Month: January 2021

  • Bu il Azərbaycanın yataqlardakı neft və qaz hasilatından əldə edəcəyi gəlir açıqlandı – FOTO

    Dövlət Neft Fondu tərəfindən təqdim edilən məlumata əsasən 2021-ci ildə Azəri-Çıraq-Günəşli yatağında xam neft hasilatının həcmi 171,6 milyon barel olması proqnozlaşdırılır.

    Bu barədə Hesablama Palatasının Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2021-ci il büdcə layihəsinə rəyində məlumat verilib.

    Bu, hasilatın aşağı düşməsi səbəbindən 2020-ci ilin göstəricisinə (174,6 milyon barel) nisbətən 3 milyon barel azdır.

    2021-ci ildə mənfəət neftinin və qazın satışı üzrə Fondun daxilolmaları 3 milyard 787,84 milyon ABŞ dolları və ya 6 milyard 439 325,7 min manat olması proqnozlaşdırılır ki, bu da manat ifadəsilə 2020-ci ilin proqnoz və gözlənilən icra göstəricisindən müvafiq olaraq 207,6 milyon manat və ya 3,1 faiz və 99,3 milyon manat və ya 1,5 faiz azdır.

    Dövlət Neft Fondunun 2021-ci il büdcə layihəsində Fonda mədaxil olunması üçün satılması proqnozlaşdırılan mənfəət neftindən və qazdan əldə olunacaq məbləğ müəyyən edilərkən aşağıdakı yataqlardakı neftin və qazın hasilatından Azərbaycan dövlətinin payına düşən mənfəət neftinin və qazın miqdarı və SOCAR tərəfindən Cənub Qaz Dəhlizi və Cənubi Qafqaz Boru Kəməri layihələri üzrə ARDNF-yə gözlənilən ödənişlər (dividendlər) nəzərə alınıb:

    Əməliyyat şirkətlərinin təqdim etdiyi rəsmi məlumatlara əsasən Neftçala, Xıllı, Durovdağ Babazanan yataqları üzrə, habelə Qobustan yataqları üzrə xam neftin 40 ABŞ dolları qiyməti ilə mənfəətin yaranmaması, Muradxanlı-Cəfərli-Zərdab yatağı üzrə layihəyə xitam verilməsi ilə əlaqədar olaraq müvafiq ödənişlərin olmaması proqnozlaşdırılır.

  • В Кюрдамире автомобиль сбил 41-летнего пешехода

    В Кюрдамирском районе произошло дорожно-транспортное происшествие, в результате которого был сбит пешеход.

    Как сообщает верхнеширванское бюро Report, ДТП произошло на улице Моллы Панаха Вагифа.

    Автомобиль марки ВАЗ-21015 сбил пытавшегося перейти дорогу 41-летнего жителя района Алиева Мехмана Зейнаддин оглу. В результате Мехман Алиев получил телесные повреждения различной степени тяжести и был госпитализирован в отделение травматологии Кюрдамирской центральной районной больницы.

    По факту проводится расследование.

  • Kürdəmirdə 41 yaşlı piyadanı avtomobil vurub

    Kürdəmir rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin Molla Pənah Vaqif küçəsində qeydə alınıb.

    Belə ki, “VAZ-21015” markalı avtomobil yolu keçmək istəyən 41 yaşlı rayon sakini Əliyev Mehman Zeynəddin oğlunu vurub. Nəticədə Mehman Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatalogiya şöbəsinə yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • XİN: “Ayvazyanın Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfəri 10 noyabr tarixli üçtərəfli bəyanata ziddir”

    Ermənistan xarici işlər naziri Ara Ayvazyanın Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfəri və burada qondarma qurumun nümayəndələri ilə görüşlər keçirməsi və “sənədlər” imzalaması 10 noyabr tarixli üçtərəfli bəyanata ziddir və hərbi əməliyyatların dayandırılmasından sonra bölgədə sülh, təhlükəsizlik və əməkdaşlığın yaradılması çərçivəsinə tamamilə uyğun gəlmir.

    Bu sözləri Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan xarici işlər nazirinin Qarabağa səfəri ilə bağlı açıqlamasında deyib.

    O xatırladıb ki, məhz Ermənistan baş naziri 10 noyabr tarixli bəyanata imza atıb və bu xüsusda hökumət üzərinə öhdəliklər götürüb:

    “Bu öhdəliklərin rəsmi Yerevan tərəfindən pozulması təxribatdır və daxili auditoriyaya hesablanmış bu kimi əməllər bölgədə vəziyyətin normallaşmasına xidmət etmir.

    Ermənistan rəsmiləri əsassız xülyalardan çıxış etməməli, bölgədə yaranmış yeni reallığı qəbul etməlidir.

    10 noyabr tarixli birgə bəyanatın icrasının təmin olunması və bölgədə yaranmış yeni təhlükəsizlik formatı, eləcə də əməkdaşlıq imkanlarından çıxış edərək addımların atılması sülh və təhlükəsizlik şəraitində birgəyaşayışa töhfə verə bilər. Bunun əksi isə, gərginliyi alovlandırmaq cəhdindən başqa bir şey deyildir”.

  • “Real” qışda üç futbolçusu ilə yolları ayırır

    “Real”ın üç futbolçusu qış transfer pəncərəsində Madrid təmsilçisini tərk edə bilər.

    Median.Az qol.az-a istinadən xəbər verir ki, bunlar yarımmüdafiəçi İsko, müdafiəçi Alvaro Odriosola və hücumçu Luka Yoviçdir.

    İskonun artıq klub rəhbərliyinə daha çox oynayacağı bir komandaya keçmək istədiyini bildirdiyi vurğulanıb. İspan futbolçu ilə “Yuventus”, “Mançester Siti” və “Napoli” maraqlanır. “Real”ın oyunçunu 50 milyon avroya satmağa hazır olduğu qeyd olunub.

    Odriosola yenidən “Bavariya”ya icarəyə göndərilə biləcəyi, Luka Yoviçin isə “Ayntraxt”a qayıda biləcəyi iddia olunub.

  • ABŞ-da son 24 saatda 180 mindən çox insan koronavirusa yoluxub

    ABŞ-da son sutka ərzində koronavirusa 180 477 yeni yoluxma qeydə alınıb.

    Bu barədə Cons Hopkins Universiteti məlumat yayıb.

    Ölkədə ümumi yoluxma hallarının sayı 20.8 milyonu keçib.

    Ölüm hallarının sayı 353 mini ötüb.

  • ƏƏSMN rəsmisi: “110 manat ünvanlı sosial yardım” ifadəsi absurddur”

    Son günlər sosial şəbəkələrdə guya işsiz şəxslərə “110 manat ünvanlı yardım” almaq üçün “yol göstərən”, əslində onlarda yanlış təsəvvür, çaşqınlıq yaradan videolar paylaşılıb.

    Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov “Facebook”da status yazıb.

    O, statusunda bildirib:

    “Əvvəla, aztəminatlı ailələrə ünvanlı yardım ailənin ümumi ehtiyac meyarı ilə orta aylıq gəliri arasındakı fərq qədər təyin olunur. Həmin fərq kimi, ailələrə təyin olunan ünvanlı yardımlar da müxtəlif məbləğlərdə ola bilər. Ona görə bu videolarda “110 manat ünvanlı sosial yardımı” ifadəsi absurddur.

    Bu, eləcə də birdəfəlik ödəmə, ünvanlı sosial yardım almaqdan ötrü müraciət olunması ilə bağlı videolardakı əsassız “məsləhətlər”, təqdim edilən səhv müraciət prosedurları müəllifin uydurmasıdır.

    Sosial şəbəkə istifadəçilərinə bu kimi yanlış məlumatlara inanmamağı tövsiyə edirik. Vətəndaşlarda çaşqınlıq yaradan belə yalan videoməlumatlar və müəllifləri ilə bağlı hüquq mühafizə orqanlarına müraciət ediləcək”.

  • Bu il regionlarda 100-ə yaxın əmək yarmarkası keçiriləcək

    2021-ci ildə peşə hazırlığı və əlavə təhsilin təşkilinə, peşə yönümünə dair məsləhət xidmətlərinin göstərilməsinə, əmək yarmarkalarının və əmək birjalarının təşkili tədbirlərinə, haqqı ödənilən ictimai işlərin həyata keçirilməsinə cəmi 12 milyon manat və ya İşsizlikdən Sığorta Fondunun ümumi xərclərinin 7,6 faizi səviyyəsində vəsait nəzərdə tutulub.

    Bu barədə Hesablama Palatasının İşsizlikdən Sığorta Fondunun 2021-ci il büdcə layihəsinə rəyində məlumat verilib.

    Bildirilib ki, 2020-ci ilin 10 ayında pandemiya ilə bağlı təhsil müəssisələrində təhsilin tam dayandırılması ilə bağlı cəmi 1013 nəfər işsiz və işaxtaran vətəndaşın peşə hazırlığı təşkil edilib. 2020-ci ilin 11 ayında bu məqsədlə nəzərdə tutulan vəsaitin cəmi 1,5 milyon manatı istifadə olunub.

    Peşə hazırlığının müasir çağırışlara uyğunlaşdırılması məqsədi ilə Bakı Dövlət Regional Peşə Təhsili Mərkəzinin yeni əraziyə köçürülməsi və təlim prosesinin müasir tələblərə uyğun şəkildə aparılması, təhsili bitirən müdavimlərə beynəlxalq standartlara cavab verən sertifikatların təqdim olunması istiqamətində işlərin aparılması, həmçinin Bərdə və Quba rayonlarında 2 yeni peşə hazırlığı mərkəzinin tikintisi proqnozlaşdırılır. Təqdim olunmuş məlumata əsasən 2020-ci ildə 32 min nəfərin, 2021-ci ildə isə 150 min nəfərin peşə yönümünə dair məsləhət xidmətindən yararlanması planlaşdırılır.

    2021-ci ildə isə ölkədə, xüsusilə də regionlarda 100-ə yaxın əmək yarmarkasının keçirilməsi proqnozlaşdırılır.

    Növbəti ildə Fondun vəsaiti hesabına 500 nəfərin “DOST-İş Mərkəzi” MMC vasitəsilə müvafiq işlərə cəlb olunması və bu istiqamətə iki milyon manat vəsaitin yönəldilməsi proqnozlaşdırılır.

  • Kəlbəcər rayonunun Allıkənd kəndindən görüntülər – VİDEO

    Kəlbəcər rayonunun Allıkənd kəndindən görüntülər yayımlanıb.

    Bununla bağlı Müdafiə Nazirliyi foto və video paylaşıb.

    Sözügedən görüntüləri təqdim edirik:

  • İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi

    Prezident İlham Əliyev müqəddəs Milad bayramı münasibətilə Azərbaycanın bütün xristian icmasını təbrik edib, ən səmimi arzu və diləklərini yetirib.

    AZƏRTAC xəbər verir ki, təbrikdə Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycanda yüz illərdir ayrı-ayrı xalqlar və dinlər arasında qarşılıqlı hörmət və etimada əsaslanan yüksək birgəyaşayış mədəniyyətinin, dostluq və qardaşlıq mühitinin hökm sürdüyü bildirilir. Qeyd olunur ki, dünyada nümunəvi tolerantlıq məkanı kimi tanınan ölkəmizdə mütərəqqi milli-tarixi ənənələrin, etnik-mədəni müxtəlifliyin, multikultural dəyərlərin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir.

    Təbrikdə bildirilir ki, 2020-ci il uzun müddət davam edən Qarabağ münaqişəsinin həlli, ərazi bütövlüyümüzün təmin edilməsi və tarixi ədalətin zəfər çalması ilə əlamətdar olub. Dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı, o cümlədən etno-mədəni zənginliyi ilə seçilən cəmiyyətimizdə özünəməxsus yeri olan xristian inanclı həmvətənlərimiz torpaqlarımızın düşmən işğalından azad edilməsində əsl qəhrəmanlıq nümunələri göstərib, eyni zamanda, erməni faşizmi ilə informasiya cəbhəsində və xalqımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması işində yüksək fəallıqla mübarizə aparıblar. Dövlətimizin başçısı ölkəmizdə yaşayan bütün xalqların müqəddəs Vətən müharibəsində nümayiş etdirdiyi birlik və bərabərliyi, sarsılmaz milli-mənəvi həmrəyliyi tarixi qələbəmizi şərtləndirən başlıca amil kimi qiymətləndirdiyini vurğulayır.

    Prezident əmin olduğunu bildirir ki, pravoslav xristian icması ümumi evimiz olan Azərbaycanın tərəqqisi və daha da güclənməsi naminə qüvvə və bacarığını bundan sonra da əsirgəməyəcək.

    “Əziz həmvətənlər!

    Milad bayramı yeni həyatı, dirçəlişi, mərhəmət və şəfqət duyğularını təcəssüm etdirir. Qoy bu nurlu bayram ailələrinizə xoşbəxtlik, süfrələrinizə bərəkət, həyatınıza firavanlıq gətirsin.

    Bayramınız mübarək olsun!”, – deyə təbrikdə qeyd edilir.