Month: January 2021

  • Hacıqabul sakininin evində səkkiz kiloqramdan çox narkotik maddə aşkar edildi

    Hacıqabul sakininin evində marixuana aşkar edilib.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Ş.Əhmədovun yaşadığı Hacıqabul şəhərindəki evindən səkkiz kiloqram 452 qram marixuana aşkar edilərək götürülüb.

    Fakt araşdırılır.

  • Şəhid və qazi ailələri üçün “YAŞAT kart” hazırlanır: Xüsusi güzəştlər olacaq – RƏSMİ

    “Artıq xüsusi “YAŞAT kart” ilə bağlı layihə düşünürük. Hər bir ailəyə bu kart veriləcək”.

    Bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) sədri Ülvi Mehdiyev bu gün “YAŞAT” Fondunun fəaliyyəti ilə bağlı keçirilən məlumat konfransında bildirib.

    O qeyd edib ki, şəhid və qazi ailələri həmin kartlar vasitəsilə marketlər, hotellər, ictimai iaşə obyektləri və digər yerlərə yaxınlaşanda xüsusi güzəştlər olunacaq.

    Ü.Mehdiyev qeyd edib ki, Azərbaycan xalqı Fonda ianə edəcəksə, daha böyük layihələr həyata keçirmək mümkün olacaq:

    “Düşünürəm ki, layihələri və problemləri həyata keçirmək üçün ianə toplanacaq”.

  • “Bandotdel” Bakıda əməliyyat keçirdi: Silah-sursat aşkar edildi

    Bakı sakinlərindən silah götürülüb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumatlar əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş R.Ələsgərlidən “Makarov” markalı tapança, E.Mürşüdovdan “Naqan” tipli tapança, R.İsmayılovdan isə “Makarov” markalı tapança, bir ədəd patron darağı, yeddi ədəd patron və bir ədəd səsboğucu aşkar edilərək götürülüb.

    Faktlarla əlaqədar cinayət işləri başlanıb.

  • Kapitolidə yaralanan polis əməkdaşı öldü

    ABŞ Konqresinin binasında iğtişaşlar zamanı yaralanan polis əməkdaşı Brayn Siknik ölüb.

    TASS-ın məlumatına görə, bu barədə polis departamentin saytında açıqlama verilib.

    Çərşənbə günü baş verən etirazlarla əlaqədar cəlb olunan polis iğtişaşçılarla münaqişə zamanı yaralanmışdı. Faktla əlaqədar istintaq başladılacaq.

    Qeyd edək ki, Kapitoli Polis İdarəsinin rəisi Stiven Sand iğtişaş iştirakçılarının Konqres binasına daxil ola bilməsi ilə əlaqədar istefa verib.

  • Ölkəyə qanunsuz yollarla yüzlərlə dərman keçirmək istədi

    Gürcüstandan Azərbaycana xeyli sayda dərman keçirmək istəyən şəxs yaxalanıb.

    Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

    İlkin sorğu-sual zamanı sürücü nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və qanunla qadağan olunan hər hansı predmetin olmadığını bildirib:

    “Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında “Qırmız Körpü” gömrük postunda Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə birgə keçirilən əməliyyat tədbiri nəticəsində Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “DAF” markalı yük avtomobili saxlanılıb və sürücü şifahi sorğu-sual olunub.

    Sorğu-sual zamanı sürücü nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və qanunla qadağan olunan hər hansı predmetin olmadığını bildirib.

    Baxış zamanı yük nəqliyyat vasitəsinin salonunun yuxarı hissəsində olan boşluqlarda və yataq yerində söykənəcəyin arxasında gizlədilən 19 adda 313 qutu dərman preparatları aşkarlanıb”.

  • “YAŞAT” Fondunun portalı istifadəyə verildi

    Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılan Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fondunun yashat.gov.az portalı istifadəyə verilib.

    Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) sədri Ülvi Mehdiyevin iştirakı ilə “YAŞAT” Fondu ilə bağlı keçirilən konfransda qeyd edilib.

    Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) tərəfindən yaradılan portalın məqsədi Fonda müraciət prosesini daha da asanlaşdırmaq, mütəmadi hesabatlar təqdim etməklə şəffaflığı təmin etmək, ianə etmək imkanlarını daha da genişləndirməkdir.

    Portalın “Haqqımızda” bölməsində Fondun yaradılması məqsədləri, qanunvericilik və Himayəçilik Şurasının tərkibinə dair məlumatlar yerləşdirilib.

    Vəsaitlərin xərclənməsi haqqında geniş məlumatın əks olunduğu “Hesabatlar” bölməsində dəstək göstərilənlər, xərclənmiş vəsaitlər və edilən ianələr haqqında ətraflı hesabatlar yerləşdirilib.

    “Faydalı” bölməsi vasitəsi ilə isə ən çox verilən suallar və cavabları ilə tanış olmaq mümkündür.

    “Onlayn ianə” düyməsi vasitəsi ilə ianə etmək imkanı yaradılıb.

    “ASAN xidmət”in bütün rayonlar üzrə ayrılmış qrupları tərəfindən şəhid ailələrinə dair müvafiq məlumatlar tam toplanıb.

    Vətən müharibəsində yaralananlarla bağlı isə portalın “Daxil ol” bölməsində qeydiyyatdan keçib, əlilliyi təsdiq edən məlumat və sənədləri qeyd edərək “müraciət et” bölməsinə keçid əldə etmək mümkündür.

    Bu bölmədə tələb olunan məlumatları yerləşdirmək və Azərbaycan Respublikası Prezidentinin Fərmanında öz əksini tapan istiqaməti qeyd etməklə həmin şəxslərin müraciətləri tamamlanır.

    İlkin mərhələdə “YAŞAT” Fondu Vətən müharibəsinin şəhid ailələrinin və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətlərini qəbul edəcək. Birinci Qarabağ müharibəsi və digər dövrlərdə şəhid olanların ailə üzvləri və əlilliyi müəyyən olunmuş şəxslər isə mart ayından etibarən yashat.gov.az portalında qeydiyyatdan keçə biləcəklər.

    Qismən görmə məhdudiyyətli şəxslərin portaldan istifadəsini daha da asanlaşdırmaq məqsədilə portalın yuxarı sağ küncündə “Rəqəmsal müyəssərlik” düyməsi yerləşdirilib. Həmin düyməyə klik etməklə portal interfeysinin rənginin tənzimlənməsi, daha rahat görünməsi üçün kursorun və mətnlərin böyüdülməsi və digər bir sıra imkanlar mövcuddur.

    Qeydiyyat zamanı yaranan çətinlikləri aradan qaldırmaq, suallara aydınlıq gətirmək məqsədi ilə Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.

    Eyni zamanda “YAŞAT” Fonduna SMS vasitəsilə ianə etmək imkanı yaradılıb. Bütün mobil operatorlardan 8110 qısa nömrəsinə SMS göndərməklə Fonda 1 AZN-dən 50 AZN-dək ianə etmək mümkündür. SMS-in mətnində 1, 3, 5, 10, 20, 50 rəqəmlərini yazmaqla müvafiq olaraq, 1AZN, 3 AZN, 5 AZN, 10 AZN, 20 AZN və 50 AZN ianə etmək olar.

  • Beynəlxalq arenada Azərbaycanın növbəti qələbəsi: Bu dəfə hüquqi sahədə

    Fransada, Strasburq şəhərində, azərbaycanlı hakim Ramin Qurbanov növbəti dəfə ədliyyə sahəsində nüfuzlu beynəlxalq təşkilatlardan birinin – Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (SEPEJ/CEPEJ) prezidenti seçildi. Avropa Şurasının rəsmi saytının məlumatına görə, o, vəzifəsinə 2021-ci ilin yanvar ayından başlayacaq.

    Lissabondan Vladivostoka qədər geniş bir ərazidə yaşayan 830 milyondan çox avropalını əhatə edən, 47 üzv dövlətin yüksək ixtisaslı mütəxəssislərindən ibarət olan Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası (SEPEJ/CEPEJ) Avropa Şurasının ixtisaslaşdırılmış komitəsidir.

    Bu Komitə Avropa insan hüquqları konvensiyasına əsaslanaraq, Avropada ədliyyə və məhkəmə sisteminin səmərəliliyini və keyfiyyətini yüksəltmək üçün beynəlxalq hüquq sənədlərini hazırlamaq və tətbiq etmək üçün yaradılıb.

    Təşkilatın yaradılmasının əsas səbəblərindən biri Avropa İnsan Haqları Məhkəməsinin iddialarla həddindən artıq yüklənməsidir və bu yükü azaltmaq üçün bu komitə Avropa məkanında milli məhkəmə sistemlərinin keyfiyyətini yüksəltməyə çalışır.

    CEPEJ-in vəzifələri sırasında bütün Avropa dövlətlərinin məhkəmə sisteminin fəaliyyətinin təhlili, məhkəmə və hüquq islahatlarının həyata keçirilməsinə dəstək, qarşılaşa biləcəkləri problemlərin müəyyənləşdirilməsi, məhkəmə sistemlərinin fəaliyyətinin yaxşılaşdırılması üçün konkret vasitələrin müəyyənləşdirilməsi, Avropa Şurasının mövcud sənədlərinin tətbiqinin yaxşılaşdırılması və onların təkmilləşdirilməsi üçün təkliflərin hazırlanması və s. vardır.

    Bu vəzifələri həyata keçirmək üçün CEPEJ səmərəlilik göstəricilərini inkişaf etdirir, məhkəmələrin, prokurorluq, ədliyyə orqanlarının, vəkillik fəaliyyətinə dair məlumatları toplayır və təhlil edir, müxtəlif sənədlər hazırlayır (hesabatlar, rəylər, təlimatlar, fəaliyyət planları, bəyannamələr, xartiyalar və s.), həmçinin elmi-tədqiqat müəssisələri ilə əlaqələri inkişaf etdirir, milli səviyyədə məhkəmə sisteminin fəaliyyətinə dair şikayətləri nəzərdən keçirir.

    47 dövlət tərəfindən gizli səsvermə yolu ilə Azərbaycan təmsilçisinin Avropa Komissiyasının sədri seçilməsi ölkəmizin beynəlxalq aləmdə bu dəfə hüquqi sahədə qazandığı daha bir tarixi qələbə və uğurun parlaq sübutudur. Xüsusi vurğulamaq istərdik ki, R.Qurbanov ikinci dəfə bu təşkilatın prezidenti seçilir – ilk dəfə bu vəzifəyə 2018-ci ildə iki il müddətinə seçilib.

    Ondan əvvəl bu beynəlxalq quruma Almaniya, İtaliya, Böyük Britaniya, Avstriya nümayəndələri rəhbərlik edib. R.Qurbanovun yenidən seçilməsi dövlət başçısı cənab İlham Əliyevin səmərəli kadr siyasətinin və onun həyata keçirdiyi məhkəmə-hüquq islahatlarının uğurudur. Bu islahatların həyata keçirilməsində Məhkəmə-Hüquq Şurası və Ədliyyə Nazirliyinin rəhbərliyi də mühüm rol oynayıb.

    Hüquq elmləri doktoru Ramin Qurbanov müxtəlif illərdə Azərbaycan Müdafiə Nazirliyində, Ədliyyə Nazirliyində, Milli Elmlər Akademiyasında məsul vəzifələrdə çalışıb. Hal-hazırda Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının hakimidir və Azərbaycanda elektron məhkəmənin tətbiqinə cavabdeh şəxsdir.

    Azərbaycan təmsilçisinin Vətən müharibəsindəki qələbən sonra və bir sıra Qərbi Avropa dövlətlərinin ölkəmizə qərəzli, ədalətsiz münasibəti fonunda seçilməsi xüsusən vacibdir.

    Məsələn, Fransa Senatı, hansı ki Ermənistanın Dağlıq Qarabağ ərazisində yaratdığı qondarma rejiminin müstəqilliyinə dair tövsiyəedici qərar qəbul etdi. Beləliklə, Fransa Senatı faktiki olaraq BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə qarşı çıxdı və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulmasını dəstəklədi. Bu da beynəlxalq hüquqa və xüsusən də onun təməl prinsiplərinə hörmətsizlik kimi qəbul edilə bilər.

    Tamamilə əminliklə demək olar ki, Azərbaycan təmsilçisinin belə bir məsul və nüfuzlu vəzifəyə yenidən seçilməsi Azərbaycana Avropa ölkələrində ədliyyə sahəsində beynəlxalq siyasətin həyata keçirilməsində iştirak etmək imkanı verir.

  • Qardaşının şəxsiyyət vəsiqəsi ilə postu keçməyə çalışan sürücü həbs edildi – FOTO

    Qubada karantin qaydalarını pozaraq qardaşının şəxsiyyət vəsiqəsi ilə postdan keçmək istəyən şəxs saxlanıb.

    Daxili işlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar xidməti ərazidə qurulmuş müvəqqəti stasionar postda xidmət aparan zaman sərtləşdirimiş karantin rejimi qaydalarını kobud şəkildə pozaraq Qusar rayonu istiqamətində hərəkət edən Quba rayon sakini Rəşad Talıbovu idarə etdiyi “Niva” markalı nəqliyyat vasitəsi ilə birlikdə saxlayıblar.

    Şöbə əməkdaşları sürücünün hərəkətə icazə verən xüsusi icazəsinin olub-olmamasını yoxlayan zaman isə sürücü Rəşad Talıbov rayon ərazisində, eləcə də digər rayonlara sərbəst getmək üçün icazə.gov.az portalından qeydiyyatdan keçən və hərəkətinə icazə verilən qardaşı Ramil Talıbova məxsus şəxsiyyət vəsiqəsindən istifadə etdiyini müəyyənləşdiriblər.

    Onun törətdiyi qanunazidd hərəkətin qarşısı dərhal alınıb və qanunvericiliyə uyğun olaraq RPŞ-nə gətirilib.

    Faktla bağlı Rəşad Talıbov barəsində Quba RPŞ-də toplanmış materiallara hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə Quba rayon məhkəməsinə göndərilib və məhkəmənin müvafiq qərarına əsasən həmin şəxs inzibati qaydada 10 sutka həbs edilib.



  • МВД: За минувшие сутки на постах развернули 2 450 автомобилей

    Сотрудники полиции и военнослужащие Внутренних войск продолжают осуществлять контроль на специальных постах, установленных на въездах/выездах и территории пяти городов и 12 районов, где в соответствии с решением Кабмина действует ужесточенный карантинный режим.

    Об этом сообщает пресс-служба МВД АР.

    7 января на постах развернули обратно 2 450 транспортных средств, водители которых не имели соответствующего разрешения.

    Кроме того, за последние сутки в отношении 3 186 человек были приняты меры административного взыскания за нарушение карантинного режима, четверо нарушителей арестованы в административном порядке.

  • DİN-dən karantin postlarındakı vəziyyətlə bağlı AÇIQLAMA

    Koronavirusun yayılmasının qarşısının alınması məqsədilə sərt karantin rejiminin tətbiq edildiyi beş şəhərin və 12 rayonun giriş və çıxışlarında quraşdırılmış xüsusi postlarda Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşları tərəfindən nəzarət-profilaktiki yoxlamalar davam etdirilir.

    Daxili İşlər Nazirliyindən verilən məlumata görə, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, bəzi vətəndaşlar tərəfindən sərtləşdirilmiş karantin rejimi qaydalarının və tələblərinin pozulması halları müşahidə olunur.

    Belə ki, 2021-ci il yanvarın 7-də nəzarət-profilaktik tədbirlər nəticəsində postlardan müvafiq qaydada icazə almadan keçməyə cəhd göstərən 2450 nəqliyyat vasitəsi müəyyən olunaraq geri qaytarılıb.

    Qeyd olunan müddətdə ölkə üzrə karantin rejimi qaydalarını pozan 3186 nəfər barəsində inzibati tənbeh, eləcə də, dörd nəfər barəsində inzibati həbs tədbiri tətbiq olunub.