
Daha bir azərbaycanlı həkim COVID-19-un qurbanına çevrilib.
Sosial şəbəkələrdə yayılmış məlumata görə, Azərbaycan Tibb Universitetinin Patoloji Fiziologiya kafedrasının müəllimi Həsən Şahverdiyev koronavirusdan vəfat edib.
Allah Rəhmət eləsin.


Daha bir azərbaycanlı həkim COVID-19-un qurbanına çevrilib.
Sosial şəbəkələrdə yayılmış məlumata görə, Azərbaycan Tibb Universitetinin Patoloji Fiziologiya kafedrasının müəllimi Həsən Şahverdiyev koronavirusdan vəfat edib.
Allah Rəhmət eləsin.

Vətən müharibəsində qazandığımız qələbəyə görə borclu olduğumuz şəhidlərimizdən biri də xüsusi təyinatlıların zabiti kapitan Ruslan Qəhrəmanov olub.
Azərbaycan Televiziyası şəhid zabitimiz haqqında süjet hazırlayıb.
Oğlunun qəhrəmanlıqları haqqında danışan Mehman Qəhrəmanov Ruslanla fəxr etdiyini deyib. Yeri gəlmişkən, M.Qəhrəmanov özü də Birinci Qarabağ döyüşlərində iştirak edib.
Şəmkirdə yaşayan Qəhrəmanovlar ailəsində olan vətənpərvərlik ruhundan söz açılıb. Qeyd olunub ki, Ruslan soyadını əməli ilə doğruldan igid olub.
Həmin süjeti təqdim edirik:
Böyük Britaniyanın Baş naziri Boris Conson ABŞ Prezidenti Donald Tramp haqqında kəskin ifadələr işlədib.
Baş nazir bildirib ki, Tramp insanları Kapitoliyə basqın etməyə təşviq etdi və bu düzgün deyildi.
Boris Conson ABŞ-da baş verənləri şiddətlə qınayaraq Konqres binasına soxulan Tramp tərəfdarlarının hərəkətlərini yenidən utancverici adlandırıb.
“Hazırda seçilən prezidentin lazımi qaydada təsdiqləndiyinə və demokratiyanın qalib gəldiyinə sevindim”.
Azərbaycan Respublikasının Mədəniyyət naziri Anar Kərimov Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü, Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri Tural Gəncəliyev ilə videoformatda görüş keçirib.
Mədəniyyət Nazirliyindən verilən məlumata görə, görüş zamanı gələcək əməkdaşlıq və birgə layihələr barədə, xüsusilə işğaldan azad edilmiş ərazilərdə ölkə rəhbərliyinin müəyyən etdiyi istiqamətlər üzrə görüləcək işlərlə bağlı müzakirələr aparılıb.
Mədəniyyət naziri Anar Kərimov işğaldan azad edilmiş ərazilərdə mədəni həyatın dirçəldilməsi məqsədilə Nazirlik tərəfindən bir neçə prioritet istiqamətlər üzrə iş aparılmasının nəzərdə tutulduğunu və bir neçə layihəyə artıq başlanıldığını bildirib. Bunlar arasında həmin ərazilərin tarixi abidələrinin və mədəniyyət müəssisələrinin bərpası, Qarabağdan olan əhalinin adət-ənənələrinin bərpası (“Yurda qayıdış” layihəsi) və Azərbaycan xalqının öz tarixi torpaqlarına qayıdışının beynəlxalq səviyyədə təbliğini qeyd edib. Həmçinin Nazirlik tərəfindən həyata keçirilən “Qarabağnamə” layihəsinin ictimaiyyət tərəfindən xüsusi maraqla qarşılandığını vurğulayıb.
Görüş zamanı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən digər layihələr barədə də məlumat verilib.
Tural Gəncəliyev, öz növbəsində, Nazirlik ilə İctimai Birlik arasında əməkdaşlıq haqqında danışıb, qarşılıqlı əlaqələrin genişləndirilməsinin və birgə layihələrin icrasının əhəmiyyətini qeyd edib.
Görüşün sonunda Azərbaycan üçün tarixi əhəmiyyət kəsb edən bu dövrdə Mədəniyyət Nazirliyinin Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyi ilə birlikdə ölkə rəhbərliyi tərəfindən müəyyən edilən tapşırıqların yüksək səviyyədə yerinə yetiriləcəyinə inam ifadə edilib.
Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyinə yeni sədr təyin edilib.
Bununla bağlı Təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Eldar Orucov Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri təyin olunub.
O, bu təyinata qədər Agentliyin İdarə Heyəti sədrinin müavini vəzifəsini tutub.
Qeyd edək ki, E.Orucov 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. O, 2009-2016-cı illərdə ölkənin aparıcı banklarında rəhbər vəzifələrdə çalışıb.

Məşhur biznesmen və ixtiraçı İlon Mask dünyanın ən varlı insanına çevrilib.
Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Belə ki, “Tesla”nın səhmləri bu gün keçirilmiş hərracda 5,38% artaraq 796 38 dollara yüksəlib və İ.Mask varlı insanların reytinqində Ceff Bezosu keçib.
Son məlumata görə, hazırda İ.Maskın sərvəti 188,5 milyard dollar qiymətləndirilir.
Qeyd olunur ki, 2020-ci ilin əvvəlində İ.Maskın sərvəti təxminən 27 milyard dollar olaraq qiymətləndirilirdi və 49 yaşlı iş adamı hətta ən varlı 10 nəfərin siyahısına daxil deyildi.
ABŞ-ın “İnter Mayami” komandasının baş məşqçisi Dieqo Alonso tutduğu baş məşqçi postundan kənarlaşdırılıb.
“Sport-express” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
46 yaşlı D.Alonso 2019-cu ildə yaradılan klubun ilk baş məşqçisi kimi tarixə düşmüşdü.
Xatırladaq ki, “İnter Mayami” klubunun sahibi və prezidenti İngiltərə millisinin sabiq yarımmüdafiəçisi, dünya şöhrətli keçmiş futbolçu Devid Bekhemdir.
Gədəbəy rayonunda karantin rejimini pozan kafe aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, Gədəbəy rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman rayonun Arıxdam kəndi ərazisində “Ləzzət kafe” adlı kafenin gizli şəkildə fəaliyyət göstərməsini aşkarlayıb. Obyektin sahibi Bayram Camalovla yanaşı onun müştəriləri saxlanılaraq RPŞ-yə gətirilib və barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək cərimə edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Gənclər Fondunun dəstəyi ilə şəhid Vüqar Sadıqov haqqında sənədli film çəkiləcək.
Median.Az xəbər verir ki, bu barədə “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Aqil Ələsgər deyib.
Onun sözlərinə görə “3 ÖVLADIN ŞƏHİD ATASI – Vüqar Sadıqov haqqında sənədli film” layihəsi Gənclər Fondunun dəstəyi ilə həyata keçirilir: “”Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi olaraq biz bu günə qədər bir neçə film ərsəyə gətirmişik. Filmlərin böyük əksəriyəti Qarabağa həsr olunmuşdu. Budəfəki film isə iyulun 12-də Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olan çavuş Vüqar Lətif oğlu Sadıqov haqqındadır. Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Sadıqov Vüqar Lətif oğlu Ağstafa rayon Yuxarı Göycəli kəndində dəfn olunub. Sadıqov Vüqar Lətif oğlu xeyli sayda düşmən texnikasını və canlı qüvvəsini məhv edib. Şəhidimizin 3 övladı var. Artıq peşəkar heyətimiz müəyyənləşmək üzrədir və yaxın günlərdə Ağstafada çəkilişlərə başlayacağıq. Allah şəhidlərimizə rəhmət eləsin, Qazilərimizə şəfa versin. Müraciətimizə müsbət cavab verdiklərinə görə Gənclər Fonduna təşəkkür edirəm”.//azxeber.com