Month: January 2021

  • Dilqəm Əsgərov: “Şuşa həbsxanasında azərbaycanca kitablar qalmışdı” – FOTO

    “Şuşa həbsxanasında azərbaycanlılardan qalmış kitablar bir yerə yığılmışdı. Beynəlxalq Qırmızı Xaç Komitəsi yanıma gələndən sonra onlara deyirdim, həmin kitablardan mənə oxumağa verirdilər”.

    Bunu oxu.az-a açıqlamasında erməni girovluğundan yenicə qayıtmış Dilqəm Əsgərov bildirib.

    O, əsirlikdə olarkən Şuşa həbsxanasında kirilcə yazılmış Azərbaycan dilində kitabların olduğunu görüb və onu götürüb oxuyub:

    “Ermənistanın ombudsmanı Larisa Allahverdyanla da bu barədə çoxlu mübahisəm olub. Ona da demişəm ki, siz yalan danışırsınız, Artsax dövləti olmayıb. Həmin bu kitabda da bu var. Bundan sonra üzərimdə axtarış etdilər. Mən bilirdim ki, axtarılacağam. O kitabdan iki səhifəni cırıb turbanın üstündə gizlətmişdim. Ona görə bunu tapa bilmədilər. Bakıya gələndə də bunu mənə yazılan məktubların arasına soxub özümlə gətirdim”.


    O bildirib ki, iki il evə məktub yazmaqdan imtina edib:

    “Mən məktub yazanda ünvan kimi Şuşa göstərirdim. Ermənilər bunu Şuşi edirdi. Sonradan buna görə iki il məktub yazmadım”.

    Dilqəm Əsgərov bundan sonra hansı işlə məşğul olacağı ilə bağlı sualı cavablandırıb:

    “Hazırda heç bir işlə məşğul olmuram. Şəmkirdə heyvanlarımıza baxıram (gülür). Doğulduğum Kəlbəcərin Şaplar kəndinə nə vaxt gedəcəyəm? İnşallah, yollar düzəlsin, qısa vaxtda kəndimizə dövlət xətti ilə getmək istəyirəm”.

  • Bu gün Qusarda daha iki şəhidimiz dəfn olundu (FOTOLAR)

    İkinci Qarabağ savaşında 30-dan artıq şəhid verən Qusar bu gün daha iki igid oğlunun cənazəsini qəbul edib.

    Median.Az xəbər verir ki, döyüşlərdə oktyabrın 27-dən itkin düşən və barələrində o vaxtdan heç bir məlumat olmayan Qusar rayon sakinləri Sarvan Şahbazovun və Rail Ramazanovun bu günlərdə Vətən yolunda şəhid olduqları məlum olub.

    Müddətdən artıq hərbi qulluqçular-27 yaşlı Sarvan Əliməhəmməd oğlu Şahbazovun nəşi doğulduğu Gündüzqala kəndinə, 23 yaşlı Rail Arif oğlu Ramazanovun nəşi isə anadan olduğu Hil kəndinə gətirilib.

    Rail Ramazanovun dəfn mərasimində Qusar İH, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, sakinlər iştirak edib.

    Qusar İH başçısı Şair Alxasov dəfn mərasimində çıxışında bildirib ki, Şəhid Rail Ramazanov Vətənin müstəqilliyi və suverenliyi yolunda igidliklə vuruşub.

    Xatırladaq ki, 23 yaşlı Rail Ramazanov iki bacının yeganə qardaşı olub. O ailəsində ilk oğul övladı kimi 17 ildən sonra doğulmuşdu. Subay idi.

    Bir uşaq atası olan 27 yaşlı Sarvan Şahbazovun dəfninə də rayon ih-nin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qusar rayon şöbəsinin rəhbərliyi və sakinlər,ictimaiyyət təmsilçiləri qatılıb.Şəhidin xatirəsinə dualar oxunub,şücaətindən danışılıb. Cənazəsi bükülmüş Azərbaycan bayrağı ailəsinə təqdim edilib.

    Qeyd edək ki, Müdafiə Nazirliyinin Qusardakı hərbi hissəsinin hərbi qulluqçuları olan Sarvan Şahbazov və Rail Ramazanov Xocavənd-Qırmızı Bazar istiqamətində gedən döyüşlərdə şəhid olublar. Onların şəxsiyyəti DNT analizinin rəyindən sonra tanınıb və ailələrinə təhvil verilib.

    Allah hər iki şəhidimizə rəhmət etsin. (modern.az)

  • Ukrayna, Koreya və Bolqarıstandan ət məhsullarının idxalına qadağa qoyulub

    Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OIE) Ukraynanın Xerson (Kherson) vilayətinin Kaxovka rayonu və Koreya Respublikasının Çunqçeonqnam-Do (Chungcheongnam-Do) əyaləti ərazilərində yüksək patogen quş qripi xəstəliyi, Bolqarıstan Respublikasının Blaqoyevqrad (Blagoevgrad) vilayətinin ərazisində blutanq xəstəliyinin qeydə alınması barədə məlumat yayıb.

    AQTA-dan verilən məlumata görə, təşkilatın 30 dekabr 2020-ci il və 4 yanvar 2021-ci il tarixli rəsmi məlumatları nəzərə alınaraq, Bolqarıstanın Blaqoyevqrad vilayətindən bütün növ diri iribuynuzlu və xırdabuynuzlu heyvanların və onlara aid genetik materialların, Koreya Respublikasının bütün ərazisindən və Ukraynanın Xerson vilayətindən diri quş və quş məhsullarının ölkəmizə idxalına müvəqqəti məhdudiyyətin tətbiq olunması ilə bağlı AQTA tərəfindən 5 yanvar 2021-ci il tarixində müvafiq qərar qəbul edilib.

    Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Ukrayna, Koreya və Bolqarıstan respublikalarından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

  • Герой Отечественной войны, уничтоживший 12 врагов в бою – ВИДЕО

    Бодур Керимли – один из доблестных воинов, отличившихся героизмом в 44-дневной Отечественной войне.

    Он родился в 1994 году в селе Ашагы Кесемен Агстафинского района, в 2001 году окончил среднюю школу имени Шахина Абадова, после чего проходил службу в армии.

    В 2014-2018 годах работал в военной полиции в Шамкире, а в 2018-2019 годах – в Баку.

    Как передает Report, в ходе 44-дневной войны рядовой Керимли уничтожил 12 и ранил большое количество военнослужащих противника. За проявленный героизм награжден “Орденом Мужества” третьей степени.

    Женат, имеет двоих сыновей.

  • Vətən müharibəsində 12 ermənini məhv edən igid – VİDEO

    Vətən müharibəsində 44 günlük şücaəti ilə seçilənlərdən biri də Kərimli Bodur Eldar oğludur.

    1994-cü ildə Ağstafa rayonunun Aşağı Kəsəmən kəndində anadan olan Bodur ailədə dörd uşaqdan ən kiçiyidir. 2001-ci ildə Ağstafa rayon Şahin Abadov adına orta məktəbdə 11 illik təhsil aldıqdan sonra, Qusar rayonunda hərbi xidmətdə olub.

    2014-2018-ci illərdə Şəmkir, 2018-2019-cu illərdə isə Bakı hərbi polisində çalışıb.

    “Report” xəbər verir ki, əsgər Kərimli 44 günlük müharibə ərzində 12 ermənini məhv edib, xeyli sayda düşmən yaralayıb. B.Kərimli hal-hazırda N saylı hərbi hissədə çalışır və 3-cü dərəcəli “Rəşadət Ordeni” ilə təltif olunub.

    Ailəlidir. İki oğlu var.

  • İsrail prezidenti: “Demokratiya mütləq olmalı məsələ kimi qəbul edilməməlidir”

    İsrailin Prezidenti Reuven Rivlin Co Baydeni ABŞ Prezidenti seçilməyi münasibəti ilə təbrik edib və ötən gün Vaşinqtonda baş verən toqquşmalara münasibət bildirib.

    “RİA Novosti” agentliyi bu barədə İsrail prezidentinin ofisinə istinadən məlumat yayıb.

    “Əminəm ki, yeni seçilmiş prezident Bayden bizim ən yaxın dostumuz və dünyanın ən böyük demokratiyası olan Amerika Birləşmiş Ştatları ilə münasibətlərimizi möhkəmləndirməyə davam edəcək”, – İsrail Prezidentinin təbrikində qeyd olunur.

    İsrail Prezidenti Capitoliya binasında baş verənlərə görə dərin narahat olduqlarını bildirərək əlavə edib ki, demokratiya nə qədər güclü və köklü dəyər olsa da, o, mütləq olmalı məsələ kimi qəbul olunmamalıdır.

  • DSX: Sərhədboyu ərazidə narkotik vasitə olan bağlama aşkarlandı

    Dövlət sərhədlərinin mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

    Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, yanvarın 2-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Arus kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədinin gücləndirilmiş mühafizəsinin təmin edilməsi üzrə keçirilən kompleks qoşun və əməliyyat-axtarış tədbirləri nəticəsində sərhədboyu ərazidə bir ədəd sahibsiz bağlama aşkarlanıb.

    Bağlamaya baxış zamanı təxmini çəkisi 1 kiloqram 400 qram narkotik vasitə heroinə oxşar maddə aşkar edilərək götürülüb.

    Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

  • Azərbaycan əhalisinə vurulacaq koronavirus peyvəndləri hansı meyarla seçiləcək? – RƏSMİ AÇIQLAMA

    “Bu gün koronavirusla mübarizədə bütün ümidimiz vaksinasiya ilə əlaqəlidir. Artıq bir ildir ki, bu xəstəliklə yaşayırıq”.

    Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva bildirib.

    Onun sözlərinə görə, yayda ölkədə COVID-19-a yoluxmanın sayında artım olan zaman bu xəstəliyi keçirənlər arasında təkrar yoluxma halları müşahidə edilib:

    “Yoluxub, heç bir immuniteti yaranmayan insanlar oldu. Buna görə koronavirusa qalib gəlmək üçün vaksin mütləqdir. Biz Türkiyəyə səfər etdikdə, peyvənd vurduran insanlarla görüşdük və ümidlərimiz artdı”.

    O qeyd edib ki, vaksinin seçimində əsas xüsusiyyət onun təhlükəsizliyi və effektivliyidir:

    “Hazırda hansı peyvənlərin insanlara vurulması müzakirə olunur. Yaxın vaxtlarda bu barədə açıqlama veriləcək”.

  • В Азербайджане выявлено 685 новых случаев инфицирования коронавирусом, скончались 27 человек – ФОТО

    В Азербайджане за минувшие сутки выявлено 685 новых случаев инфицирования коронавирусом, 1 931 человек вылечился и был выписан домой.

    Об этом 7 января сообщает оперативный штаб при Кабинете министров.

    За минувшие сутки от COVID-19 скончались еще 27 пациентов.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразились 222 885 человек, 2 845 из них скончались, 203 527 – вылечились, 16 513 – находятся в активной фазе лечения в больницах особого режима.

    В республике на сегодня проведены 2 241 908 тестов на COVID-19 (за последние 24 часа – 9 915).

  • Azərbaycanda daha 27 nəfər koronavirusdan öldü: 685 yeni yoluxma – FOTO

    Azərbaycanda koronavirusa (COVID-19) 685 yeni yoluxma faktı qeydə alınıb, 1931 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, 27 nəfər COVID-19-dan vəfat edib.

    Aktiv xəstə sayı 16 513 nəfərə çatıb.

    Ölkədə son sutka ərzində 9 915, hazırkı dövrədək isə 2 241 908 test aparılıb.

    Ümumi ölənlərin sayı 2 845 nəfərdir.

    Ümumi yoluxanların sayı 222 885 nəfər, ümumi sağalanların sayı 203 527 nəfərdir.