəran şəhərində 45 mənzilli beşmərtəbəli binanın, Füzuli rayonunda 95 fərdi yaşayış evindən ibarət olan yaşayış qəsəbəsinin inşası başa çatdırılıb.
Qeyd edilib ki, Füzuli rayonunda tiklimiş evlər məcburi köçkünlərə veriləcək. Yaşayışa hazır olan 4687 mənzil isə ölkə rəhbərliyinin tapşırığının icrası üçün istifadə olunacaq.
Yanvar ayının 9 və 10-da Ziya Bünyadov prospektinin Azadlıq prospekti ilə kəsişməsində hərəkət qismən məhdudlaşdırılacaq.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Belə ki, Ziya Bünyadov prospektinin Azadlıq prospekti ilə kəsişməsində yerləşən yol ötürücüsü üzərində, Koroğlu yol qovşağı istiqamətində aparılacaq təmir işləri ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Alternativ olaraq sürücülər prospektin yan yollarından istifadə edə bilərlər.
В Азербайджане за минувшие сутки выявлено 532 новых случая инфицирования коронавирусом, 1 879 человек вылечились и были выписаны домой.
Об этом 8 января сообщает оперативный штаб при Кабинете министров.
За минувшие сутки от COVID-19 скончались еще 24 пациента.
До сегодняшнего дня коронавирусом в Азербайджане заразились 223 417 человек, 2 869 из них скончались, 205 406 – вылечились, 15 142 – находятся в активной фазе лечения в больницах особого режима.
В республике на сегодня проведен 2 250 291 тест на COVID-19 (за последние 24 часа – 8 383).

Azərbaycanda koronavirusa (COVID-19) 532 yeni yoluxma faktı qeydə alınıb, 1879 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, 24 nəfər COVID-19-dan vəfat edib.
Aktiv xəstə sayı 15 142 nəfərə çatıb.
Ölkədə son sutka ərzində 8 383, hazırkı dövrədək isə 2 250 291 test aparılıb.
Ümumi ölənlərin sayı 2 869 nəfərdir.
Ümumi yoluxanların sayı 223 417 nəfər, ümumi sağalanların sayı 205 406 nəfərdir.Azərbaycanda koronavirusa (COVID-19) 532 yeni yoluxma faktı qeydə alınıb, 1879 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, 24 nəfər COVID-19-dan vəfat edib.
Aktiv xəstə sayı 15 142 nəfərə çatıb.
Ölkədə son sutka ərzində 8 383, hazırkı dövrədək isə 2 250 291 test aparılıb.
Ümumi ölənlərin sayı 2 869 nəfərdir.
Ümumi yoluxanların sayı 223 417 nəfər, ümumi sağalanların sayı 205 406 nəfərdir.

“Azərbaycanda ən çox havanın çirkləndiyi ərazi Bakı şəhəridir”.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində “Ekspert saatı” verilişinin canlı yayımında nazirliyin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
Onun sözlərinə görə, atmosfer üzərində aparılan monitorinqlər onu göstərir ki, Bakıda nəqliyyat daha çox havanı çirkləndirir:
“Azərbaycan regionlarında və iri şəhərlərdə özünəməxsus mikroiqlim şəraiti yaradılıb. Çalışırıq ki, bəzi yerlərdə belə iqlim şəraitinə az müdaxilə olsun”.